Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Paraseiulus yugoslavicus
Paraseiulus yugoslavicus (lat. Paraseiulus yugoslavicus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraseiulus cinsinə aid heyvan növü.
Yaroslav Haşek
Yaroslav Haşek (çex. Jaroslav Hašek; 30 aprel 1883[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…] – 3 yanvar 1923[…]) —Çex yazıçısı. == Həyatı == Məşhur çex yazıçısı Yaroslav Haşek (1883 – 1923) Praqada müəllim ailəsində dünyaya göz açıb. Nümayişdə iştirakına görə gimnaziyadan xaric olunan Haşek 18 yaşından çap olunmağa başlayır. Yazıçının dünyagörüşünün formalaşmasında onun Avstriya-Macarıstanın tərkibində olan Çexiya, Macarıstan, Qalitsiya kimi ölkələrə səfəri, həmçinin sonradan ayrıldığı anarxistlərlə görüşləri əsas rol oynamışdır. Birinci Dünya müharibəsi onun həyatında kəskin dönüş yaradır. Rus ordusuna əsir düşən Haşek Rusiyada yaradılan Çexoslovakiya legionuna daxil olub, inqilabi hərəkata kömək etmək üçün partiya tərəfindən 1920-ci ildə Praqaya göndərilir, lakin o zaman inqilab dalğası artıq zəifləmişdi və burjua mətbuatının tənqidlərinə tuş gələn yazıçı Praqadan getməyə məcbur olub, Qavliçkov Brod şəhərində romanı üzərində işləməyə başlayır. Haşekin ədəbi irsi satirik və yumoristik hekayələrdən ibarətdir. 1921–1923-cü ildə çap olunan "Cəsur əsgər Şveykin majəraları" romanı onun ən məşhur əsəri sayılır. Şveyk bu gün dünya ədəbiyyatı qəhrəmanları arasında özünəməxsus yer tutur.
Yaroslav Jmudenko
Yaroslav Jmudenko (24 sentyabr 1988) — Ukraynanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yaroslav Jmudenko Ukraynanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Yaroslav Kaçinski
Yaroslav Aleksander Kaçinski (pol. Jarosław Aleksander Kaczyński) — Polşanın keçmiş baş naziri, Hüquq və Ədalət Partiyasının lideri, 2010-cu ilin aprelində təyyarə qəzasında həlak olmuş dövlət başçısı Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski 1949-cu il iyunun 18-də Varşavada anadan olub. Sosialist Polşasında müxalif təşkilatların — 1970-ci illərdə "Fəhlələrin müdafiəsi komitəsi"nin, 1980-ci illərdə isə "Solidarnost"un üzvü kimi ictimai-siyasi fəaliyyət göstərib. Varşava Universitetinin hüquq fakültəsini bitirib. Hüquq doktorudur. 1991–1993, 1997–2001, 2001–2005-ci illərdə Polşa parlamentinin üzvü olub. 2006–2007-ci illərdə Polşa hökumətinə rəhbərlik edib.
Yaroslav Mudrı
Yaroslav Vladimiroviç Mudrı; Müdrik Yaroslav və ya I Yaroslav (rus. Ярослав Владимирович Мудрый); 978, bilinmir – 20 fevral 1054) - Rostov knyazı (987—1010), Novoqorod knyazı (1010—1034), Kiyev knyazı (1016—1018, 1019—1054). Rusiyanın Yaroslavl şəhəri onun şərəfinə adlandırılmışdır. == İstinadlar == == Ədəbiyyat == Азбелев С. Н. Ярослав Мудрый в летописях // Новгородская земля в эпоху Ярослава Мудрого. — Великий Новгород, 2010. — С. 5—81. Брюсова В. Г. К вопросу о происхождении Владимира Мономаха // ВВ.-Т. 28. 1968. — С. 127—135. Брюсова В. Г. Русско-византийские отношения середины XI в.
