Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atlama
Atlama — Azərbaycanda qida qəbulundan (əsasən nahar və şam yeməyindən) sonra, eləcə də isti günlərdə toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda susuzluğu ardan qaldırmaq üçün içilir. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: qatıq – 400 q, su – 600 q, duz – zövqə uyğun, göyərti, xiyar == Hazırlanma qaydası == Atlama qatıqdan hazırlanan ayrana oxşar sərinləşdirici içkidir. Atlamanı qoyun və inək qatığından çoxlu miqdarda hazırlamaq üçün tuluğa qatıq və su töküb cavan oğlanın tərkinə bağlayırlar. Oğlan ata minir (atlanır) və atı otərəfə bu tərfə çalır. Bu zaman tuluq çalxalanır və qatıq suda yaxşı həll olur. Çox güman ki, içkinin adı da buradan götürülmüşdür. Atlamaya bir qədər duz vurduqdan sonra içilir. Ayranı əvəz etdiyindən atlamaya qatıq ayranı da deyilir. Müasir dövrdə atlamanı elektrik mikserində kokteyl kimi hazırlamaq daha əlverişlidir. Atlamadan doğramac hazırlamaq üçün də istifadə edilir.
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədi ilə sal quraşdırılmışdır.
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Atlama (mifologiya)
Atlama — Mifoloji bir termin olaraq fövqəladə səfər deməkdir. Ümumi olaraq sıçrayaraq bir maneəni aşma, ayaqların yerdən kəsilməsiylə birlikdə başqa bir yerə olma deməkdir. Lakin xüsusilə Türk nağıllarında və mifologiyasında iştirak edən söylencelerde başqa aləmlərə keçmək, ölçü dəyişdirmək mənasında istifadə edilər. Yeraltına atlama yolu ilə gedilər. Atlamada bu dünya ilə digər dünya arasındakı sərhədlər ortadan qalxar. Atlama üç yolla həyata keçirilir. Quş və ya başqa bir heyvan cildinə girərək. Bu şəkildə bir çox mənfi xarici faktorun varlığı zərər verə bilməz. İnsanların və ya kötücül varlıqların diqqətini çəkmədən sürətli bir şəkildə o biri aləmə gedilər. Fövqəladə bir heyvana minib səfər edərək.
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Paraşütlə atlama
Paraşütizm — kafi bir yüksəklikdən atlanılılması nəticəsi paraşüt adı verilən parçanın etibarlı bir sürətdə yerə enmək məqsədiylə açılması olaraq reallaşan əyləncə idmanıdır. == Quruluşu == Paraşütçülər əksəriyyətlə təyyarədən atlar və ümumiyyətlə düzlüklərə və açıq bir göyə ehtiyac duyarlar. Kiçik bir aerodromdan yola çıxılar və paraşütçülər təxminən 4000 metr yüksəklikdə təyyarədən atlarlar. Əksəriyyətlə "qarın aşağı" mövqedə bir müddət sərbəst düşərlər. 760 metr ətrafında tam şişəcək şəkildə paraşütlərini açarlar. Paraşütçülər, təyin olunmuş bir sahəyə enməyi məqsədlər. Paraşütçülər sərbəst eniş əsnasında saatda 190 km və üzəri sürətlərdə hərəkət edər. İstifadə etdikləri paraşütlər bu şərtlərdə açılmağa dözə biləcək şəkildə hazırlanmış və özbaşına şüşən qanad paraşütləridir. Ana paraşüt pozular və ya açılmazsa vəsaitdəki avtomatik bir sistem dövrəyə girər və ehtiyat paraşüt açılar. Paraşütlər də sərbəst atlaçıların süzülməyi idarə etmək və yerə etibarla enə bilmək üçün istifadə etdikləri istiqamətləndirmə kordonları və qulpları vardır.
Talara (Peru)
Talara — Perunun şimal-qərbində bir şəhər. Piura bölgəsinin Talara əyalətinin inzibati mərkəzi. Əhalisi 103,2 min nəfərdir (2005-ci il statistikalarına əsasən). Cənubi Amerika qitəsinin ən qərb nöqtəsi olan Parinyas burnunun yaxınlığında yerləşir. Sakit okeanda əhəmiyyətli bir limanlardan biridir. Neft hasilatı və neft emalı mərkəzi olmuşdur (1914-cü ildən sənaye hasilatı). Talarada istifadəyə verilən 1 hava limanı vardır — Cap. FAP Victor Montes Arias International Airport. Talaranın cənub-qərbində Perunun ilk neft quyusu (1850-ci ildə aşkar edilmiş) yerləşir. Böyük neft ehtiyatları və aviasiya yanacağının nizamlanmış istehsalı sayəsində Talaradan İkinci Dünya müharibəsi zamanı ABŞ aviasiyası tərəfindən aviabazalarda istifadə olunurdu.
