Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rudsər
Rudsər — İranın Gilan ostanında yerləşən şəhər. Rudsər şəhərinin əhalisinin əksəriyyəti giləklərdir.
Rudsər şəhristanı
Rudsər şəhristanı (fars. شهرستان رودسر‎) — İranın Gilan ostanının 16 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. İnzibati mərkəzi Rudsər şəhəridir. Ərazisi 14 kv.km.-dir.
Xudgər şəlaləsi
Xudgər şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonu ərazisində yerləşən şəlalə. == Haqqında == Yerli əhali tərəfindən Xudgər adlandırılan bu şəlalə Kiş çayının Damarçın qolunun sağ sahilində dəniz səviyyəsindən 1668 m hündürlükdə yerləşir. Xudgər adı "xonkar", "xodkar", "xudkar" sözlərindən yaranmışdır ki, bu da "hökmdar", "sultan", "başçı" mənasını daşıyır. Elmi mənbələrdə adı qeyd olunmayan, 14,8 metr hündürlükdən tökülən, koordinatları N 41˚ 17' 37", E 47˚ 15' 05" olan "Xudgər" şəlaləsi öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsidir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ekoloji coğrafiya" şöbəsinin aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlu və "Ekoloji coğrafiya" şöbəsinin rəhbəri Rəhimov Yusif Rəsul oğlu tərəfindən 2018-ci ildə Şəki rayonundakı Kiş çayı və çayın qolları üzərində, regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı qeydə alınıb.
Xursən dağı
Xursən dağı - Kəlbəcər rayonu ərazisində dağ. == Oronim == X əsrə aid mənbədə Xursan Dərbəndlə Şirvan arasında yerləşən knyazlığın adı kimi yad olunur. Tədqiqatçılar bu toponimi xorus/gorus etnonimi ilə bağlayırlar. Oronim "goruslar" mənasındadır.
Xudkar Məhəllə (Talış)
Xudkar (fars. خودكارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 103 nəfər yaşayır (21 ailə).
Büreyr ibn Xudeyr əl-Həmdani
Büreyr ibn Xudeyr əl-Həmdani (ərəb. بُرَيْر بن خُضَيْر ٱلْهَمْدَانِيّ‎) — əslən Yəməndən olan Bəni-Həmdan tayfasının bir qolu olan Bəni-Məşriq nəslindəndir. O, qari idi və Məscidül-Kufədə Quran öyrədirdi. O, həm də tabiinlərdən və Əlinin də səhabəsi idi. Büreyr Hüseyn ibn Əlinin Mədinədən Kərbəlaya hicrət etdiyini eşidəndə Hüseynin ordusuna qoşulmaq üçün Kufəni tərk etdi. == Ömər ibn Sədə etiraz == Hüseynin bəzi səhabələri Ömər ibn Sədi Kərbəla döyüşündə Hüseyn ibn Əlinin su əldə etməsinə icazə vermədiyinə görə qınamışlar ki, onların arasında İbn Sədin yanına gedən Büreyr ibn Xudeyr İbn Sədin yanına gedərək Allahı və Onun Rəsulunu tanıdığını iddia edərkən "peyğəmbər ailəsini susuzluqdan ölümə tərk edib-etməyəcəyini" soruşdu. == Yezidlə mübahilə == Əbdülqeysin müttəfiqi Yezid ibn Moqal Hüseynin düşərgəsinə doğru hərəkət etdi və yaxınlaşaraq uca səslə Büreyr ibn Xudeyri çağırıb soruşdu ki, Allahın onun üçün təyin etdiyi taleyi necə tapdığını soruşdu. Bureyr cavab verdi ki, Allah onun barəsində xeyir, Yezidə isə şər göndərmişdir. Buna cavab olaraq Yezid onu azğınlardan olan yalançı adlandırdı. Büreyr onu "mübahilə"yə (yəni yalançı olana Allahın lənətini yağdırmağa) çağırdı.
Haməd bin Abdullah bin Səud bin Xudeyr
Haməd bin Abdullah bin Səud bin Xudeyr (4 noyabr 1966, Ər-Riyad) — Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2018–2023) == İstinadlar == == Xarici keçidlər == H. E. Dr.
Xeder
Xeder (idiş חדר‎ xeder — ibtidai yəhudi məktəbi; ivr. ‏חֶדֶר‏‎ — otaq) — yəhudi dini ibtidai məktəbi. == Tarixi == Xeder adı ilk dəfə XIII əsrdə işlədilmişdir. Sonradan bu növ məktəblər Aşkenazi yəhudiləri arasında geniş yayılmışdır. XVII əsrin birinci yarısında Belarusiya və Polşada xederin fəaliyyəti N.Hanoverin "İven Metzula" ("Dərin alt") kitabında təsvir edilmişdir. O, illərdə qurulan sistem Rusiya imperiyası daxilində və Avstriya-Macarıstanın bəzi bölgələrində Birinci Dünya müharibəsinə qədər qorunub saxlanılmışdır. == Təlim sistemi == Talmud-tora məktəblərində olduğu kimi, xederdədə yalnız oğlanlar təhsil alırdı. Bununla belə, əgər talmud-tora valideynləri təhsil haqqını ödəyə bilmədiyi üçün kasıb uşaqlara dəstək olmaq üçün yaradılmışdısa, xederdə təhsil pullu idi. Burada müəllim (melamed) keçdiyi dərs müqabilində valideynlərindən ödəniş alırdı (belə bir haqqı almaq üçün, alaha nüfuzlu şəxslərinin qanuni tövsiyələri tələb olunurdu, çünki iman qanunlarının öyrədilməsi mitsva şəklində, yəni pulsuz həyata keçirilməli olduğuna inanılırdı). Təhsil adətən müəllimlərin evinin otaqlarından birində aparılırdı.
