Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaz
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Qış
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləriQış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Yaz Xan
Yaz ağçiçəyi
Yaz ağçiçəyi (lat. Leucojum vernum) - ağçiçək cinsinə aid bitki növü.
Yaz baharotu
Yaz fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Yaz mandraqorası
Yaz mandraqorası (lat. Mandragora vernalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Yaz xaçgülü
Yaz xaçgülü (lat. Senecio vernalis) — xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Birillik, cavan vaxtı torvari-tüklü və ya yunvari, aşağı hissəyə doğru demək olar ki, çılpaq bitkidir. Kökümsovu milşəkilli, açıq qəhvəyi rənglidir. Gövdəsi (2) 15-60 (80) sm hündürlükdə, düz, çox vaxt tək, boş qalxanvari budaqlanandır. Gövdəətrafı yarpaqlar saplağa daralan, belvari və ya uzunsov-belvari, kənarları seyrək dişli; aşağı gövdə yarpaqları qısa saplaqlı, lələkvaribölümlü, hissələri uzunsov seyrək dişlidir; orta yarpaqlar oturaq, yuxarı yarpaqlar dar hissələrə lələkvari bölünmüşdür. Səbət boş qalxanvari-süpürgəvari çiçəkqrupundadır (nadir hallarda tək çiçək). Sarğı silindrvarizəngvari, 4-7 mm enində, solğun. Dilcikşəkilli çiçəklər qızılı-sarı, sarğıdan 2 dəfə uzundur. Toxumcaları silindrvari, 3 mm uzunluqda; kəkili ağ, toxumcadan 2 dəfə uzundur.
Yaz zirinci
Yaz zirinci (lat. Berberis vernae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni şimal-qərbi Çindir. Tyan-Şanın şərq (Çin) hissəsinin dağlarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-dək olan, yarımdərili yarpaqlı və uzun (5 sm-dək) iynələri olan koldur. 8 yaşında hündürlüyü 1,4 m-ə, çətirinin diametri 140 sm-ə çatır. Vegetasiyası aprelin ikinci yarısından oktyabrın ortalarına qədərdir. Yavaş böyüyür və 6 yaşından hər il çiçəkləyir, meyvə verir. İyunun ortalarında təxminn 10-12 gün çiçəkləyir. Meyvələri oktyabrın əvvəllərində yetişir.
Qış Xan
Qış Xan - türk və altay mifologiyasında qış ilahı. Gış Xan da deyilir. Qış mövsümünün tanrısıdır. Bu mövsümü nizamlar və vaxtında başlayıb dövründə sona çatmasını təmin edir. Qışda olacaq hadisələri təyin edir. Daha çox yakutlar arasında inanılan türk mifologiyasına aid bir fiqurdur. Ayaz Ata kimi uşaqlara hədiyyə vermənin simvoludur. Deyilənlərə görə Qış Xaqan, mavi, qara və ağ rəngli bir cübbə geyər. Yaxşı ürəkli və uzun saqqallı bir yaşlıdır. Əlində ağ və çox uzun bir əsa vardır.
Qış bağçası
Qış bağçası (alm. winter garden‎), bəzən solarium və ya günəş otağı kimi qeyd olunur — ekzotik və qışa davamlı, həmçinin qapalı bitkilərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş təbii işıqla qızdırılan otaq. Qış bağçasına adətən metal, alüminium, taxta çərçivəli şüşəli otaq və ya oturma otağının davamı olan verandadan ibarət olur.
Qış fəsili
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləriQış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Qış fəsli
Qış – İlin dörd fəslindən biridir. Fəsil adətən hava tempraturunun aşağı olması ilə səciyyələnir. Yarımkürədən asılı olaraq, zaman-zaman ardıcıl yağıntılarla müşayiət olunan hava şəraiti ilə digər fəsillərdən fərqlənir. Qış fəslinin xüsusiyyətləriQış üç uzun aydan ibarətdir: qarlı dekabr, şaxtalı, günəşli yanvar və çovğunlu, qəzəbli fevral. Qışda təbiət tüklü qarın ağ yorğanı altında etibarlı şəkildə gizlənərək şirin bir yuxuya qərq olur. Bəzi günlərdə şaxta olar, bəzən sükut yalnız meşədə bir budağın xırıltısı ilə pozular, digərlərində isə küləyin soyuq uğultusu ilə qar çovğunu hökm sürər. Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də "sahib olduğu" qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir.
