Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ktulhunun çağırışı
"Ktulhunun çağırışı" (ing. The Call of Cthulhu) — Hovard Fillips Lavkraft tərəfindən 1926-cı ildə yazılmış hekayə. Lavkraft qorxu janrında olan hekayə Ktulhu adlı bir tanrıdan və ona sitayiş edən qəddar bir kultdan bəhs edir. Hekayə ilk dəfə 1928-ci ilin fevral ayında "Weird Tales" pulp-jurnalında nəşr edilmişdir, ancaq Lavkraftın digər əsərlərində olduğu kimi hekayə müəllifin ölümündən sonra məşhurlaşmışdır. Hekayə Ktulhu mifologiyasının ilk buraxılışıdır. 2005-ci ildə hekayənin ilk film adaptasiyası nümayiş etdirilmişdir. == Obrazlar == Corc Qemmel Encell (ing. George Gammell Angell) – protaqonistin babasının qardaşı. O, Ktulhu iblisanə kultu ilə əlaqədar olan qəribə hadisələri araşdırıb öyrənməyə başlayır. Corc Q. Encell sirli bir şəkildə vəfat edir.
Azərbaycan Milli Məclisinin III çağırışı
Azərbaycan Milli Məclisin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçimlər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 63 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. III çağırış Milli Məclisdə Müsavat Partiyası 5 nəfərlə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Azərbaycan Ümid Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. III çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin III çağırış deputatları sırasında ən yaşlısı 1928-ci il təvəllüdlü Murtuz Ələsgərov, ən gənci isə 1979-cu il təvəllüdlü Fuad Muradov idi.
Azərbaycan Milli Məclisinin II çağırışı
Azərbaycan Milli Məclisin II çağırış deputatları — 2000-ci il noyabrın 5-də baş tutan seçimlər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 77 nəfəri Yeni Azərbaycan Partiyası (YAP) üzvü idi. II çağırış Milli Məclisdə AXCP 7 nəfərlə, VHP 3 nəfərlə, AMİP, AVP, MÜSAVAT və AzKP 2 nəfərlə, ANAP, ASRP və AYP isə 1 nəfərlə təmsil olundu. 26 nəfər bitərəf idi. II çağırış Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə, sədrin müavinləri isə Ziyafət Əsgərov və Gövhər Baxşəliyeva idi. Milli Məclisin II çağırış deputatları sırasında ən yaşlısı 1925-ci il təvəllüdlü Bəxtiyar Vahabzadə, ən gənci isə 1974-cü il təvəllüdlü Gültəkin Hacıbəyli idi.
Azərbaycan Milli Məclisinin IV çağırışı
Azərbaycan Milli Məclisin IV çağırış deputatları — 2010-cu il noyabrın 7-də baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 71 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. IV çağırış Milli Məclisdə Ana Vətən Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Vətəndaş Birliyi Partiyası və Azərbaycan Ümid Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. IV çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin IV çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1982-ci il təvəllüdlü Ceyhun Osmanlı idi.
Azərbaycan Milli Məclisinin I çağırışı
Azərbaycan Milli Məclisinin I çağırışı — 1995–1996-cı illərdə baş tutan seçkilərəsasında formalaşdırılan Azərbaycan Milli Məclisi. == Haqqında == Bitərəflərin dəstəyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. 1995-ci il seçkilərindən sonra bir neçə mandat ləğv olunaraq əlavə və təkrar seçkilər keçirildi. 100 nəfər majoritar, 25 nəfər proporsional üsulla seçildi. Proporsional üsulda Yeni Azərbaycan Partiyası qələbə çaldı. 11 dairədə seçkilərin nəticələri ləğv edilmiş, təkrar seçkilər keçirilmişdir. Daha sonra Ziya Bünyadovun qətlə yetirilməsi, baş nazir Fuad Quliyevin vəzifəsindən uzaqlaşdırılması ilə YAP-ın proporsional siyahısında dəyişiklik edilib. Ziyafət Əsgərov və professor Əli Əlirzayev həmin şəxslərin yerinə MM-də təmsilçilik əldə ediblər. Xalq yazıçı Yusif Səmədoğlu 1998-ci ilin avqust ayında vəfat etmiş, 1999-cu ilin fevral ayında onun əvəzinə yeni seçkilərdə Zakir Sərdərov deputat seçilmişdir. 1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsddə odlu silahla qətlə yetirilib.