Yaroslav Potapov
Yaroslav Potapov (1 iyul 1999) — Rusiyalı üzgüçü. Yaroslav Potapov Rusiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yaroslav Potapov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:00.99 saniyəlik nəticəsi ilə 14-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Yaroslav Qaşek
Yaroslav Haşek (çex. Jaroslav Hašek; 30 aprel 1883[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…] – 3 yanvar 1923[…]) —Çex yazıçısı. == Həyatı == Məşhur çex yazıçısı Yaroslav Haşek (1883 – 1923) Praqada müəllim ailəsində dünyaya göz açıb. Nümayişdə iştirakına görə gimnaziyadan xaric olunan Haşek 18 yaşından çap olunmağa başlayır. Yazıçının dünyagörüşünün formalaşmasında onun Avstriya-Macarıstanın tərkibində olan Çexiya, Macarıstan, Qalitsiya kimi ölkələrə səfəri, həmçinin sonradan ayrıldığı anarxistlərlə görüşləri əsas rol oynamışdır. Birinci Dünya müharibəsi onun həyatında kəskin dönüş yaradır. Rus ordusuna əsir düşən Haşek Rusiyada yaradılan Çexoslovakiya legionuna daxil olub, inqilabi hərəkata kömək etmək üçün partiya tərəfindən 1920-ci ildə Praqaya göndərilir, lakin o zaman inqilab dalğası artıq zəifləmişdi və burjua mətbuatının tənqidlərinə tuş gələn yazıçı Praqadan getməyə məcbur olub, Qavliçkov Brod şəhərində romanı üzərində işləməyə başlayır. Haşekin ədəbi irsi satirik və yumoristik hekayələrdən ibarətdir. 1921–1923-cü ildə çap olunan "Cəsur əsgər Şveykin majəraları" romanı onun ən məşhur əsəri sayılır. Şveyk bu gün dünya ədəbiyyatı qəhrəmanları arasında özünəməxsus yer tutur.
Yaroslav Rona
Yaroslav Rona (çex. Jaroslav Róna; d. 27 aprel 1957, Praqa) – çex heykəltaraş, rəssam, aktyor, pedaqoq və yazıçı.
Yaroslav Seyfert
Yaroslav Seyfert (çex. Jaroslav Seifert tlf.; 23 sentyabr 1901[…] – 10 yanvar 1986[…], Praqa) — çex yazıçı və jurnalist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1984). == Həyatı == Yaroslav Seyfert ədəbiyyat sahəsində ilk Nobel laureatı ətrafında qızğın mübahisələrin getdiyi 1901-ci ilin payızında, o zaman Avstriya-Macarıstan imperiyasının tərkibinə daxil olan Praqada, fabrik fəhləsi ailəsində doğulmuşdu. Atası sonradan kiçik dükan işlətməyə başlamışdı. Oğlu isə Praqanın müxtəlif səmtlərində yaşayan müştərilərə mal aparırdı. Bu ona mühüm mədəniyyət, memarlıq və musiqi mərkəzlərindən olan Praqanı az qala küçə-küçə, ev-ev tanımağa imkan vermişdi. Sonralar Praqa şeirlərinin əsas obrazlarından birinə çevrilmişdi. Gələcək şair hətta gimnaziyanı da başa vurmamışdı. Lakin bu intellektual imkanların məhdudluğu ilə bağlı deyildi. Əksinə, Yaroslav ədəbiyyatı, musiqini və xarici dilləri səylə öyrənirdi.
