ski

m xizək; faire du ~ xizək sürmək; ~ de fond xizək idmanı; ~ nautique su xizəyi (idman növü)

sixième
skier
OBASTAN VİKİ
Ski Museu
Ski Museu — Xizək ləvazimatlarının nümayiş olunduğu muzey. ABŞ-nin bu mövzuya aid ən böyük kolleksiyaya sahib muzeyi hesab olunur. Burada bütün eksponatlar xronoloji ardıcıllıqla düzülmüşdür. Bu ardıcıllıq Polşada xizək ləvazimatının inkişafında 120 il ərzində baş verən dəyişiklikləri göstərir.Muzeydə həmçinin qış idmanı mövzu haqqında müxtəlif kitablara da arst gəlmək mümkündür. Muzey 1995-ci ildə il bundan əvvəl Siklin şəhərində kolleksioner və yerli sakinlərin dəstəyi nəticəsində yaradılmışdı. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Ski Museum of Maine website (ing.) "Skiing Pleasant Mountain" exhibit at Maine Memory Network. (ing.) Associated Press article by Glenn Adams in USA Today. (ing.) Ski Tracks article by Dan Cassidy in Maine Coast Now Arxivləşdirilib 2011-07-22 at the Wayback Machine.
Anna Skidan
Anna Aleksandrovna Skidan (14 may 1992) — Azərbaycanı təmsil edən yüngül atlet. 2018-ci ildə Avropa Çempionatında bürünc medala sahib olub. 2017 və 2021-ci illərdə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. == Həyatı == Anna Skidan 12 may 1992-ci ildə Ukraynanın Luqansk vilayətində anadan olub. Anna Skidanın çəkic atma yarışlarında şəxsi rekordu 74.21 metrdir. Həmin nəticəni o, 2012-ci ildə, Yaltada qeydə alıb. == Karyerası == Anna Skidan 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Nəticələrə əsasən o, lövhə atma turnirində 50.50 metr nəticə ilə üçüncü pillənin, nüvə itələmə turnirində 68.32 metr nəticə ilə üçüncü pillənin, çəhic atma turnirində isə 14.76 metr nəticə ilə isə beşinci pillənin sahibi oldu. Komanda hesabında Azərbaycan yığması 388 xalla I Avropa Oyunlarını beşinci pillədə başa vurdu.2015-ci ilin 2-14 iyulunda isə Anna Skidan Cənubi Koreyanın Kvanju şəhərində baş tutan Universiada Oyunlarında çıxış elədi və 70.68 metr nəticə ilə turnirin qalibi oldu.Anna Skidan növbəti turnirinə 22-30 avqustda Çində baş tutan Dünya Çempinatı çərçivəsində qatıldı. Təsnifat mərhələsinin nəticələrinə əsasən o, 68.08 metr nəticə ilə çempionatı 23-cü pillədə başa vurdu.Anna Skidan 6-10 iyulda Niderlandın Amsterdam şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.
Brayan Skiff
Brayan A.Skiff — Amerikan astronom. O, 114P/Vaysman–Skiff (Cennifer Vaysman ilə birlikdə) və 140P/Bouell–Skiff (Edvard Bouell ilə birlikdə) kometləri də daxil olmaqla, çoxsaylı asteroidlərin və dövri kometaların kəşf edilməsində mühüm rol oynamışdır. == Bioqrafiyası == 1980-ci ildən 1997-ci ilə kimi Skiff 60-a qədər kiçik planet kəşf etmişdir. Bu siyahıya (15398) 1997 UZ23 və 37 kilometr diametrə malik qaranlıq Yupiter troyası kimi kosmik obyektlər daxildir. LONEOS layihəsi üzərində işlədiyi dövrlərdə o, 2003-cü ilin oktyabrında itirilmiş asteroid sayılan 69230 Hermes asteroidini və 2004-cü ilin mayında atir asteroid sayılan (434326) 2004 JG6 asteroidini kəşf etmişdir. Skiff 1976-cı ildən Louell rəsədxanasında astronom kimi fəaliyyət göstərir. O, həmçinin Mars Hill yay voleybol komandasında voleybolçudur. == Mükafatları və uğurları == Florian mənşəli asteroid olan 2554 Skiff onun şərəfinə adlandırılmışdır. Asteroidin rəsmi adlandırma forması 8 aprel 1982-ci ildə Kiçik Planet Mərkəzində təsdiq edilmişdir. (M.P.C. 6834).
