Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laura Benkova
Laura Benkova (d. 11 may 2000) — Slovakiyalı üzgüçü. Laura Benkova Slovakiyanı 2017-ci ildə XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında təmsil etdi. == Karyerası == Laura Benkova birinci dəfə Avropa Çempionatına 2017-ci ildə qatıldı. O, İsraildə baş tutan XXXXIV Avropa Gənclər Üzgüçülük Çempionatında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.27 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Zelkova carpinifolia
Şöbə / Division: Maqnoliyakimilər – Magnoliophyta Sinif / Class: Maqnoliopsidlər-Magnoliopsida Sıra / Order: Urticales Fəsiə/ Family: Dağdağankimilər – Celtidaceae Link. Elmi adı / Scientific name: Celtis caucasica Willd. “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1ab(i, ii, iii, iv, v)c(iii) + 2b(i) c (ii,iii). Azərbaycanın nadir növüdür. 20(15)-25(35) m hündürlükdə ağacdır, oduncağı 2 m diametrində, boz-qonurumtul rəngdədir. Budaqlarının yarpaqları yumurtavari, (1,5) 2-3,5 (4,6) sm uzunluqda, sivri, qaidədə qyeri –bərəabəryanlı, aşağıda damarlar boyunca qısA, yumşaqtüklü , oturaq və ya 0,5 (1) mm uzunluqda saplaqı, kənarları küt dişlidir. Dişicikli çiçəkləri zəngçiçəyi quruluşunda, yaşılımtıl –ağ və ya qonurdur. Fındıqcığı küncvari, qısa yumşaq tüklü və ya çılpaq, qırılı, yaşılımtıl, birtoxumlu, buruncuğu fındıqcığın təpəsinin altında yerləşir Çiçəkləməsi mart, meyvə əmələgətirmə dövrü avqust-sentyabr aylarıdır. Toxum və vegetativ yolla çoxalr, mezofitdir, arandan orta dağ qurşağına kimi, meşələrdə Parrotia persica, Carpinus caucasica, Quercus castaneifolia, Mespilus germanica, Ulmus foliaceae bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir]. Dekorativ bitkidir.
Zelkova hyrcana
Hirkan azatı (lat. Zelkova hyrcana) — qarağackimilər fəsiləsinin zelkova cinsinə aid bitki növü. İranda təbii arealı vardır. Hündürlüyü 20-25 m olan ağacdır. Gövdəsinin qabığı hamar, yaşılımtıl-boz rəngdədir. Yarpaqları yumurtavarı uzunsov, 3-5 sm uzunluqda alt tərəfdən xüsusən damarlar boyu qısa tükcüklü, nadir hallarda çılpaq, 7-9 yan damarlara malikdir. Onların kənarları iti dişli olub, 1-3 mm uzunluqda saplaqlar üzərində yerləşir. Cavan zoğların yarpaqları bir qədər iri olub 12 sm uzunluqdadır meyvəsi bucaqlı, fındıqca, az və ya çox qısa tüklü və ya çılpaq, yaşılımtıl, 5 m uzunluqdadır. Aprel ayında çiçəkləyir, meyvələri isə oktyabr-noyabr aylarında yetişir. Hirkan azatı vələsyarpaq azata nisbətən isti və rütubət sevəndir.
Zelkova serrata
Yaponiya zelkovası; başqa adları "Zelkova serrata" və "Keyaki", (yaponca: 欅 "Keyaki" , 槻 "Tsuki", ケヤキ "Keyaki" ya da けやき "Keyaki"; çincə: 榉树 "Jǔ shù", ya da 櫸樹 "Jǔ shù"; (koreyaca: 느티나무 "Neutinamu") — vətəni Yaponiya, Çin, Tayvan və Koreya olan yarpaqlarını tökən bir ağac növü. Əsasən bəzək ağacı kimi yetişdirilir. Yapon zelkovaları əsasən uzun olur və bəzən 30 m ola bilir. Yarpakları orta böyüklükdədir. Yaz aylarının sonunda yarpaklarını tökməyə başlayır. Yarpaqları tikanlı olduğu üçün "serrata" adı verilmişdir. Yarpaqları tüksüzdür. Yarpaklar, yay və yaz aylarında tünd yaşıl; payızda qırmızı, sarı və ya narıngı rənklərdə olabilir. Yaz aylarında "monoecious" adlı çiçək açır. Bu ağaç günəş sevən bitki deyil.