Azərbaycan Milli Məclisinin VI çağırışı
Azərbaycan Milli Məclisin VI çağırış deputatları — 2020-ci il fevralı 9-da baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 70 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. VI çağırış Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası 3 nəfərlə, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi. 2020-ci il martın 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. Milli Məclisin VI çağırış deputatlarının səlahiyyət müddəti 2025-ci il martın 10-da başa çatacaq. VI çağırış Milli Məclisin sədri YAP üzvü Sahibə Qafarova, sədrin birinci müavini bitərəf Adil Əliyev, sədrin müavinləri isə VHP üzvü Fəzail İbrahimli və YAP üzvü Əli Hüseynli idi. Sahibə Qafarova, Azərbaycan Milli Məclisinin birinci qadın sədri oldu. Milli Məclisin VI çağırış deputatları sırasında ən yaşlısı 1938-ci il təvəllüdlü Fəttah Heydərov, ən gənci isə 1993-cü il təvəllüdlü Səbinə Xasayeva idi.
Azərbaycan Milli Məclisinin V çağırışı
Azərbaycan Milli Məclisin V çağırış deputatları — 2015-ci il noyabrın 1-də baş tutan seçkilər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 72 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. V çağırış Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası 2 nəfərlə, Ana Vətən Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi. V çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin V çağırış deputatları sırasında ən yaşlısı 1936-cı il təvəllüdlü Zeynəb Xanlarova, ən gənci isə 1986-cı il təvəllüdlü Şahin İsmayılov idi. == Milli Məclisdə təmsil olunan partiyalar == == Milli Məclisin V çağırış deputatları == == Qeydlər == == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Səfa Mirzəyev, Azərbaycanın Milli Məclisi: Beşinci çağırış, Azərbaycan: Azərbaycan Milli Məclisinin mətbəəsi, 2016 == Xarici keçidlər == Vikianbarda Azərbaycan Milli Məclisinin V çağırış deputatları ilə əlaqəli mediafayllar var.
Borcun çağırışı 4: Müasir Müharibə
Call of Duty 4: Modern Warfare (azərb. Döyüş tapşırığı 4: Müasir Müharibə‎) — "Infinity Ward" studiyası tərəfindən yaradılmış və birinci şəxs-atıcı janrında olan multiplatformalı videooyun. Call of Duty adlı oyunlar seriyasından 4-cü. Oyunun süjeti digər Call of Duty-lərdən fərqlidir. Belə ki, Call of Duty 4 İkinci dünya müharibəsindən yox 2011-ci ildə baş verən hadisələrdən gedir. Oyunçu ABŞ əsgərləri və Böyük Britaniya xüsüsi təyinatlıları ilə oynayır. Oyunun süjeti Rusiya, Ukrayna, Azərbaycan və Yaxın Şərqdə baş verir. İlk 24 saat satış zamanı oyunun 600.000 nüsxəsi satılıb. Bütün dünyada 10 milyondan çox surəti hazırlanmış, oyun isə öz vaxtının ən satılan oyununa çevrilmişdir. Daha sonra bu titulu Call of Duty 4-ün varisləri Call of Duty: Modern Warfare 2 və Call of Duty: Black Ops qazandı.
Naxçıvan Ali Məclisinin III çağırışı
Naxçıvan Ali Məclisinin III çağırışı — 2005-ci il 7 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 39-u Yeni Azərbaycan Partiyasının , 2-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi.Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. 2005-ci ilin 28 noyabr tarixində Ali Məclisin III çağırışının birinci sessiyası baş tutdu. III çağırışın birinci sessiyasında Ali Məclisin sədri YAP üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir. III çağırışın 2-ci sessiyasında isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov Ali Məclisin sədr müavini seçilib. Ali Məclisin ən yaşlı üzvü 1941 təvəllüdlü Qürbət Rzayev, ən cavan üzvləri isə 1976 təvəllüdlü Elman Cəfərli və Anar İbrahimov olmuşdur. == Ali Məclisdə təmsil olunan partiyalar == == Ali Məclisin III çağırış deputatlarının siyahısı == == Qeydlər == == Mənbələr == Naxçıvan Muxtar Respyblikası Mərkəzi Seçki Komissiyası:"Naxçıvanda Parlament seçkiləri: 6 noyabr 2005"; Naxçıvan-2006.
