Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yukari Kinqa
Yukari Kinqa (d. 2 may 1984) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 100 oyun keçirib, 5 qol vurub.
Yukari Mizobe
Yukari Mizobe (27 dekabr 1979) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yukari Mizobe Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Yukari Murata
Yukari Murata (9 oktyabr 1981) — Yaponiyanı təmsil edən bədii gimnast. == Karyerası == Yukari Murata Yaponiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Yuxarı-Oruzman
Yuxarı Oruzman — Dumanis (Başkeçid) rayonunun böyük və qədim kəndlərindən biri. Hazırda kənddə 205 ailə yaşayır və kəndin 1100 nəfər sakini var. Kənddəki orta məktəb 200-ə qədər şagird və 20 müəllim heyətinin istifadəsindədir.
Yuxarı Ağalı
Yuxarı Ağalı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Yuxarı Ağalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Biləsuvar rayonunun faktiki mövcud olan Yuxarı Ağalı kəndi dəqiqləşdirmə qaydasında Ağalıkənd kənd inzibati-ərazi vahidinin tərkibində yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Rayonda ağalı komponentli iki kənd mövcuddur: Ağalıkənd və Yuxarı Ağalı. Oykonimin birinci komponenti coğrafi mövqeyi, ikinci komponenti isə keçmiş dilağarda tayfasının canşalı (cahanşahlı) tirəsinin ağalı nəslinin adını əks etdirir. 1870-ci ilə aid bir sənəddə Ağalıkəndin bu nəsilin nümayəndələri tərəfindən salındığı haqqında məlumat verilir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayonun cənubunda yerləşir. Muğan kəndi və İran İslam Respublikası ilə sərhəddir. 31 may 2023-cü ildə Bolqarçayda olacaq sel təhlükəsindən vətəndaşların qorunması məqsədilə Biləsuvar rayonunun Yuxarı Ağalı, Amankənd və Muğan kəndlərinin sakinləri təxliyə edilmişdir. == Əhalisi == === Şəhidləri === Abdulov Asif Mirayə oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
Yuxarı Fərəcan
Yuxarı Fərəcan — Azərbaycan Respublikasının Laçın rayonu Aşağı Fərəcan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. Tədqiqatçıların məlumatına görə, kənd keçmışdə Fərəc adlanmışdır və Səfiyan kəndindən Fərəc adlı bir Şəxsin yaxın adamları ilə köçüb məskunlaşması nəticəsində yaranmışdır. Sonralar Fərəc şəxs adının sonuna cəmlik bildirən -an şəkilçisi əlavə olunmuşdur. Oykonim "fərəclər" və ya "Fərəc yeri" mənasındadır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Yuxarı Girətağ
Yuxarı Girətağ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Yuxarı Kirətağ rayon mərkəzindən 13 km şimal-şərqdə, Oxçu çayının sol qollarından biri olan Kirətağ çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1886-cı ildə 537 nəfər, 1897-ci ildə 328 nəfər, 1904 - cü ildə 666 nəfər, 1914 - cü ildə 289 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 223 nəfər, 1931-ci ildə 396 nəfər, 1939-cu ildə 139 nəfər, 1959-cu ildə 310 nəfər, 1979-cu ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır. Toponim qədim türk dilində "kənar, çöl, düzənlik" mənasında işlənən kır sözü ilə tağ (>dağ) sözünün birləşməsindən əmələ gəlmişdir.
Yuxarı Gödəkli
Yuxarı Gödəkli (erm. վերին Գյոդաքլու; Kəndin adı sonradan dəyişdirilərək Vardavanq (erm. Վարդավանք) edilib) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində (keçmiş Zəngəzur mahalı) yerləşən kənd. Kənd Qafan şəhərindən 13 km şərqdə, Qafan-Gorus yolunun sağ tərəfində yerləşir. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil idi. == Etimologiyası == Toponim türk mənşəli qazaxlar tayfasından olan "gödəkli" etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. "Yuxarı" fərqləndirici sözü ilə işlənərək mürəkkəb quruluşlu toponim yaratmışdır. Ermənicə "Verin Gyodaklu" (erm. վերին Գյոդաքլու) şəklində işlədilib.