Yalama bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yalama döyüşü
Yalama döyüşü — 1920-ci ilin aprel ayının 28-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş. == Tarixi == 1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samurçay üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər. Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əskərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar… Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.
Jikle çapı
Jikle çapı- (ing.giclée print, ru.печать жикле) - kətan və kağız üzərində rəsm əsərlərinin orijinaldan fərqlənməyən çapı. Fransızca “Le gicleur” (çiləmək, səpmək, sıçratmaq) sözündən götürülüb. Jikle texnologiyası şırnaqlı printerlərin iş prinsipinə əsaslanır. Bu texnologiya ölməz sənət incilərini təbii kətan üzərində tamamilə yenidən yaratmağa, ən kiçik rəng və işıq-kölgə nüanslarını təkrarlmağa, yaxılmış boyanın xarakterini və fakturasını ifadə etməyə imkan verir. Peşəkar surət çıxaran rəssamlar tərəfindən kətan üzərində yağlı boya ilə işlənmiş bədii kopiyalardan fərqli olaraq, rəqəmsal bədii reproduksiya olan jikle əsl əsərin imitasiyası deyil, onun dəqiq faksimil təkrarıdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kitab çapı texnologiyası
Kitab çapı texnologiyası 1400-cü illərin ortalarında alman alimi İohann Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapı texnologiyasını ixtira etmişdir. Dahi alman ixtiraçısı ilk çap olunan yüksək keyfiyyətli Bibliya kitabı ilə şöhrət qazanmışdır. Bundan əvvəl Qutenberq təqvimlər, latın qrammatikası dərslikləri kimi kiçik nəşrlər dərc etmişdi. Bütün bu işlər onun ən böyük nailiyyəti hesab olunan 42 sətirlik Bibliya kitabının çapına hazırlıq məqsədi daşıyırdı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Samur-Yalama Milli Parkı
Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park. == Tarixi == Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. == Məqsədi == Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə yaradılmışdır. Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. == Ərazisi == Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı otu, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir.
Talada ev (film, 1986)
== Məzmun == Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil. İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir. Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir. == Film haqqında == Film məşhur Ezopun təmsilinin motivləri əsasında yaradılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Sabir Rüstəmxanlı Rejissor: Hafiz Əkbərov Quruluşçu rəssam: Nazim Məmmədov Bəstəkar: Cəmil Əmirov Operator: Ramiz Ağayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko, Rauf Dadaşov, Arifə Hatəmi, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Gülşən Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, B.Qaflanov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Z.Rəhimova Rəssam assistenti: Məlahət Hümbətova Operator assistenti: Ziya Xəqani Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov === Filmi səsləndirən === Ramiz Əzizbəyli — siçan (Azərbaycan variantı) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Talada ev (cizgi filmi, 1986)
== Məzmun == Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil. İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir. Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir. == Film haqqında == Film məşhur Ezopun təmsilinin motivləri əsasında yaradılmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Sabir Rüstəmxanlı Rejissor: Hafiz Əkbərov Quruluşçu rəssam: Nazim Məmmədov Bəstəkar: Cəmil Əmirov Operator: Ramiz Ağayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko, Rauf Dadaşov, Arifə Hatəmi, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Gülşən Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, B.Qaflanov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Z.Rəhimova Rəssam assistenti: Məlahət Hümbətova Operator assistenti: Ziya Xəqani Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov === Filmi səsləndirən === Ramiz Əzizbəyli — siçan (Azərbaycan variantı) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Aldama
Aldama (lat. Aldama) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Atakama
Atakama səhrası (isp. Desierto de Atacama) — Cənubi Amerikanın qərb sahilində, Çilinin ərazisində yerləşən (22° və 27 °C.e. arasında) səhra. İkinci Sakit okean müharibəsinə (1879 — 1883) qədər Boliviyaya aid idi. Peru cərəyanı, atmosferin aşağı qatlarını soyudur və atmosfer çöküntülərinin düşməsinə (ildə 50 mm-dən də az) mane olan temperatur inversiyasını yaradır. Elə buna görə də, bu səhra Yer kürəsinin ən quraq yeri hesab olunur. Atakama səhrası orta hündürlüyü 610 metrə çatan dağlıq və təpəlik ərazilərdən ibarətdir. Daşlı, qumlu səhradır. Səhranın uzunluğu 960 km-ə çatır. Sahilində yanvar ayının orta temperaturu — 19 - 20 °C, iyul ayında isə 13 - 14 °C təşkil edir.