Xuşur
Xuşur (monq. хуушууp, IPA: [xʊ ː ʃʊr]) — Monqol mətbəxinin məşhur yeməkdir. Yemək əsasən xəmir və ətdən ibarətdir. Qaydaya əsasən onlar balaca olmalıdır. == Tərkibi == Ət (mal və ya qoyun) xırda-xırda doğranır və ət maşınınnda çəkilir. Bundan sonra ona soğan, sarımsaq, duz və s.ədviyyatlar əlavə edilir. == Hazırlanması == Xəmirdən balaca-balaca dairə kəsirlər və içərisinə ət qoyurlar, xəmirin ortadan bükürlər və bir az cib formasına oxşayır. Aşpaz bişirən zaman cibin açıq hissəsini bağlayır. Həmçinin dairə formasındada ola bilər. Monqolların çox bişirdikləri yeməkdir.Bu yeməyin Buryatidə digər növü buuzami yayılıb.
User
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Lin Luder
Ule Qunnar Sulşer
Ule Qunnar Sulşer (26 fevral 1973[…], Kristiansunn[d]) — Norveçli keçmiş peşəkar futbolçu. Hal hazırda futbol məşqçisi. Karyerası ərzində hücumçu kimi çıxış edib. == Karyera == İngiltərəyə gəlməzdən əvvəl Norveçin "Klausenengen" və "Molde" klublarında oynamışdır. 1996-cı ildə 1.5 milyon funt-sterlinq qarşılığında "Mançester Yunayted"ə transfer olmuşdur. "Körpə üzlü qatil" ləqəbi ilə tanınan futbolçu bu klubun heyətində 366 oyuna çıxmış və 126 qolla yadda qalmışdır. Sonradan oyuna daxil olaraq vurduğu qollara görə "super ehtiyat" ləqəbi ilə də tanınır. UEFA Çempionlar Liqasının 1998/99 mövsümünün finalında Almaniya təmsilçisi "Bayern Münhen"ə qarşı oyunda görüşün əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə vurduğu qol Sulşerin ən məşhur qolu olaraq yaddaşlarda qalmışdır. Məhz həmin qol sayəsində "Mançester Yunayted" tarixində ikinci dəfə bu turnirin qalibi olmuşdu. Sulşer 2007-ci ildə dizindən aldığı zədə nəticəsində peşəkar futbolçu karyerasını bitirdiyini açıqlamışdır.
User account
İstifadəçi (ing. User) — Mühafizə olunan, yaxud çoxistifadəçi kompüter sistemində: istifadəçinin sistemə və onun resurslarına müraciət etmə vasitələri. Adətən, sistem inzibatçısı tərəfindən yaradılan istifadəçinin hesabı istifadəçi haqqında informasiyadan (məsələn, adından və istifadəçinin tanınması və sistemə "daxil olması" üçün, eləcə də sistemdən və onun resurslarından istifadə edə bilməsi məqsədilə müəyyən hüquqları ona vermək üçün tələb olunan şəxsi paroldan) ibarət olur. İstifadəçinin təyin etdiyi verilənlər tipi (ing. User-defined data type) — Proqramda, adətən, verilmiş proqramlaşdırma dilində istifadə olunan verilənlər tiplərinin kombinasiyası kimi təyin olunan xüsusi verilənlər tipi. İstifadəçiyə münasib (ing. User-friendly) — Öyrənilməsi asan, istifadəsi rahat (yüngül) olan sistem haqqında işlədilən termindir. İstifadəçilər qrupu (ing. User group (UG)) — Eyni bir kompüter sisteminə, yaxud proqram təminatına maraqlarına görə birləşmiş insanlar qrupu. Bəzi üzvləri böyük və nüfuzlu qurumlar olan istifadəçi qrupları yeni başlayanları dəstəkləyir və üzvlərinin ideya, informasiya mübadiləsi etmələri üçün forumlar təşkil edirlər.
Top həm düşər, həm qalxar (film, 2011)
Top həm düşər, həm qalxar — Rejissor Arzu Urşanın filmi. == Məzmun == Azərbaycan futbolunun 100 il ərzində keçdiyi inkişaf göstərilir. == Film haqqında == Sənədli film Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuşdur. Sənədli filmin təqdimatı 20 dekabr 2011-ci ildə Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. == Festivallar və mükafatlar == 1) 2011-ci il sentyabrda Rusiyanın Lipetsk şəhərində keçirilmiş "Atlant" VIII Beynəlxalq İdman Filmləri Festivalı "Olimpiya İdeallarına Sədaqət" nominasiyasında birinci mükafata layiq görülüb. 2) 2011-ci il noyabrda İtaliyanın Milan şəhərində keçirilmiş XXIX Beynəlxalq İdman Kino və Televiziya Kino Festivalı "Kino və televiziya — Böyük çempionlar" nominasiyasında "Ən yaxşı film" mükafatına layiq görülüb. 3) 2012-ci il mayda Türkiyənin İstanbul şəhərində keçirilmiş II Beynəlxalq İdman Filmləri Festivalı "İdman klubu haqqında ən yaxşı film" nominasiyasının qalibi olub.idman filmləri üzrə keçirilən birinci beynəlxalq festival — Serbiya, Zlatibor şəhəri.