Naxçıvan Ali Məclisinin II çağırışı
Naxçıvan Ali Məclisinin II çağırışı — 2000-ci il 5 noyabr tarixində baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 40-ı Yeni Azərbaycan Partiyasının , 1-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 4-ü isə bitərəf idi.Ali Məclisin 45 deputatından 1-i qadın, 44-ü isə kişi olmuşdur. II çağırışın birinci sessiyasında Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Vahid Ağahəsənov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Zahid Əzimov seçilib. Ali Məclisin ən yaşlı üzvü 1919 təvəllüdlü Hüseyn İbrahimov, ən cavan üzvü isə 1969 təvəllüdlü Elçin Pənahov olmuşdur. == Ali Məclisdə təmsil olunan partiyalar == == Ali Məclisin II çağırış deputatlarının siyahısı == == Qeydlər == == Mənbələr == Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Bülleteni; Naxçıvan-2000.
Naxçıvan Ali Məclisinin IV çağırışı
Naxçıvan Ali Məclisinin IV çağırışı — 2010-cu il noyabrnda baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının, 1-i Klassik Xalq Cəbhəsi Partiyasının üzvü, 2-i isə bitərəf idi. Ali Məclisin 45 deputatından 39-u kişi, 6-sı qadın olmuşdur.2010-cü ilin dekabrın 3-də Ali Məclisin IV çağırışının birinci sessiyası baş tutdu.IV çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib.
Naxçıvan Ali Məclisinin VI çağırışı
Naxçıvan Ali Məclisinin VI çağırışı — 9 fevral 2020-ci il tarixində baş tutan Naxçıvan Ali Məclisinə seçkilər əsasında formalaşdırılmış parlament. Ali Məclisin 45 deputatından 42-si Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü isə bitərəf idi. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların siyasi partiya mənsubiyyətləri üzrə dağılma belə olmuşdur: 41 nəfər Yeni Azərbaycan Partiyası üzvü və 2 nəfər bitərəf. Ali Məclisin 45 deputatından 10-u qadın, 35-i isə kişidir. 20 iyun 2020-ci il tarixində Hüseyn Həşimlinin və 18 noyabr 2022-ci il tarixində Nazim Bababəylinin vəfat etməsiylə deputatların cinsiyyət üzrə dağılış sayı belə olmuşdur: 33 nəfər kişi və 10 nəfər qadın. 2020-ci ilin fevralın 24-də Ali Məclisin VI çağırışının birinci sessiyası baş tutmuşdur. Sesiyada VI çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov, sədrin birinci müavini isə Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov seçilmişdir.Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində keçirilmiş təcili qapalı iclasında Ali Məclisin sədr müavini Azər Zeynalov Vasif Talıbovun səhhəti ilə əlaqədər Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini, lakin deputat kimi fəaliyyətinə davam edəcəyini açıqlamışdır. Yeni sədr seçilənədək sədr vəzifəsi müvəqqətən sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir.Naxçıvan Ali Məclisinin 16 may 2023-cü il tarixində keçirilmiş iclasında Anar İbrahimov Ali Məclisin sədr müavini vəzifəsinə seçilmişdir.Ali Məclisin VI çağırışının ən yaşlı üzvü 1947-ci il təvəllüdlü Fərəc Fərəcov və Telman İbadov, ən gənc üzvü isə 1990-cı il təvəllüdlü Günel Vəliyeva olmuşdur.
