Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarican
Yarican-i Xaləsə (Qoşaçay)
Yayıcı
Azərbaycanda Yayıcı (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunda kənd. Yayıcı (Culfa) — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Ermənistanda Yayıcı (Göyçə) — Göyçə mahalının Yelenovka rayonunda kənd.
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Barıcıq (Xoy)
Barıcıq (fars. برژوك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (54 ailə).
Yarımçıq xatirələr
Yarımçıq xatirələr — 2015-ci ildə çəkilmiş Azərbaycan filmi. Rejissoru Elxan Cəfərovdur. Film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər (Bəhruz Vaqifoğlu) adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. Qarabağda ermənilər tərəfdə döyüşən rus kapitanı Vanya veteran Azəri öldürür, sonra isə yaşlı azərbaycanlı snayperin xatirələr gündəliyini tapır. Babasının Böyük Vətən müharibəsində veteran Azər ilə birgə döyüşdüyünü öyrənən rus zabiti onun meyitini Azərbaycan tərəfinə vermək üçün öz həyatını təhlükəyə atır, eyni zamanda gündəliyi vərəqlədikcə ekranda 1941–45-ci ilin hadisələri canlanır. Filmin təqdimat mərasimi 9 may 2015-ci ildə Nizami Kino Mərkəzində keçirilmişdir. Film faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuşdur. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Yarışçı Spidi
Yarışçı Spidi Mach GoGoGo (マッハGoGoGo, Mahha QoQoQo) — avtoidman mövzusunda olan anime franşiza. Azərbaycanda Mədəniyyət TV kanalında yayımlanıb. Spidinin atası keçmişdə guləş uzrə çempion olub və "Mach 5" adlı xüsusi bir avtomobil quraşdırıb. Bu avtomobilin koməyi ilə Spidi cinayətkarlarla və rəqibləri ilə mübarizə aparır. Mach GoGoGo Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine Tokyo MX-da (Yapon dilində) web.archive.org/web/20110526005221/http://www.speedracer.com/ — Yarışçı Spidinin rəsmi saytı arxivləşdirilib Rəsmi rəqəmsal manqanın saytı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Mach Go Go Go — Internet Movie Database saytında.
Yazıcık, Niksar
Yazıcıq — Tokat ilində qəsəbə.
Yazıcık (Niksar)
Yazıcıq — Tokat ilində qəsəbə.
Çariçin-Qrad
Çariçin-Qrad (serb-kiril. Царичин град) və ya Yustiniana-Prima (lat. Iustiniana Prima, serb. Јустинијана Прима) ― 535-615-cı illərdə mövcud olmuş Bizans şəhəri və hal-hazırda Serbiyanın cənubundakı müasir Lebane şəhəri yaxınlığında yerləşən arxeoloji ərazi. Şəhərin əsası imperator I Yustinian (527-565) tərəfindən qoyulmuşdur. Çariçin-Qrad arxeoloji sahəsi 1979-cu ildə Serbiya Respublikası tərəfindən qorunan "müstəsna əhəmiyyətə malik arxeoloji ərazilər" siyahısına əlavə edilmişdir. Şəhər imperator I Yustinian tərəfindən qurulmuşdur. Yustiniana-Prima 530-cu illərdən 615-ci ilə qədər mövcud olmuş və yepiskopun iqamətgahı olaraq dizayn edilmişdir. Şəhər planlaması klassik və xristian elementlərini: termlər, forum və kolonnalı küçələrbirləşdirirdi. Tipik Aralıq dənizi xüsusiyyətləri isə çox sayda kilsə ilə birlikdə məhv olmuşdur.
Donuz yarışı
Donuz yarışı — donuzların yarışdırılması ilə həyata keçirilən müsabiqə növü. Avstraliyanın Melburn şəhərində keçirilən ənənəvi Kral şousunun ayrılmaz hissələrindən biri də donuz yarışlarıdır. Şou 1848-ci ildən etibarən, ənənəvi olaraq keçirilir. O, ilin ən nəhəng əyləncə tədbirlərindən biridir. Yarışan donuzlar yalnız qaçmaqda deyil, suyun üzərindən, həmçinin uzunluğa və hündürlüyə tullanmada da "güclərini sınayır".