Qış gündönümü
== Ümumi məlumat == Yerin günəş ətrafında hərəkət etdiyi yola yerin orbiti deyilir. Yer bu yolu saniyədə 29,8 km sürətilə qət edir və Günəş ətrafında tam dövrünü 365 gün 6 saata (5 saat 48 dəq.46 saniyə) başa vurur. Yerin günəş ətrafında fırlanmasının nəticəsində fəsillər yaranır. == Qış gündönümü == 23 sentyabr payız gecə-gündüz bərabərliyindən sonra, günəş cənub yarımkürəsinə 22 dekabra doğru hərəkət edir. Belə ki, 22 dekabr tarixində günəş 23,5 dərəcə cənub enliyi, yəni cənub tropik xətti üzərində zenitdə olur. Yəni, cənub tropiki xətti üzərinə günəş 90 dərəcə bucaq altında düşür.Günəş cənub yarımkürəsinə keçən kimi, cənub qütbündə 6 ay gündüz, şimal qütbündə isə 6 ay gecə baş verir. 22 dekabrda cənub qütb dairəsində tam 1 gün gündüz, şimal qütb dairəsində isə tam 1 gün gecə olur. Belə ki, bu gün qış gündönümü adlanır.
Qış müharibəsi
Qış müharibəsi (fin talvisota, rus. Зимняя война, isv. vinterkriget) və ya SSRİ–Finlandiya müharibəsi (həmçinin Sovet–Finlandiya müharibəsi; rus. Советско-финская война) — 30 noyabr 1939–13 mart 1940-cı illər tarixində SSRİ ilə Finlandiya arasında baş vermiş hərbi münaqişə. Bu müharibə İkinci dünya müharibəsinin başlamasından üç ay sonra, 30 noyabr 1939-cu ildə Sovet qoşunlarının Finlandiya üzərinə hücuma keçməsi ilə başlamış və 13 mart 1940-cı ildə Moskvada imzalanan sülh müqaviləsi ilə başa çatmışdır. Sovet qoşunlarının bu hücumu Millətlər Liqası tərəfindən qeyri-qanuni adlandırılmış və Sovet İttifaqı təşkilatdan kənarlaşdırılmışdır. Sovet hökuməti Finlandiya ilə sərhəddən 32 km məsafədə yerləşən Leninqrad şəhərinin təhlükəsizliyini təmin etmək məqsədilə qarşı tərəfə ərazi mübadiləsi barədə təklif göndərmiş, lakin Finlandiyanın bu təklifi qəbul etməməsi nəticəsində müharibə başlamışdır. Bəzi mənbələrə görə müharibəni başlamaqda Sovet İttifaqının əsas məqsədi bütün Finlandiyanı ələ keçirmək və burada "kukla" Fin kommunist hökuməti yaratmaq idi. −43 °C temperaturda, çox sərt iqlim şəraitində Finlandiya qoşunları iki aydan çox müddətdə Sovet hücumuna müqavimət göstərdi və qarşı tərəfi ciddi itkilər verməyə məcbur etdi. Sovet Ordusunun yenidən təşkilatlanması və fərqli taktikalar icra etməsindən sonra, fevral ayında yeni hücum dalğası ilə finlərin müdafiə xətti keçildi.
Qış nağılı
Qış nağılı — məşhur ingilis dram yazıçısı Uilyam Şekspir tərəfindən yazılmış bir teatr əsəridir. 1611-ci ildə ilk dəfə Şekspirin Saray (Court) Teatrında səhnəyə qoyulmuşdur. 1623-cü ildə ilk dəfə Uilyam Şeksprin əsərlərinin hamısının nəşr olunduğu Birinci Folio kolleksiyasında göstərilmişdir. Əsər ilk dəfə təqdim olunduğu zaman komediya janrında yazıldığı qeyd edilsə də, bəzi müasir redaktorlar bu dramın roman janrında olduğunu iddia edirlər.Bu pyes ingilis dilinin istifadə olunduğu ölkələrin səhnələrində tam mətni ilə deyil, müxtəlif teatrlarda nümayiş edilmişdir. 18-ci əsrdə çox tanınmış Şekspir aktyoru olan Devid Qarrik bu pyesindəki bir personajı canlandırmaqla çox şöhrət qazanmışdır. 19-cu əsrdə isə üçüncü pərdə pastoral xarakterli olmuş və böyük məşhurluq qazanmışdır. Ancaq 20-ci əsrin ikinci yarısında "Qış nağılı" pyesi tamamilə və Birinci Folio kolleksiyasındakı mətninin hamısını əhatə edərək, ilk dəfə səhnəyə qoyulmuşdur. == Personajlar == Siciliya Leontes – Siciliyanın Kralı Hermion – Sicilyanın səxavətli və gözəl kraliçası. Kamillo – Bir dürüst siciliyalı zadəgan. Paulina – Siciliyalı bir zadəgan qadın.
