Aşağı Ağcaqala
Aşağı Ağcaqala — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 12 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin digər
adı Hacıqala olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində
«ağımtıl, quru, bozumtul düzən, çöl» mə’nasında işlənən ağca sözünə qala sözünün qoşulmasından əmələ gəlib «ağımtıl, bozumtul yerdətikilən qala yanındakı kənd» mə'nasının ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Emı.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Bazmaberd (Aşağı
Rəngbərəng, çal qala) qoyulmuşdur.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 53 nəfər, 1873-cü ildə 398 nəfər, 1886-cı ildə 502 nəfər, 1897-ci ildə 617
nəfər, 1904-cü ildə 315 nəfər, 1914-cü ildə 334 nəfər, 1916-cı ildə 733 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətinin Arzvik, Qrmav, Qdzak, Kaşkşenk kəndlərindən və Muş vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir.
Göründüyü kimi, 1918-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.