Naxçıvan Ali Məclisinin V çağırışı
Naxçıvan Ali Məclisinin V çağırışı — 2015-ci il noyabr ayında baş tutan seçkilər əsasında formalaşdırıldı. Ali Məclisin 45 deputatından 42-i Yeni Azərbaycan Partiyasının üzvü, 3-ü isə bitərəf idi. Ali Məclisin 45 deputatından 8-i qadın, 37-i isə kişi olmuşdur.2015-ci ilin 17 noyabr tarixində Ali Məclisin V çağırışının birinci sessiyası baş tutdu.V çağırış Ali Məclisin sədri Yeni Azərbaycan Partiyası üzvü Vasif Talıbov, sədrin birinci müavini Yeni Azərbaycan Partiyası üzvü Azər Zeynalov, sədrin müavini isə Yeni Azərbaycan Partiyası üzvü Mirhəşim Seyidov seçilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 14 noyabr 2017 tarixli sərəncamıyla Ali Məclisin sədrinin müavini Mirhəşim Seyidov vəzifəsindən azad edilmişdir.
Azərbaycan SSR Ali Sovetinin IX çağırışı
Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırışı 1975-ci ildən 1980-ci ilədək fəaliyyətdə olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1975-ci il iyunun 15-də keçirilmişdir (təkrar seçkiləri — 1976-cı il iyulun 4-də). Ali Sovetə cəmi 400 deputat seçilmişdir.Deputatların 151 nəfəri qadın idi ki, bu da əvvəlki çağırışda olduğundan 9 nəfər artıq olmuşdur.277 deputat Sov.İKP üzvü və ya üzvlüyünə namizəd, 123 deputat bitərəf idi.Deputatların tərkibində 201 fəhlə və kolxozçu var idi ki, bu da ümumi tərkibin 50 faizindən çoxunu təşkil etmiş, 87 deputat partiya, həmkarlar ittifaqları və komsomol orqanlarının işçisi, 53 deputat sovet idarələrinin işçisi, 10 deputat Sovet Ordusunun və Hərbi-Dəniz Donanmasının hərbi qulluqçusu olmuşdur.345 deputatın ali və orta təhsili var, 40 deputat elmlər doktoru və elmlər namizədidir. Azərbaycan SSR Ali Soveti deputatlarının yaşa görə tərkibi aşağıdakı rəqəmlərlə ifadə olunur: 89 deputatın və ya deputatların 22,3 faizinin yaşı 30-dək, 223 deputatın və ya deputatların 55,75 faizinin yaşı 31-dən 50-dək, 56 deputatın və ya deputatların 14,05 faizinin yaşı 51-dən 60-dəkdir, 32 deputatın və ya deputatların 8 faizinin yaşı 60-dan yuxarıdır. Azərbaycan SSR Ali Sovetinin 300 deputatı SSRİ ordenləri və medalları ilə təltif olunmuşdur. 14 deputat Sosialist Əməyi Qəhrəmanıdır. 12 deputat Lenin mükafatı və Dövlət mükafatı laureatı idi. Respublika Ali Sovetinin deputatları arasında 315 azərbaycanlı, 46 rus, 28 erməni və ölkəmizin digər millətlərinin 11 nümayəndəsi olmuşdur.Azərbaycan SSR Ali Sovetinin sədri — Süleyman Əliabbas oğlu Rüstəmzadə, müavinləri — Suren Arutyunoviç Adamyan, Fəridə Əli qızı Fətullayeva, Alla Abramovna Qorbaçova və Rüstəm Qasım oğlu Səfərəliyev. Reyasət Heyətinin sədri — Qurban Əli oğlu Xəlilov, müavinləri — Armais Əmiroviç Aslanov və Səkinə Abbas qızı Əliyeva. == Siyahı == == İstinadlar == == Həmçinin bax == Azərbaycan SSR Ali Soveti == Xarici keçidlər == Azərbaycan SSR Ali Soveti (1920–1991-ci illər), Azərbaycan Respublikasının Milli Məclisi, 2007.
