Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əbu Təmmam
Əbu Təmmam, tam adı ilə Əbu Təmmam Həbib ibn Aus ət-Tain (ərəb. أبو تمام حبيب بن أوس‎; 804, 807 və ya 805, Jasim[d][…] – ən tezi 845 və ən geci 846, Mosul[…]) — ərəb şairi və qədim poeziya kolleksiyaçısı. Yunan əsilli xristian ailəsində anadan olmuş, lakin islamı qəbul etmişdir. Gəncliyində bir çox peşələri sınamışdır, usta, su daşıyıcısı və s. olmuşdur. O, bu proses zamanı müxtəlif yerlərə köçmüş, Suriyanın, Misirin, İraqın ən böyük şəhərlərini gəzmişdir. Əbu Təmmamın ilk poetik təcrübələri uğurlu alınmamışdır, lakin sonradan o, diqqət çəkmiş və əl-Mütədidin sarayına dəvət olunmuşdur. Onun poeziyasının ümumi istiqaməti yüksək rütbəli saray əyanlarının zövqünə uyğun idi və onlardan birinin himayəsi ilə şairin Mosulda məxfi məlumatların toplanması ilə bağlı vəzifəyə təyin olunmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Абу-Темам // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.).
Dammam
Dammam (ərəb. الدمام‎‎) — Səudiyyə Ərəbistanının üçüncü böyük şəhəri və maliyyə paytaxtı. Əhalisi 2,5 milyon nəfər (2009).Səudiyyə Ərəbistanın Şərqi Vilayətinin paytaxtı.
Əmmamə
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Şəmmar
Şəmmar (ərəb. شمر‎) — ərəb qəhtani qəbilə konfederasiyası. Bəni Tay ərəb qəbilə birliyinə mənsubdur. Şəmmar qəbiləsinin Bəni Tay qəbiləsindən olan əcdadları II əsrdə Yəməndən köçüb Nəcd yaylasının şimalında məskunlaşaraq Bənu Əsəd və Bənu Təmim qəbilələrini oradan sıxışdırıb çıxarmışdılar. 630-cu ilin iyulunda Bəni Tay qəbiləsi Məhəmməd peyğəmbərin tərəfdarları tərəfindən tabe edilmiş və islamlaşdırılmışdır. Şəmmar etnonimi tarixi mənbələrdə XIV əsrdən tapılmış və tayfanın şərəfinə Əcə və Səlma əkiz dağları yeni ad almışdır – Cəbəl-Şəmmar. XII əsrdə Şammar qəbiləsinin əhəmiyyətli bir hissəsi Ərəbistandan İraqa köçərək onun Mosula qədərşimal bölgələrini işğal etmiş, qəbilənin Ərəbistanda qalan hissəsi isə Həil ərazisində yaşayırdı. Şəmmar qəbiləsinə uzun müddət əl-Əli qəbiləsindən olan şeyxlər və əmirlər rəhbərlik edirdi. XIX əsrin əvvəllərində mərkəzi Həil şəhərində olan Cəbəl-Şəmmar əmirliyi qurulmuşdur. 1835-ci ildə Ər-Rəşid sülaləsi əmirliyi və qəbiləni ələ keçirmişdi.
Əmman
Amman — İordaniyanın paytaxtı, Amman muhafazasının inzibati mərkəzi. == Tarixi == Amman şəhəri ölkənin şimal-qərbində Zerka vadisində, Ölü dənizdən 40 km şimal-şərqindədir. Şəhər Bibliya əsatirlərinə əsasən Rabbat-Ammon kimi tanınır. Aşşur və Əhəmənilər dövlətlərinin tabeliyində olmuşdur. Ellinizm və Roma imperiyası dövründə Filadelfiya adlanırdı. Roma imperiyasının, Selevkilər və Ptolemey dövlətlərinin tərkibinə daxil idi. 635-ci ildən Ərəb xilafətinin tərkibində olmuşdur. Xilafətin süqutundan sonra (10-cu əsr) müxtəlif dövlətlərin ərazisinə qatılmış və tənəzzülə uğramışdır. 1516-cı ildən Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasının tərkibində idi. 1921-ci ildən Transiordaniya əmirliyinin, 1946-cı ildən Haşimi Krallığının (İordaniya), 1950-ci ildən isə İordaniya Haşimi Krallığının paytaxtı olmuşdur.
