BÜNİYAMİN
BÜNYAMİN
OBASTAN VİKİ
Bünyad (Marağa)
Bünyad — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 26 km şərqdə, Marağa-Miyanə avtomobil yolundan 34 km cənubdadır.
Bünyad Məmmədov
Bünyad Məmmədov — azərbaycanlı rejissor. == Həyatı == Bünyad Məmmədov 1930-cu ildə indiki Mingəçevir şəhərinin ətrafında, artıq adı xəritədən silinmiş kiçik kənddə dünyaya göz açıb. İncəsənət İnstitutunu bitirib (1956) təyinatla kinostudiyaya göndərilib. Lətif Kərimovun çəkiliş qrupunda rejissor köməkçisi işləyib. 1957-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əmək fəaliyyətinə başlayıb. 48 ildən artıq orada çalışıb, rejissor köməkçi vəzifəsindən baş rejissorluğa qədər yüksəlib. Əməkdar artist idi.
Bünyad Sərdarov
Bünyad Sərdarov (inqilabçı) — Azərbaycanlı inqilabçı, bolşevik
Bünyad Əliyev
Əliyev Bünyad Museyib oğlu (17 fevral 1995; Ağsu rayonu, Azərbaycan – 9 avqust 2014, Tovuz rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.
Bünyad Sərdarov (inqilabçı)
Bünyad Mədət oğlu Sərdarov (əsl soyadı: İbrahimov; 1889 — aprel 1919) — azərbaycanlı inqilabçı, bolşevik. Azərbaycanda Sovet hakimiyyətinin qurulması işinin fəal iştirakçısı, Daxili işlər Xalq Komissarlığının səlahiyyətli nümayəndəsi, Hümmət təşkilatının üzvü. Azərbaycan SSR əməkdar arxitektoru Sərdar Sərdarovun atasıdır. == Xatirəsi == Bakı şəhərində yerləşən Bünyad Sərdarov adına maşınqayırma zavodu Bakı şəhərində, Səbail rayonunda küçə. 1985-ci ilin yanvar ayında Füzuli rayonundakı Qarğabazar karvansarası Bünyad Sərdarovun xatirə muzeyi kimi istifadəyə verilmişdir.
Yaşar Bünyad
Yaşar Bünyad (tam adı: Əhmədov Yaşar Bünyad oğlu; 10 noyabr 1956, Əngəxaran, Şamaxı rayonu) — azərbaycanlı yazıçı. == Həyatı == Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Cəmo Cəbrayılbəyli adına 5 saylı orta məktəbi bitirəndən sonra,əmək fəaliyyətinə başlayıb. Gəmi təmiri zavodunda fəhlə, hərbi xidmətdən qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında işləmiş, ailə həyatı qurandan sonra qiyabi təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirmişdir. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.Ailəlidir.3 oğlu var. == Yaradıcılığı == İlkin yaradıcılığa şeirlə başlayıb. 2010cu ildən hekayələri Azərbaycan mətbuatında yayımlanmağa başlayıb. " İblis busəsi" romanı kitab şəklində geniş oxucu kütləsinə təqdim ediləndən sonra yaradıcılığına önəm verərək daha məhsuldar çalışmağa başlayıb. 9 hekayədən ibarət "Miqrant" kitabı "Çardaq yayımları" tərəfindən nəfis formada nəşr edilib.Daha sonra miqrantların həyatından bəhs edən "Azan gəmilər limanı" povesti Azərbaycan jurnalında ixtisarla çap olandan dərhal sonra kitab kimi oxuculara təqdim olunub və böyük uğur qazanıb. 2020 ci ildə "Bir qələm" nəşriyyat evi "Xoşbəxtlər arasında yaşamaq " adlı hekayələr kitabını çap edərək oxuculara təqdim edib.
