Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tenedos
Bozcaada (türk. Bozcaada), həmdə Теnedos (yun. Τένεδος) — Egey dənizinin şimalında, Dardanel boğazının çıxışında yerləşən, elə də böyük olmayan ada. Ada Çanaqqala ilinin Bozca ada rayonuna daxildir (Türkiyə). Adındanda göründüyü kimi çağdaş türk dilində "boz ada" (türk. bozca — boz, torpaq rəngi, ada) mənasını verir. Adanın sahəsi 37,6 km² təşkil edir. Bu sahəsinə görə Türkiyənin Gökçeada və Mərmərə adasıından sonra üçüncü böyük adasıdır. Ada Anadolu yarımadasından 5 km aralıda yerləşir. Qədim antik dövrdə adada ilk yunan koloniyaları salınmışdır.