Yuxarı Güləver
Yuxarı Güləver və ya Çipori — Gürcüstan Respublikasının Bolnisi rayonunda kənd. == Tarixi == == Mədəniyyəti == Yuxarı Güləverdə ilk məktəb 1930-cu ildə yaradılıb. Hazırda Yuxarı Güləverdə bir baza məktəbi, Aşağı Güləverdə bir orta məktəb var. == Coğrafiyası və iqlimi == Güləver kəndi Gədi çayının sol sahilində, rayon mərkəzindən 17 km qərbdə, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Bulqarların Qıpçaq tirəsi Kollarla, Alban tayfası Kellərlə, Qıpçaq-Qarapapaqlar içindəki Kul tayfası ilə bağlılığını düşünmək mümkündür. Kənd iki yerə bölünür: Yuxarı Güləver (Cipor) və Aşağı Güləver (Gədi-Qeta). == Əhalisi == 1870-ci ildə Yuxarı Güləverdə 7 ailədə 47 nəfər, Aşağı Güləverdə 7 ailədə 47 nəfər, 1918-ci ildə Yuxarı Güləverdə 155 nəfər, Aşağı Güləverdə 218 nəfər, 1926-cı ildə Yuxarı Güləverdə 39 ailədə 231 nəfər, Aşağı Güləverdə 28 ailədə 153 nəfər, 2002-ci ildə Yuxarı Güləverdə 117 ailədə 522 nəfər, Aşağı Güləverdə 173 ailədə 698 nəfər, 2006-cı ildə Yuxarı Güləverdə 117 ailədə 500 nəfər, Aşağı Güləverdə 150 ailədə 781 nəfər.
Yuxarı Güzlək
Yuxarı Güzlək — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. == Toponimikası == Yuxarı Güzlək oyk. Füzuli r-nunun Qarakollu i.ə.v.-da kənd. Qozluçayın sahilində, dağətayi ərazidədir. Keçmiş adı Güzlək olmuşdur. XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılmışdır. Giizlək komponenti qəd. türk dillərində "payız otlağı" mənasındadır.
Yuxarı Gəyəli
Yuxarı Gəyəli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Gəyəli kəndi dağətəyi ərazidədir. Keçmiş adı Gəyəli olmuşdur. Bu kənddən ayrilmiş ailələr bir qədər aralida yeni yaşayış məntəqəsi salaraq onu Aşağı Gəyəli adlandirdiqdan sonra keçmiş kənd Yuxari Gəyəli adlandırldi. Oykonimin birinci komponenti kəndin coğrafi movqeyini, ikinci komponent isə XIX əsrdə Zəngəzur qəzasında yaşamiş maldar gəyəli tayfasının adını əks etdirir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Yuxarı Harnava
Yuxarı Hülvər
Yuxarı Hülvər (fars. هلور علیا‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 374 nəfər yaşayır (101 ailə).
Yuxarı Hımud
Yuxarı Hımud — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Yaxınlığında həmçinin Aşağı Hunud qışlağı yerləşirdi. == Toponimikası == Yuxarı Hımud - Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1930-cu ildə ləğv edilmişdir. Toponim hun adlı qədim türk etnonimi əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki «yuxarı» sözü fərqləndirici əlamət bildirir. Hunud toponimindəki «ud» topoformantdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Yuxarı Həzarrud
Yuxarı Kanada
Yuxarı Kanada (Fransızca: Haut-Canada, İngilis dili: Upper Canada) İngiltərənin bir hissəsi olan Britaniya Kanadasının əyaləti idi. 26 fevral 1791-də, Kvebek ikiyə bölündükdə (digər əyalət Aşağı Kanada idi) quruldu. 10 fevral 1841-ci ildə qüvvəyə minən Birlik Qanunu ilə Kanada əyaləti quruldu və mövcudluğu sona çatdı.
Yuxarı Kartli
Daxili Kartli diyarı (gürc. შიდა ქართლის მხარე) — Gürcüstanın doqquz ən böyük inzibati vahidindən (mxaresindən) biridir. Tarixi Kartli bölgəsinin şimal-qərb hissəsini təşkil edir. İnzibati mərkəzi Qori şəhəridir. İç Kartli ərazisinin təxminən 20%-i hal-hazırda Cənubi Osetiya respublikasının nəzarəti altındadır. == İnzibati bölgüsü == Daxili Kartli rəsmi olaraq beş bələdiyyədən ibarətdir: Cava bələdiyyəsi, hal-hazırda tamamilə işğal altındadır Xaşuri bələdiyyəsi Kareli bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Znauri rayonunu da əhatə edir), qismən işğal altındadır Kaspi bələdiyyəsi Qori bələdiyyəsi (keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin Tsxinvali rayonunu da əhatə edir), qismən işğal altındadır == Coğrafiyası == Şimalda dağlıq, cənubda isə düzənlik ərazilərdən ibarət olan İç Kartli keçmişdə Zena-Sopeli adıyla da tanınırdı. Düzənliklər, yaylaq və qışlaqların bolluğu, on bir iri çayın (o cümlədən Kür və Araqvinin) buradan axması İç Kartlidə tarixboyu maldarlıq və əkinçilik üçün əla şərait yaratmışdır. Böyük əhəmiyyəti olan tarixi Araqvi ticarət yolu da məhz bu bölgədən keçirdi. == Tarixi == Gürcüstan çarlığının monqol basqınına məruz qalmasından sonra İç Kartli şərqi gürcü Kartli çarlığının tərkibində qalmışdır. XIV–XVI əsrlərdə feodal təfriqə nəticəsində müxtəlif sərkərdə dəstələri tərəfindən idarə edilən vahidlərə (eristavlıqlara) bölünmüşdür, lakin sonralar yenidən Kartlinin tərkibinə qayıtmışdır.