Axtalama
Axtalama (xədim etmə)- bioloji erkəyin cinsiyyət orqanını itirdiyi cərrahi, kimyəvi və ya başqa bir yolla edilən prosesdir. Bu sterilizasiyaya səbəb olur və testosteron kimi müəyyən hormonların istehsalının azalmasına səbəb olur. Axtalanmış şəxs və ya heyvan nəsilartırma qabiliyyətini itirir. Əsasən cəza, yaxud heyvan populyasiyanın tənzimlənməsində istifadə olunur. == Tarixi == Axtalamanın ilk dəfə harada və nə zaman tətbiq olunduğu məlum deyil. Ancaq tarix boyu qaliblərin məğlubları diri, yaxud ölü halda axtaladıqları məlumdur. Cinsiyyət vəziləri (xaya) ilə bərabər cinsiyyət orqanının da çıxarılması ölüm riskini artırdığı üçün irəli tarixi dönəmlərdə ancaq cinsiyyət vəziləri çıxarılırdı. Ancaq axtalamadan həmişə cəzalandırmaq üçün istifadə olunmamışdır. Bir çox mədəniyətlərdə axtalanmış oğlan uşaqlarından xüsusi tərbiyə olunaraq saraylarda, əksər hallarda isə hərəmlərdə istifadə olunmuşdur. Tarixdə axtalanmış şəxslərin bəzən yüksək rütbə tuta bildiyi hallar da olmuşdur.
Balami
Məhəmməd Balami (tam adı: Əbu Əli Məhəmməd ibn Əbülfəzl Məhəmməd Balami), eləcə də Balami-e Küçek (Kiçik Balami) - Samani hökmdarı II Nasirin (914—943) vəziri Əbülfəzl Məhəmməd Balaminin oğlu. Samani I Əbdülmalikin (954—961) hakimiyətinin sonunda vəzir təyin edilir və sonrakı hökmdar I Mənsur İbn Nuhun (961—976) vaxtında həmin vəzifəni icra edir. Onun təyinatı hacib Alp Təkinin təsiri ilə baş verib. Alp Təkinlə Balami arasındakı razılaşmaya görə onlar bir birini o birisinə naib hesab etməliydilər. Balami bu vaxt Alp Təkinlə məsləhətləşmədən heç nə etmirdi. Mənsurun taxta çıxmasından sonra, o ehtimal ki Alp Təkindən imtina etdi, çünki sonuncunun iflasından sonra vəzifəsini saxlaya bildi. Məqdisinin sözlərinə görə, o əvvəlcə vəzifədən uzaqlaşdırıldı, sonra yenə vəzir təyin edildi. 963 ildə onun tərəfindən Təbərinin - yeni fars dilində yazılan tarixi əsəri - ümumdünya tarixinin - fars versiyası yazıldı. Gərdiziyə görə, hicri 363 ilin II cumada ayında (974 ilin 27 fevral-27 mart), vəzir ikən vəfat edib. Lakin, Ütbinin sözlərinə görə, o hələ II Nuhun (976—997) vaxtında, 992 ildə, yenə vəzir təyin edilib.
Bazlama
Bazlama — türk mətbəxindən bir çörək növü. Çörək olaraq sadəsi əsrlərdir Türklər tərəfindən bişirilir və yeyilir. Fərqli vasitələr istifadə edərək bir çox fərqli növü hazırlana bilər: qıymalı və pendirli kimi. Sadə növünə Samsun bölgəsində Pıtpıt da deyilməkdədir.
Bağlama
Bağlama — ən qədim yükdaşıma qaydalarından biri. == Ümumi məlumat == Keçmişdə əhali istifadə etdiyi əkinçilik, heyvandarlıq və ev peşəsi məhsullarının bir qismini digər zəruri məişət avadanlıqlarına dəyişmək və ya satmaq üçün adətən, həftəbazarına çıxarırdılar. Əldə daşınan belə yükləri bağlama vasitəsilə uzaq məsafələrə aparmaq mümkün idi. Bunun üçün onları 1,5x1 olcudə parcanın arasına qoyur, parcanı diaqonal uzrə “qulaqlarını” çəkərək bir-birinə bağlayır və əllərinə götürürdülər. İçərisinə heyvandarlıq məhsulları yığılmş motal, dağarcıq, eymə, tuluq, qarın, cılğı və s. yükləri daşımaq üçün bu qayda ilə bağlama etmək və belə sarımaq daha sərfəli idi.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Dalamaz
Dalamaz (lat. Lamium) — dalamazkimilər fəsiləsindən bitki birillik, ikiillik və çoxillik ot cinsi. Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ Dalamaz və gövdəniqucaqlayan Dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir.
