Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alvara Hefels
Alvara Hefels (6 aprel 1982) — Alman aktrisa.Onun çəkildiyi tamaşalarda "Keynoxrhasen" (2007), "Fak cu Qehte" (2013) və Türk aktrisası Sibel Kekilli ilə birlikdə çəkdiyi "Ayrılıq" (2010) olub.
Calvaria
Kəllə qapağı (lat. Calvaria) tam kəllənin yuxarı hissəsi hesab olunur və onu alın sümüyünün pulu, əsas sümüyün böyük qanadlarının gicgah səthi, təpə sümükləri, ənsə və gicgah sümüklərinin pulu təşkil edir. Kəllənin beyin hissəsi süni xətt vasitəsilə iki şöbəyə bölünür: yuxarı hissə — kəllə qapağı — lat. calvaria və aşağı hissə — kəllə əsası — lat. basis cranii. alı sümükləri ilə təpə sümükləri arasında tac tikiş — lat. sutura coronalis, təpə sümükləri arasında orta xətdə — sagital tikiş — lat. sutura sagittalis, təpə sümükləri ilə ənsə sümüyü arasında lyambdayabənzər tikiş — lat. sutura lambdoidea, təpə sümüyünün aşağı kənarı ilə gicgah sümüyünün pullu hissəsi arasında pullu tikiş — lat. sutura squamosa.
Varvara
Varvara — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Alvars
Alvars (fars. الوارس‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,007 nəfər yaşayır (199 ailə).
Balvar
Balvar (əvvəlki adı: Balvarı) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Sabirabad rayonunun Surra kənd inzibati ərazi dairəsi tərkibindəki Balvarı kəndi Balvar kəndi adlandırılmışdır.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Xalvar
Xalvar— çəki ölçü vahidi. == Ümumi məlumat == Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Yalvaç
Peyğəmbər — İslam dinin ənənəsinə görə Allahın elçisi, digər dinlərin ənənələrinə görə Allahın göstərişlərini, buyruqlarını, vəhylərini insanlara çatdıran mömin şəxs, vaiz, gələcəyi öncədən xəbər verən şəxs. == Peyğəmbərlik == Qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəməbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. “Peyğəmbər” sözü fars dilindən çevrilmişdir. Peyam xəbər, peyğəmbər “elçi” deməkdir. Peyğəmbər ərəbcə rəsul sözünün qarşılığıdır. Ərəbcə “Rəsul” (رسول) oxşar məna daşır .“Nəbi” (نبي) sözü də “nəbə” kökündən törəmiş, xəbər verən, “elçi” mənasını verən sözdür. Ərəbcə Nebi sözünün mənşəyinin Nabuya əsaslandığı güman edilir. Bundan əlavə yalvaç sözü peyğəmbər deməkdir.
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürlmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Yavata
Yavata — Yaponiyada, Kyuşu adasının şimalında, Fukuoka prefekturasında şəhər. == Əhalisi == Əhalisi 74.180 (1 İyul 2010) nəfərdir. == İqtisadiyyatı == Metallurgiya kombinatı, elektrik motorqayırma, koks-kimya, sement, silikatlı kərpic zavodları, port qurğuları var.
Şalvar
Şalvar — Orta Asiyada yaranan, beldən ayaq biləyinə qədər geyilən, hər iki ayağı ayrıca örtən bir geyimdir. Avropanın əksəriyyətində şalvar qədim dövrlərdən bəri, Orta əsrlər dövrü boyu və müasir dünyada yetkin kişilər üçün ən geniş yayılmış alt bədən geyimi formasına çevrilmişdir. 20-ci əsrin ortalarından bəri şalvar getdikcə qadınlar tərəfindən də daha geniş şəkildə geyilməkdədir. Cins şalvarlar, hər iki cins tərəfindən bütün dünyada geyilən gündəlik geyim formasıdır. İsti havalarda və ya bəzi idman növləri üçün, xüsusən uşaqlar və yeniyetmələr tərəfindən şortlara üstünlük verilir. == Tarixi == === Erkən dövr === Ən qədim bilinən şalvarlar, Tarim hövzəsinin insanlarına aid olan Çin, Sincan, Qərbi Turpandakı mumiyalardan çıxarılan Yanghai qəbiristanlığında tapıldı. E.ə XIII və X əsr arasındakı dövrə aid və yundan hazırlanmış şalvarın düz ayaqları və enli paçası vardı və çox güman ki, at sürmək üçün hazırlanmışdı. === Orta əsrlər === Avropada orta əsrlər boyunca xüsusən kişilər tərəfindən müxtəlif dizaynlı şalvarlar geyildi. Geniş ölçülü şalvarlar Bizansda uzun tuniklər altında geyilmiş və bir çox qəbilə, məsələn, Qədim Qərbi Roma İmperatorluğuna köçmüş Alman qəbilələri tərəfindən geyildiyi sübut edilmişdir. VIII əsrdə Avropada, xüsusən də yuxarı sinif kişilər arasında iki qat şalvarın geyilməsinə dair sübutlar var.