Hammam (Çaroymaq)
Hammam (fars. حمام‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (7 ailə).
Meysəm Təmmar
Meysəm Təmmar (ərəb. ميثم التمار‎) Bənu Əsəd bir qadın aid bir qul idi. Əli ibn Əbi Talib (birinci Şiə İmami və dördüncü sünni Xəlifə) qadın bu qul alınmış və Allah yolunda pulsuz onu seçir. O, yüksək xarakter daşıyır və Allah, İslam Peyğəmbər və onun Atom al-Bayt gerçek bir lover bir adam idi. == Həyatı == Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli onu həmin qadından alıb, azad etdi.
Qriqor Hammam
Qriqor Hammam – IV Xaçın knyazı, Albaniya knyazı, alim, yazıçı. == Həyatı == Atrnersehin oğlu idi. Nə vaxt doğulduğu haqda məlumat yoxdur. == Hakimiyyəti == Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq Kambisenanı da idarə etmişdi. O, qısa müddətə olsa da,"ləğv edilmiş Alban dövlətini bərpa etmişdi." Moisey Kalankatlı onun haqqında yazır: "Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Alban knyazlığını bərpa etdi, necə ki, Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam bu həyatin faniliyi eşqinə öz qardaşının qanının tökülməsinin banisi idi və Allaha qarşı olan öz böyük günahlarını yumaq üçün kilsələr tikdirdi, bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər gördü." == Sacilərlə münasibətlər == 893-cü ildə Qriqor Hammam Sacilər sülaləsindən olan Azərbaycan əmiri Məhəmməd ibn Əbu Sac tərəfindən tutulmuş erməni katolikosu II Georqu böyük məbləğ qarşılığında azad edərək Ermənistana göndərmişdi. == Yaradıcılığı == Qriqor Hammam eyni zamanda "Suallar və Cavablar" (856–865) traktatının müəllifidir. Onun bir neçə dini-liturgiya xarakterli şeirləri də dövrümüzə çatmışdır. O, Frakiyalı Dionisiyanın qrammatikasının tərcüməsinin və bir neçə başqa əsərin müəllifidir.
Əmmar Hassan
Əmmar Hassan Mabrouk (22 sentyabr 1994) — Misirli kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Misiri təmsil edir. Əmmar Hassan dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Əmmar Nəqşəvani
Seyid Əmmar Nəqşəvani olaraq tanınan Seyid Dr. Əmmar əl-Nəqşəvani (ərəb. عمار النقشواني‎) Britaniya-İraq əsilli intellektual elm adamı, müəllif və natiq.Nəqşəvani 2014-cü ildə 500 ən nüfuzlu müsəlman siyahısına daxil edilmişdir. Kolumbiya Universitetinin Orta Şərq İnstitutu və Kembric Universitetinin İslam Araşdırmaları Mərkəzində ziyarətçi elm adamı olmuşdur. Daha əvvəl Hartford Seminariyasında İslam hüququ məktəbləri və Şiə araşdırmaları, dialoquna aid olan İmam Əli kürsüsünü icra etmişdir. == Həyatı və təhsili == Nəqşəvani böyük Ayətullah Əbu əl-Qasim əl-Xoyinin Kufədəki nümayəndəsi olaraq vəzifəsini yerinə yetirən Höccətülislam Mürtəza Nəqşəvaninin (vəf.1990-cı il) oğlu Emad Nəqşəvaninin ailəsində anadan olub. Anası mərhum şeyx Məhəmməd-Təqi əl-İrəvaninin qızıdır. Ata tərəfdən etnik azərbaycanlı olaraq yeddinci şiə imamı Musa əl-Kazım vasitəsilə Məhəmmədin nəslindən olduğunu iddia edir. Dayısı Baqir əl-İrəvani Nəcəfin İslam seminariyasında bir fəqih və müəllimdir. 1987-ci ildə ailəsi İngiltərəyə, Birləşmiş Krallığa köçmüşdür.