Dolama
Dolama — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsas hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Bəzən bu oyunu iki uşaq arasında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bir-birini dolamaq (sataşmaq və cırnatmaq) məqsədilə bu oyunun sözlərindən (dolamadan) istifadə edirlər. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Dəstələr bir-birindən bir neçə addım aralı dayanır. Dəstələrdən biri sanama üsulu ilə oyuna başlayır. Növbə ilə bir-birinə dolama söyləməklə oyun aşağıdakı kimi davam edir: Hansı dəstə dolama tapıb deyə bilməsə həmin dəstə oyunda uduzmuş olur.
Kalara
Kalara — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kəndin qədim adı Kalalı //Kalaley olmuşdur. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Kelare kimi qeyd edilir . Toponim türk dilində «dayaz dərə» mənasında işlənən kol sözü ilə, «hüdud», «sərhəd» mənasında işlənən ara sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 1. XII. 1949 - cu il fərmanı ilə adı dəyişdirilib Qukasavan qoyulmuşdur. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1897-ci ildə 6 nəfər, 1926-cı ildə 5 nəfər azərbaycanlı yaşamışdır .
Kalema
Kalema - Afrikanın qərb sahilboyunun çox yerində sakit havada bərk ləpədöyməyə deyilir. Güman olunur ki, belə ləpədöymənin səbəbi uzaqlarda – Atlantik okeanında şiddətli dalğalanmanın «əks-sədasıdır».
Kayama
Kayama adası (yap. 嘉弥真島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. 500 ilə 1000 arasında olan dovşan populyasiyası ilə tanınır. Turizm agentlikləri adaya turlar təklif edirlər. == Coğrafiyası == Adanın maksimal hündürlüyü 31 m. İriomote adasından qərbdə, Kohamadan şimal-şərqdə yerləşir.
Makama
Balaca Liaxve çayı
Balaca Liaxve çayı (oset. Чысыл Леуахи, gürc. პატარა ლიახვი) — Cənubi Osetiya ilə Gürcüstan ərazisində çay. == Coğrafi mövqeyi == Böyük Liaxvenin sol qoludur. Uzunluğu- 61,11 km-dir. Liaxve qoruğu ərazisindən axır. SSR zamanında Zonkarsk su anbarı bu çayın üzərində idi. == Etimologiyası == Lixve sözünün xüsusi etimologiyası mövcud deyiı. Belə ki, Li mövcud olan yer, gürcü dilində isə Xev- su və ya çay mənasını verir.
Malaya Çerepaxa çayı
Malaya Çerepaxa çayı — Taqanroq ərazisindən axaraq Azov dənizinə tökülən kiçik çay == Çay haqqında == Malaya Çerepaxa çayı eyni adlı ərazidən axır. Çayın uzunluğu 3 kilometrdir. Malaya Çerepaxa çayı Taqanroq atçılıq zavodu ırazisindən axaraq Azov dənizinə tökülür. Axdığı ərazinin bir hissədi bstaqlıqlaşmış ırazisir. Bu səbəndən burada kollektorlar quaşdırılmışdır. Kollektor diametri 2 metr olan borularla çəkilmişdir. Malaya Çerepaxa çayının yatağı tullantılarla doldurulmuşdur. Çayın datağında yerləşən lilin qalınlığı dörd metrə çatır. 2005-ci ildə Malaya Çerepaxa çayında suyun keyfiyyətini yoxlamaq məqsədi ilə aparılan manitorinqin nəticələri: Ammonium (1,4 PDK), Nitrit (47,8 PDK), Fosfat (1,7 PDK), Marqans (6,3 PDK), Dəmir ( 2,4 PDK), Neft məhsulları (3,2 PDK), Nikel (2,3 PDK), Molibden (8 PDK). Suyunun fərkibi ağır metallsrla çirkləndirilmişdir.
Malaqa
Malaqa — İspaniyanın cənubunda, Əndəlüsdə, yerləşən şəhərdir. Ərazisi 395 km², əhalisinin sayı 568.507 nəfərdir. Malaqa Aralıq dənizinin qərb sahilində, Piriney yarımadasının cənubunda, Cəbəllütariq boğazından 100 kilometr uzaqda yerləşir. Əhali sayına görə Malaqa İspaniyada 6-cı, Əndəlüsdə 2-ci, Avropa İttifaqında 46-cıdır.
Maluma
Maluma — Juan Luis Londoño Arias (28 yanvar 1994-cü ildə anadan olub) Kolombiyalı müğənnidir. "Felices los 4", "Borro Cassette", "El Perdedor" ve "Corazón" sinqlları "Billboard Hot Latin Songs" siyahısında ilk 10-luqda yer almışdır.