Azərbaycan Milli Məclisinin I çağırışı

Azərbaycan Milli Məclisinin I çağırışı — 1995–1996-cı illərdə baş tutan seçkilər əsasında formalaşdırılan Azərbaycan Milli Məclisi.

Siyasi partiya Seçilən Çağırış Sonu Dəyişmə Seçilən millətvəkili dağılımı Çağırış sonu millətvəkili dağılımı
Bitərəf 55 38 17
Azərbaycan Milli Məclisin I çağırış millətvəkilləri
Yeni Azərbaycan Partiyası 53 59 6
Azərbaycan Xalq Cəbhəsi Partiyası 4 4
Azərbaycan Milli İstiqlal Partiyası 4 5 1[a]
Azərbaycan Demokratik İstiqlal Partiyası 2 0 2[b]
Azərbaycan Demokratik Sahibkarlar Partiyası 2 1 1
Ana Vətən Partiyası 1 1
Azərbaycan Demokratik Maarifçilik Partiyası 1 1
Müsavat Partiyası 1 1
Vətəndaş Həmrəyliyi Partiyası 1 1
Azərbaycan Demokrat Partiyası 0 7 7
Azərbaycan Sosial Rifah Partiyası 0 1 1[c]
Sosial Ədalət Partiyası 0 1 1[d]
Cəmi 124 121 3

Bitərəflərin dəstəyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. 1995-ci il seçkilərindən sonra bir neçə mandat ləğv olunaraq əlavə və təkrar seçkilər keçirildi. 100 nəfər majoritar, 25 nəfər proporsional üsulla seçildi. Proporsional üsulda Yeni Azərbaycan Partiyası qələbə çaldı.

11 dairədə seçkilərin nəticələri ləğv edilmiş, təkrar seçkilər keçirilmişdir.

Daha sonra Ziya Bünyadovun qətlə yetirilməsi, baş nazir Fuad Quliyevin vəzifəsindən uzaqlaşdırılması ilə YAP-ın proporsional siyahısında dəyişiklik edilib. Ziyafət Əsgərov və professor Əli Əlirzayev həmin şəxslərin yerinə MM-də təmsilçilik əldə ediblər.

Xalq yazıçı Yusif Səmədoğlu 1998-ci ilin avqust ayında vəfat etmiş, 1999-cu ilin fevral ayında onun əvəzinə yeni seçkilərdə Zakir Sərdərov deputat seçilmişdir.

1995-ci ildə keçirilən seçkilərə bitərəf kimi qatılmış və 54 saylı Balakən seçki dairəsi üzrə deputat seçilmiş Əli Ansuxski 1996-cı ildə Bakının mərkəzində, Azərbaycan prospektində yerləşən evinin qarşısında məruz qaldığı sui-qəsddə odlu silahla qətlə yetirilib.

Həmin dairədə keçirilən əlavə seçkilərdə bitərəf Umar Əfəndiyev millətvəkili seçilib.

48 saylı Ağdam kənd seçki dairəsindən deputat seçilən Sofiq Hüseynov 1996-cı ildə xəstəlikdən dünyasını dəyişib. 1998-ci ildə keçirilən seçkilərdə Yaqub Əhmədov deputat seçildi.

1996-cı ildə YAP-çı Rəsul Quliyev MM sədri postundan istefa verdi və Amerikaya mühacirət etdi. 1997-ci ildə onun deptutatlığına xitam verildi. 1999-cu ildə onun əvəzinı yeni seçkilərdə Tofiq Həsən oğlu Hüseynov deputat seçildi.

"Seçki qanunu"na görə, parlamentin 15 faizi (19 nəfər) eyni zamanda icra hakimiyyətində vəzifə tuta bilərdilər (Bu müddəa keçid dövrü üçün nəzərdə tutulmuşdu və 2000-ci ilin parlament seçkilərində hakimiyyət bölgüsü prinsipi təmin olundu), lakin vəzifəli deputatların sayı bu kvotadan çox idi. Odur ki, 1996-cı ildə vəzifəli deputatların bir neçəsi mandatdan imtina etdi. Əvvəlcə P. Bülbüloğlu mandatını könüllü olaraq təhvil verdi. Onun əvəzinə 1998-ci ildə yeni seçkilərdə Abbasqulu Fərzəliyev seçildi. Daha sonra Torpaq Komitəsinin sədri Qərib Məmmədov eyni addımı atdı. Onun əvəzinə isə 1998-ci ildə YAP-çı Həsən Mirzəyev seçildi.

Səfiyar Musayev 1999-cu ildə dünyasını dəyişib. Onun dairəsində 30.05.1999 tarixində keçirilən yeni seçkilərdə Xanhüseyn Kazımlı deputat seçildi.

