Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oğuznamə
Oğuznamə — oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələr. Oğuzların ictimai-siyasi, tarixi-mifoloji, dini-fəlsəfi görüşlərini, epik-bədii təfəkkürünü əks etdirən nümunələrə elmi ədəbiyyatda "Oğuznamə" deyilir. Oğuznamə geniş anlayış olub, özündə oğuzların kosmoetnoqonik və təqvim miflərini, dastanlarını, rəvayətlərini, atalar sözlərini, şəcərə dəbini, məsəllərini, şeir parçalarını birləşdirir. Bir sözlə, oğuzlar haqqında hər hansı bədii, tarixi, təsviri məlumat oğuznamə adlandırılmışdı. Oğuznamələr həm köçəri, həm də yarımoturaq əhali arasında passionar ruhu qaldırmaqda böyük rol oynayıb. Kökü mifik oğuz şəcərəsi ilə bağlı olan nümunələr ilk vaxtlarda oğuzların yazılmamış qanunları olubdur. Bunu tarixi-xronoloji oğuznamə yazanlar da (Rəşidəddin, Əbül Qazi və b.) dönə-dönə qeyd etmişlər. Bu mənada Oğuznamələr uzun müddət xalqın qəhrəmanlıq tarixi kimi canlı şəkildə yaşayıb, oğuz birliyinin dağılması, köçəriliyin oturaqlıqla əvəzlənməsi ilə unudulmuşdur. Bu gün Oğuz motivlərinin ayrı-ayrı folklor janrlarında, ədəbi əsərlərdə canlanması tarixi yaddaşa qayıdışın başlanğıcıdır. Bizə qədər Oğuz kağanı və onun övladlarından bəhs edən iki yazılı dastan ("Oğuz kağan" və "Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-Oğuzan"), atalar sözləri ("Hazihir-risaləti min kəlimatı oğuznamə əl məşhur biatalar sözü" və "Əmsali-Məhəmmədiyyə"), Oğuz şeirləri, Oğuznamənin Uzunkörpü variantı, Dana Ata və Əndəlibin əsərləri, həmçinin iyirmidən çox Oğuz salnaməsi gəlib çatmışdır.
Oğuznamə-1
Oğuznamə-2
Oğuznamə-3
Oğuznamə-4
Oğuznamə-5
Oğuznamə-6
Oğuznamə-7
Oğuznamə-8
Oğuznamə (balet)
Oğuznamə — Cavanşir Quliyevin 2007-ci ildə eyniadlı türk dastanı əsasında yazdığı balet. Cavanşir Quliyev qalan ömrünü yeni baletinə həsr edəcək. Kaspi.- 2007.- 7 mart.- S. 17.