Azərbaycan SSR Ali Sovetinin VIII çağırışı
Azərbaycan SSR Ali Sovetinin səkkizinci çağırışı 1971-ci ildən 1974-cü ilədək fəaliyyət göstərmişdir. Səkkizinci çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1971-ci il iyunun 13-də keçirilmişdir. Ali Sovetə cəmi 385 deputat seçilmişdir. Deputatların 142 nəfəri qadındır ki, bu da əvvəlki çağırışdan 19 nəfər artıq idi.269 deputat Sov.İKP üzvü və ya üzvlüyünə namizəd, 116 deputat isə bitərəf olmuşdur.Deputatların tərkibində 193 fəhlə və kolxozçu olmuşdur ki, bu da ümumi tərkibin 50 faizindən çoxunu təşkil etmiş, 87 deputat partiya orqanlarının, 55 deputat sovet idarələrinin işçisi, 15 deputat isə elm və mədəniyyət xadimi olmuşdur. 203 deputat ali və natamam ali təhsilli, 178 deputat orta, natamam orta və ya orta ixtisas təhsilli, 40 deputat isə elmlər doktoru və elmlər namizədi olmuşdur. Azərbaycan SSR Ali Soveti deputatlarının yaşa görə tərkibi aşağıdakı rəqəmlərlə ifadə olunur: 57 deputatın yəni deputatların 15 faizinin yaşı 30-dək, 105 deputatın yəni deputatların 28 faizinin yaşı 31-dən 40-dək, 152 deputatın yəni deputatların 39 faizinin yaşı 41-dən 50-dək, 54 deputatın yəni deputatların 14 faizinin yaşı 51-dən 60-dəkdir, 17 deputatın yəni deputatların 4 faizinin yaşı 60-dan yuxarıdır. Azərbaycan SSR Ali Sovetinin 291 deputatı SSRİ ordenləri və medalları ilə təltif edilmişdir. 2 deputat Sovet İttifaqı Qəhrəmanı, 20 deputat Sosialist Əməyi Qəhrəmanı olmuşdur. 1 deputat "Lenin" mükafatı laureatı və 9 deputat Dövlət mükafatı laureatı olmuşdur.Respublika Ali Sovetinin deputatları arasında 293 azərbaycanlı, 46 rus, 29 erməni və ölkəmizin digər millətlərinin 17 nümayəndəsi olmuşdur.Ali Sovetin sədri — Süleyman Əliabbas oğlu Rüstəmzadə, müavinləri — Mikayıl Hüseyn oğlu Abdullayev, Tamara Mahmud qızı Bayramova, Yequş Haykovna Lalayan və Vladimir Semyonoviç Yeqorixin. Reyasət Heyətinin sədri — Qurban Əli oğlu Xəlilov, müavinləri — Süleyman Azad oğlu Vəzirov (07.02.1973-yə qədər), Muşeq Qriqoryeviç Ohancanyan və Səkinə Abbas qızı Əliyeva.
Azərbaycan SSR Ali Sovetinin X çağırışı
Onuncu çağırış 1980-ci ildən 1984-cü ilədək işləmişdir. Onuncu çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər 1980-ci il fevralın 24-də keçirilmişdir. Ali Sovetə cəmi 450 deputat seçilmişdir. 247 deputat və ya onların 54,9 faizi əvvəlki çağırış respublika Ali Sovetinin deputatı olmamışdır. Deputatların 179 nəfəri qadındır, 312 deputat Sov.İKP üzvü, yaxud üzvlüyünə namizəd, 138 deputat bitərəf, o cümlədən 87 deputat ÜİLKGİ üzvüdür. Respublika ali dövlət hakimiyyəti orqanında 201 fəhlə və kolxozçu vardır ki, bu da deputatların ümumi tərkibinin 50,9 faizini təşkil edir, 23 deputat elm, mədəniyyət, ədəbiyyat, incəsənət, maarif və səhiyyə işçiləri, 101 deputat partiya, həmkarlar ittifaqları və komsomol işçiləri, 53 deputat dövlət və sovet orqanlarının işçisi, 32 deputat sənaye və kənd təsrrüfatı müəssisələrin rəhbərləri, mühəndis, hərbi qulluqçu və digər mütəxəssislər. 379 deputatın və ya deputatları 82,4 faizinin ali və orta ixtisas təhsili var, 42 deputat alimlik dərəcəsi və ya elmi adı vardır. Azərbaycan SSR Ali Soveti deputatlarının yaşa görə tərkibi belədir: 112 deputatın və ya deputatların 24,9 faizinin yaşı 30-dək, 191 deputatın və ya deputatların 42,4 faizinin yaşı 31-dən 50-dək, 105 deputatın və ya deputatların 23,3 faizinin yaşı 51-dən 60-dəkdir, 42 deputatın və ya deputatların 9,3 faizinin yaşı 60-dan yuxarıdır. Ali Soveti deputatlarıından 22 nəfər Sovet İttifaqı Qəhrəmanı və Sosialist Əməyi Qəhrəmanıdır. 314 deputat SSRİ ordenləri və medalları ilə təltif edilmişdir.