Həmmad ibn Buluqqin
Həmmad ibn Buluqqin Ziri əs-Sanhaci əl-Bərbəri (?-1028) — Həmmadilər sülaləsi və dövlətinin qurucusu. == Həyatı == Fatimi xəlifəsi Muiz-Lidinillaha tabi olaraq Mərkəzi Məğribdə Zirilər dövlətini quran Bərbəri Sanhacə qəbiləsinə mənsub Buluqqin b. Zirinin oğludur. Bir müddət Kayrəvanda fiqh təhsili gördü və cədəl kitablarını incələdi; ancaq cəsur və atılgan şəxsiylə daha çox əsgəri sahədə təmayüz etdi. Buluqqinin yerinə keçən Mənsurun dönəmində (984-996), Əbül-Bahar b. Zirinin Cəzayirdə istiqlalini elan etmə təşəbbüsünü əngəllədi; əsl şöhrətini isə Mənsurdan idarəni alan Badis b. Muiz dönəmində (996-1016) Sanhacə torpaqlarını təhdid edən Zənatəlilər qarşısındakı başarılarıyla qazandı. Badis tərəfindən “naibül-əmir” ünvanıyla ölkənin qərb kəsimində əmin-amanlığı qorumaqla vəzifələndirildi və ona Əşir bölgəsiylə zəbt edəcəyi yeni torpaqlar iqta olaraq verildi. Həmmad, xanədan mənsubu Maksin və Zavi qardaşların üsyanlarını yatıraraq (1000) və Zənatəlilər qarşısında üst-üstə uğur qazanaraq Zab, Məsilə və civarını itaət altına aldı (1005). Ayrıca Badisin izniylə, ələ keçirdiyi torpaqlarda qurulub valiliyinə gətirildiyi yeni vilayətin idari mərkəzi olmaq üzrə Məsilə yaxınında torpağı əkin-biçinə əlverişli bir yerdə Kalatü-Bəni Həmmad deyilən müstahkəm və mükəmməl müdafiə və xəbərləşmə imkanlarına sahib şəhəri inşa etdi.
Qalatu Bəni Həmmad
Qalatu Bəni Həmmad (ərəb. قلعة بني حماد‎) — Əlcəzairdə qədim qala-şəhər. == Tarixi == Qısaca əl-Qala vəya Qalatü Həmmad da deyilir. Əlcəzayirdə Burcbu-Arriric şəhəri qatar stansiyasının 31 km. cənubunda və Məsilənin şimal-şərqində Cəbəlümaadidin (Takərbüst) cənub yamacında qurulmuşdur. Bura Qalatü Əbu Tavil adıyla da anılır. Bəzi duvar qalıntıları ilə qazıntılarda əldə edilən bir taban mozaikasından qədimdən burada bir Roma qalasının olduğu anlaşılır. İbazıyyənin Nükkar qoluna mənsub olan Xarici rəisi Əbu Yəzid ən-Nükkari (Sahibül-hımar), Fatımi xəlifəsi Mansur-Billah və orduları tərəfindən bu bölgədə məğlub edilmiş və savaşda aldığı yaralar sonucu qısa bir müddət sonra ölmüşdür (947). Ziri Sultanı Badis b. Muiz dönəmində Zənatəlilər qarşısındakı uğurlarıyla ün qazanan və Zab ilə Məsiləyi içinə alan bölgənin valiliyinə gətirilən əmisi Həmmad əl-Bərbəri yeni bir idarə mərkəzi qurma xüsusunda Badistən izin aldı.
Şəmmas ibn Osman
Şəmmas ibn Osman (591, Məkkə – Uhud döyüşü, ərəb. شمّاس بن عثمان‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. O, Məkkənin Beni Məhzum qəbiləsindəndir. 591-ci ildə bu şəhərdə anadan olmuşdur. Onun atası qəbiləsinin böyüklərindən olan Osman bin Şəriddir. İslamın ilk illərində müsəlman olmuşdur. İkinci Həbəş köçündə iştirak edir. Oradan Məkkəyə qayıtsa da, Məkkədə davam edən zülmə görə bu dəfə Mədinəyə hicrət edir. O, Bədrdən sonra Uhud döyüşündə iştirak etmiş və bu döyüşdə həlak olmuşdur. Bu döyüşdə ordu məkkəlilərin cəbhəsindən geri çəkildikdə geri çəkilməyən və Məhəmmədi qoruyan azsaylı əsgərlərdən biri olmuşdur.
