Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yekdar
Yekdar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yekdar oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin adı Rustov kəndinin keçmiş məhəllələrindən birinin adından yaranmışdır. Kəndin əhalisi isə XVII əsrin axırlarında Xızı mahalının Kovxan kəndindən çıxmış ailələr olmuşlar. Məhəllənin əsasını Kəlbi oğlu Süleyman qoymuşdur. Onun adı ilə kənd əhalisi hazırda süleymanlar da adlanır. Oykonim tat dilindəki yek (bir) və dar (böyük ev, yurd) sözlərindən ibarət olub, “bir yurd” deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 182 nəfər əhali yaşayır.
Yeganə
Yeganə — qadınlara verilmiş bir soyad.
Yekşavə (Bükan)
Yekşavə (fars. يكشوه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 546 nəfər yaşayır (107 ailə).
Məhəmməd Yeganə
Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə (5 may 1923 - 18 dekabr 1995) — İran iqtisadçısı və siyasətçisi. == Həyatı == Məhəmməd Hacı Məhəmmədismayıl oğlu Yeganə 5 may 1923-cü ildə Zəncan şəhərində dünyaya gəlmişdi. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. 1942-1946-cı illərdə Tehran Universitetində oxumuşdu. İqtisad bakalavrı diplomu almışdı.Sonra ABŞa yollanmış, 1947-1951-ci illərdə Kolumbiya Universitetində magistr ixtisasını almışdı. 1951-ci ildən 1962-ci ilədək neft sahəsində çalışmışdı. 1964-cü ildən 1969-cu ilədək İran İqtisadiyyat nazirliyində işləmişdi.1969-cu ildən 1970-ci ilədək İran Məskən və Sənaye nazirliyində Şöbə müdiri vəzifəsində çalışmışdı. 1970-ci ildən 1971-ci ilədək İran Şahənşah bankının sədri olmuşdu.Eyni zamanda baş nazirin iqtisadiyyat üzrə müşaviri vəzifəsini icra etmişdi. 1971-ci ildən 1972-ci ilədək İran Dünya Bankına başçılıq etmişdi. 1972-ci ildən 1973-ci ilədək IMF-nin direktoru olmuşdu.1973-ci ildən 1976-cı ilədək İranın Mərkəzi Bankına rəhbərlik etmişdi.
Nasir Yeganə
Nasir Mirzə Qafar xan oğlu Yeganə (4 iyun 1921 – 15 noyabr 1993)—İran hüquqşünası və siyasətçisi. == Həyatı == Nasir Mirzə Qafar xan oğlu Yeganə 4 iyun 1921-ci ildə Qəzvin şəhərində doğulmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Sonra Tehran Universitetində oxumuşdu. Hüquq bakalavrı diplomu almışdı. Sonra Fransaya yollanmış Sarbonna Universitetində magistr ixtisasını almışdı. Daha sonra ABŞ-yə getmiş ordakı hüquq sistemini mükəmməl öyrənmişdi. Nasir Yeganə 1979-cu ildə İslam inqilabından sonra ABŞ-yə mühacirət etmişdi. Nasir Yeganə 15 noyabr 1993-cü ildə Vaşinqton şəhərində vəfat edib.