Geomorfoloji Skil
Geomorfoloji Skil (rus. геоморфологичеcкий цикл, ing. geomorphological cycle) -coğrafi sikl – hər-hansı ərazinin tektonik hərəkətlərlə Dünya okean səviyyəsindən yüksəyə qaldırılmasından başlayaraq müx-təlif ekzogen proseslərin təsiri ilə hamarlanaraq əvvəlki səviyyəsinə yaxın vəziyyətdə peneplen əmələ kəsilməsinə qədər, relyefin ardıcıl dəyişməsi. İqlim şəraitindən və əsas aparıcı denudasion amillərdən asılı olaraq G.s. su-erozion, arid, buz-laq, dəniz, karst və b. sikllərə ayrılır. Hər bir sikl relyefin morfoloji əlamətlərinə görə bir-birindən fərqlənən gənclik, yetkinlik, qocalıq və zəiflik mərhələlərinə ayrılır. Nəzəriyyə 19 əsrin axırlarında amerika geomorfoloqu U.Devis tərəfindən irəli sürülmüşdür.
Geotektonik skil
Geotektonik skil (rus. цикл геотектонический, ing. geotectonic cycle) -Belousova görə uzun müd¬dət ərzində (150 mln. ilə yaxın) bütün Yer üzərində həm geosink-linal və həm də platformalarda eyni vaxtda təzahür edən ehtizazı hərə¬\kətlər rejiminin dövrü dəyişməsi. Qalxma və enmənin dövriliyi dənizlərdə geniş transqressiya və reqressiyaların dövriliyinə səbəb olur. Paleozoydan başlayaraq Yerin inkişafında üç sikl ayrılır: Kaledon-Kembridən başlayır və Devonun əvvəllərində qurtarır; Hertsen-Devondan başlayıb, Permdə qurtarır; Alp-bütün Mezozoy və Kaynozoyda davam edən. Belousova görə geosinklinallarda qırışıq əmələgəlmə epoxaları bu sikllərə uyğun gəlir.
Ksander Skinner
Ksander Skinner (d. 18 mart 1998) — Namibiyalı üzgüçü. Ksander Skinner Namibiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ksander Skinner birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.00 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Leo Skiri Ostiqard
Leo Skiri Ostiqard (28 noyabr 1999, Molde[d]) — Norveç Eliteserien təmsilçilərindən olan Molde klubunda hücumçu kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Klub karyerası == === Molde === Ostiqard Molde akademiyası vasitəsilə inkişaf etmişdir. Ostiqard öz peşəkar karyerasında debütünü 4 iyun 2017-ci ildə Sarpsburq klubuna qarşı oyunda etmişdir. O, 83-cü dəqiqədə Sander Svendseni əvəz etmişdir. Həmin görüşdə Molde liqa görüşündə rəqibinə 1–0 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 18 İyun 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Norveç Superkuboku görüşləri daxildir.
Mixail Skipski
Mixail Skipski (rus. Михаи́л Ски́пский) — "Nə? Harada? Nə zaman?" oyununun televiziya və idman versiyasının oyunçusu, məşqçi, Balaş Qasımovun komandasının heyətində ikiqat "Büllur bayquş" sahibi. Skipski Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin məzunudur. O, hazırda Aniçkov liseyində coğrafiya fənnindən dərs deyir. == Nailiyyətləri == 2008-ci ildə Mixail Skipski yenidən təsis edilmiş "Ən Yaxşı Məşqçi" nominasiyası üzrə "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının mükafatına layiq görülmüşdür.2010-cu ilin dekabrında, "Nə? Harada?
Piotr Skierski
Piotr Skierski (30 dekabr 1971) — Polşanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Piotr Skierski Polşanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Quercus skinneri
Quercus skinneri (lat. Quercus skinneri) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Salvatore Skillaçi
Salvatore Skillaçi (it. Salvatore Schillaci) — keçmiş İtaliya futbolçusu.