Qış palıdı
Qış palıdı (lat. Quercus dalechampii) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Qış qarışlayıcısı
Qış qarışlayıcısı-(lat. Operophthera brumata L.) Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Qarışlayıcılar fəsiləsinə aid olan növ == Həyat tərzi == Zərərvericinin kəpənəklərinə hava şəraitindən asılı olaraq payız fəslinin axırı və qış fəslinin əvvəli rast gəlmək olur. Erkək kəpənək qanadları açılmış halda 20–25 mm ölçüdə olmaqla, ön qanadları sarı rəngdə olub, zolaqsızdır. Sap şəkilli bığcıqları vardır. Dişi kəpənəyin qanadları qısa olub, boz rəngdədir. Qanadların üzərində iki zolaq görünür. Pup mərhələsində qışlayır, oktyabrın axırı və noyabrın əvvəllərində puplardan çıxan kəpənəklər 1-2 gün cütləşdikdən sonra yumurta qoymağa başlayırlar. Kəpənəklərin uçuşu 40-45 gün davam edir. Yumurtalar uzunsov oval şəklində olmaqla, sarımtıl-yaşıl rəngdədirlər. Dişi kəpənəklər yumurtalarını topa halında ağacların qabığının çatları arasına və tumurcuqların üzərinə qoyurlar.
Qış sarayı
Qış sarayı (rus. Зи́мний дворе́ц) — Sankt-Peterburq, Rusiyada yerləşən və 1732–1917-ci illərdə Rusiya monarxlarının rəsmi iqamətgahı olan məşhur saray kompleksidir. I Pyotrun Qış sarayının yerində 1730–1837-ci illərdə inşa edilmiş və Saray sahili və Saray meydanı arasında yerləşən kompleksin əsas binası yanğından zədələnmiş və bərpa edilmişdir. 1917-ci ildə sarayda baş vermiş üsyan Sovet rəssamlığında, Sergey Eyzenşteynin 1927-ci ildə ekranlaşdırdığı və Rusiya inqilabının simvollarından biri sayılan "Oktyabr" filmində canlandırılmışdır. Saray Rusiya imperiyasının gücünü və qüdrətini nümayiş etdirən monumental memarlıq abidəsi kimi inşa edilmişdi. Bu saraydan Rusiya çarları 22,400,000 kvadrat kilometr (8,600,000 sq mi) (Yer kürəsinin torpaq sahəsinin 1/6 hissəsi) əraziyə və XIX əsrin sonuna kimi 125 milyon insana hökm etmişlər. Sarayın inşa edilməsində bir çox memarlar çalışsalar da, onlar arasında Yelezaveta barokkosu üslubunun əsas simalarından olan Bartolomeo Rastrellinin adı xüsusilə qeyd edilir. Yaşıl və ağ rəng çalarlarının sintezi şəklində işlənmiş və uzunsov düzbucaqlı formasında olan sarayın əsas fasadı 250 m uzunluğunda və 30 m (100 ft) hündürlüyündədir. Qış sarayının 1.786 qapısı, 1.945 pəncərəsi, 1.500 otağı və 117 pilləkanı var. 1837-ci il yenilənməsi sarayın eksteryerini dəyişməsə də, otaqların interyeri müxtəlif zövqlərə uyğun olaraq, yenidən işlənmişdir ki, tədqiqatçılar bu otaqların interyerini "XIX əsr Rokoko üslubuna uyğun" olduğunu bildirirlər.1905-ci il Qanlı Bazar qırğınları etirazçıların Qış sarayına doğru yürüşə başlamasından sonra baş vermişdir, lakin həmin dövrdə artıq monarx ailəsi yaşamaq üçün Çarskoe selodakı Aleksandr sarayına üstünlük verirdi və yalnız vacib dövlət işləri üçün Qış sarayına gəlirdi.
Qış vaxtı
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Qış xoruzgöbələyi
Qış xoruzgöbələyi (lat. Flammulina velutipes) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin physalacriaceae fəsiləsinin flammulina cinsinə aid göbələk növü. Uzun, nazik ağ göbələkdir ki, Şərqi Asiya mətbəxində istifadə olunur (Çin, Yaponiya və Koreya kimi). Bu göbələklər, Flammulina velutipesin sortlarındandir ki, həm də qızılı iynə göbələk adlandırılır.Vəhşi formalar rəng, faktura və naziklikdə fərqlidirlər ki həm də qış göbələyi, məxmər ayaq, və ya məxmər kök adlandırılır.