Akademik Bünyadovun missiyası (film, 2012)
Akademik Bünyadovun missiyası qısametrajlı sənədli filmi 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının sifarişilə "Buta film" kino şirkətində istehsal edilmişdir. Film şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi mərhum alim Ziya Bünyadovun həyat və fəaliyyətindən bəhs edir. == Məzmun == Film şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi mərhum alim Ziya Bünyadovun həyat və fəaliyyətindən bəhs edir. Film Sovet İttifaqı qəhrəmanı, akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunub.
Azərbaycan tarixi (Ziya Bünyadov və Yusif Yusifov)
Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) — Ziya Bünyadov və Yusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün dərslik. == İstinadlar == == Xarici keçidlər == Azərbaycan tarixi. I cild. Dərslik. Bakı, "Apostroff" nəşriyyatı, 2014, 720 səh.
Ağababa Bünyadzadə
Ağababa Balağa oğlu Bünyadzadə (19 iyul 1915, Kürdəxanı, Bakı – 17 dekabr 1974, Bakı) — Azərbaycan opera müğənnisi (bariton), Azərbaycan SSR xalq artisti (1955). == Həyatı == Ağababa Bünyadzadə Bakıda doğulub. 23 yaşında Azərbaycan Dövlət Opera və Balet Teatrının xor heyətinə işə götürülüb. 1938–1939-cu illərdə Moskvadakı Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil alıb. Oradan qayıdaraq opera teatrının truppasına qəbul olunub. Eyni zamanda sənət ocağının nəzdindəki studiyada həm oxu tərzini təkmilləşdirib, həm də aktyorluq sənətinin xüsusiyyətlərini mənimsəyib. Ağababa Bünyadzadə yeniyetmə yaşlarından bədii özfəaliyyətdə müğənni kimi çıxış etməklə yanaşı, dram dərnəyində aktyor olub. Üzeyir bəy Hacıbəyovun qəhrəmanları Əsgərin (Arşın mal alan) və Sərvərin (O olmasın, bu olsun) ariyalarını oxuyub, klassik dünya operalarına maraq göstərib. Ağababa Bünyadzadənin bəstəkarlardan Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan və Alı), Reynqold Qlierin "Şahsənəm" (Xan), Fromonotal Jak Qalevinin "Kardinal qızı" (Rudjiero), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Aslan şah), Niyazinin "Xosrov və Şirin" (Şapur), Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" (Mərdan), Zaxari Paliaşvilinin "Daisi" (kiazo), Coakkino Rossininin "Sevilya bərbəri" (Fiqaro. Librettonun tərcüməçiləri Məmməd Səid Ordubadi və Əfrasiyab Bədəlbəylidir), Jorj Bizenin "Karmen" (Eskamilyo.
Bünyadabad
Bünyadabad (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. 12 iyun 2018-ci ildən Yeni Çobankərə adlanır.
Bünyadabad (Miyanə)
Bünyadabad (fars. بنيان اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 26 nəfər yaşayır (6 ailə). == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Tərik bölgəsinin Gərmi kəndistanında, Tərik qəsəbəsindən 25 km şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolunun 28 kilometrliyindədir.
Bünyadabad (Yevlax)
Yeni Çobankərə (əvvəlki adı: Bünyadabad) — Azərbaycan Respublikasının Yevlax rayonunun Nemətabad inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Yevlax rayonunun Mingəçevir qəsəbə Sovetindən Bünyadabad kəndi Səmədabad kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Yevlax rayonunun Səmədabad kənd inzibati ərazi dairəsi tərkibindəki Bünyadabad kəndi Yeni Çobankərə kəndi adlandırılmışdır. == Toponimikası == 1926-cı ildən kəndin ərazisində vaxtilə (1918) Ermənistandan qovulmuş bir qrup azərbaycanlı ailə məskunlaşmışdır. Yaşayış məntəqəsi keçmiş inqilabçı Bünyad Sərdarovun (1889-1919) adını daşımışdır. Kənd bir müddət burada təşkil edilmiş Telman adına kolxozun adı ilə Telmankənd də adlanmışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir.
