Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəzəkli
Bəzəkli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Hamamlı kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km cənub-qərbdə, Qarasu çayının sol sahilində yerləşir. == Tarixi == "Bəzəkli" toponiminin Bozox oğuz boylarının adı ilə əlaqədar olduğu, tədricən deyiliş təhrifinə uğrayaraq Bəzəkli halına gəldiyi ehtimal edilir. == Əhalisi == Kənddə 1870-ci ildə 19 ailədə 159 nəfər, 1926-cı ildə 70 ailədə 405 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 763 nəfər əhalinin 97 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 778 nəfər əhali yaşayır. == Təhsil == Kənddə bir baza məktəbi (doqquzillik) fəaliyyət göstərir. Azərbaycandilli olan məktəbdə 113 nəfər şagird təhsil alır.
Dibəkli
Dibəkli (dağ)
Xəzərli
Xəzərli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xəzərli Xacmaz rayonunun Üzünoba inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizi sahilində, Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə yaranmışdır. Xəzər dənizi sahilində salındığı üçün belə adlandırılmışdır.
Çiçəkli
Azərbaycanda Çiçəkli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Çiçəkli (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Çiçəkli (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Çiçəkli (dağ) — Kəlbəcər rayonunda dağ. Çiçəkli (dərə) — Babək rayonunda dərə. Ermənistanda Çiçəkli (Dərəçiçək) — Dərəçiçək mahalıında kənd.
İnəkli
İnəkli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-qərbdə, Abaran çayının sağ axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə «İnəkli məzrəsi» formasında və İnəkli kimi, Qafqazın 5 verstlik xəritəsində İnəkli şəklində qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Enakli, İnoğlu kimi də göstərilir. Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə düzəlmişdir və «İnək tayfasına mənsub yaşayış yeri» mənasını verir. Əbül Qazi qeyd edir ki, Duylı Kayının yanında Qorquddan başqa iki inək bəy var idi. Biri -Bayandur ilindən olan Bekdez, o biri - İqdir ilindən olan Dünkə idi». A.N.Kononov müxtəlif mənbələrə istinad edib qeyd edir ki, inək termini «yaxın nökər» mənasında işlənir. Monqolca inək sözü «inanılmış», «istəkli, sevimli» mənalarını ifadə edir. Xivə, Buxara şivəsində «atalıq» mənasında işlənən inək əvvəllər «tayfa başçısı», «xanın gizli məsləhətçisi», «əyalətin və ya şəhərin baş rəisi» mənaları bildirmişdir.
İpəkli
Hacı Elyaz, İpəkli, Masis sovxozu — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Hacı İlyas formasında, Qafqazın 5 verstlik xəritəsində Hacı Eylyaz formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin adı Hacı Eylaz, Eylas formalarında qeyd edilir. Kəndin adı xalq arasında Hacı Elləz formasında işlədilirdi. Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib İpəkli qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.IV.1946-cı il fərmanı ilə yenidən dəyişdirilib «Masis sovxozu» qəsəbəsi adlandırılmışdır.
Xizək
Xizək — insanın qar üstündə hərəkət etməsi üçün təkərsiz nəqliyyat vasitəsi. (150–220 santimetr) uzunluğunda, pəncə hissəi iti və yuxarı əyilimiş iki taxta və ya plastik materialdan düzəldilir. Xizəklər üzərində xüsusi bərkidilmiş çəkmələrlə ayağa geyindirilir. Xizəklərdə qar üzərində sürüşmə vasitəsilə hərəkət etmək olar. == Tarixi == Mezolit dövründən istifadə olunan xizək Azərbaycanın ayrı-ayrı zonalarında müxtəlif adlarla (kəriskə, kirşə, havza, çəpə və s.) məlumdur. Başqa ölkələrdən fərqli olaraq Azərbaycanda xizəyə öküz və kəl də qoşulmuşdur. Rusiya və Skandinaviyadakı qaya üstü təsvirlər göstərir ki, eramızdan hələ min illər əvvəlllər insanlar xizəklərdən istifadə edirlərmiş. Xizəklər şimal xalqları tərifndən onların soyuq təbiətə və uzun qışa uyğunlaşması prosesində ixtira edilibdir. Sərt təbiətdə yaşayan insanların davam gətirməsi üçün dərinliyi böyük olan qar örtüyü üzərində hərəkət etməsi lazım idi. Əvvəlcə qar üstündə yerimək üçün xüsusi konstruksiya icad edilir.
Bəzəkli dağı
Bəzəkli dağı - Kəngərli rayonu ərazisində dağ (hünd. 1978,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Çalxanqala kəndindən 2,5 km qərbdə yerləşən zirvə. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım hissəsində müşahidə edilən eyniadlı qılıcvari antiklinalın şimal-şərq qanadında yerləşir. Zirvə hissəsi və şimal-şərq yamacından cənub-şərq istiqamətli üstəgəlmə keçir.
Bəzəkli qalası
Bəzəkli qalası, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunda arxeoloji abidə. == Bəzəkli qalası I == Qalanın mərkəzində narınqala yerləşir. Qala üçbucaq formalı quruluşa malikdir. O bir tərəfdən iri qaya parçalarından hörülmüş divarla əhatə olunmuşdur. Divar qalıqları bəzi yerlərdə 1 m hündürlükdə qalmışdır. Divarlar yanlarda iri daşlardan tikilmiş, onların arası isə kiçik həcmli qaya parçalan ilə doldurulmuşdur. Qala cənub tərəfdən iki qat divarla əhatə olunmuşdur. Sahəsi 1125 m2-dir. Sahəsi kiçik olduğu üçün onun gözətçi məntəqəsi kimi istifadə olunduğunu söyləmək olar. Qala kənd yerinə gedən yolun üzərində strateji cəhətdən əlverişli mövqedə yerləşdirilmişdir.