Yaz çınqıllıqotu
Yaz çınqıllıqotu (lat. Rhinanthus vernalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çınqıllıqotu cinsinə aid bitki növü. Hündürlüyü (8) 15-50 sm, gövdəsi düz, zəif tüklü və ya çılpaqdır, tünd rəngli uzununa cizgili və düyünaraları uzanmış olan birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaqdır, uzunsov-neştərvari, neştərvari və ya ensiz neştərvaridir, sivri, küt və ya demək olar ki, yastı dişcikləri olan mişarvari-dişlidir, təpə hissədə qısa daralmışdır, qısa tüklü və kələkötürdür. == Çiçək == Tac açıq-sarı rəngdədir, uzunluğu 15-20 mm-dir, tacın borucuğu azacıq bükülmüşdür və kasacıqla eyni uzunluqdadır. == Meyvə == Qutucuq ovalşəkillidir, kasacıqdan qısadır, uzunluğu 10-12 mm-dir. Toxumlarının uzunluğu 5 mm-ə qədər, oval, eni 1 mm-ə yaxın olan qanadı vardır. == Çiçəkləməsi == İyul == Meyvə verməsi == İyul-avqust Azərbaycanda yayılması: BQ (Quba) BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və ya subalp qurşaqlarında.
Yaz yastıqotu
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.
Adımı Kalbine Yaz
Adımı Kalbine Yaz - Tarkanın 29 iyul 2010 - cu ildə çıxardığı sayca səkkizinci studio albomudur. Alboma daxil olan mahnılar üzərində Tarkan, Sezen Aksu, Yıldız Tilbe, Ozan Çolakoğlu, Mithatcan, Günay Çoban və başqaları işləmişlər. Son albomunun yayımlanmasından sonra çıxışı dəfələrlə təxirə salınmış bu albom uzun çalışmalardan sonra 2010 - cu ildə dinləyicilərə təqdim edilmişdir. Alboma daxil olan nmahnılar hamısı türk dilində ifa edilmişdir. Müğənni müsahibələrinin birində albomun ərsəyə gəlməsi üçün çox əmək sərf etdiyini qeyd etmişdir. Albomun satşa çıxarılmasından əvvəl 11 may 2010 - cu il tarixində alboma daxil olan Sevdanın Son Vuruşu mahnısı promo sinql kimi satışa çıxarılmış və böyük uğur qazanmışdır. Ümumilikdə albom satışa çıxarıldığı iki ay müddətində 591.782 nüsxəylə satılmaqla böyük uğur qazanmışdır.
Yaz-Payız dövrü
Çunszu dövrü ya Yaz-Payız dövrü (çin. sadə. 春秋時代, pinyin: Chūnqiū Shídài, hərfi mənası: "Çunszu Şiday") — Çin tarixində Çunszu səlnaməsinə əsasən e.ə. 722 - e.ə. 481 illəri əhatə edən bir dövr.Bu dövr Şərqi Çjou sülaləsinin başlanğıcına aid edilir.
Qaz (quş)
Qaz (quş) (lat. Anser) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qaşqa qaz (Anser albifrons); Boz qaz (Anser anser); Alyaska qazı (Anser canagicus); Ağ qaz (Anser caerulescens); Quruburun (Anser cygnoides); Ağqaş qaz (Anser erythropus); Əkin qazı (Anser fabalis); Dağ qazı (Anser indicus).
Yay Yəəssüratları Üzərində Qış Xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.
Yay təəssüratları üzərində qış xatirələri
Yay təəssüratları üzərində qış xatirələri (rus. Зимние заметки о летних впечатлениях) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1862-ci ildə Avropa səyahəti əsnasındakı təəssüratlarını qələmə aldığı xüsusi qeydlərdən ibarət kitabıdır. İlk dəfə "Vremya" adlı jurnalda məqalə şəklində nəşr olunan bu qeydlər, daha sonra 1863-cü ildə kitablaşdırılmışdır.
Şahdağ Qış-Yay Turizm Kompleksi
Şahdağ Qış-Yay Turizm Kompleksi — Qusar rayonunun Şahdağ ərazisində inşa edilən müasir tipli qış-yay turizm kompleksi. bir dəfəyə 5 min nəfər turist qəbul edə biləcək. MDB məkanında anoloqu olmayan turist kompleksi olacaq. == Tarixi == Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılmışdır. Prezident İlham Əliyevin Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçirilmişdir. Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir. Şahdağ milli parkının ərazisində salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıdır. Kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır. Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar ən müasir səviyyədə yerinə yetirirlər.