Qeyd : 42 saylı Xankəndi seçki dairəsində seçkilər keçirilməyib.

Millətvəkili dəyişiklikləri

[redaktə | mənbəni redaktə et]

1998-ci ildə 5 YAP üzvü (Zəminə Dünyamalıyeva, Akif Şahbazov, Mahir Əsədov, Şamil Yusifov, Solmaz Ələsgərova) və 2 bitərəf (Yusif BağırzadəUmar Əfəndiyev) millətvəkili Azərbaycan tarixində ilk dəfə olaraq partiyalarını dəyişdirərək Azərbaycan Demokrat Partiyasına keçmişdir. Buna səbəb Rəsul Quliyevin partiyanın sədri seçilməsi, bir neçə cəbhəçinin partiya ətrafında birləşməsi, İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyasının Azərbaycan Demokrat Partiyasına birləşməsi idi.

Həmçinin bitərəf seçilən İlham Əliyev 1999-cu ildə YAP-ın qurultayında sədr müavini seçildi. Bununla da o, YAP üzvü oldu.

ADİP üzvləri Mübariz QurbanlıVilayət Quliyev 1999-cu ildə partiyadan istefa verərək YAP-a üzv oldular

YAP-çı deputat Toğrul İbrahimli də YAP-dan istefa verərək Namus Respublika Partiyasını yaratdı.

Həmin illərdə YAP-çı Cəbrayıl Əhmədov və bitərəf Gülnarə Qurbanova AMİP-ə keçmişdir.

21.02.1999-cu ildə keçirilən əlavə seçkilərdə Yusif Səmədoğlunun yerinə seçilən YAP-çı Zakir Sərdərov həmin ilin dekabrında rəhmətə getdi.

Həmçinin bitərəf deputat Mətləb Mütəllimli Sosial Ədalət Partiyasını yaratmışdır.

YAP-çı deputatlar Məzdək Hüseynov və Fərəməz Maqsudov 2000-ci ildə vəfat etdilər.

I çağırış ərzində 13 bitərəf deputat YAP-a keçdi. (Şaitdin Əliyev,Fikrət Sadıqov,Əli Həsənov, Eldar Qəhrəmanov, Hikmət Osmanov, Rizvan Cəbiyev, Əhəd Abıyev, Cəlal Əliyev, Səttar Səfərov, İmamverdi İsmayılov, Asəf Hacıyev, Nizami Ələkbərov (1998), Kərim Ramazanov)

AMİP-in majoritar qaydayla seçilən deputatı Novruz Quliyev daha sonra istefa vermiş, bir sonrakı seçkilərə bitərəf olaraq qatılmışdır.

Azərbaycan Demokratik Sahibkarlar Partiyasının üzvü Mikayıl Mirzə istefa vermiş və növbəti seçkilərə bitərəf qatılmışdır.

