1. say. Yalnız bir, tək bir, yalnızca, təkcə, yeganə, vahid. Onun bircə uşağı var. Bircə gün bu işə bəsdir. Bircə saat gözlə. – Güllə Əlinin tüfəngini saldı yerə.
Nəbigildə bircə tüfəng qaldı. “ ”.
Biçarə həkim börkünü götürüb bircə dəfə “xoroşo” deyib çıxıb getdi.
[Mehrixanım:] Sən mənim bircə balamsan!
// Ancaq, yalnız.
[Nəbi kişi:] Cərgədən çıxmaq bircə öləndə, hələ ona da baxarıq.
[Qadın:] Anası ölmüşlərdən çoxdandır kağız yoxdur. Bircə böyüyündən gəlib…
// Heç olmasa, heç olmasa bir.
Bəlkə düşə bircə qaranquş ələ; Ta yeyibən loğmanı canə gələ.
Keçən günü bircə salsan yadına; Dostu atmaq layiq deyil adına.
2. əd. Arzu bildirir. Bircə gələydi. Bircə görsəydim.
– İncimərəm sənin şirin felindən; Əhdim budur bircə qucum belindən. ( ).
[Pəri xanım:] Ay Sona! Neçə vaxtdır ha yığışıram bircə səni görməyə gəlim. Amma görürsən, iş düşür.
3. əd. Hədə, təhdid bildirir. Bircə bura gəl, gör sənə nə edərəm.
4. əd. Təkid, xahiş bildirir.
[Tubu:] Bircə de görüm Aslanın işi hancarı oldu?
[Əminə:] Bircə farağat dur, … göz dəyər sana!
[Əsəd] – Bircə buradan bax, – deyə Mahmud əmiyə təklif etdi və qolundan yapışıb dartmaq istədi.