Azərbaycan SSR Ali Sovetinin XII çağırışı
Azərbaycan SSR xalq deputatları seçkiləri 1990-cı il sentyabrın 30-da keçirilmişdir. Bir sıra seçki dairələrində namizədlərin heç biri seçiləmiş, seçkilər keçirilməmiş və ya etibarsız hesab edilmişdir, bu səbəbdən 1990-cı il sentyabrın 30-da, oktyabrın 14-də, dekabrın 16-da və 30-da təkrar səsvermə keçirilmişdir və nəticəsində Azərbaycan Respublika Mərkəzi Seçki Komissiyası 340 xalq deputatını qeydə almışdır. Dağlıq Qarabağ Muxtar Vilayətində 10 dairədə və Şaumyan rayonunun bir seçki dairəsində ictimai-siyasi vəziyyətin sabit olmadığına görə seçkilər keçirilməmişdir. 340 xalq deputatlarının 276 nəfəri yaxud 80,1 faizi əvvəllər SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilməmişdir. 306 xalq deputatı yaxud seçilmiş xalq deputatların 90 faizi Sov.İKP üzvü və üzvlüyünə namizəd, 4 xalq deputatı ÜİLKGİ üzvü olub. Deputatlardan 47 nəfər (13,8%) sənaye, tikinti, nəqliyyat və rabitə işçisi, 22 nəfər (6,5%) aqrar-sənaye kompleksinin işçiləri olub; keçmiş çağırışlardan fərqli olaraq, deputatların cəmi 7 nəfəri fəhlə, 2 nəfəri kolxozçu idi. Deputatların 22 nəfəri (6,5%) elmi və yaradıcı ziyalıları, 43 nəfəri (12,6%) sənaye birliklərinin və müəssisələrinin rəhbərləri, 18 nəfəri (5,3%) kolxozlarının, sovxozlarının və digər aqrar-sənaye müəssisələrinin rəhbərləri, 30 nəfəri (8,8%) hüquq mühafizə orqanlarının işçiləri, 24 nəfəri (7%) ali məktəb və xalq maarifi işçisi, 10 nəfəri (2,9%) səhiyyə işçisi, 16 nəfəri (4,8%) mədəniyyət, incəsənət və mətbuat işçiləri təşkil edirdi. 105 deputat partiya, həmkarlar ittifaql, komsomol təşkilatlarını, 2 deputat SSRİ Silahlı Qüvvələrini təmsil edirdi. 164 xalq deputatı SSRİ ordenləri və medalları ilə təltif olunmuşdur, onlardan 6 nəfəri Sosialist Əməyi Qəhrəmanı olub. Seçilənlər arasında 17 qadın var idi ki, deputatların 5 faizini təşkil edirdi.
Baş ağrısı
Baş ağrısı və ya başağrısı — Hər bir insan həyatının bu və ya digər anında qisaca da olsa baş ağrısı ilə qarşılaşır. Nüfuzlu bir Amerika İnstitutu tərəfindən aparılan sorğuda müəyyən edilib ki, iştirak edən hər dörd nəfərdən üçü keçən bir il ərzındə bir dəfə də olsa baş ağrısından şikayətlənib. Baş ağrısı diqqət mərkəzində saxlanılmalı bir şikayətdir və etinasız münasibət ciddi fəsadlarla nəticələnə bilər. Baş ağrıları fərqli səbəblərdən əmələ gəlir və sağlamlıq üçün təhlükə dərəcəsi də fərqli ola bilir. Odur ki, istənilən baş ağrısı epizoduna ciddi yanaşmaq və onun requlyar xarakter alması hallarında həkimə müraciət etmək vacibdir. == Baş ağrısının formaları == Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur. Birincli baş ağrılarına tipik nümunə kimi Miqreni misal göstərmək olar.