Yeganə Axundova
Yeganə Əsgər qızı Axundova (Mahmudova) (22 may 1960, Nuxa) — Azərbaycan pianoçusu, Azərbaycan Respublikasının xalq artisti. == Həyatı == Yeganə Mahmudova 1960-cı il mayın 22-də Şəki şəhərində inşaatçı Əsgər Mahmudov və dosent Solmaz xanımın ailəsində anadan olmuşdur. 5 yaşından musiqi dərsləri almağa başlayan Yeganənin ilk müəllimi Vera Arkadiyevna Bitner olmuşdur. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində isə çox təcrübəli və bilikli müəllimlərdən olan Valeriya xanım Seyidovadan dərs alıb. Yeganə Axundova əla qiymətlərlə həmin musiqi məktəbini bitirir və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indi Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası adlanır – red.) fortepiano ixtisası üzrə ifaçılıq fakültəsinə daxil olur. Burada o, professor Nigar Usubovanın sinfinə göndərilir. Tələbəlik illərində Yeganə Mahmudova bütün sınaqlardan keçir, fərqlənmə diplomu ilə Konservatoriyanı bitirir və onu P. İ. Çaykovski adına Moskva Dövlət Filarmoniyasına təcrübəyə göndərirlər. Yeganə Mahmudova təcrübə proqramını professor Lev Naumovun sinfində keçir. Moskva təhsilini bitirəndən sonra doğma Bakıya qayıdır və konservatoriyada müəllimlik fəaliyyətinə başlayır. Y. Axundovanın həm solo, həm də duet şəklində çıxış edir.
Yeganə Mürsəlova
Yeganə Akbudak (Mürsəlova) (3 sentyabr 1981, Sumqayıt) — Azərbaycan müğənnisi. == Həyatı == 1981-ci il sentyabrın 3-də Sumqayıt şəhərində dünyaya gəlib. Orta təhsilini Sumqayıt şəhərində bitirmişdir. 1998-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakultəsinə daxil olmuşdur. 2002-ci ildə təhsilini uğurla başa çatdırmışdır. Musiqiyə olan həvəsi uşaqlıq dövründən başlamışdır. Orta məktəb dövründə musiqi məktəbində musiqiyə olan həvəsini mükəmmələşdirməyə çalışmışdır. Ustad sənətçılərdən, muğam ustalarından, vokal müəllimlərindən dərs almışdır. 2002-ci ildə müğənni olaraq böyük səhnəyə ilk addımlarını atmışdır. Hal hazırda sənət karyerasını Türkiyədə davam etdirir.
Yeganə İsmayılova
Yeganə İsmayılova (d. 31 oktyabr 1962, Lənkəran) — filologiya üzrə elmlər doktoru, professor. == Həyat və fəaliyyəti == Yeganə İsmayılova 31 oktyabr 1962-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-1979-cu illərdə Lənkəran şəhərində yerləşən 2 saylı orta məktəbdə təhsil almışdır. 1979-1983-cü illərdə APİ-nin filologiya fakültəsində təhsil almışdır. 1989-1993-cü illərdə Bakı şəhərində yerləşən 14 saylı, 1993-1999-cu illərdə 286 saylı orta məktəbdə müəllim, 1999-2005-ci illərdə «Dədə Qorqud» ETL-də elmi işçi vəzifələrində çalışmış, 2005-ci ildən bugünədək Azərbayjan ədəbiyyatı tarixi kafedrasında professor vəzifəsində fəaliyyət göstərir. === Ailəsi === Ailəlidir, 2 övladı var. === Təhsili, elmi dərəcəsi === 1983-cü ildə APİ-nin filologiya fakültəsini bitirib. 2002-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Mövzu: ««Koroğlu» dastanında obrazlar sistemi» 2014-cü ildə «Kitabi-Dədə Qorqud» dastanları və yazılı ədəbiyyat» mövzusunda doktorluq disssertasiyası müdafiə edib.
Yekvan (Germi)
Yekvan (fars. لكوان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 408 nəfər yaşayır (82 ailə).
Möhsün Yeganə
Möhsün Yeganə (fars. محسن یگانه‎; 13 may 1985, Günbədkavus, Mazandaran ostanı) — iranlı müğənni və musiqiçi. O, bir çox konsertlərdə, o cümlədən Fəcr Beynəlxalq Musiqi Festivalında çıxış edib. == Həyatı == Möhsün Yeganə 23 may 1364-cü ildə Günbədkavus şəhərində anadan olub. O , Tehran İslami Azad Universitetinin Cənubi Tehran bölməsində sənaye istehsalı ixtisası üzrə sənaye mühəndisliyi tələbəsi idi, lakin altı semestri başa vurduqdan sonra musiqi karyerası üçün təhsilini davam etdirməkdən imtina etdi. O, ailənin üçüncü və ya sonuncu övladıdır və iki böyük bacısı həkim və stomatoloqdur. İran-İraq müharibəsində həlak olan Məhəmməd Rzanın oğludur, anası isə universitet professorudur. Möhsün Yeganə musiqi karyerasına gitara ilə başlayıb.
