Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Almalıq
Almalıq (Kəlbəcər)
Yapalaq
Yapalaq (lat. Bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Adi yapalaq
Adi yapalaq (lat. Bubo bubo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü.
Boz yapalaq
Boz yapalaq (lat. Bubo cinerascens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Boyu 37–39 sm, qanadlarının uzunluğu 94–104 sm-dir. Yaşayış məskəni meşələr, böyük parklardır. Gecələri hərəkətlidir, gündüzləri ağaclarda istirahət edərək keçirir. Səsi çox nəzərəçarpandır.
Almalıq (Duzluca)
Almalıq — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. == Tarixi == Kənd 1901-ci ildən eyni addadır.
Almalıq (Kəlbəcər)
Almalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Almalıq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci il noyabrın 25-də işğaldan azad olunmuşdur. == Toponimikası == Almalıq kəndi Tutqunçayın sahilində, Laçın dağının (Kiçik Qafqaz) ətəyindədir. Kəndin ərazisi XIX əsrin ortalarında sarallı tayfasına mənsub səkkiz evdən ibarət elatın qışlaq yeri olmuşdur. Qışlaq cır alma ağacları olan ərazidə yerləşdiyi üçün belə adlandırılmışdır. 1934–1940-cı illərdə yaxınlıqdakı Otaqlar, Gözlübulaq, Ortakənd və Çayqışlaq kəndlərindən köçmələrin bu ərazidə məskunlaşması ilə Almalıq kəndi yaranmışdır. Almalıq "alma ağacları ilə zəngin olan yer; alma bağı" deməkdir. Quba r-nunun Davudoba və Hacıqaib kəndlərində Almalıq adlı iki sahə, Yardımlı r-nunun Vəlixanlı kəndində Almalıq adlı yer qeydə alınmışdır. Almalıq adına Muq dağından tapılmış VIII əsrin əvvəllərinə aid sənədlərdə rast gəlmək olar. Orta əsrlərdə Türkmənistan ərazisində bir neçə Almalık toponimi qeydə alınmışdır.
Almalıq (Yalova)
Almalıq — Türkiyənin Yalova vilayətinin mərkəz rayonunda kənd. == Coğrafiyası == Kənd Yalova şəhər mərkəzindən 8 kilometr aralıdadır.
Yamalı Tövbeler (albom)
Yamalı Tövbeler – Mustafa Sandal-ın 2005-ci ildə çıxardığı albomdur. "Yamalı Tövbeler" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Yamalı Tövbeler" mahnısının bir neçə versiyası vardır.
Mustafa Nedim Yamalı
Mustafa Nedim Yamalı (1961, Ədirnə ili) — stomatoloq və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Mustafa Nedim Yamalı 1961-ci ildə Ədirnə ilində anadan olub. Ankara Universiteti Stomatologiya Bölməsindən məzun olub. Mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində fəaliyyət göstərən fondlarda çalışıb. 2001-ci ildə AK Parti Ankara il şöbəsinin qurucularından olub və uzun illər şöbənin İdarə Heyətinin üzvü olub. 2014-2018-ci illərdə isə AK Parti Ankara il şöbəsinin sədri olub. 2019-cu ildə Gələcək Partiyasının qurucularından və İdarə Heyətinin üzvü olub. 2023-cü il mayın 14-də Gələcək Partiyasının namizədi olaraq Cümhuriyyət Xalq Partiyasının siyahısından Ankara ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Müdafiə Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Səadət və Gələcək Partiyalarından ibarət TBMM qrupunun təsis edilməsi üçün 6 iyul 2023-cü ildə hüquqi olaraq Səadət Partiyasının üzvü olub.