Milli Məclisin I çağırış deputatları

[redaktə | mənbəni redaktə et]
Deputat
Partiya
Dairə
Milli Məclisdə vəzifəsi
Majoritar yolla seçilən deputatlar
Vasif Yusif oğlu Talıbov
(1960–)
Yeni Azərbaycan Partiyası
1 saylı Şərur–Sədərək
Nizami Manaf oğlu Xudiyev
(1949–2021)
Yeni Azərbaycan Partiyası
2 saylı Şərur–Babək
Mahmud Əhməd oğlu Məmmədquliyev
(1949–)
Bitərəf
3 saylı Naxçıvan
Rza Aydın oğlu İbadov
(1966–)
Yeni Azərbaycan Partiyası
4 saylı Babək–Şahbuz
Fərəməz Qəzənfər oğlu Maqsudov
(1930–2000)
Yeni Azərbaycan Partiyası
5 saylı Culfa–Ordubad
Mübariz Qəhrəman oğlu Qurbanov
(1954–)
Azərbaycan Demokratik İstiqlal Partiyası
6 saylı birinci Yasamal
Fatma Hüseyn qızı Abdullazadə
(1948–)
Yeni Azərbaycan Partiyası
7 saylı ikinci Yasamal
Gülnara Şıxəli qızı Qurbanova
(1953–)
Bitərəf
8 saylı üçüncü Yasamal
Həsən İbrahim oğlu Mirzəyev
(1927–2015)
Yeni Azərbaycan Partiyası
9 saylı birinci Xətai
Babaxan Sultan oğlu Muradov
(1927–)
Azərbaycan Demokratik Maarifçilik Partiyası
10 saylı ikinci Xətai
Rəsul Bayram oğlu Quliyev
(1947–)
Yeni Azərbaycan Partiyası
11 saylı üçüncü Xətai
Şamil Dünyamalı oğlu Qurbanov
(1934–2004)
Bitərəf
12 saylı birinci Nizami
Sirus Xudadat oğlu Təbirzli
(1942–2013)
Yeni Azərbaycan Partiyası
13 saylı ikinci Nizami
İlham Heydər oğlu Əliyev
(1961–)
Bitərəf
14 saylı Qaradağ
Zəlimxan Yusif oğlu Yaqubov
(1950–2016)
Bitərəf
15 saylı birinci Sabunçu
Oruc Paşa oğlu Məmmədov
(1946–)
Yeni Azərbaycan Partiyası
16 saylı ikinci Sabunçu
Əsmətxanım Bəyəhməd qızı Məmmədova
(1941–)
Bitərəf
17 saylı Sabunçu–Əzizbəyov
Şaitdin Sərdar oğlu Əliyev
(1947–)
Bitərəf
18 saylı Əzizbəyov
Anar Camal oğlu Məmmədxanov
(1970–2011)
Bitərəf
19 saylı birinci Suraxanı
Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov
(1935–2016)
Bitərəf
20 saylı ikinci Suraxanı
Toğrul Əsəd oğlu İbrahimli
(1951–)
Yeni Azərbaycan Partiyası
21 saylı Binəqədi
Akif Şəmsəddin oğlu Muradiyev
(1948–)
Bitərəf
22 saylı Binəqədi–Nəsimi
Madər Ələsgər oğlu Musayev
(1947–2023)
Bitərəf
23 saylı Binəqədi–Qaradağ
Eldar Şamxal oğlu Abasov
(1952–)
Bitərəf
24 saylı birinci Nərimanov
Rafael Xanəli oğlu Allahverdiyev
(1945–2009)
Yeni Azərbaycan Partiyası
25 saylı ikinci Nərimanov
Zakir Həsən oğlu Sərdarov
(1943–1999)
Bitərəf
26 saylı birinci Nəsimi
Vladimir Vasilyeviç Timoşenko
(–)
27 saylı ikinci Nəsimi
Ömər Həsən oğlu Eldarov
(–)
28 saylı Səbail
Naira Əliabbas qızı Şahtaxtinskaya
(–)
29 saylı Əli Bayramlı
Şəfiqə Haşım qızı Məmmədova
(–)
30 saylı Yevlax
Şamil Cəlil oğlu Yusifov
(–)
31 saylı birinci Kəpəz
Aslan Məmməd oğlu Abbasov
(–)
32 saylı ikinci Kəpəz
Yusif Qəzənfər oğlu Bağırzadə
(–)
33 saylı birinci Nizami (Gəncə)
Asəf Hacı oğlu Hacıyev
(–)
34 saylı ikinci Nizami (Gəncə)
Yaşar Hüccətulla oğlu Rzayev
(–)
35 saylı Lənkəran şəhər
Hadi Musa oğlu Rəcəbov
(–)
36 saylı Lənkəran kənd
Nizami Həsən oğlu Ələkbərov
(–)
37 saylı Mingəçevir
Fikrət Məmməd oğlu Sadıqov
(–)
38 saylı birinci Sumqayıt
Fəzail Rəhim oğlu Ağamalıyev
(–)
39 saylı ikinci Sumqayıt
Mətləb Əzizulla oğlu Mütəllimov
(–)
40 saylı üçüncü Sumqayıt
Əli Şamil oğlu Həsənov
(–)
41 saylı dördüncü Sumqayıt
Fəttah Səməd oğlu Heydərov
(–)
42 saylı Qəbələ
Natiq İsmayıl oğlu Rəsulov
(–)
43 saylı Şəki şəhər
Eldar Yunis oğlu Salayev
(–)
44 saylı Şəki kənd
Polad Bülbüloğlu