Yuxarı Kilsə
Yuxarı Kilsə, Kilsə - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-şərqdə yerləşir. Toponim cəhət, fərqləndirici əlamət bildirən yuxarı sözü ilə dini mərkəz bildirən kilsə sözündən əmələ gəlmişdir. Kəndin Kilsə adlarıdırılması XV yüzillikdə Yuxarı Kilsə kəndində tikilmiş alban kilsəsi ilə bağlıdır. Alban kilsəsi 1935-ci ildə dağıdılıb. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 96 nəfər, 1926-cı ildə 130 nəfər, 1918-ci ildə 154 nəfər, 1987-ci ildə 575 nəfər azərbaycanlı yaşamışdır. Kəndin əhalisi 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından zorla qovulmuşlar. İndi burada ermənilər yaşayır.
Yuxarı Kokan
Yuxarı Korsika
Yuxarı Korsika (fr. Haute-Corse, kors. Corsica suprana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2B. İnzibati mərkəzi — Bastiya. Əhalisi — 168 869 nəfər. == Coğrafiya == Sahəsi — 4666 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, cənub-qərbdə Cənubi Korsika departamenti ilə sərhəddir. == Tarixi == 1793-cü ildən 1811-ci ilə qədər Qolo departamenti günümüzdəki Yuxarı Korsika ərazisində yerləşirdi. Sonra Korsika adasında Korsikanın vahid bir departamenti kimi yaradıldı. 15 sentyabr 1975-ci ildə ada iki departamentə ayrıldı.
Yuxarı Kuban
Kazak Yuxarı Kuban - Qaraçay-Çərkəs respublikasının qərb və şimal hissəsi və Stavropol diyarının son dərəcə cənub hissəsi (Rusiya Federasiyasının tərkib hissələri) olan Böyük Qafqazın şimal hissəsinin ətəklərindəki kazakların ərazisidir. == Tarixi == Bu ərazi 19-cu əsrin birinci yarısından (1828-ci il Rus-Türk Adrianople Barışına görə) Rusiyanın bir hissəsi oldu və 1860-cı ildən xətti Kuban kazaklarında məskunlaşdıqdan sonra Kuban hərbi bölgəsinin Batalpashi şöbəsində inzibati vahid oldu. 1918-ci ildən bəri burada Sovet hakimiyyəti quruldu. 1918-ci il aprelin 1-dən ərazi Kuban Sovet Respublikasının, 28 may 1918-ci il tarixindən - Kuban-Qara Dəniz Sovet Respublikasının bir hissəsi, 1918-ci il 5 iyul - 1918-ci il dekabrınadək - Şimali Qafqaz Sovet Cümhuriyyətinin bir hissəsi, 20 yanvar 1921-ci ildən - Dağ Muxtar Sovet Sosialist Respublikasının bir hissəsi idi. 26 aprel 1926-cı ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Batalpashinsky və Zelenchuksky rayonları KChAO-dan ayrıldı, 1928-ci il aprelin 30-da Cherkess Milli Rayonu ilə birləşdirildi (əvvəllər KChAO-dan ayrılaraq) Cherkess Muxtar Vilayətinə (o zaman Batalpın mərkəzində) bir mərkəzə sahib oldu. Sulimov şəhərinə, Yezhovo-Çerkessk və nəhayət - Çerkessk). 9 yanvar 1957-ci ildən etibarən ərazi yenidən qurulan Qaraçay-Çerkess Muxtar Vilayətinin bir hissəsi oldu (Stavropol diyarının bir hissəsi kimi). 1990-cı illərə qədər Kazaklar və ruslar Zelenchuksky əhalisinin 67% -ni, Urup bölgəsinin 77% -ni, Çerkessk şəhərlərinin 67% -ni və Prikubansky'nin qərb hissəsində və Qaraçevo-Çerkessiyanın Ust-Djegutinsky'nin (əvvəllər Batalpashinsky olan) bölgələrinin əhalisini təşkil etdi. 9 iyun 1990-cı ildə təsis dairəsində Zelenchuk kazak tərəfdaşlığı yaradıldı. 1991-ci ildə "Qaraçay-Çerkesiyanın slavyanları" ictimai-siyasi hərəkatını təşkil edən Verxnekuban kazak tərəfdaşlığı (Qaraçay-Çerkessiya ərazisindəki kazakların bütün ortaqlıqlarını birləşdirən, Kuban kazak ordusunun Batalpaşin bölgəsinə daxil olan kazakların regional bir təşkilatı) yaradıldı.
