Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərxanım Əhmədli
[mənbə göstərin] Zərxanım Əhmədli 1952-ci il fevralın 18 — də Şəki şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Radio — Televiziya bölməsini bitirib. Elə həmin ildən etibarən Azərbaycan Dövlət Tele- Radio Verilişləri Komitəsində radio jurnalist kimi fəaliyyətə başlayıb. Azərbaycan Radiosunda redaktor, komentator, " Səhər" informasiya və musiqi proqramının şöbə müdiri vəzifəsində çalışıb. 1998–2004-cü illərdə " Azadlıq" radiosunun Bakı müxbiri vəzifəsində çalışıb. 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq yaradılan İctimai Radio quruculuğunda fəal iştirak edib. İctimai Radionun İnformasiya departamentinin direktoru vəzifəsində çalışıb. Həmin radio ilə hər gün efirə çıxan "Yeni gün" İnformasiya və musiqi poroqramının məsul redaktoru və ilk aparıcısı olub. 2009-cu ildə təqaüd yaşının çatması ilə əlaqədar operativ radio jurnalistikadan ayrılaraq pedoqoji fəaliyyətə başlayıb.