Yan Qus
Yan Hus (çex. Jan Hus) - protestantlığın atası, Qusçular hərəkatının başlanması Yan Qusun adı ilə bağlıdır. Yan Qus bir müddət Praqa Universitetində rektor kimi fəaliyyət göstərmişdir. 1415-ci ilin 6 iyul tarixində dini fikirlərindən dolayı Konstans şəhər şurasının qərarı ilə yandırılaraq edam edilmişdir. Yan Qusun ölümündən sonra onun fikirləri və elmi əsərlərinə əsaslanan 1419-1434-cü illəri əhatə etmiş Qusçular hərəkatı baş qaldırmışdır. == Həyatı və təhsili == Yan Qusun atasının arabaçı olduğu ehtimal edilir. O, ilk əvvəl Praktikdə yerləşən latın məktəbində, daha sonra isə 1390-cı ildən etibarən Praqa şəhərində təhsil almağa başlamışdır. Praqa Universitetində təhsilini başa vurduqdan sonra 1396-cı ildə magistr təhsilini almağa başladı. Yan Qus Çex dilinin yazılması üçün istifadə olunan çex əlifbasında bir sıra yeniliklər gətirdi və yazma prosesini daha da sadələşdirdi. Bohemiya krallığının kralı Venzelsin bacısı Annanın İngiltərə kralı II Riçard ilə evlənməsindən sonra Oksford Universitetində təhsil alan çex tələbələr Oxforddan olan din xadimi Con Viklifin fəlsəfi fikirlərini və kilsə siyasəti ilə bağlı olan yazılarını Praqa Universitetinə gətirməyə başldılar.
Giş-qallop
Giş-qallop (ing. Gish gallop, /ˈɡɪʃ ˈɡælʌp/ ) — mübahisədə olan şəxsin bu arqumentlərin düzgünlüyünə və ya gücünə əhəmiyyət vermədən həddindən artıq sayda arqument təqdim edərək rəqibini alt-üst etməyə çalışdığı ritorik texnika. Əslində, bu, qeyd olunan arqumentlərin keyfiyyəti hesabına öz arqumentlərinin kəmiyyətinə üstünlük verməkdir. Bu termin 1994-cü ildə antropoloq Yucini Skott tərəfindən irəli sürülmüşdür. O, bunu ABŞ kreatsionisti Dueyn Gişin şərəfinə adlandırmışdır və Gişin təkamülün elmi həqiqətinə etiraz edərkən bu texnikadan tez-tez istifadə etdiyini iddia etmişdir. Bu, yayılma adlanan başqa bir müzakirə üsuluna bənzəyir. Burada bir nəfər son dərəcə sürətli danışaraq rəqibinin qaldırılan bütün dəlillərə cavab verməməsinə səbəb olur. Ümumiyyətlə, Giş-qallopu strukturlaşdırılmış müzakirədə istifadə etmək daha çətindir, nəinki sərbəst formada olandan. Mübahisəçi Giş-qallopdan istifadə edən bir rəqibin bu xüsusiyyətini tanıyırsa, onun Giş-qallopa başlamaq fürsətindən əvvəl rəqibin tez-tez istifadə olunan arqumentlərin qabaqcadan qarşısını almaq və onları təkzib etməklə bu texnikaya qarşı çıxmaq olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Grant, John.
Konstanten Qis
Konstanten Qis (fr. Constantin Guys; 3 dekabr 1802[…] – 13 mart 1892[…], Paris, Fransa) — fransız rəssam. == Bioqrafiya == Hərbi fəalliyətə hazırlaşırdı. Yunanıstan istiqlal müharibəsində iştirak etmişdir. 1830-ci illərdən özünü incəsənətə həsr etmişdir. İspaniya, İtaliya, Şərqdə səyahət etmişdir. Krım müharibəsi zamanı hərbi müxbir olmuşdur. Rəsm əsərlərini fransız və ingilis mətbuatında nəşr edilmişdir (Punch, Illusrated London News). == Ədəbiyyat == Geffroy G. Constantin Guys, l’historien du Second Empire. — P.: G. Crès, 1920 Roger-Marx C. Constantin Guys, 1802—1892.
Lillian Giş
Lillian Giş (ing. Lillian Gish; 14 oktyabr 1893[…] – 27 fevral 1993[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞaktrisası.
Lillian Qiş
Lillian Giş (ing. Lillian Gish; 14 oktyabr 1893[…] – 27 fevral 1993[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞaktrisası.