VARVARA

(İmişli, Şəmkir, Tovuz)
çoxdanışan, deyingən. – Nə varvara arvatdı bu, sə:rətən danışer (İmişli); – Arvad kı varvara oldu heş nə (Tovuz)
VARVAR
VARVARÇI
OBASTAN VİKİ
Varvara
Varvara — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Varvara Corcadze
Varvara Corcadze (gürc. ბარბარე ჯორჯაძე; 1833, Kistauri[d], Kaxetiya, Rusiya imperiyası – 10 (22) aprel 1895, Qremi, Kaxetiya, Rusiya imperiyası) — ilk gürcü feminist, dramaturq, şairə, ictimai xadim, ilk feminist manifestinin və "Gürcü mətbəxi və ev təsərrüfatına dair məsləhətlər" adlı ilk yemək kitabının müəllifi. 1833-cü ildə Kistauridə David və Nino Eristavi ailəsində anadan olmuşdur. Varvara evdə yaxşı təhsil almışdır. 1845-ci ildə 12 yaşında, hərbi karyerası uğursuz olan hərbçi Zaxariya Corcadze ilə evlənir. Həmin vaxt gənc ailəyə Varvaranın qardaşı Rafael Eristavi böyük köməklik göstərib. Yeni evlənənlər Qremidəki Corcadzenin malikanəsində məskunlaşırlar. 1850-ci ildən o, ilk şeirlərini yazmağa başlayır. 1854-cü ildə "İveriya" qəzetində ləzgilərin Kaxetiyə basqınının faciəvi nəticələri haqqında geniş məqaləsi dərc olunur. Jurnalistika ilə paralel olaraq hekayələr və pyeslər yazmaqla məşğul olur.
Varvara Filiou
Varvara Filiou (29 dekabr 1994) — Yunanıstanı təmsil edən bədii gimnast. Varvara Filiou 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Filiou həm də 2013-cü ildə Aralıq dənizi Oyunlarının gümüş medalını qazandı. Varvara Filiou 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 68.624 xal topladı və 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Varvara Maqnisali
Varvara Maqnisali (d. 10 iyul 1986; Afina, Yunanıstan) — Yunanıstanı təmsil edən bədii gimnast. Varvara Maqnisali 2004-cü ildə Yunanıstanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Varvara Maqnisali 2004-cü ildə Yunanıstan bayrağı altında elə Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları İlektra Eftimiou, Mariya Kakiou, Liana Xristidou, Yeleni Xronopoulou və Steriani Pantazi ilə birgə finalda 46.525 xal topladı və 5-ci yeri tutdu.
Varvara bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Müqəddəs Varvara kafedralı
Müqəddəs Varvara kafedralı (çex. Chrám svaté Barbory) — Çexiyanın Kutna Hora şəhərinin mərkəzində yerləşən roma-katolik kilsəsi. Qotik üslublu kilsə 1388-1558-ci illər arasında inşa olunmuşdu. Kafedral Mərkəzi Avropanın ən məşhur qotik kilsələrdən biridir. 1995-ci ildə Varvara kafedralı ətrafdakı komplekslə birlikdə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. 1388-ci ildə Kutna Hora şəhərində mədənçilərin himayədarı sayılan müqəddəs Varvaranın (Barbora) şərəfinə möhtəşəm kilsənin tikintisi başlanılmışdır. X əsrdə hazırkı bu ərazidə gümüş filiz yataqları aşkar edilməsi, Kutna Hora şəhərinin yaranmasının əsas səbəblərdən biri idi. Üç əsr sonra isə burada artıq gümüş mədənçıxarma güclü inkişaf etmişdi və şəhər o zamanın ən sabit Avropa valyutalarından biri sayılan Praqa qroşunun zərb mərkəzinə çevrilmişdi. İstehsal işləri elə yaxşı gedirdi ki, XIV-XV əsrdə yerli "Eşşək" minası Ginnesin Rekordlar Kitabına daxil ola bilərdi - 500 metr dərinliyə çatmış mədən, dünyanın ən dərin minalarından biri sayılırdı. Məhz gümüş filizi çıxarılan mədənlərdə işləyən bu insanlar, kafedralın tikintisi üçün öz himayədarlığı irəli sürmüşdülər.
Müqəddəs Varvara kilsəsi
Müqəddəs Varvara kilsəsi və ya İçərişəhər erməni kilsəsi — Azərbaycanın Bakı şəhərində 1797-ci ildən 1990-cı ilə qədər mövcud olmuş kilsə. Kilsə İçərişəhərdə yerləşir. XIX əsrin II yarısında kilsənin qarşısındakı keçmiş Varvarevskaya küçəsi də (indiki H. Rzayeva küçəsi) bu kilsənin o dövrdəki adı ilə adlandırılmışdır. Kilsə bütpərəst ailəsində doğulub, daha sonra xristianlığı qəbul etdiyi üçün 306-cı ildə öldürülmüş və sonradan müqəddəslik almış Varvaranın şərəfinə ucaldılmışdır. Ibrahimov, Kamil. "Qız qalası yaxınlığındakı abidə". www.anl.az. www.anl.az. İstifadə tarixi: 26 mart 2020.
