Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Binə Xocavar
Binə Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1150 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi keçmişdə Xocavar (indi mövcud deyil) kəndinin binə yeri olmuşdur. XIX əsrin axırlarında kəndin əhalisi binə yerində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoymuşdur. Toponim "Xocavar kəndinə məxsus binə" mənasındadır. == Tarixi == XIX əsrin əvvəllərində qonşu Böyük Xocavar kəndindən qopan və kəndin indiki ərazisində özlərinə binə salan ailələrdən təşkil olunmuşdur. Kəndin adı Binə Xocavar da elə buradan götürülmüşdür. Sovet dönəmində bu kəndlər bir sovetlikdə, indi isə bir bir bələdiyyə ərazisində yerləşir.[mənbə göstərin] == İqtisadiyyatı == Kənd əhalisi Sovetlər dönəmində əsasən kənd təsərrüfatı ilə məşğul olurdu. İndi isə əhalinin bir hissəsi kənd təsərrüfatı ilə, digər hissəsi isə kiçik sexlər səviyyəsində mebel istehsalı ilə məşğul olur.[mənbə göstərin] == Din == Kənddə Binə Xocavar kənd məscidi dini icması fəaliyyət göstərir.I Qarabağ şəhidi: Nuriyev Bəşir Nuru oğlu – (05. 06.
Böyük Xocavar
Böyük Xocavar — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Böyük Xocalar kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimiyası == Kəndin ilkin adı Xocavar olmuşdur. Kəndin adının Xoca sözündən əmələ gəlməsi ehtimal olunur. Xocavar sözü iki mənada yozulur. Böyük Xocavar kəndi ticarət yollarının kəsişdiyi rahat bir yerdə yerləşdiyindən bura bazarların olduğu, tacirlərin sevdiyi, məskən saldığı yer olmuşdur. Xocavar- xoca, yəni tacir adından əmələ gəlməsi ehtimal olunur. Böyük Xocavar kəndi həm də elmin, təhsilin inkişaf etdiyi yer olmuşdur. Kənddə demək olar hər bir dövrdə bu dövrə uyğun məktəb olmuşdur. Xocavar sözünü xoca, yəni müəllim, elmli, elm adamlarının kəndi kimi ehtimal edənlər də var.
Xoşabad (Nəmin)
Xoşabad (fars. خوش اباد‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (20 ailə).
Xoşalan (Urmiya)
Xoşalan (fars. ‎‎‎خوش الان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (51 ailə).
Akaki Xorava
Akaki Akaseyiviç Xorava (gürc. აკაკი ალექსის ძე ხორავა; 1895–1972) — Gürcü, sovet aktyoru, teatr rejissoru, müəllim. SSRİ xalq artisti (1936).. Beş dəfə Stalin mükafatı laureatı (1941, 1943, 1946, 1946, 1951). İki dəfə Lenin ordeni (1945, 1950) mükafatçısı. == Həyatı == Akaki Xorava 1895-ci il aprelin 17-də (29) Oçxomuri kəndində (Sameqrelo-Zemo Svaneti bölgəsinin Çxorotsku bələdiyyəsi) anadan olmuşdur. 1915-ci ildə Kutaisi klassik kişi gimnaziyasını bitirib. 1915–1917-ci illərdə Kiyev Universitetinin tibb fakültəsində təhsil alıb. Fevral inqilabından sonra Gürcüstana qayıdıb. Xorava 1917–1919-cu illərdə Novo-Senakski rayon ərzaq komitəsində işləyib, Batumini hücum edən osmanlılardan qorumaq üçün Novo-Senakski dəstəsinin könüllüsü olub.
Koşava adası
Koşava adası — Zed adaları arxipelaq qrupunun ən şərqdəki adasıdır. Ada Antarktidanın Cənubi Şetland adalarında, Varna yarımadasının Livinqston adasının şimal-şərq sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 340 m, eni 220 metrdir. Ada qonşu ada olan Lesidren adasından 140 m, Livinqston adasının Vilyams zirvəsindən isə 1.9 km şimalda yerləşmişdir. Ada MakForlen boğazının qərbində yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Bolqarıstanın şimal-qərb şəhərlərindən olan Koşavanın adını daşıyır. == Yerləşməsi == Koşava adası 62°25′59″ c. e.
Xosrava (Salmas)
Xosrovabad (fars. ‎‎خسرواباد‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 158 nəfər yaşayır (44 ailə).
Heysaku Kosava
Heysaku Kosava (古沢平作, Kosava Heysaku, 17 iyul 1897, Atsuqi[d], Kanaqava prefekturası – 5 oktyabr 1968, Tokio[d]) – Yaponiya psixiatrı və psixoanalitiki. Yaponiyada psixoanalizin əsasını qoymuşdur. == Həyatı == Heysaku Kosava 17 iyul 1897-ci ildə Yaponiyanın Kanaqava prefekturasının Atsuqi şəhərində doğulmuşdur. 1926-cı ildə Tohoku Universitetinin Tibb Məktəbindən məzun olmuş, burada professor Kiyoyasu Maruinin tələbəsi olmuşdur. 1931-ci ildə Tohoku Universitetindəki psixiatriya professoru olmuşdur.1932–1933-cü illərdə Vyana Psixoanaliz İnstitutunda təhsil almış, burada Rixard Şterba və Paul Federnin tələbəsi olmuşdur. Vyanada yaşayarkən Ziqmund Freydin evini ziyarət etmiş və ona alman dilində yazdığı "Günahkarlıq hissinin iki növü" adlı məqaləsini təqdim etmişdir. Bu məqalədə onun tərəfindən irəli sürülmüş Acase kompleksindən bəhs etmişdir. O, Visbaden şəhərində baş tutmuş XX Beynəlxalq Psixoanaliz Assosiasiya konqresində iştirak etmiş ilk yapon olmuşdur. Burada Haynts Hartman və Karl Mennincerlə tanış olmuş, onlarla dostlaşmışdır. 1934-cü ildə Yaponiyaya qayıtdıqdan sonra Tokioda şəxsi klinikasını açmışdır.
Kosava qəsri
Kosava qəsri — Kosovo, Belarusiyada yerləşən dağılmış neo-qotik qəsr-saray. Əmlak 1821-ci ildə qraf Voytsex Puslovski tərəfindən satın alınmışdır. Voytsex Puslovskidən sonra mülk onun oğlu Vandalin tərəfindən miras qaldı. Tadeusz Kosciuszko bir malikanədə anadan olmuşdur. Qəsrin memarı Franciszek Jaschold idi. Saray 19-cu əsrin sonlarında Vladislav Markoni tərəfindən yenidən qurulmuşdur. 1863-cü ildə Polşa Yanvar üsyanının məğlubiyyətindən sonra mülk Trubetskoy ailəsinə və digər rus aristokratlarına keçdi. Birinci və İkinci Dünya Müharibələri zamanı bura ciddi ziyan dəyib. Hazırda qəsrdə bərpa işləri gedir.