Yuxarı Könüllü
Yuxarı Könüllür — Azərbaycan Respublikasının Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1998-ci il tarixli, 524-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Könüllü kənd inzibati ərazi vahidi tərkibindəki Yuxarı Könüllü kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Yuxarı Körpülü
Yuxarı Körpülü — Gəncə quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 6 km şimal-qərbdə, Quruçay vadisində yerləşir. Kənd XII əsr tarixi abidəsi olan Sınıq körpünün (Qırmızı körpü) yanında salındığı üçün kənd Körpülü adlandırılmışdır. "Yuxarı" fərqləndirici əlamət bildirir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. "Tiflisskie vedomosti" qəzetinin 1830-cu il 3 sentyabr tarixli buraxılışında "Qırmızı körpü" adlı məqalədə Körpülü kəndinin tarixinə toxunulur. Məqalə bir şəxs tərəfindən Qafqaza edilmiş səyahətin 4 oktyabr 1828-ci il tarixli qeydləri əsasında yazılmışdır. Məqalədə 16-cı əsrin ortalarında gürcü çarı Rostomun sifarişi ilə Pompeyin dövründə tikildiyi ehtimal olunan və hazırda tamamilə dağılmış "Qız -Qalası" körpüsünün yenidən tikintisi üçün İrandan məşhur memarın dəvət edildiyi, körpünün inşası üçün ərtafdakı Qazax və Borçalı qəzalarından bir neçə ailənin tikinti gedən əraziyə köçürüldüyü və onların həmin ərazidə kənd salaraq tikdikləri körpünün şərəfinə kəndin adını "Körpülü" qoyduqları, daha sonra isə kəndin Dağ Borçalıya köçdükləri qeyd olunur. == Keçəl təpə qışlağı == Keçəl təpə — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Barana (Noemberyan) rayonunda qışlaq. Yuxarı Körpülü kəndinin tabeliyində olmuşdur.
Yuxarı Kürdmahmudlu
Yuxarı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yuxarı Kürdmahmudlu oyk. Füzuli rayonunun Kürdmahmudlu i.ə.v.-də kənd. Köndələnçayın sahilində, düzənlikdədir. Keçmiş adı Kürdmahmudlu olmuşdur. Ondan digər məntəqə yarandıqdan sonra yəni kənd Aşağı Kürdmahmudlu, keçmiş kənd isə Yuxarı Kürdmahmudlu adlandırılmışdır. Oykonimin ikinci komponenti kürdmahmudlu tayfasının adını əks etdirir. == Əhalisi == 2019-cu ilin avqust ayına olan məlumata görə, Yuxarı Kürdmahmudlu kəndinin ümumi əhalisi 1270 nəfərdi, hal-hazırda 1270 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 1063 nəfərə hər ay 63780 manat vahid aylıq müavinət ödənilir, 3 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub.
Yuxarı Ağasıbəyli
Yuxarı Ağasıbəyli — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Samux rayonunun Yuxarı Ağasıbəyli kəndi Əhmədbəyli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yuxarı Ağasıbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == XIX əsrdə Gəncə qəzasında maldarlıqla məşğul olmuş ağası-bəyli adlı icmanın məskunlaşması nəticə­sində yaranmış məntəqələrdəndir. Yuxarı komponenti kəndin coğrafi mövqeyini gös­tərməklə yanaşı onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == Əhalisinin sayı 1141 nəfərdir. == İqtisadiyyatı == Kənd əhalisinin əsas məşğuliyyətini maldarlıq və əkinçilik təşkil edir. == Təhsil == Kənddə orta məktəb fəaliyyət gösdərir.
Yubari
Yubari (yap. 夕張市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Soraçi sabprefekturada yerləşən şəhər.