Senecio skirrhodon
Senecio skirrhodon (lat. Senecio skirrhodon) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Skif süitası (Prokofiyev)
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. == Tarixi == Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. == Hissələr == İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Skif süitası (Prokofyev)
Skif süitası (ing. The Scythian Suite) - Sergey Prokofiyev tərəfindən 1915 - ci ildə bəstələnmiş orkestr üçün süita. == Tarixi == Prokofiyev süitanı əslində skiflər haqqında olan Ala və Lolli baletində istifadə üçün yazmışdır. Əsərin librettosu rus şairi Sergey Qorodetskinin şeirləri əsasında yazılmışdır. Lakin Sergey Diagilevin əsərə maraq göstərməsindən sonra, bəstəkar süitanın musiqisi üzərində yenidən işləyərək onu konsertlərdə ayrıca ifa üçün yararlı vəziyyətə gətirmişdir. Əsərin planlanan premyerası, tamaşaya bir neçə dəqiqə qalmış, musiqiçilərin olmaması üzündən təxirə salınmışdır. Birinci dünya müharibəsi səbəbiylə əksər musiqiçilər səfərbərliyə alındığından əsəri ifa edəcək orkestri təşkil etmək mümkün olmamışdır. Bununla belə, Moskva tənqidçisi Leonid Sabaneyev musiqinin qırıcı olduğunu qeyd etmişdir. Bu tənqidə cavabında Prokofiyev qeyd edirdi ki, göstəriləcək tamaşa Sabaneyevin təxəyyülünün məhsulu olmalı idi, lakin əsərin librettosunun yeganə nüsxəsi bəstəkarın əlində idi və beləcə o heç vaxt bu librettonu görməmişdi. == Hissələr == İyirmi dəqiqə davam edən süita dörd hissəlidir.
Skiflər
Skiflər — Antik dövrdə və Orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. == Skif etnonimi == Bir assur mənbəsində e.ə. 674-cü ildə Mannada, e.ə.
Skikda
Skikda (ərəb. سكيكدة‎, əvvəllər Filippvil) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayət və dairənin inzibati mərkəzi. 2008-ci ilin məlumatlarına görə, əhalinin sayı 163,618 nəfərdir. == Coğrafiya == Skikda Aralıq dənizində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 345 km şərqdə yerləşir. Şəhərin ətrafı dağlıqdır.
Skills in Pills
== Skills in Pills == Rammstein qrupunun vokalisti Till Lindeman və Pain qrupunun başçısı Peter Tagtgren ilə birgə 2015-ci ildə yayımladığı solo albom. Albom İndustrial metal tərzindədir.Əslində Till və Peter bu Albomu 1999-cu ildə çıxaracaqlardı amma Tillin vaxtının olmaması ucbatından albom işi təxirə salınır.Yalnız 2015-ci ilin başlarında Till İsveçdə olarkən albomun ilk təməlləri atılır. Albom "Lindemann" adı ilə yayımlanacaqdı. Albomda bütün mahnı sözləri və vokallar Till Lindemanna aiddir. Digər alətlər isə (Elektro gitar, Bass gitar,Org,Zərb alətləri, geri vokal) Peter Tagtgren tərəfindən çalınmışdır. Albomun mahnılarının əsasının bəstəkarı Till Lindemanndır .Albomda sadəcə 2 mahnıya klip çəkilmişdir, bunlar: "Praise abort" və "Fish on" təkliləridir.
Skin of Tears
Skin of Tears — 1991—2007-ci illərdə mövcud olmuş pank janrında ifa edən Alman qrupudur. 1991-ci ildə qrup 4 heyətdən, 1996-cı ildə isə 3 heyətdən ibarət idi. Qrup heyəti Bad Religion, Strung Out, No Use for a Name, Lagwagon, Rancid və Shelter Konzerte kimi məşhur rep qrupları ilə birgə səhnədə ifa edib. 2005-ci ilin yayında "Skin of Tears" qrupunun heyəti Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində konsert verirlər. 2007-ci ildə isə "Skin of Tears" qrupu solo karyerasına son verir.
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Skinhedlər
Skinhedlər, slenq. skinlər (ing. skinheads və ya skin — dəri və head — baş) — gənclərdən ibarət submədəniyyətin toplum adı. == Yaranma == Skinhedlər haqqında ilk məlumatlara hələ 1960-cı illərdə İngiltərə musiqisində və mətbuatında rast gəlmək olar. Bu submədəniyyətin ilk adlarından biri "Hard Mods" idi. Keçən əsrin 60-cı illərinin skinhedləri başqa bir submədəniyyət olan modlara və Yamaykanın rudboylarına çox bənzəyirdilər. Müasir Oi! və pank musiqi üslubları o zaman hələ mövcud deyildi. İlk modların və skinhedlərin ən sevdiyi musiqi əvvəlcə ska və soul, sonralar isə rokstedi və reggi olmuşdur. Submədəniyyət elə yarandığı müddətdən tamamilə apolitik idi.