Yeganə (ad)
Yeganə — qadınlara verilmiş bir ad.
Aşağı Yekmalə (Çaldıran)
Aşağı Yekmalə (fars. يكماله سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (9 ailə).
Yekan Kəhriz
Yekan Kəhriz (fars. یکان کهریز‎) — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. Yekan farsca bir və vahid mənasında kəhriz isə su arxı və suyu bağlayan yerə deyilir. == Coğrafiya == Yakan Kəhriz Yamçı bəxşinin qərbi, Əsl kəndinin şimalı, 5591 metrlik dağlara cənubda, şərqdən yuxarı yekanda yerləşir. bu kənd dağ ətəyində yerləşib Yekanat (Yekanlar) dehestanının mərkəzidir. == Əhali == Yekan Kəhrizdə 6 böyük tayfa vardır ki onların adları belədir: Çaylu tayfası Həmzəlu Yarğeybli Hasarlu Oğuzlu Qərəli == Tarixi == Aşuri kətibələrində Əski şəhər Ulxu ətrafinda olan kəhrizlərdən söz gedib ki ehtimal verilir Yekanda çoxlu kəhrizlərin olduğu üçün mənzur bu kənd imiş. Yekanat əskidən ovlanma yeri olmuşdur eləki Müzəfərrədin şah vəliəhdlik dönəmində neçə dəfə ovlanmaq üçün buraya gəlmişdir. Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Teymurilərin bəzi savaşları bu sahədə olmuşdur. Məşrutə inqilabında Yekanlıların önəmli rolu varidi edləki Kəsrəvi yazır: Yekanat məşrutədə çoxlu zəhmətlər çəkmişlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,118 nəfər yaşayır (526 ailə).
Dünyada Yeganə (1989)
== Məzmun == Film Naftalan neftinin dünya şöhrətinə və bugünkü problemlərinə həsr olunmuşdur.
Rzaqulu xan Yekani
Rzaqulu xan Zal xan oğlu Yekani (fars. رضاقلی خان یکانی‎(?-?) — Mərənd hakimi. == Həyatı == Rzaqulu xan Zal xan oğlu Yekani Mərənd şəhərində anadan olmuşdu. Mükəmməl hərbi təhsil almışdı. Nasirəddin şah və Müzəffərəddin şah Qacara xidmət etmişdi. Naib rütbəsindən sərtib rütbəsinədək yüksəlmişdi. Bir müddət Mərənd hakimi olmuşdu. Səttar Hacı Həsən oğlu ilə dost idi. Səttar zindandan azad olandan sonra Rzaqulu xan Sərtibin yanına gəlir. Rzaqulu xan Mərənd-Xoy-Salmas yolunun qarasoran rəisi idi.
Əliyeva Yeganə (kulturoloq)
Yuxarı Yekan (Mərənd)
Yuxarı Yekan (fars. يكان عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,156 nəfər yaşayır (303 ailə).
Dünyada yeganə (film, 1989)
== Məzmun == Film Naftalan neftinin dünya şöhrətinə və bugünkü problemlərinə həsr olunmuşdur.
