Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yumaqotu
Yumaqotu (lat. Carlina) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Gövdəsiz yumaqotu
Gövdəsiz yumaqotu (lat. Carlina acanthifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü.
Adi yumaqotu
Аdi yumаqоtu (lat. Carlina vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, hündürlüyü 30-50 sm, gövdəsi düz, sadə yuxarı hissədə qalxanvari budaqlı olan, hörmüçəktorlu, lifli bitkidir. Yarpaqları cod, lansetvari və ya ensiz lansetvaridir, aşağıdakı yarpaqları daha uzun və ensiz, sonrakılar – oturaq, yuxarıdakılar — başcıq kimi sıxılmışdır. Səbətciklərinin eni 2-3 sm, tək-tək və ya 3-5 sayda olmaqla birlikdə yerləşmişdir. Sarğıların xarici yarpaqcıları tikanlı, dişlidir. Çiçəkləri sarı və ya açıq sarı, ucları al qırmızıdır. Toxumcaları 2-4 mm uzunluqda, mixəyi, tüklənmişdir; kəkili toxumcadan 2-3 dəfə uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ, nadir hallarda subalp qurşağında yayılmışdır. Meşə talalarında, yol və meşə kanarlarında, nadir hallarda dağ çəmənlərində bitir.
Аdi yumаqоtu