Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zərkənd
Zərkənd kəndi — Basarkeçər rayonunda kənd. Kəndin yaranma tarixi XV əsrin sonuna (1480), XVI əsrin əvvəlinə (1510) təsadüf edir. Deyilənlərə görə kəndin ətrafı böyük meşəlik olmuşdur. 120–130 il yaşamış kənd sakinləri Məşədi Allahverdi və Cəfərqulu babaların söylədiklərinə görə, Kərbəlayı Məhəmməd kişinin evi həmin meşədən kəsilən ağaclardan tikilmiş və bizim vaxtımıza qədər gəlib çıxmışdır. Kəndin ilk adı 1890–1892-ci illərə qədər Qamışlı bulağın adı ilə bağlıdır. Kəndin bir qrup ağsaqqalları qonşu Qızılvəng kəndinə qız elçiliyinə gedirlər. Elçilik zamanı, ağsaqqallardan biri elçi adamlarına bildirdi ki, bura Qızılvəngdir. Bu kəndə qız almağa gələn elçilərin qızılı gərək bol olsun. Elçi adamlarından biri tez cavab verərək bildirdi ki, zər bizdə zibil kimidir. Elçilik vaxtı baş verən əhvalat mahalda bütün kəndlərə yayılır.
Zərənd
Zərənd (Farsca: زرند, Zərənd) — İranın Kirman ostanında şəhər. Öz adını daşıyan Zərənd şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 54.745 nəfərdir. Kirman şəhərinin 75 km. şimal-qərbində yerləşən şəhər öz adını daşıyan Zərənd ovasında qurulmuşdur. Şəhər və çevrəsində 22 may 2005-ci il tarixində, Rixter cədvəlinə görə 6.4 şiddətində bir zəlzələ meydana gəlmiş və 250-yə yaxın insan həyatını itirmişdir.. Marsda bir kraterə bu şəhərin adı verilmişdir.
Zərənd şəhristanı
Zərənd şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zərənd şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 119,144 nəfər və 28,746 ailədən ibarət idi.
Zərənd (Xudabəndə)
Zərənd (fars. زرند‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 901 nəfər yaşayır (208 ailə).
Rəhmət Abad (Zərənd)
Rəhmət Abad (Zərənd) (Farsca: رحمت‌آباد (زرندیه)) — İran İslam Respublikasının Mərkəzi ostanında bir kəndır.