Bünyadabad (Ərdəbil)
Bünyadabad - İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 522 nəfər yaşayır (95 ailə).
Bünyadkənd (Çaroymaq)
Bünyadkənd (fars. بنيادكندي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 156 nəfər yaşayır (21 ailə).
Bünyadlı
Bünyadlı (Beyləqan) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Bünyadlı (Xocavənd) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Bünyadlı bələdiyyəsi — Azərbaycan Respublikasının Beyləqan rayonunda bələdiyyə.
Bünyadlı (Beyləqan)
Bünyadlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd 2270 nəfər əhalisi var. == Tarixi == Bünyadlı Beyləqan rayonunun eyniadlı i.ə.v.-də kənd. Yuxarı Qarabağ kanalından 2.5 km. aralı, Mil düzündədir. Keçmiş adı Molla Bünyadlıdır. Mollabünyadlı Mil düzündə yaşamış eyvazalılar (yaxud əmiralılar) adlı nəslin bir tirəsinin adıdır. Etnotoponimdir.
Bünyadlı (Sabirabad)
Bünyadlı— Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Bünyadlı (Xocavənd)
Bünyadlı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Arakül kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 23 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Bünyadlı kəndi 23 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd 1840-cı ildə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. 1917-ci ildə Binyatlı variantında qeydə alınmış bu yaşayış məntəqəsi ilə yanaşı Lənkəran qəzasında Bunyalallar kəndinin olması haqqında da məlumat verilir. == Tarixi == === Tarixi abidələri === Bünyadlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Bünyadlı bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bünyadov
Bünyadov — Azərbaycanli soyad. === B === Bəşir Bünyadov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (22.02.1933-21.12.1933). === T === Teymur BünyadovTeymur Bünyadov (tarixçi) — Azərbaycan tarixçi-etnoqrafı, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi. Teymur Bünyadov (general-mayor) — Azərbaycan hərbi xadimi, general-mayor (1966) === Z === Ziya Bünyadov — Azərbaycan şərqşünası, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi.
Bəşir Bünyadov
Bəşir Bünyadov — Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru (22.02.1933-21.12.1933). == Həyatı == ADPU Bəşir Bünyadovun rəhbərliyi vaxtında Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu adlanırdı.
Cəfər Bünyadzadə
Cəfər Xocabəy oğlu Bünyadzadə (1886, Bakı, Fatmayı kəndi - 1918- ci ilin yayı) — "Tuti" jurnalnın baş redaktoru olmuş və eyni zamanda, uşaq ədəbiyyatı sahəsində yaradıcılıqla məşğul olan, o dövrdə ilk olaraq "uşaq nəğmələri" kitabının tərtibatçısı. Dadaş Bünyadzadənin qardaşıdır. == Həyatı və yaradıcılığı == XX əsrin ikinci onilliyində Azərbaycan mətbuatında iştirak edən şəxslərdən biri də Cəfər Xocabəy oğlu Bünyadzadə olmuşdur. C. Bünyadzadə 1910- cu illərdə Azərbaycan mətbuatının səhifələrində günün aktual problemlərinə, uşaq tərbiyəsinə, ailədaxili münasibətlərə, türkçülüyə və s. bu kimi məsələlərə həsr olunmuş yazılarla mətbuat səhifələrində publisist məqalələri və bədii yazıları ilə fəal iştirak etmişdir. Onun qələmindən eyni zamanda çoxlu sayda satirik felyetonlar da çıxmışdır.Səadət Səadət xanım Bünyadzadə Cəfər Bünyadzadəni tanımış ayrı - ayrı şəxslərin xatirələrinə əsaslanaraq onun " Səfa" mədəni - maarif cəmiyyətinin məktəblərində şəriətdən dərs dediyini yazır.( Bünyadzadə Səadət." Kredo" , 2014). Arxiv sənədləri əsasında məlum olur ki, əslində Cəfər Bünyadzadə " Nəşri - maarif" cəmiyyətinin " Darülmüəllimin " seminariyasını bitirmiş və həmin cəmiyyətin məktəblərində " ibtidai məktəb müəllimi" dərəcəsi ilə dərs demişdir(Məmmədova Nüşabə : "Nəşri - maarif" cəmiyyətinin yaranması və fəaliyyəti ". Bakı, "Elm", 2005, s.165). Cəfər Bünyadzadənin mətbuat səhifələrində dərc edilmiş yazılarında ibtidai məktəb yaşlı uşaqların təlim və tərbiyəsinə həsr olunmuş məqalələr az deyildir. Bunların içindən " Səda" qəzetinin ayrı - ayrı səhifələrində dərc edilmiş " Məktəb cocuqları üçün" kiçik həcmli silsilə yazılar diqqəti xüsusilə cəlb edir.