Alvar
ToponimlərAlvar (kommuna)
Eugenia valvata
Eugenia valvata (lat. Eugenia valvata) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Varvara Corcadze
Varvara Corcadze (gürc. ბარბარე ჯორჯაძე; 1833, Kistauri[d], Kaxetiya, Rusiya imperiyası – 10 (22) aprel 1895, Qremi, Kaxetiya, Rusiya imperiyası) — ilk gürcü feminist, dramaturq, şairə, ictimai xadim, ilk feminist manifestinin və "Gürcü mətbəxi və ev təsərrüfatına dair məsləhətlər" adlı ilk yemək kitabının müəllifi. == Bioqrafiya == 1833-cü ildə Kistauridə David və Nino Eristavi ailəsində anadan olmuşdur. Varvara evdə yaxşı təhsil almışdır. 1845-ci ildə 12 yaşında, hərbi karyerası uğursuz olan hərbçi Zaxariya Corcadze ilə evlənir. Həmin vaxt gənc ailəyə Varvaranın qardaşı Rafael Eristavi böyük köməklik göstərib. Yeni evlənənlər Qremidəki Corcadzenin malikanəsində məskunlaşırlar. 1850-ci ildən o, ilk şeirlərini yazmağa başlayır. 1854-cü ildə "İveriya" qəzetində ləzgilərin Kaxetiyə basqınının faciəvi nəticələri haqqında geniş məqaləsi dərc olunur. Jurnalistika ilə paralel olaraq hekayələr və pyeslər yazmaqla məşğul olur.
Varvara Filiou
Varvara Filiou (29 dekabr 1994) — Yunanıstanı təmsil edən bədii gimnast. Varvara Filiou 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Filiou həmdə 2013-cü ildə Aralıq dənizi Oyunlarının gümüş medalını qazandı. == Karyerası == Varvara Filiou 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.624 xal topladı və 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Varvara Maqnisali
Varvara Maqnisali (d. 10 iyul 1986; Afina, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Varvara Maqnisali 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Varvara Maqnisali 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Yeleni Xronopoulou və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Varvara bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şalvari (Hurand)
Şalvari (fars. شلوري‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (8 ailə).
0 yanvar
0 yanvar (sıfır yanvar; alternativ adı: 31 dekabr) - bir çox astronomik və texniki materiallarda qeyd olunan mövcud olmayan təqvim tarixidir.
10 yanvar
10 yanvar — Qriqorian təqvimində ilin 10-cu günü. Bu tarixdə ilin sonuna 355 gün (uzun ildə 356 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 49 — Qay Yuli Sezar Rubikon çayını keçərək, Qədim Roma vətəndaş müharibəsini başlayıb. 1072 — Robert Qviskar Palermonu işğal edib. === 1601–1900 === 1863 — Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilmişdir. === 1901–cari === 1946 — Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur. === Azərbaycana aid hadisələr === 1954 — Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. 1992 — Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.
11 yanvar
11 yanvar — Qriqorian təqvimində ilin 11-ci günü. Bu tarixdə ilin sonuna 354 gün (uzun ildə 355 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1569 — İngiltərədə ilk dəfə lotoreya qeyd olunub. === 1601–1900 === 1861 — ABŞ-də vətəndaş müharibəsi: Alabama ştatı ABŞ-dən ayrılmışdır. === 1901–cari === 1985 — Ameliya Erhart Havaydan Kaliforniyaya təkbaşına uçan ilk şəxs olmuşdur. 1985 — Rio-de-Janeyroda ilk dəfə Rock in Rio musiqi festivalı keçirilib. === Azərbaycana aid hadisələr === 1963 — Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis edilib. 1991 — "Səs" qəzeti ilk dəfə nəşr olunub. 1994 — Azərbaycan və Latviya arasında diplomatik əlaqələr qurulmuşdur.
13 yanvar
13 yanvar — Qriqorian təqvimində ilin 13-cü günü. Bu tarixdə ilin sonuna 352 gün (uzun ildə 353 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 31 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 27 — Oktavian Avqust dövləti Senatın və xalqın sərbəst sərəncamına verib. O, on il müddətinə İspaniya, Qaul və Suriyanı öz əyaləti kimi idarə edib. === 1601–1900 === 1900 — Çex millətçiliyinə qarşı mübarizə aparmaq üçün, imperator I Frans İosif Almaniyanın imperiya ordusunda alman dilini rəsmi edib. === 1901–cari === 1968 — Conni Keş Folsom Dövlət Həbsxanasında çıxış edib. 2020 — ABŞ-də ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1813 — Rusiya imperiyasının əsgərləri Talış xanlığının paytaxtı Lənkəran şəhərini işğal edib.
14 yanvar
14 yanvar — Qriqorian təqvimində ilin 14-cü günü. Bu tarixdə ilin sonuna 351 gün (uzun ildə 352 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1900 — Cakomo Puççininin "Toska" operası Romada səhnəyə qoyulub. === 1901–cari === 1939 — Norveç Kraliça Mod Torpağına Antarktidada iddia edib. 1953 — İosip Broz Tito Yuqoslaviyanın ilk prezidenti seçilib. === Azərbaycana aid hadisələr === 1982 — Şuşada Vaqif türbəsinin açılış mərasimi olub. 1992 Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr qurulmuşdur. Bolqarıstan Azərbaycanın müstəqilliyini tanımışdır. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
15 yanvar
15 yanvar — Qriqorian təqvimində ilin 15-ci günü. Bu tarixdə ilin sonuna 350 gün (uzun ildə 351 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 yanvar tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1559 — I Elizabet Vestminster abbatlığında İngiltərənin şahzadəsi olub. === 1601–1900 === 1759 — Britaniya muzeyi xalqa açılıb. 1892 — Ceyms Neysmit basketbolun qaydalarını nəşr edib. === 1901–cari === 2001 — Vikipediya fəaliyyətə başlayıb. === Azərbaycana aid hadisələr === 1990 — Dağlıq Qarabağda fövqəladə vəziyyət tətbiq edilib. 1992 — Avstriya Azərbaycanın müstəqilliyini tanımışdır. 1997 — Azərbaycan və Kosta-Rika arasında diplomatik əlaqələr qurulmuşdur.