Dırmaşma yarışı
Dırmaşma yarışı, zamana qarşı müəyyən bir yamaca qalxmağa əsaslanan motorsport növüdür. Ən qədim motorsport növlərindən biridir. İlk dəfə 31 yanvar 1897-ci ildə Fransanın Nice şəhəri yaxınlığındakı La Turbiedə təşkil edilmişdir. İngiltərədəki Worcestershire, Shelsley Walshdə keçirilən dırmaşma yarışları, 1905-ci ildən bəri keçirilən ən qədim yarışlardan biridir. Dırmaşma yarışlarının olduqca fərqli bir növü, çox dik təpələrə off-road motosikllər ilə dırmaşma yarışıdır. Yarışın qalibi ən yüksək zirvəyə çata bilən və ya birdən çox çıxan olarsa, onların onların içərisində ən sürətli çıxanıdır. Bu tip motorsport növü həm cəsarət, həm də bacarıq tələb edir və ABŞ-də çoxdan bəri ənənəvi hala gəlmişdir və 1980-ci illərdən bəri Fransa və Avstriyada məşhurdur.
Elçin (yazıçı)
Elçin (tam adı: Elçin İlyas oğlu Əfəndiyev; 13 may 1943, Bakı) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968), filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (1998), "İstiqlal" ordenli (2003), Azərbaycan Respublikası Baş Nazirinin keçmiş müavini (1993–2018). Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. Bir tərəfdən milli ədəbiyyat, folklor, o biri tərəfdən isə dünya ədəbiyyatı Elçinin daimi mütaliəsinin əsasına çevrilib. O, nə zaman yazmağa başlayıb? Bu suala Elçin özü belə cavab verir: "Özümü xatırladığım zamandan. Hələ yazıb-oxumağı bacarmırdım, amma özümdən cürbəcür əhvalatlar uydurub danışırdım…" Bakı şəhərində orta məktəbi (1960), Bakı Dövlət Universitetinin Filologiya fakültəsini (1965), Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını (1969) bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945–1965)" mövzusunda namizədlik (1970), "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq (1997) dissertasiyalarını müdafiə edib. 1969–1972-ci illərdə Azərbaycan ЕА Nizami adına Dil və Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi, 1972–1975-ci illərdə baş elmi işçi vəzifəsində işləmiş, eyni zamanda Nəsimi adına Dilçilik və Nizami adına Ədəbiyyat İnstitutlarının Birləşmiş Müdafiə Şurasının elmi katibi olmuşdur. 1975-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiya heyətinin üzvü seçilmişdir. 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin katibi olmuşdur.
Xarici birləşmə
xarici birləşdirmə– verilənlər bazalarının idarə olunmasında: relyasiya cəbrinin deyimi. Xarici birləşdirmə genişləndirilmiş birləşmə əməlini yerinə yetirir ki, nəticədə bir cədvəlin ikinci cədvəldə dublikatı olmayan sətirləri sıfır qiymətlərlə birləşmiş yekun cədvələ daxil edilir. Məsələn, SİFARİŞÇİ və MAL cədvəlləri üçün xarici birləşdirmə nəticədə heç bir mal sifariş etməmiş (mal sütunlarının qiyməti sıfır olan) sifarişçinin adı olan sətirlər və heç bir sifarişçi tərəfindən sifariş olunmamış (sifarişçi sütunlarının qiyməti sıfır olan) malların adı olan sətirləri yaradacaq; təbii ki, hansı sifarişçinin hansı malları sifariş etdiyini göstərən sətirlər (daxili birləşdirmə) istisna olunmaqla. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici dodaqlar
Xarici dodaqlar (labia majora), vaginanı xarici tərəfdən örtən həssas bir toxumadır. Tüklər vardır, lakin labia minorda ümumiyyətlə tük yoxdur. Qadınlarda cinsiyyət sisteminin xaricində yer alan ən əsas hissə üzəri tüklə örtülü olan, yuxarıdan başlayaraq aşağıda birləşən və cinsiyyət yarığını örtən böyük cinsiyyət dodaqlardır. Daxilində çoxlu tər və yağ vəzisi, sinir, qan damarı vardır. İç hissəsində tük yoxdur.