Cəbəl-Şəmmar əmirliyi
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. == Tarixi == 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Təmam şud işi
Təmam şud işi, həmçinin Somerton kişisinin sirri olaraq da bilinən Avstraliyanın Adelaida şəhərinin şimalındakı Somerton çimərliyində 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da ölü şəkildə tapılmış kişinin üstü açılmamış cinayət işi. Kişinin şalvarının gizli cibindən bir ay sonra aşkarlanmış kağız parçası çap olunmuş və fars dilində "bitdi" və ya "tamamlandı" mənasını verən təmam şud sözünün şərəfinə adlandırılmışdır. Bu parça XII əsr şairi Ömər Xəyyama aid olan şeirlər toplusu - Rübailər kitabının bir nəşrinin son səhifəsindən çırılmışdı. İşin ilkin protokollarında Təmam sözü orfoqrafik səhv nəticəsində Təman olaraq qeyd edilmiş və bu səhv tez-tez təkrarlanır.Tamam şud işi (ing. Tamam Shud case) - 1948-ci ilin 1 dekabr tarixində yerli vaxtla saat 06:30-da Avstraliyanın Adelaida şəhərində baş vermiş hadisə. Hadisə şəhərdə yerləşən Somerton çimərliyi ərazisində naməlum kişi cəsədinin tapılması ilə meydana gəlmişdir. Cəsədin üzərində şəxsiyyəti təsdiq edən heç bir sənəd aşkarlanmamışdır. 40-45 yaşlarında olan, qalın geyimli kişi cəsədinin ayaqqabılarının təmiz olması onun bura sonradan gətirildiyi ehtimalını gücləndirir. Cəsəddən götürülmüş diş və dırnaq nümunələri əsasında şəxsin ərazinin yerlisi olmadığı güman edilmişdir. Hadisədən bir gün əvvəl havanın çox isti olmasına baxmayaraq şəxsin qalın geyimlərdən istifadə etməsi də bir başqa qəribə detaldır.
Lemma
Lemma (yun. λημμα — ehtimal) — başqa hökmlərə kömək edən isbat olunmuş hökmdür. Lemma köməkçi teoremdir.
Əl Zəman (dərgi)
Əl Zəman (dərgi) — Bağdadda ərəb dilində fəaliyyət göstərən dərgi == Haqqında == Müstəqil, gündəlik siyasi qəzetdir. Mətbu orqanın sahibi və təsisçisi Əl Bəzzazdır. 1997-ci il aprelin 10-u yaradılıb. “Zaman” müəssisəsi adı altında “Gündəlik Zaman”, “Gündəlik Zaman İdman”, “Yeni zaman” aylıq dərgi, “A-dan Z-yə” mədəniyyət dərgisi çapdan çıxır. Londonda fəaliyyət göstərən “Zaman”-ın nəşrləri bütün Avropa və Şimali Afrikaya yayılır.
Əmmar bin Yasir
Əmmar Yasir, Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر‎; 570, Məkkə – 22 iyul 657, Ər-Rəqqə) - Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. == Həyatı == Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi.
Əmmar ibn Yasir
Əmmar Yasir, Əmmar ibn Yasir (ərəb. عمار بن یاسر‎; 570, Məkkə – 22 iyul 657, Ər-Rəqqə) - Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. == Həyatı == Əmmarın atasının adı Yasir, anasının adı Süməyyə idi. Yasir Məxzum qəbiləsinin rəisi Əbu Həzifə Məxzuminin kənizi Süməyyə ilə izdivac etdi və Əmmar bu nikahdan dünyaya gəldi. Əmmar zülm baş alıb gedən cəmiyyətdə böyüyürdü. O, ata-anası ilə birlikdə müsəlman olmuş ilk şəxslərdən idi. Məkkə müşrikləri islamı qəbul etmiş müsəlmanlar əziyyət verirdilər. Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Əmmarın atası və anası şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar. Bu iki qəhrəmanın gənc övladı Əmmar təqiyyə etməklə, əqidəsini gözləməklə canını qurtara bildi.