D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dadaş Bünyadzadə
Dadaş Xocabəy oğlu Bünyadzadə (8 aprel 1888, Fatmayı, Bakı qəzası – 21 aprel 1938, Kommunarka poliqonu[d]) — Azərbaycan SSR-in görkəmli dövlət xadimi, Azərbaycanın SSR-in ilk maarif komissarı, 1930–1932-ci illərdə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sovetinin sədri. == Həyatı == 1888-ci ildə Bakı qəzasının Fatmayı kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində (mollaxanada) almış, sonra isə bir il Bakıda rus-tatar məktəbində oxumuşdur. Ailəsinin ağır vəziyyəti Dadaş Bünyadzadəni təhsilini davam etdirməyə imkan vermir. O, kiçik yaşlarından əmək fəaliyyətinə başlamışdır. O, bir müddət Bakı daş karxanalarının birində arabaçı işləmişdir. 1904-cü ildə Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikində, 1905–1908-ci illərdə isə dəmirçixanada şagird, çəkicvuran işləmişdir. O, bu dövrdən Azərbaycan zəhmətkeşlərinin inqilabi mübarizəsində fəal iştirak etməyə başlamışdır. O, fəhləlik etməklə yanaşı təhsilini davam etdirməyi də unutmurdu. 1907-ci ildə "Nicat" cəmiyyətinin açdığı cümə günləri kursunda oxumağa başlamış, 1908-ci ildə isə 8 aylıq türk pedaqoji (axşam) kursunu bitirmişdir.
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dadaş Bünyadzadə küçəsi (Bakı)
Dadaş Bünyadzadə küçəsi — Bakı şəhərinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki küçə. Küçə Azərbaycan SSR dövlət xadimi Dadaş Bünyadzadənin adını daşıyır. Məhəmməd Xiyabani küçəsindən "Vital klinika"ya kimi uzanır. == Haqqında == Dadaş Bünyadzadə küçəsi Yeni Yasamalın əsas küçələrindən olan Məhəmməd Xiyabani küçəsindən başlayır. Abbas Mirzə Şərifzadə küçəsinə paraleldir. Küçədən 194 saylı marşurut avtobusu hərəkət edir. == Kəsişdiyi küçələr == Əsəd Əhmədov küçəsi Məhəmməd Xiyabani küçəsi == Mühüm ünvanlar == № 1 — Vital klinika № 34B — Şaiq MTK (Kamran MTK) № 34B — YASAMAL Mall № ? — Rahat market (əvvəlki: Bəyaz market) № ? — Xəmirçi un məmulatları № ?

Значение слова в других словарях

захва́тнический ло́товый надклеить омертве́лость ра́тушный терроризи́рование фагоци́тный анана́сный баге́т брике́тик вмеша́тельство перевооружи́ть почтальо́нский радиотрансляцио́нный alehouse calkin chamber duty-free jobbery owt red out septaria shrubby spiritualistic truck garden