Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəlzələnin yaranma mexanizmi
Zəlzələnin yaranma mexanizmi - Zəlzələqabağı hansı əlamətlərin yaranacağını qabaqcadan müəyyənləşdirə bilən nəzəriyyədir ki, bu da zəlzələlərin proqnozlaşdırılması üçün mühümdür. Hələ də belə bir dürüst nəzəriyyə olmadığindan, zəlzələnin proqnozlaşdırılması məsələsi həll edilməmişdir. Zəlzələ - Yer qabığında və yuxarı mantiya qatında deformasiyanın möhkəmlik həddinə çatması nəticəsində müəyyən hissələrdə baş verən qirilmanı müşayiət edən titrəyişdir. Qırılma, sınma təsadüfı hadisə olduğundan bu modelə görə zəlzələnin proqnozu mümkün deyil nəticəsi çıxır. Zəlzələnin proqnazlaşdırılması - zəlzələnin nə vaxt, harada hansı güclə olacağını qabaqcadan bildirməkdir. Bu problemi həll etmək üçün zəlzələnin bir qırılma hadisəsi olması ideyasından əl çəkilməlidir. Zəlzələnin hansı əlamətlərinin olacağını qabaqcadan söyləyə bilən qravitasiya qüvvələrinə xəssas geoblokların rəqsi modelini yaratmaq lazım olduğu söylənilir. == Ədəbiyyat == Ramiz Hüseynov. Bir daha zəlzələnin proqnozlaşdırılması haqqında. Elm və həyat jurnalı.
Terminator: Yaranma (film, 2015)
Terminator: Yaranma (ing. Terminator Genisys) — 2015-ci ildə Alan Teylor tərəfindən çəkilmiş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Terminator: Yaranma — Internet Movie Database saytında.
Azərbaycan ixtiraları və kəşflərinin yaranma tarixi
Azərbaycan ixtiraları və kəşflərinə Azərbaycanda tarixən və müasir dövrdə yaşamış xalqların və etnik azərbaycanlıların fəaliyyəti daxildir. == Qafqaz Alban mədəniyyəti == Alban təqvimi. 352-ci ildən etibarən albanlar Misir sisteminə uyğun təqvim istifadə etməyə başlamışdılar. Bu alban hökmdarı Urnayrın dövründə (313–371) baş vermişdir. Alban əlifbası. Erməni tarixçisi Koryuna görə alban əlifbası erməni dilçisi Mesrop Maştots tərəfindən erməni yepiskopu Ananiya və alban tərcüməçi Benyaminin köməyi ilə 420-ci illərin əvvəlində yaradılıb (və ya yenilənib). Bu alban hökmdarı Yesuagenin dövründə (424–444) baş vermişdir. Qeyri-erməni ilkin mənbələr alban əlifbasının Mesrop tərəfindən yaradıldığını qeyd etmir. == Musiqi == Qavaldaş. Qobustan dövlət tarixi-bədii qoruğunda qəbilə adamlarının maddi güzəranı üçün istifadə olunan daş musiqi qurğuları.
Kamança
== Musiqi alətinin yaranması ilə bağlı rəvayət == Bu musiqi alətinin yaranması ilə bağlı tarixdə rəvayətlər dolaşmaqdadır. Əfsanəyə görə, min illər öncə göylər padşahı qartal bir ceyranı parçalayaraq onun bağırsaqlarını caynağına alıb ağacın başına atır. Bağırsaq budaqlara ilişir, isti günəş altında quruyub tarıma çəkilir, incəlir. Şiddətli küləyin təsirilə budaqlar ona toxunur, bu zaman əsrarəngiz səslər yaranır. Beləcə, günlər keçir, küləyin yaratdığı bu ecazkar səs hər kəsin zövqünü oxşayır. Günlərin bir günü külək dayanır, musiqi kəsilir. Bu ecazkar səs üçün insan övladı darıxmağa başlayır. Beləliklə, kamança musiqi aləti yaranır. Bu əfsanədə həqiqətə uyğun bir fakt vardır. Doğrudan da tarixən simli calğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə heyvan bağırsağından hazırlanır.
Tamania
Tamania (lat. Tamania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Tamania chardonii (A.C.Sm.) Cuatrec. === Sinonim === Espeletia chardonii A.C.Sm.