Bəzəkli qərənfil
Parlaq qərənfil (lat. Dianthus superbus) — qərənfilkimilər fəsiləsinin qərənfil cinsinə aid bitki növü.
Dibəkli (Bostanabad)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd.
Dibəkli (Heris)
Dibəkli (fars. ديبگلو‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (35 ailə).
Dibəkli (Sərab)
Dibəkli (fars. ديبكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (19 ailə).
Dibəkli (dağ)
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dibəkli (Çaroymaq)
Dibəkli (fars. ديبكلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (6 ailə).
Dibəkli dağı
Dibəkli dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2678,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan eyniadlı qolun suayırıcısında zirvə. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.
Dirəkli (Qürvə)
Dirəkli (fars. ديركلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (26 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Giləkli (Qürvə)
Giləkli (fars. گيلكلو‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 442 nəfər yaşayır (101 ailə). Əhalisini kürdlər təşkil edir.
Xəzərli Teodora
Xəzərli Teodora (yunanca: Θεοδώρα των Χαζάρων) — Bizans imperatoru II Yustinianın ikinci həyat yoldaşıdır. Xəzər xanı Busirin bacısıdır. Ancaq gələcəyin Bizans imperatriçası Çiçəkin atası olan bir başqa Xəzər hökmdarı Bihar ilə əlaqəsi bilinməməkdədir. == Evlilik == II Yustinian ilk dəfə taxta 685-ci ildə keçmişdir. 695-ci ildə strateq Leontios liderliyində edilən çevriliş ilə taxtdan endirildi. Yustinianın burnu və dili kəsilib, Krıma sürgün edildi. Yustinian orada hər hansı bilinən hadisə yaşamadan 7 il qaldı. Lakin keçmiş imperatorun hakimiyyəti geri almaq üçün sui-qəsd hazırlaması barədə şayələr 702-ci ildə paytaxta çatdı. Onu həbs edib III Tiberiusun haqqında qərar verməsi üçün paytaxta gətirmək qərarına gəldilər. Yustinian buna qarşılıq Krımdan qaçıb, Busirin sarayına sığınma tələb etdi.
Çiçəkli (Göygöl)
Çiçəkli — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Çiçəkli oyk., düz. Gədəbəy r-nunun İnəkboğan i.ə.v.-də kənd. Haçaqaya dağının ətəyindədir. Kəndin əhalisi keçmişdə Fındıqlı kəndi yaxınlığında Arıtəpə adlı yerdə yaşamış, XIX əsrin əvvəllərində isə Anqıran çayının sahilində yerləşən indiki əraziyə köçmüşdür. Kənd çayın adı ilə Arıqıran adlandırılmışdır. Yaşayış məntəqəsinin ilk sakinləri keçmiş Qazax qəzasından, Ermənistanın Qaraqoyunlu, Gəncə qəzasının Qarasaqqal kəndlərindən köçüb gələnlər olmuşdur. 1991-ci ildən rəmzi olaraq Çiçəkli adlandırılmışdır; Sabirabad r-nunun Muğan Gəncəli i.ə.v.-də kənd. Muğan düzündədir. Keçmiş adı Çullu olmuşdur.
Çiçəkli (Gədəbəy)
Çiçəkli (əvvəlki adı: Arıqıran) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Arıqıran kəndi Çiçəkli kəndi və müvafiq olaraq Arıqıran kənd Soveti Çiçəkli kənd Soveti adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çiçəkli (Sabirabad)
Çiçəkli, Cullu — Azərbaycanın Sabirabad rayonunun Muğan Gəncəli inzibati ərazi vahidində kənd. Əhalisi 1424 nəfərdir (2009). == Tarixi == Kənd Muğan düzündədir. Keçmış adı Çullu olmuşdur. Yaşayış məntəqəsinin adı guya yaxşı səslənmədiyinə görə dəyişdirilmışdir. Rəmzi məna daşıyır.
Çiçəkli (Sayınqala)
Çiçəkli (fars. چيچكلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Çahardulu kəndistanında, Marağa şəhərindən 81 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (100 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Çiçəkli (Sərab)
Çiçəkli (fars. چيچكلو‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 321 nəfər yaşayır (59 ailə). == Coğrafi yerləşməsi == Sərab şəhristanının Mərkəzi bölgəsinin Əbərqan kəndistanında, Sərab şəhərindən 28 km cənub-qərbdədir.
Çiçəkli (Tikantəpə)
Çiçəkli (fars. چيچكلو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Xızırlı
Xızırlı — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 3,746 nəfər və 848 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Vizeyli Elyanora
Vizeyli Elyanora (port. Leonor de Viseu) (2 may 1458, Beja – 17 noyabr 1525, Lissabon) — Portuqaliya kralı II Conun xanımı, Portuqaliyanın kraliça-konsortu. Atası Portuqaliya kralı I Eduardın oğlu İnfant Ferdinand, anası onun əmisi qızı İnfanta Beatrisdir. == Mənbə == Luttikhuizen, Frances (2016). Underground Protestantism in Sixteenth Century Spain. Vandenhoeck & Ruprecht. p. 30. ISBN 9783647551104 Stephens, Henry Morse (1903). The story of Portugal.
Xızırlı (Çaldıran)
Xızırlı (fars. خضرلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 458 nəfər yaşayır (93 ailə).
Xızırlı (Şot)
Xızırlı (fars. خضرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Xızırlı (Şövt)
Xızırlı (fars. خضرلو‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.