Skinner qutusu
Skinner qutusu (ing. Skinner box) və ya operant tənzimləmə otağı (ing. operant conditioning chamber) – içərisindəki heyvanın (əsasən siçanın) qida və su əldə edə bilmək üçün basa biləcəyi bir düymənin olduğu aparat. Heyvanın tələb olunan hərəkəti etməsi və qarşılığında mükafatlandırılması prinsibi ilə işləyir.Təcrübənin əvvəlində qutunun içinə bir siçan qoyulur. Siçanın qutudakı hərəkətlərinə məhdudiyyət qoyulmur və rahatca dolaşmasına icazə verilir. Qutunun içində dolaşarkən qida əldə etməsini təmin edən düyməyə təsadüfən basan siçan sonrakı cəhdləri boyunca sürət qazanır və düyməyə basdıqca mükafatlandırıldığını öyrənir. Beləcə, operant tənzimləmə uğurla həyata keçirilmiş olur.Berres Frederik Skinner tərəfindən ixtira olunan bu qutuda bir heyvanın hər reaksiyasını qeydə alan cihaz var.Skinner qutusunun quruluşu heyvandan və təcrübənin formasından asılı olaraq dəyişdirilə bilər. Qutuda heyvanın reaksiya verəcəyi azı bir qol, düymə və qida olmalıdır.Bunlardan əlavə, qutuya xəbərdarlıqedicilər – işıqlar, səslər, videolar daxil edilə bilər. Bu zaman qutu elektriklə işləyir.Skinner qutusu ilə aparılmış təcrübələrdə heyvanın düyməyə basma sayına, basma müddətinə, basma sürətinə, basma aralığına baxılaraq təcrübələr sinifləndirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Pavlovdan Skinner qutusuna - arxa plan və təcrübə.
Skipjack
Skipjack - Clipper çipində realizə edilmiş şifrələmə alqoritmi. 64-bitlik blokların şifrələnməsi üçün 80 bitlik açar istifadə edilir. Şifrələmə raundlarının sayı 32-dir. DES alqoritmindən daha etibarlı olduğu iddia edilir.Alqoritmin nəşr olunmaması və məxfi saxlanması çox -tənqid edilmişdir. Hesab edilir ki, alqoritmdə qəsdən buraxılmış boşluqlar və ya xüsusi lağımlar ola bilər. Bu alqoritmin digər nöqsanı – yalnız hökumətin müəyyən etdiyi avadanlıqlarda realizə edilə bilməsidir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Skirrhophorus demissus
Epitriche (lat. Epitriche) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Epitriche demissus (A.Gray) P.S.Short === Sinonim === Pteropogon sect. Pteropogonopsis A.Gray Epitriche cuspidatus Turcz. Skirrhophorus demissus A.Gray Angianthus demissus (A.Gray) Benth.
Skirrhophorus phyllocephalus
Cephalosorus (lat. Cephalosorus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Cephalosorus carpesioides (Turcz.) P.S.Short === Sinonim === Angianthus phyllocephalus (A.Gray) Benth. Cephalosorus brevipapposus F.Muell. Cephalosorus phyllocephalus A.Gray Piptostemma carpesioides Turcz. Skirrhophorus phyllocephalus F.Muell. Styloncerus phyllocephalus (A.Gray) Kuntze == İstinadlar == Cephalosorus The Plant List saytında == Ədəbiyyat == Short, P.S. (1983) A revision of Angianthus Wendl., sensu lato (Compositae: Inuleae: Gnaphaliinae), 1. Muelleria 5(2): 183 Anderberg, A.A. (1991) Taxonomy and Phylogeny of the Tribe Gnaphalieae (Asteraceae).
Skizerli binası (Taqanroq)
Skizerli binası— Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitekur bina. Bina Taqanroq şəhəri Turqenev xiyabanı ev 3 ünvanında yerləşir. == Tarixi == 1840-ci ildə Turqenev xiyabanı, ev 3 ünvanında inşa edilən iki mərtəbəli bina arxitektor Patrikonun layihəsi əsasında inşa edilmişdir. Onun birinci sahibi türk dövlət-xidmətçinin arvadı Mariya Rafailovna Ksantoporova olmuşdur. Bi xiyaban boyunca yeeləşən binaların bir qismi Palasovlara məxsus olmuşdur. 1860-cı illərdə XIX əsrin əvvəllərində binanaya şəhərin fəxri sakini Vasili Vlasoviç Skizerli almışdır. Binanın bir hissəsi Rusiya saxlanc və göndəriş cəmiyyətinin ehtiyacları üçün istifadə edilirdi. Binanın qiyməti 12 min rubl olaraq qiymətləndirilirdi. Skizerli ailəsinə 1920-ci illərə qədər mənsub olmuşdur Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. 1992-ci ildə arxitektur abidə elan edilmişdir.

Digər lüğətlərdə

обры́згаться переуверя́ть перяно́й по-ду́рьи подти́скать раёшник развя́зываться раска́тывать циклова́ние патофизио́лог посове́товать растолкова́ть archlute booter god holohedral hopeless near miss next best overworld roo yore поддакнуть псаломщик терпеть