Əmmar: Cin təriqəti
Əmmar: Cin təriqəti rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 119.850 nəfər tərəfindən seyr edilib. == Məzmun == Fəridə ilə sevgilisi Fəridənin ev dostu və onunla arasını düzəltmək istədikləri Barkını həftəsonu tətili üçün bir dağ evinə dəvət edir. Dəvətsiz qonaq Cananın da daxil olması ilə gərgin başlayan səyahət bir-biri ardınca yaranan qorxulu hadisələr nəticəsində içindən çıxılması qeyri-mümkün bir hal alır.
Emma
Emma — Ceyn Ostinin 1815 - ci ildə nəşr olunan kitabı == Məzmun == Hekayənin qəhrəmanı Emma Vudhaus gözəl, yüksək əhval-ruhiyyəli, ağıllı və mülki zadəganlardan olan gənc qadındır. Emma, ​​əsasən təcrübəsinin olmaması və həmişə haqlı olduğuna inamı səbəbindən bəzi ciddi səhvlərə yol verir. O, Frank Çörçilllə qısa flört edir; lakin romanın sonunda cənab Naytlini sevdiyini anlayır.
Cemma Skulme
Cemma Skulme (latış. Džemma Lija Skulme‎; d. 20 sentyabr 1925, Riqa, Latviya — ö. 9 noyabr 2019, Riqa, Latviya) — Sovet və Latviya rəssamı. Latviya SSR xalq artisti (1976). SSRİ dövlət mükafatı laureatı (1984). == Bioqrafiyası == Latviya Rəssamlıq Akademiyasının Rəssamlıq şöbəsini, İ. E. Repin rəssamlıq, heykəltaraşlıq və arxitektura İnstitutunun aspiranturasını bitirmişdir. 1956-cı ildən Latviya Rəssamlar İttifaqının üzvü, 1977-1982-ci illərdə sədr vəzifəsini icra edən, 1982-1992-ci illlərdə isə sədri olmuşdur. Cemma Skulmenin fərdi sərgiləri Rusiya, Avstriya, Almaniya, Kanada və ABŞ-da keçirilmişdir. Latviya SSR Ali sovetinin üzvü olmuşdur.
Cemma Çan
Cemma Çan (ing. Gemma Chan; 29 noyabr 1982, Sautark[d]) — İngiltərə aktrisası.
Jemma Brovnlov
Jemma Brovnlov (d. 14 noyabr 1979) — Avstraliyanı təmsil edən su poloçusu. Jemma Brovnlov, Avstraliya yığmasının heyətində 2004-cü ildə baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Jemma Brovnlov, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu.
Miloş Zeman
Miloş Zeman (çex. Miloš Zeman; 28 sentyabr 1944[…], Kolin[d], Bohemiya və Moraviya protektoratlığı, Üçüncü Reyx) — çex yazıçısı və dövlət xadimi, 8 mart 2013-cü ildən Çexiya prezidenti. == Fəaliyyəti == Miloş Zeman 1996-ci ildən 1998-ci ilə qədər Çexiya parlamentinin alt palatası olan Nümayəndələr məclisinin sədri, 1998-ci ildən 2002-ci ilə qədər isə Çexiyanın baş naziri olmuşdur. Lideri olduğu Çexiya Sosial-Demokrat Partiyası 1990-cı illərdə ölkənin əsas partiyalarından biri idi. 1968-ci ildə Praqa baharı vaxtı, Çexoslovakiya Kommunist Partiyasının üzvü olsa da Çexoslovakiyanın SSRİ tərəfindən işğalına qarşı çıxdığı üçün 1970-ci ildə partiyadan uzaqlaşdırılmışdır. 1989-ci ildə dövlət telekanalında Çexoslovakiya iqtisadiyyatını tənqid etmişdir. Bu çıxışı qalmaqala səbəb olsa da, Məxməri inqilab zamanı onunla həmfikir olan Vətəndaş Forumu liderləri ilə yaxınlaşmasına yol açmışdır. 2013-cı ildə prezident seçkilərində səslərin 54.8 faizini toplayaraq Çexiya prezidenti seçilmişdir.