Yamayka
Yamayka (ing. Jamaica [dʒəˈmeɪkə]) — Karib hövzəsində, Millətlər Birliyinin tərkibində olan ada dövləti. Mərkəzi Amerikada, Karib dənizi sahillərində, Böyük Antillər adlanan adalarda yerləşir. Sahillərinin uzunluğu 1022 km-dir. Ərazisi əsasən dağlıqdır. Sahilə yaxın ərazilərində ovalıqlar var. Ən yüksək nöqtə Mavidağdır (2256 m.). Xristofor Kolumb Yamaykanı 1494-cü ilin mayın 5-də kəşf etmişdir. Yamayka dünyada boksit ehtiyatlarına görə 4-cü, hasilatına görə 2-ci yeri tutur. Ölkə üçün turizm əsas gəlir mənbələrindən biridir.
Amanda
Amanda — "sevilməyə layiq", "sevgiyə layiq" və ya "hər kəs tərəfindən çox sevilən" mənasını verən bir Latın qadın adıdır. "Amanda" adı ilk dəfə 1212-ci ildə İngiltərənin Warwickshire'nin doğum tarixində ortaya çıxdı və beş əsr sonra adı şairlər və dramaturqlar tərəfindən populyarlaşdı. [2] ABŞ-də "Amanda" yavaş-yavaş 1930-1960-cı illər arasında ən yaxşı 200 körpənin adları sırasında yer aldı. 1976-cı ildən 1995-ci ilə qədər "Amanda" ABŞ-də ən populyar qadın körpəsi adları sırasında yer aldı. Adı 1978-dən 1992-ci ilə qədər ən populyar idi, ilk 4-cü sırada yer alanda, 1980-ci ildə ən populyar ikinci oldu. 2009-cu ildə "Amanda" 166 nömrə tutdu. 2009-cu ildə Puerto Rikoda doğulan qızlara verilən ilk on ad arasında yer aldı. Adı, eyni zamanda, İsveçdə də populyardır, burada 2009-cu ildə anadan olmuş qızlar üçün iyirminci yeri tutur, beş yerə enir. 2008-ci ildən bəri. Bu, İsveçdə doğulan qızlar üçün ilk onluq sırasında yer aldığı Finlandiyadakı İsveçdilli ailələrdə də məşhurdur.
Amanoa
Amanoa (lat. Amanoa) — malpigiyaçiçəklilər sırasının fillantkimilər fəsiləsinə aid bitki cinsi.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. == Tarixi == Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Yamaha
Yamaha Corporation (yap. ヤマハ株式会社) — musiqi alətləri, səs qurğuları, idman vəsaitləri, nəqliyyat vasitələri və s. istehsal edən transmilli şirkət. Yamaha — əsasən elektronika və motosikllərin istehsalçısı kimi tanınmış yapon şirkəti. İndi o, həm də CD-ROM disklərinə yazma qurğuları və musiqi sintezatorları istehsal edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yanma
Yanma – ekzotermik reaksiya nəticəsində ilkin maddələrin intensiv istilik ayrılması ilə müşayiət olunan, yandırılma məhsullarına çevrilməsi ilə gedən mürəkkəb fiziki-kimyəvi prosesdir. İlkin maddə qarışığının komponentlərində toplanmış kimyəvi enerji istilik şüalanması və işıq kimi də ayrıla bilər.İşıqlanan zona alov cəbhəsi və ya sadəcə alov adlanır. == Tarixi == 1770-ci ilin əvvələrində Karl Şeele və Jozef Pristli oksigeni kəşf edənədək belə hesab olunurdu ki, yana bilən bütün cisimlər “floqiston” adlanan xüsusi başlanğıca malikdir ki, bu da yanma prosesində cisimdən çıxır və yalnız kül qalır. 1775-ci ildə Lavuazye göstərdi ki, əksinə, yanar maddəyə yanma zamanı havanın oksigeni birləşir, 1783-cü ildə isə Lavuazye və Laplas müəyyən etdilər ki, hidrogenin yanma məhsulu təmiz sudur. Bu kəşflər yanmanın təbiətinə müasir elmi baxışların əsasını qoymuş oldu. Yanma nəzəriyyəsinin inkişafında növbəti addım Millar və Le Şatelyenin 1880-ci illərdə apardıqları işlərlə əlaqədardır. 1890-cı ildə Mixelsen alovun boruda yayılması haqqında elmi iş dərc etdirdi və Bunzen lampasının nəzəriyyəsni təklif etdi. Müasir yanma nəzəriyyəsi öz başlanğıcını N.N. Semyonovun 1920-ci ildə istilik partlayışı üzrə apardığı işlərdən alır. 1931-ci ldə N.N. Semyonov tərəfindən əsası qoyulmuş Kimyəvi Fizika İnstitutu kimyəvi fizika və yanma üzrə aparıcı mərkəz oldu. 1938-ci ildə D.A. Frank-Kamenskiy istilik partlayışı nəzəriyyəsini və J.B. Zeldoviçlə birgə əvvəlcədən qarışdırılmış qarışıqlarda [8] laminar alovun yayılması nəzəriyyəsini inkişaf etdirdi.
