HƏZİN (hüzn gətirən) Kamançanın həzin səsləri ilə qarışıq bir qadın səsi də gəlirdi (M.S.Ordubadi); HÜZNLÜ Şamonun duma bulağı cığırında onunla qarşılaşması, onun Şamoya qısılaraq hüznlü ağlaması nə qədər xoş idi (S.Rəhimov); İNİLTİLİ Nəhayət, nənəsinin ardı-arası kəsilməyən iniltili çağırışı Cəmili yuxudan ayıltdı (S.Rəhimov); QƏMGİN Hər tərəfə qəmgin sükut çökmüşdü (M.Hüseyn); YANIQLI Qulağıma yanıqlı bir səs gəldi (R.Rza); QƏMLİ (bax).