Xarici istiqraz
Xarici məzhəbi
Xaricilər (ərəb. الخوارج‎ əl-xəvaric; mənası – çıxıb gedənlər) — erkən İslam məzhəblərindən biri. Dini və siyasi məsələlərdə fərqli görüşləri və fəaliyyətləri ilə tanınan firqədir. Yenə müxalifləri tərəfindən Xaricilər haqqında istifadə olunmuş bir digər isimdə " Dindən çıxmış"mənasında "məriqa"dır. Lakin Özləri isə Xaricilər özlərini "Allah və peyğəmbərinə hicrət edənlər", "Kafirlərlə hər cür münasibəti kəsənlər "mənasında istifadə edirlər. Xaricilərin bəyənib, özləri üçün istifadə etdikləri başqa bir ad isə "Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tovratda, İncildə, Quranda haqq olaraq vədd edilmiş, Cənnət müqabilində satın almışdır "ayəsi ilə əlaqəli olan şurat ismidir. Xarici sözünün mənası–çıxmaq, itaətdən çıxıb üsyan etmək deməkdir. Toplu olaraq xariciyyə və xəvaric kimi işlədilir. Firqənin adı barəsində müxtəlif fikirlər irəli sürülmüşdür. Kəndlilərinə qarşı üsyan etdikləri üçün firqənin müxalifləri xəvaric ismini “insanlardan, dindən, haqqdan və Əlidən uzaqlaşan və hakimiyyətə qarşı adlandırılaraq camaatdan çıxanlar “olaraq işlədilmişdir.
Xarici planetlər
Nəhəng planetlər (ing. Giant planets) və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, Uran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir. Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir. Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən nəhəng və ağır olanıdır.
Xarici qulaq
Xarici qulaq (lat. auris externa) — qulaq seyvanından və xarici qulaq keçəcəyindən ibarətdir; bunlar bir qıf kimi səs dalğalarını tutub orta qulağa keçirir. Qulaq seyvanının insanda heyvanlara nisbətən o qədər də əhəmiyyəti yoxdur; onu əzələləri rudiment halda olduğu üçün hərəkt qabiliyyətinə malik deyildir. Qulaq seyvanı - lat. auricula dəri ilə örtülmüş elastiki qığırdaqdan təşkil olmuşdur və əhali arasında qulaq adı ilə məlumdur. Qulağa yun. otos deyilir: odur ki, qulağın iltihabı omum- otitis Dəri qəşərdaqla sıx bitişmişdir; burada dərialtı qat yoxdur. Qığırdağın arxa və yuxarı kənarı qıvrım olduğu üçün qulaq seyvanı qıvrımı - lat. helix adlanır; bunun ön yuxarı ucuna qıvrım ayaqcığı - lat. crus helicis və dal aşağı sivri ucuna qıvrım quyruğu - lat.
Xarici siyasət
Xarici siyasət — digər dövlətlərin davranışına təsir göstərmək və ya öz davranışını beynəlxalq mühitə uyğunlaşdırmaq üçün dövlətin həyata keçirdiyi fəaliyyətlər sistemi. Xarici siyasətin başlıca məqsədi milli maraqların müdafiəsidir. Xarici siyasətin həyata keçirilməsinin bir çox vasitələri mövcuddur ki, onların içində ən əhəmiyyətlisi diplomatiyadır. Müharibələr də xarici siyasətin həyata keçirilmə vasitələrindəndir. Xarici siyasətin təbiətinə beynəlxalq münasibətlər elmində müxtəlif fərqli yanaşmalar mövcuddur. Bir yanaşma belə hesab edir ki, dövlətin xarici siyasəti onun daxili siyasətinin davamı və ya bir növ xarici uzantısıdır. Başqa yanaşmanın tərəfdarları, xüsusən də beynəlxalq münasibətlər elmində neorealist məktəbin nümayəndələri isə, əksinə, iddia edirlər ki, xarici siyasətin formalaşmasında daxili siyasət heç bir rol oynamır. Kennet Volts buna klassik misal kimi Soyuq müharibə illərində Sovet və ABŞ xarici siyasətlərini nümunə göstərir. Belə ki, siyasi və sosial-iqtisadi quruluşlarında, eləcə də hakim ideologiyalarında fundamental fərqlər və ziddiyyətlər olmasına baxmayaraq hər iki dövlət, demək olar ki, oxşar xarici siyasət yürüdürdü. Neorealistlərin fikrincə xarici siyasətin əsas determinantı Beynəlxalq sistemin strukturudur.
