Mordvalılar
Mordvalar və ya mordvalılar — ana dili Mordva dili olan Fin-uqor xalqlarından biri, Fin-uqor xalqlarının Fin-perm qrupunun Fin-volqa yarımqrupuna daxildirlər, əsasən Rusiyada yaşayırlar.
Rusiya FR-nın dövlət statistikasının federal xidmətinin 2010-cu il Ümumrusiya əhali siyahıyaalınmasının yekunlarına dair məlumatına əsasən Rusiya FR-da yaşayan mordvaların ümumi sayı 744,237 nəfərdir. Onların tərkibində hesablanmış mordvaların subetnik qrupları olan:
Erzyanların sayı: 57,008 nəfər olmuşdur.
Mokşaların sayı: 4,767 nəfər olmuşdur.