Bel ağrısı
Bel ağrısı — insanlarda, xüsusən də yaşlı nəsildə tez-tez rast gəlinən əlamət. Hesablamalar göstərir ki, hər dörd insandan biri bütün həyatları boyu bir dəfə də olsa bel ağrısından şikayətlənir. Bu insanların həkimə müracət etməsinə və ya işdən qalmasına ən çox səbəb olan şikayətlərdən biridir. Amma müəyyən sadə müalicəvi tədbirlərin və bədən tərbiyəsinin həyata keçirilməsi ağrıların uzun müddət itməsinə səbəb ola bilər. Ağrıların davamlı xarakter alması və iş qabiliyyətini pozması həkimə müraciət etmək üçün əsas verir. Davam etmə xüsusiyyətlərinə görə bel ağrılarının bölünməsi: Kəskin BA: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları Yarımkəskin BA: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları Xronik BA: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları Qayıdan (residiv verən) BA: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin BA. == Epidemiologiya == Bel ağrılarına klinik praktikada tez-tez təsadüf olunur. Əhalinin 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır . İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir . Eyni zamanda, bir qism xəstələrdə xronik ağrılar və əmək qabiliyyətinin itməsi baş verir.
Gərginlik baş ağrısı
Gərginlik baş ağrısı(GBA) — geniş yayılmış birincili baş ağrısı formasıdır. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA miqrenlə müqayisədə mülayimdir. == Ümumi məlumat == Adi hallarda GBA zamanı BA aşağıdakı xüsusiyyətlərə malikdir: ikitərəfli lokalizasiya sıxıcı və ya təzyiqedici xarakter ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər ürəkbulanma və ya qusma yoxdur adi fiziki gərginlik zamanı artmır perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış həssaslıqla müşahidə oluna bilərGBA-nın səbəbləri tam aydın deyil, lakin onun əmələ gəlməsinə gətirən amillər müəyyən edilmişdir. Onların sırasına aşağıdakılar aiddir: emosional (həyəcan, depressiya, ailədə və həyatda stress və münaqişə vəziyyətləri) əmək və asudə vaxt rejiminin pozulması (işdə və ya təhsildə monoton əmək və ya artıq iş yükü, dincəlmə müddətinin yetərliolmaması) cinsi problemlər yuxunun pozulması havanın dəyişməsi gicgah-çənə oynağının disfunksiyası ənsə-alın və ənsəaltı əzələlərin spastik yığılması, əzələ gərginliyinə anadangəlmə meyililikGərginlik baş ağrısı diaqnozu nevroloji müayinələrin nəticələrinin normal olması ilə yanaşı əmək qabiliyyətinin itirilməsinə gətirməyən ikitərəfli baş ağrısı olan xəstələrə qoyulmalıdır. === Əsas məqamlar === Gərginlik tipli baş ağrısı baş ağrılarının ən çox rast gəlinən səbəbidir. Lakin, bu patologiyanın əsasında duran mexanizm hələ də dəqiq məlum deyil. Gərginlik tipli baş ağrısına həm əzələ gərginliyi, həm də emosional stress səbəbindən baş verən baş ağrıları daxildir. Əzələlərin palpasiyasında qeyd edilən tapıntılar baş ağrısının yaranması ilə uzlaşmır. Mürəkkəb hallarda gərginlik tipli baş ağrısı miqrenlə yanaşı gedə bilər.