Yaroslav Veşin
Yaroslav Veşin (23 may 1860[…] – 9 may 1915, Sofiya, Bolqarıstan krallığı) - çex rəssamı. == Həyatı == XIX əsrin sonları XX əsrin əvvələrində yaşayıb yaratmış Bolqarıstan incəsənətin görkəmli nümayəndələrinədən biri də Yaroslav Veşin olmuşdur.Yaroslav Veşinin yaradıcılığına böyük təsir göstərən amillərdən biri, həmin dövrun başıbəlalı dövləti olan Bolqarıstanın da iştirat etdiyi I Balkan (1912) müharibəsi olmuşdur. Veşin müharibəyə həsr etdiyi əsərində süngü, xəncərlərin təsvir olunduğu tabloda bolqar əsgərlərin qəhrəmanlığını göstərmək istəyirdi. Yaroslav Franti Veşin 23 may 1860-ci ildə anadan olmuş Bolqarıstanda işləmiş Çex rəssamı idi.O, portret janrın ustası kimi, Balkan müharibəsinə həsr etdiyi əsərində döyüş səhnələrini realistcəsinə təsvirini vermişdir. Veşin Çexiyanın Vraniya şəhərində dünyaya göz açmışdır, həmin şəhər indiki Mərkəzi Bohemiya regionun Kladno şəhəridir. O, ilk təhsilinin Praqa İncəsənət Akademiyasından alaraq sonra 1881-ci ildə təhsilini Münhen Rəssamlıq akademiyasında davam etdirmişdir.1883-cü ildə buranı bitirir. Ali təhsil alandan sonra Y.Veşin Münhendə və Slovakiyada işləməyə başlayır.Onun burada işlədiyi dövrdə Solvak kənd həyatı ilə bağlı gözəl rəsım əsərlərini yaradır. Y.Veşin 1897-ci ildə Bolqarıstana gəlir və ömrunun sonona kimi burda çalışmağa başlayır.1904-cü ilə qədər Sofiya Milli incəsənət Akademiyasında professor kimi rəssamlıq üzrə işləyir.Burada gözəl sənət əsərləri yaradır. "Kəndli" (1899), "Radomir" (1897), " Sofiyada" (1899) "At bazarı" (1899) və əsrləri omum bolqarıstanda yaşadığı dövrun məhsullarıdır. 1904-ci ildə Akademiyada Baş rəssam oldu.Ounu yaradıcılığın sonrakı əsərləri "Kömürçü" (1910), "Od doğrayanlar" (1910), "Ovçu və İtlər" (1911) və digərlərini göstərmək olar.
Yaroslav Vrxliski
Yaroslav Vrxliski (çex. Jaroslav Vrchlický — təxəllüs; əsl adı və soyadı Emil Frida, çex. Emil Frída; 17 fevral 1853, Louni — 9 sentyabr 1912, Domajlitse) —Çex yazıçısı və dramaturqu.
Yaroslav Yevdokimov
Yaroslav Evdokimov (Tam adı: ukr. Євдокимов Ярослав Олександрович; 22 noyabr 1946, Rovno) — müğənni, bariton. Gród Rovno, Ukrayna 22.11.1946.
Yaroslav Heyrovski
Yaroslav Heyrovski — (20 dekabr 1890[…], Praqa[…] – 27 mart 1967[…], Praqa) çex kimyaçısı və ixtiraçısı idi. Y. Heyrovski polaroqrafik metodun ixtiraçısı, elektroanalitik metodun yaradıcısı və polaroqrafik analiz üsullarının ixtirasına və inkişafına görə 1959-cu ildə Nobel mükafatı laureatı adını almışdır. Onun əsas iş sahəsi polaroqrafiya olub . == Həyatı və işi == Yaroslav Heyrovski 20 dekabr 1890-cı ildə Praqada (Karl Universitetinin Roma hüququ professoru olan Leopold Heyrovski (ata) və onun həyat yoldaşı Klara(ana)) anadan olub .<refL. R. Sherman (December 1990). "Jaroslav Heyrovský (1890—1967)". Chemistry in Britain: 1165—1167.></ref> Yaroslav Heyrovski ibtidai məktəbdə oxuduqdan sonra 1901-ci ildən səkkiz il Akademik Gimnaziya adlanan orta məktəbdə oxudu. Burada təbiət elmləri ilə maraqlanmağa başladı. Buraxılış imtahanını verərək, qəbul sertifikatı aldıqdan sonra Heyrovski Praqadakı Çex Universitetinin fəlsəfə fakültəsinə daxil olur. Təhsilinin birinci ilində o, kimya, fizika və riyaziyyat kurslarında iştirak etmiş, ən çoxda onu B. Braunerin qeyri-üzvi kimya üzrə mühazirələri, həmçinin F. Zavişka və B. Kuceranın fizikadan mühazirələri heyran etmişdir. O, Britaniya alimlərinin işlərilə, xüsusilə Villiam Ramseyin son nailiyyətləri ilə maraqlanırdı.