(–)
45 saylı Şuşa–Cəbrayıl–Xocavənd
Cabir Mirzəbəy oğlu Novruzov
(–)
46 saylı Abşeron
Çimnaz Rizvan qızı Əliyeva
(–)
47 saylı Ağdam şəhər
Firdovsi Şahmirzə oğlu Əliyev
(–)
48 saylı Ağdam kənd
Nigar İbrahim qızı Ələkbərova
(–)
49 saylı Ağdaş
Eldar Saqif oğlu Namazov
(–)
50 saylı Ağstafa
Mikayıl Şahvələd oğlu Mirzəyev
(–)
51 saylı Ağsu–Kürdəmir
Vilayət Muxtar oğlu Quliyev
(–)
52 saylı Ağcabədi–Füzuli
Sultan İsrafil oğlu Məmmədov
(–)
53 saylı Astara
Əli Abdulqədiroviç Ansuxski
(–)
54 saylı Balakən
Novruz Məhəmməd oğlu Quliyev
(–)
55 saylı Beyləqan
Tərlan Həsən qızı Musayeva
(–)
56 saylı Bərdə şəhər
Eldar Əvəz oğlu Qəhrəmanov
(–)
57 saylı Bərdə–Ağcabədi
Akif Rəhim oğlu Şahbazov
(–)
58 saylı Biləsuvar
Teymur Əmiraslan oğlu Bünyadov
(–)
59 saylı Qazax
Kərim Nəzir oğlu Ramazanov
(–)
60 saylı Qax–Zaqatala
İmamverdi İbiş oğlu İsmayılov
(–)
61 saylı Laçın–Zəngilan–Qubadlı
Maksim Talib oğlu Musayev
(–)
62 saylı Qobustan–Siyəzən–Xızı
Həmdulla Yunis oğlu Cəfərov
(–)
63 saylı Quba
Hikmət Saleh oğlu Osmanov
(–)
64 saylı Quba–Dəvəçi
Zeynəddin Nurəddin oğlu Xasmətov
(–)
65 saylı Qusar
Hacıməmməd Yusif oğlu Ramazanov
(–)
66 saylı Zaqatala
Səyyad Adil oğlu Salahov
(–)
67 saylı Zərdab–İmişli–Ucar
Elmira Məmməd qızı Qasımova
(–)
68 saylı İmişli
Musa Səfiməmməd oğlu Yaqubov
(–)
69 saylı İsmayıllı
Sabir Xudu oğlu Rüstəmxanlı
(–)
70 saylı Yardımlı–Masallı
Əlövsət İbrahim oğlu Ağalarov
(–)
71 saylı Kəlbəcər–Tərtər–Xocalı–Laçın
Nizami Yusif oğlu Quliyev
(–)
73 saylı Gədəbəy
Səfyar Bəylər oğlu Musayev
(–)
74 saylı Goranboy–Naftalan
Anar Rəsul oğlu Rzayev
(–)
75 saylı Göyçay
Firdovsi Şahmirzə oğlu Əliyev
(–)
76 saylı Lerik–Lənkəran
Əhəd Mikayıl oğlu Abiyev
(–)
77 saylı Masallı şəhər
Həsən Əziz oğlu Həsənov
(–)
78 saylı Masallı kənd
Arif Qafar oğlu Rəhimzadə
(–)
79 saylı Neftçala–Salyan
Bəxtiyar Mahmud oğlu Vahabzadə
(–)
80 saylı Oğuz–Şəki–Yevlax–Mingəçevir
Cəlal Əlirza oğlu Əliyev
(–)
81 saylı Saatlı
Minayə Əlisahib qızı Əliyeva
(–)
82 saylı Sabirabad
İbrahim Musa oğlu Qafarov
(–)
83 saylı Sabirabad–Salyan
Ramiz Ənvər oğlu Mehdiyev
(–)
84 saylı Salyan
Solmaz Həbib qızı Ələsgərova
(–)
85 saylı Samux–Goranboy
Zeynəb Yəhya qızı Xanlarova
(–)
86 saylı Tərtər
Zakir Əlixan oğlu Zeynalov
(–)
87 saylı Tovuz şəhər
Samur Həsən oğlu Novruzov
(–)
88 saylı Tovuz kənd
Səttar İsmayıl oğlu Səfərov
(–)
89 saylı Ucar–Göyçay
Məmməd Cümşüd oğlu Məmmədov
(–)
90 saylı Füzuli
Yaşar Tofiq oğlu Əliyev
(–)
91 saylı Xanlar–Daşkəsən
Böyükağa Cabir oğlu Qurbanov
(–)
92 saylı Xaçmaz
Cəbrayıl Rəşid oğlu Əhmədov
(–)
93 saylı Xaçmaz–Dəvəçi
Səmayə Aslan qızı Piriyeva
(–)
94 saylı Hacıqabul–Salyan
İmamverdi İbiş oğlu İsmayılov
(–)
95 saylı Laçın–Zəngilan–Qubadlı
Dünyamalı Böyükxan oğlu Məmmədov
(–)
96 saylı Cəlilabad şəhər
Məzdək Məmiş oğlu Hüseynov
(–)
97 saylı Cəlilabad kənd
Şirzad Şahbaz oğlu Əyyubov
(–)
98 saylı Şamaxı
Bağır Namaz oğlu Musayev
(–)
99 saylı Şəmkir şəhər
Mahir Əsgər oğlu Əsədov
(–)
100 saylı Şəmkir kənd
  1. Gülnarə Qurbanova YAP-dan AMİP-ə keçmişdir. Novruz Quliyev istefa vermişdir
  2. Partiya parçalandı,1999-cu ildə deputatları Mübariz Qurbanlı və Vilayət Quliyev istefa verərək YAP-a keçdilər
  3. Əlavə seçkilərdə seçildi
  4. Partiya yaradıldı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]