Adaptiv yanaşma
Adaptiv yanaşma — insan psixikasının fəaliyyətinə və prinsiplərinə dair neofreydçi nəzəri baxışlardan biridir. Bu yanaşma, genetik yanaşma ilə yanaşı, Ziqmund Freydin metapsixologiya sahəsindəki ilkin inkişaflarına əlavə olaraq, 1940-cı illərin əvvəllərində ingilis psixoanalitiki Edvard Qlover tərəfindən tərtib edilmişdir.Adaptiv yanaşma müxtəlif psixososial amillərin insan psixikasına təsirini nəzərdə tutur. Bu yanaşmaya görə, insanın qəbul etdiyi istənilən qərarlar, hətta nevrotik qərarlar da (məsələn, iddia) fərdin ətraf mühitlə qarşılıqlı əlaqə təcrübəsinə əsaslanır. Ümumiyyətlə, adaptiv nöqteyi-nəzər nəzərə alır ki, insan ətraf mühitə uyğunlaşma prosesini heç vaxt dayandırmır (uyğunlaşma prinsipcə mövcudluğun ayrılmaz hissəsi kimi əldə edilir) — müvafiq olaraq, fərdlərin ətraf mühitin təsiri altında dəyişməsi faktı fiziki və sosial mühit nəzərə alınır.
Akira Yamaoka
Akira Yamaoka (yap. 山岡 晃 6 fevral 1968, Niiqata) - yapon kompüter oyunları bəstəkarı, səs mühəndisi, gitarist və prodüser əsasən Silent Hill oyun seriyasındakı bəstələrinə görə tanınır.
Kibernetik yanaşma
Kibernetik yanaşma – kibernetik yanaşmanın mahiyyəti ondan ibarətdir ki, hər bir məqsədyönlü davranış idarəetmə kimi nəzərdən keçirilir. Geniş, kibernetik mənada idarəetmə – süni obyektlər və canlı orqanizmlərin idarə olunması haqqında müxtəlif elmlərdə toplanmış metod və üsulların ümumiləşdirilməsidir. İdarəetmə dedikdə mühitin, idarəetmənin obyekti adlandırılan bir hissəsinə məqsədyönlü təsirin təşkili prosesi başa düşülür. Bu proses zamanı obyektlə qarşılıqlı təsirdə olan subyektin tələbatları ödənilir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kinqston (Yamayka)
Kinqston (Kingston) — Yamaykanın paytaxtı və əsas portu. Karib dənizində yerləşir, əhalisi 580 min nəfərdir. Kinqston Karib regionunda ən böyük ingilisdilli şəhərdir. 1693-ci ildə Böyük Britaniya tərəfindən salınıb, 1872-ci ildən Yamaykanın inzibati mərkəzi idi.
Qamaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Qısa qapanma
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkə­lər­də fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qa­panma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da fa­za ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzol­ya­siyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izol­ya­siyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Ryosuke Yamanaka
Ryosuke Yamanaka (20 aprel 1993, Kaşiva, Çiba prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Samanta Cons
Samanta Cons — Kendis Buşnellin “Böyük şəhərdə seks” romanının, eyni zamanda HBO telekanalının həmin roman əsasında çəkdiyi “Böyük şəhərdə seks” serialı, “Böyük şəhərdə seks”, “Böyük şəhərdə seks 2” filmlərinin əsas qəhrəmanlarından biridir. Filmlərdə Samanta rolu aktrisa Kim Ketrall tərəfindən canlandırılmışdır. Ketrall canlandırdığı bu rola görə “Screen Actors Guild Award” və “Qızıl Qlobus Mükafatı”nı qazanmışdır. == Obrazın tarixi == === Roman və serialda === “Mən nə Demokratlar Partiyasına, nə də Respublikaçılar Partiyasına inanmıram, mən ancaq partilərə inanıram.”Samanta serialın əsas dörd qadın obrazından biridir. Qürurlu, yaxşı sirdaş və çox seksual qadın olan Samanta ilə bağlı hadisələr əsasən seks və qısa ömürlü əlaqələri ilə bağlıdır. O, sözü üzə deyəndir və özünü “yoxlayıcı-seksual” (hər şeyi yoxlayan anlamında) elan edib. Samanta obrazı bir qədər düşüncəsiz, ədalətli, dostlarının yolunda hər şeyə hazır olan və onları müdafiə edən bir tipdir. Samanta ailə həyatına və monoqamiyaya qarşıdır, onun əlaqələri hissi mərhələyə keçdikdə narahat olur, münasibətdə olduğu insanların ona aşiq olmasından çəkinir. Samanta üçün qarşı tərəflə münasibətlər yalnız seksdən ibarət olmalıdır. Samantanın gənclik illəri haqqında çox az məlumat var.