Qemma Beadsvort
Qemma Beadsvort (17 iyul 1987, Pert) — Avstraliyanı təmsil edən su poloçusu. Qemma Beadsvort, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarına və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb və 2 dəfə bürünc medal qazanıb. == Karyerası == Qemma Beadsvort, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Qemma Beadsvort, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Xulio İemma
Xulio İemma (31 iyul 1984) — Venesuelalı atıcı. Xulio İemma Venesuelanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xulio İemma birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 612.7 xal toplayaraq 45-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Qemma Makkou
Gemma McCaw— (2 may 1990, Tauranqa (Yeni Zellandiya)) Yeni Zelandiyayın otüstü xokkeyçisi == Həyatı == Gemma McCaw Tauranqa'da doğulub. Mişel Flinnin ən kiçik övladı və yeganə qızıdır. Tauranqa Orta Məktəbində və Tauranqa Qızlar Kollecində oxuyub. Massey Universitetində idman elmini öyrənib. == Karyerası == Gemma McCaw 2008 Yay Olimpiya Oyunları və 2012 Yay Olimpiya Oyunları, 2010 və 2014-cü il Birlik Oyunları da daxil olmaqla, 2008-ci ildən Yeni Zelandiya Qadınlardan İbarət Otüstü Xokkey üzrə Milli komanda da mübarizə aparıb. 2009-cu ildə Qadınlararsı "İlin Gənc Oyunçusu" adına layiq görülüb. Həm 2012, həm də 2016-cı il Olimpiadalarında onun komandası Bürünc medal oyununda uduzub və dördüncü olub. 2016 Yay Olimpiya Oyunlarından sonra o, xokkeyə uzun müddət fasilə verib və daha sonra təqaüdə çıxmaq qərarına gəlib. 2019-cu ilin noyabrında təqaüdə çıxıb. Gemma McCaw 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında yenidən yarışmaq niyyətində olub.
Sevda binti Zəma
Sevda binti Zəma (ərəb. سودة بنت زمعة‎; 589, Məkkə – 1 sentyabr 674, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Məhəmməd peyğəmbər Xədicənin vəfatından və Mədinəyə köçməsindən sonra 53 yaşında Sevda ilə evlənir. O, ilk müsəlmanlardan olan Səkran ibn Amrın dul arvadı olur. Onun atası Qureyş qəbiləsindən idi. Sevda binti Zəma Efiopiyaya hicrət edən ilk müsəlman qadınlardan biridir. Onun birinci əri Məkkə müşrikləri tərəfindən zülmə məruz qalan əmisi oğlu Səkran ibn Amr idi. Məkkəyə qayıtdıqdan sonra Səkran vəfat edir. Sevda və Səkranın 637-ci ildə Cəlulə döyüşündə şəhid olan bir oğulları var idi. Məhəmməd peyğəmbər Xədicənin vəfatından bir neçə gün sonra peyğəmbərliyinin onuncu ilinin Şəvval ayında Sevda ilə evlənir.
Əmmar: Cin təriqəti (film, 2014)
Əmmar: Cin təriqəti rejissorluğunu Özgür Bakarın, ssenari müəllifliyini Alper Qığılcım və Özgür Bakarın birlikdə etdiyi, baş rolları Duyğu Paracıqoğlu, Eylül Su Sapan, Dilşah Dəmir, Ozan Akbaba və Burak Sarımolanın paylaşdığı türk istehsalı bir qorxu filmidir. Film Türkiyə sinemalarında 119.850 nəfər tərəfindən seyr edilib. == Məzmun == Fəridə ilə sevgilisi Fəridənin ev dostu və onunla arasını düzəltmək istədikləri Barkını həftəsonu tətili üçün bir dağ evinə dəvət edir. Dəvətsiz qonaq Cananın da daxil olması ilə gərgin başlayan səyahət bir-biri ardınca yaranan qorxulu hadisələr nəticəsində içindən çıxılması qeyri-mümkün bir hal alır.
Bulbophyllum gemma-reginae
Bulbophyllum gemma-reginae (lat. Bulbophyllum gemma-reginae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.