Varvara Adrianova-Perets
Varvara Pavlovna Adrianova-Perets (rus. Варвара Павловна Адрианова-Перетц; 30 aprel (12 may) 1888 və ya 12 may 1888, Nejin[d], Nejin qəzası[d], Çerniqov quberniyası[d], Rusiya imperiyası – 6 iyun 1972, Leninqrad) — Rusiya və Ukrayna ədəbiyyatşünası, Ukrayna Elmlər Akademiyasının (1926) və SSRİ Elmlər Akademiyasının (1943) müxbir üzvü. O, XVII–XVIII əsrlər rus dilini və rus ədəbiyyatını, Ukrayna ədəbiyyatını tədqiqi etmişdir. Варвара Павловна Адрианова-Перетц. — М.: Издательство АН СССР, 1963 (Материалы к биобиблиографии учёных СССР. Сер. литературы и языка; вып. 4). Varvara Adrianova-Perets // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Varvara su anbarı
Varvara su anbarı — Kür çayının üzərində, Mingəçevir SES-dən 20 km aşağıda yerləşir. Ondan buraxılan suları gündəlik tənzimləmək və elektrik enerjisi istehsal etmək məqsədilə 1956-cı ildə istismara verilmişdir. Su anbarının uzunluğu 13 km, normal səviyyədə maksimum eni 3,4 km-dir, dərinliyi 8,2 m, sahil xəttinin uzunluğu 31 km, su güzgüsünün sahəsi isə 20,5 km²-dir. Varvara su anbarında 3 aqreqatdan ibarət və ümumi gücü 16,5 min.kvt olan Varvara su-elektrik stansiyası fəaliyyət göstərir. Varvara su anbarının ixtiofaunasının növ tərkibini və onların rastgəlmə intensivliyini nəzərdən keçirtsək burada 34 növ və yarımnöv, iki hibrid və bir forma (karp) balığının təftişi göstərmişdir ki, müasir dövrdə su anbarında Xəzər qızıl balığı, Kür xramulyası, zərdəpər, mursa, poru, qılınc balıq və Xəzər minoqası yoxdur (İsmayılov, 2004). Varvara su anbarında hazırda 26 növ və yarımnöv, iki hibrid və bir forma, balıq (27+3) vardır. Bu balıqların içərsində çoxsaylılar – durna balğı, külmə, həşəm, Zaqafqaziya gümüşçəsi, çapaq, naxa, sıf, daban balığı, Kür gümüşçəsi; orta saylılar- kür şəmayısı, qambuziya, Kür xulu, Qafqaz xulu, çəki, karp; azsaylılar – Kür qumlaqçısı, Kür altağızı, lil balığı, qızılüzgəc, Qafqaz enlibaşı; seyrək rast gələnlər qıjovçu, qızılı ilişkən; hibrid- külmə x çapaq və hibrid- külmə x altağız ayırd edilir. Aparılmış son tədqiqat işləri nəticəsində müəyyən edilmişdir ki, külmə vətəgə əhəmiyyətli balıqlar arasında say dinamikasına görə birinci yeri tutur (34,5%), sonrakı yeri 25,5 %- lə çapaq tutur. 15,5%-lə həşəm, üçüncü, 10,7%- lə çəki dördüncü yeri tutur. Axırıncı yerləri sıf balığı 8,9% və durna balığı 4,8% tutur.
Müqəddəs Varvara kilsəsi (Bakı)
Müqəddəs Varvara kilsəsi və ya İçərişəhər erməni kilsəsi — Azərbaycanın Bakı şəhərində 1797-ci ildən 1990-cı ilə qədər mövcud olmuş kilsə. Kilsə İçərişəhərdə yerləşir. XIX əsrin II yarısında kilsənin qarşısındakı keçmiş Varvarevskaya küçəsi də (indiki H. Rzayeva küçəsi) bu kilsənin o dövrdəki adı ilə adlandırılmışdır. Kilsə bütpərəst ailəsində doğulub, daha sonra xristianlığı qəbul etdiyi üçün 306-cı ildə öldürülmüş və sonradan müqəddəslik almış Varvaranın şərəfinə ucaldılmışdır. Ibrahimov, Kamil. "Qız qalası yaxınlığındakı abidə". www.anl.az. www.anl.az. İstifadə tarixi: 26 mart 2020.

Digər lüğətlərdə