Klaster baş ağrısı
Klaster baş ağrısı — birincili baş ağrı forması olub ,xüsusiyyətlərinə orbital, supraorbital, gicgah nahiyələrində və ya onların bir neçəsində cəmləşən intensiv, yalnız birtərəfli baş ağrıları aiddir. KBA-nın ən səciyyəvi əlamətlərinə aşağıdakılar aiddir: həddindən artıq dözülməz olması gündüz və gecə ərzində dəfələrlə təkrarlanması üz nahiyəsində aydın vegetativ əlamətlərlə təzahür etməsi xəstəliyin özünəməxsus formada getməsi ağrı tutmalarının dalbadal və ya “dəstə” şəklində baş verməsi.Ağrı olan tərəfdə tutmalar bir və ya bir neçə əlamətlərlə müşayiət olunur: konyuktivanın qızarması, göz yaşının axması, burunun tutulması, burunun axması, alın və üz nahiyəsində intensiv tərləmə, mioz, ptoz, göz qapaqlarının şişkinliyi. Hər bir tutma gözlənilmədən başlayır və tamamlanır, 15 dəqiqədən 3 saata qədər çəkir, günaşırı bir dəfədən gün ərzində səkkiz dəfəyə qədər təkrarlana bilər. Xəstə tutmalar zamanı həyəcanlı olur. Xəstələrin 80-90%-də KBA-nın epizodik formaları müşahidə olunur və bu zaman bir neçə həftədən bir neçə aya (adətən 6 ay) qədər davam edən xəstəliyin kəskinləşməsi dövrləri uzun müddətli remissiyalarla müşahidə olunur, xəstələrin 10-20%-də isə daha nadir hallarda baş verən Xronik forma müşahidə olunur. Bu zaman il ərzində remissiya müşahidə olunmur və ya remissiyanın müddəti 1 aydan az olur.
Süd dişinin ağrısı (film, 1987)
== Məzmun == Balaca Kərimin (Pərviz Hüseynov) anası (Xalidə Quliyeva) doğuş zamanı vəfat etmişdir. Kərimə həyat verən anasının fotoşəkli onun üçün səcdəgaha çevrilir. Oğlan evdə anasının adı ilə bağlı hər şeyi əzizləyir. Ona görə də böyük qardaşı Səlimin (Fuad Dadaşov) anasından qalma boyunbağını sevgilisinə (Rəna Tanrıverdiyeva) bağışlamasını, atasının (Əlican Əzizov) gənc müəllimə (Larisa Xələfova) ilə yaxınlıq etməsini heç cür qəbul edə bilmir. Anasına məxsus köhnə şkafın atası tərəfindən yandırılması Kərimi bərk sarsıdır. Filmdə ana həsrəti ilə qovrulan, valideyn qayğısından ayrı düşmüş iki qardaşın — 7 yaşlı Kərimlə 15 yaşlı Səlimin taleyi fonunda uşaqlarla böyüklərin qarşılıqlı əlaqəsindən bəhs edilir. == Film haqqında == Filmdə kütləvi səhnələrdə Xaçmaz rayonundakı 6 saylı orta məktəbin şagirdləri iştirak etmişlər. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Rövşən Quruluşçu rejissor: Hüseyn Mehdiyev Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Əsəd Əsədov Rejissor: Rövşən Həsənov Operator: Rafiq Quliyev, Sərvər Rəşidoğlu (Sərvər Quliyev kimi) Geyim rəssamı: Tatyana Əmirova Qrim rəssamı: Firuzə İsmayılova Dekor rəssamı: T.Mirzəyev Montaj edən: Rahidə Quliyeva (R.Quliyeva kimi) Montaj üzrə assistent: Ş.Əliyeva Quraşdırılmış səhnələrin operatoru: Vaqif Bağırov Rejissor assistenti: Y.Əhmədov, Ə.Əhmədov Rəssam assistenti: X.Əminağayeva İnzibatçı: M.İsmayılov, İ.İsgəndərov, R.Hüseynov Redaktor : Eldəniz Quliyev, Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Filmin direktoru: Azər Quliyev Bədii rəhbər: Rasim Ocaqov === Rollarda === Pərviz Hüseynov — Kərim Fuad Dadaşov — Səlim Əlican Əzizov — Kərimin atası Larisa Xələfova — Çimnaz müəllimə Rəna Tanrıverdiyeva — Sona Ədalət Əbubəkirov — Səttar Xalidə Quliyeva — Kərimin anası Nuriyyə Əhmədova — tibb bacısı Adil İsmayılov — rentgenoloq Əhməd Əhmədov — müəllim === Filmi səsləndirənlər === Əminə Yusifqızı — Çimnaz (Larisa Xələfova) (titrlərdə yoxdur) Pərviz Bağırov — Səlim (Fuad Dadaşov) (titrlərdə yoxdur) Hamlet Xanızadə — Kərimin atası (Əlican Əzizov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Kərimin anası (Xalidə Quliyeva) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.