Mirzə Möhbəli xan Yekani
Möhbəli xan ibn Mirzə Məhəmmədtağı Yekani (1834-1890) — XIX əsr Azərbaycan şairi, Mərənd xanı. == Həyatı == Möhbəli xan ibn Mirzə Məhəmmədtağı 1834-ci ildə Mərənd bölgəsinin Yekan mahalında anadan olmuşdur. Mir Qılınc xan Babanın törəməsindəndir. Naziməddövlə ləqəbini daşıyırdı. İbtidai təhsilini atasından almışdı. Təbrizdə mədrəsə təhsili aldıqdan sonra Mərəndə qayıdıb, yaradıcılıqla məşğul olmuşdur. Divanı var. Mirzə Möhbəli xan Yekani 1890-cı ildə vəfat edib. == Ailəsi == Mirzə Möhbəli xanın Cahangir xan adlı oğlu vardı.
Mirzə Nurulla xan Yekani
Mirzə Nurulla xan Yekani (1873-?) — İran Məşrutə hərakatının fəal üzvü. == Həyatı == Mirzə Nurulla xan Ağa bəy oğlu 1873-cü ildə Yekan mahalının Yekan kəhrizi kəndində anadan olmuşdu. İbtidai təhsilini doğma kəndlərində almışdı. Şimali Azərbaycana gəlmiş burda bir müddət çalışmışdı. Mirzə Nurulla xan Məşrutə hərəkatına qoşulmuşdu. Qohumları Qoçəli xan, Baxşalı xan, Şirəli xan və başqaları ilə çiyin-çiyinə istibdada qarşı mübarizə aparmışdı. Mücahidlərə başçılıq etmişdi. Qaynaqlarda yazılır: “Qafqaz mücahidləri, beynəlmilçilərlə birlikdə Mirzə Nurulla xan Yekaninin və Qoçəli xanın başçılıq etdikləri mücahidlər Ələmdardan hərəkat edərək noyabrın 21-də Xoyun şimalında yerləşən Evoğlu kəndində toplandılar. Mücahidlərə qarşı göndərilmiş Maku qoşun hissələri bu kəndə yaxın olan Bilvar kəndində yerləşib mücahid dəstələrinin Xoya hərəkət etməsinə imkan verməli idilər. Lakin onlar mücahid dəstələrinin Xoya hücumunun qarşısını ala bilmədilər.
Yekan-i Sadi (Mərənd)
Yekan-i Sadi (fars. يكان سعدي‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 694 nəfər yaşayır (161 ailə).
Çonqaralı-i Yekan (Urmiya)
Çonqaralı-i Yekan (fars. ‎چنقرالوی یکان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.403 nəfər yaşayır (428 ailə).
Ərəbli-i Yekan (Urmiya)
Ərəbli-i Yekan (fars. عربلوی یکان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (51 ailə).
Əhməd Ümid Yəzdani
Əhməd Ümid Yəzdani — azərbaycanlı sosioloq, tarixçi, dilçi alim. Azərbaycan-Almaniya Akademiklər Cəmiyyətinin sədri və Almanca-Azərbaycan türkcəsində iki cildlik lüğətin müəllifi. == Həyatı == Əhməd Ümid Yəzdani 1947-ci ilin sentyabr ayının 3-də Təbriz şəhərinin Əmirəqız məhəlləsində anadan olmuşdur. İbtidai məktəb və gimnaziyanı Təbriz şəhərində bitirəndən sonra, 18 ay Bocnurd şəhərinin kəndlərində müəllimliklə məşğul olmuşdur. 1969-ci ilin sonunda ali təhsil almaq üçün Almaniyaya getmişdir. Haydelberq, Mainz, Triyer və Berlin şəhərlərində yaşamışdır. Mainz şəhərində universitetə giriş imtahanı qazanandan sonra burada iqtisadiyyat bölməsində təhsil alır. 1972-ci ildə Triyer Universitetində siyasi elmlər, sosiologiya və istisadiyyat sahələrində təhsilini davam etdirir. 1979-cu ildə magistr dərəcəsini alandan sonra Azad Berlin Universitetində doktorantura üzrə təhsilini davam etdirir. 1984-ci ildən Sosial-Pedaqoji İnstitutda və sonralar Əcnəbi ailələrin və gənclərin peşə və sosial inteqrasiya məsələləri təşkilatında layihə rəhbəri olmuşdur.