Xarici təsir
Xarici təsir (ing. externality) və ya xarici effekt iqtisadi nəzəriyyədə — bazarın vasitəçiliyi ilə olmayan bir bazar əməliyyatının üçüncü tərəflər üzərində təsiri. Konsepsiyanın əsasları 1920-ci ildə Artur Sesil Piqu tərəfindən İqtisadi Rifah nəzəriyyəsində təqdim edilmişdir. "Xarici" ifadəsinin özü 1958-ci ildə Pol Samuelson tərəfindən gətirilmişdir. Xarici təsirlər olduqda, bazar tarazlığı təsirsiz hala gəlir: "ölü çəki" meydana çıxır, Pareto səmərəliliyi pozulur, yəni bazar fiyasko meydana gəlir. Xarici xüsusiyyətlər, bir ailənin və ya firmanın hərəkətləri digər ev təsərrüfatlarının və ya firmaların xərclərini və mənfəətlərini birbaşa təsir etdikdə meydana gəlir və bu yan təsirlər bazar qiymətlərində əks olunmur. Xarici təsir bazar əməliyyatlarında qiymətlərdə əks olunmayan xərclər və faydalardır. Bu təsirlər malların istehsalı və ya istehlakı nəticəsində özünü göstərir. Xüsusi, xarici və sosial xərclər və faydalar arasında fərq qoyun. Xarici cəhətlər əlverişli ola bilər - müsbət xarici təsirlər və ya xarici faydalar, əlverişsiz - mənfi xarici təsirlər və ya xarici xərclər.
Xarici valyuta
Xarici yaddaş
Xarici yaddaş - məlumatların uzun müddət saxlanması üçün yaddaş qurğularının məcmusudur. Xarici yaddaşın tərkibinə elastik və bərk maqnit disklərində toplayıcılar, optik və maqnit-optik toplayıcılar, maqnit lentində toplayıcılar daxildir. Adətən proqram və verilənlərin arxivləri xarici yaddaşda saxlanılır. Xarici daşıyıcılarda yerləşdirilmiş informasiya kompyuterin işə salınıb salınmamasından asılı deyildir. Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Yayıcı (Culfa)
Yaycı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Kəndin adı "Yəyci" variantında da qeydə alınmışdır. Oykonim mənşəcə oğuz tayfalarından olan qədim türkdilli yaycı tayfasının adı ilə bağlıdır. Bu tayfa hələ qədimdən Naxçıvan, Cənubi Azərbaycan, Şərqi Anadolu və indiki Ermənistan ərazisində yaşamışdır. Yaycı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Əhalisi 6343 nəfərdir.
Yayıcı (Göyçə)
Yayıcı (Zovaber) — İrəvan xanlığının Dərəçiçək mahalında, sonralar İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. Rayon mərkəzindən 16 km məsafədə, Zəngi çayının yanında, Göyçə gölünün sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuz tayfalarından olan yayıcı etnonimi əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovaber (Dzovaber) qoyulmuşdur. 1978-ci ildə kənd ermənicə Tsovabert adlandırılmışdır. XVII əsrə aid erməni mənbəyinə görə adı Yaycılar idi XIX əsrin 70-ci illərində kəndin əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi ermənilər idi.
Yayıcı (Kəlbəcər)
Yayıcı (əvvəlki adı: Qoçoqot) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qoçoqot kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Qoçoqot kəndi Yayıcı kəndi adlandırılmışdır. 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Yayıcı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Yayıcı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. Yayıcı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Yayıcı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.