Samanta Eqqar
Samanta Eqqar və ya Viktoriya Luiza Samanta Mariya Elizabet Tereza Eqqar (ing. Samantha Eggar və ya ing. Victoria Louise Samantha Marie Elizabeth Therese Eggar) — Böyük Britaniya aktrisası. == Həyatı == Samanta Eqqar Londonun şimalında yerləşən Hampsted rayonunda anadan olmuşdur. Onun atası Britaniya briqada generalı Ralf Eqqar, anası isə Müriel idi. Onun uşaqlığı Bakinqemşir qraflığında keçmişdir. 5 yaşında o, qadın monastırına getmiş və 17 yaşına qədər orada qalmışdır. Səhnəyə məhəbbət isə məktəb pyeslərindən və konsertlərindən sonra başlamışdı. Samantanın anası qızının Kral İncəsənət Akademiyasında təhsil almasının əleyhinə idi, lakin onun rəssamlıq məktəbini, sonra isə Londonda Vebber Duqlasın Dram İncəsənət məktəbini bitirməsinə razılıq verdi. Onun ilk pyesi Şekspirin "Yay gecəsində yuxu" əsəri oldu.
Samanta Foks
Samanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.
Samanta Kristoferetti
Samanta Kristoferetti (it. Samantha Cristoforetti; d. 26 aprel 1977, Milan, İtaliya) — İtaliya kosmonavtı. == Həyatı == 26 aprel 1977-ci ildə İtaliyanın Milan şəhərində anadan olmuşdur. Poliqlot olan Samanta italyan, ingilis, alman, fransız və rus dillərini yüksək səviyyədə bilir. == Uğurları == 2015-ci ildə kosmosda ən çox yaşayan qadın kimi rekorda imza atıb. Belə ki, o, Beynəlxalq kosmik stansiyanın göyərtəsində 196 gün keçirən ilk qadındır. Ona qədər rekord NASA astronavtı Sunite Uilyamsa məxsus idi. Sunite kosmosda 195 gün olub.
Samanta Randle
Samanta Randle (24 noyabr 1998) — CAR-lı üzgüçü. Samanta Randle CAR-ı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Samanta Randle birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:17.14 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 27-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Samanta Smit
Samanta Rid Smit (ing. Samantha Reed Smith; 29 iyun 1972, Houlton, Men, ABŞ – 25 avqust 1985, Oborn, Men, ABŞ) — 1982-ci ilin noyabrında, Soyuq müharibənin qızğın çağında Sov.İKP MK-nın yeni Baş katibi Yuri Andropova yazdığı məktub sayəsində məşhurlaşan, ABŞ-nin Men ştatından olan məktəbli qız. 1983-cü il 7-22 iyul tarixlərində Andropovun dəvətinə əsasən ailəsi ilə birlikdə SSRİ-ni ziyarət etdi. Moskvada, Leninqradda və Krımdakı "Artek" pioner düşərgəsində oldu. SSRİ-dən ayrılarkən işlətdiyi "Yaşayacağıq!" (rus. Будем жить!) ifadəsi onun öz suallarına cavab aldığını əks etdirən ifadə kimi yaddaşlarda qalmışdır. Samanta öz təəssüratlarını vətəninə qayıtdıqdan sonra yazdığı "Sovet İttifaqına səyahət" adlı kitabda ifadə etmişdi. Samanta Smit 25 avqust 1985-ci ildə atası ilə birlikdə düşdüyü aviaqəza nəticəsində 13 yaşında faciəli şəkildə həlak olmuşdur. == Tarixi səbəblər == Yuri Andropov 1982-ci ilin noyabrında Sov.İKP-nin birinci katibi vəzifəsində Leonid Brejnevi əvəz etdikdən sonra, müxtəlif Qərb jurnal və qəzetlərində ondan bəhs edən məqalələr nəşr edilməyə başladı. Rəylərin əksəriyyəti mənfi idi və Qərb dünyasına qarşı yeni təhlükənin meydana çıxmasından bəhs edirdi.
Samanta Stosur
Samanta Stosur (d.30 Mart 1984, Avstraliya) — tenisçi. 2012-ci ildə yalnız dördüncü turnirdə, Dohada keçirilən yarışda finala çıxıb. Dünyanın 9-cu raketka ustasıdır. 2011-ci ilin fevralında reytinqdə 4-cü yerə yüksəldi ki, bu da şəxsi rekorddur. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, №49(49), 08.12.2012. səh.14.
Samanta Xill
Samanta Xill (d. 8 iyun 1992) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Samanta Xill, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.