Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yersarmaşığı
Yersarmaşığı (lat. Glechoma) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Sarmaşıqvarı yersarmaşığı (Glechoma hederacea L.) Uzunborucuqlu yersarmaşığı (Glechoma longituba (Nakai) Kuprian.) Glechoma biondiana (Diels) C.Y.Wu & C.Chen Glechoma decolorans (Hemsl.) Turrill Glechoma grandis (A. Gray) Glechoma hirsuta Waldst. & Kit. Glechoma nivalis (Benth.) Press Glechoma pharica (Prain) Turrill Glechoma serbica Halácsy & Wettst.
Sarmaşıqvarı yersarmaşığı
Uzunborucuqlu yersarmaşığı
Uzunborucuqlu yersarmaşığı (lat. Glechoma longituba) — yersarmaşığı cinsinə aid bitki növü.
Sarmaşıqvari yersarmaşığı
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin yersarmaşığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər uzun saplaqda yerləşmiş, dəyirmi-böyrəkşəkilli, kənarları iri dairəvi-dişli, yuxarı yarpaqları isə böyrəkvari-ürəkşəkillidirlər. Çiçəkləri adi yarpaqların qoltuğunda 2-4 ədəd olmaqla yerləşmişlər, çiçək altlığı sapşəkilli və qısa saplaqlıdır. Tac mavitəhərbənövşəyi rəngli olub, uzunluğu 10-20 mm və kasacıqdan uzundur. Fındıqcalar 1,5-2 mm uzunluğundadır, qonurtəhərdir. Aprel-may aylarında çiçəkləyir, may-iyun ayalrında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), Kür düz. - orta dağ qurşağına qədər.