Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İmenti-xenti
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
Lenti
Lenti (sloven. Lentiba) — Macarıstanın Zala medyesində, Avstriya, Slovakiya və Xorvatiyanın sərhədində yerləşən rayon.
Zenit
Zenit (ərəbcə səmtürrəs-baş üstdə uca nöqtə) - müşahidəçinin başı üstündə göy sferinin ən yüksək nöqtəsi, başqa sözlə, müşahidəçinin durduğu nöqtədən qaldırılmış şaquli xəttin göy sferində rast gəldiyi xəyali nöqtədir..
Zerti
Zerti — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun ləğv edilərək Laçın şəhərinə birləşdirilmiş Qarıkaha kənd Sovetinin mərkəzi Zerti kəndinə keçirilmiş, bu kənd soveti Zerti kənd Soveti adlandırılmışdır. Oykonimin kürd mənşəli zertuyi tayfasının adını daşıdığı güman edilir. Orta əsrlərdə bu tayfa İran-Türkiyə sərhəd zonasında yaşamışdir. Yaşayış məntəqəsi Abdallar (indiki Laçın şəhərinin keçmiş adı) kəndindən çıxmış zertuyi nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılara görə, toponim kürd dilindəki zerlzdr (qırmızı) və ti (kənd) sözlərindən düzəlib, "qırmızı kənd" mənasındadır. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zerti kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Zerti Laçın rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Qan agenti
Qan agenti (ing. blood agent) — zəhərli kimyəvi agent qanda həll olaraq bədənə təsir edir. Qan agentləri, otaq temperaturunda zəif qoxu və rəngsiz qazlar şəklində ortaya çıxan potensial ölümcül zəhərlərdir. Bunlar ya siyanid, ya da arsen əsaslıdır. Qan agentləri nəfəs alma və ya qida yolu ilə işləyir. Kimyəvi silah olaraq qan agentləri adətən aerozollar şəklində yayılır və nəfəs yolu ilə təsir göstərir. Onların uçuculuğuna görə, məhdudlaşmış ərazilərdə açıq sahələrə nisbətən daha zəhərli olurlar. Siyanid birləşmələri təbii mühitdə və siqaret tüstüsündə az miqdarda olur. Onlar həmçinin bir neçə sənaye prosesində həmçinin pestisidlər kimi istifadə olunur. Siyanidlər sintetik parça və ya poliuretan yandıqda sərbəst buraxılır və beləliklə yanğınla əlaqəli ölümlərə səbəb ola bilər.
Suliko Jqenti
Suliko İliç Jqenti (rus. Сулико Ильич Жгенти; 22 iyun 1920, Çoxatauri bələdiyyəsi – 3 fevral 2000) — sovet sovet ssenarist və aktyoru. Gürcüstan SSR əməkdar incəsənət xadimi (1967). Lenin mükafatı laureatı.
Genti Qazheli
Genti Qazheli — Albaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2016-cı ildən)
Georgi lenti
Georgi lenti — Rusiyanın imperiya simvollarından biri. 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt. Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur. == Qalmaqallar və qadağalar == === Latviya === Latviya hökuməti Georgi lentini 2014-cü ilin mayında qadağan etməyə təklif edib. Bundan əvvəl, Latviya ictimai tədbirlərdə Sovet rəmzlərinin istifadəsini qadağan etmişdi. === Litva === Litvada da Latviyada kimi qadağa müzakirə olunurdu.
Maqnit lenti
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.
Möbius lenti
Möbius lenti — bir lentin bir ucunu 180 dərəcə çevirərək digər ucu ilə birləşdirməklə yaranan səthdir. Bu həndəsi fiqurun adi lentdən fərqli olaraq bir üzü (Evklid fəzasında yerləşdirildikdə) və bir sərhədi var. İlk dəfə 1861-ci ildə Yohan Benedikt Listinq tərəfindən kəşf edilmiş, dörd il sonra Avqust Ferdinand Möbius tərəfindən tərifi verilmişdir. Möbius lentinin bir nümunəsi bir kağız lentin bir ucunu tərs çevirib digər ucuna şəkildəki kimi dövrə yaradacaq şəkildə yapışdırmaqla yaradıla bilər. Möbius lentinin bir sıra maraqlı xüsusiyyətləri var. Tikiş nöqtəsindən(şərti olaraq ucların birləşdiyi yer) başlayaraq ortaya doğru çəkilən xətt yenidən gəlib tikiş nöqtəsinə çıxır, lakin digər üzdə. Davam etdikdə, xətt başlanğıc nöqtəyə birləşir və ilkin lentin iki qatı uzunluğunda olur. Bu vahid kəsilməz əyri Möbius lentinin yalnız bir sərhədi olduğunu göstərir. Möbius lentini orta xətti boyunca kəsdikdə iki lent deyil, iki qıvrımı olan uzun bir lent alınır və alınan fiqur Möbius lenti deyil. Bu ona görə baş verir ki, Möbius lentinin ilkin lentin iki qatı uzunluğunda olan bir kənarı var.
Zenit - pulemyotu
Zenit - pulemyotu - 2000 metrə qədər hündürlükdə uçan obyektlərin vurulması üçün nəzərdə tutulan, bir dayaqda montaj olunan, bir və ya bir neçə bir-birinə pərçimlənmiş zenit gülləbaran qurğusundan ibarət avtomatik silah növü. ZGQ əsas hissələri: bir (tək quraşdırma), iki (birşədirilmiş quraşdırma) yaxud dörd (dördlü quraşdırma) gülləbaran qurğusu;(dörd və ya iki təkərli) lafet, yaxud lafet elementləri olan özüyeriyən baza; zenit nişangahı. Çəkisi təkli - 450 kq, ikili - 650, dördlü - 2100 kq. ZGQ -atəş yerindən, ya da hərəkətli halda aparılır. atəş tempi - dəqiqədə/600 atəş; atəşin döyüş sürəti - hər lüləyə dəqiqədə/150 atəş Əsasən quru qoşunların zenit althissələrində, tanklarda, ZTR, eləcə də kiçik gəmilərdə istifadə olunur. Военная энциклопедия в 8 томах."Д"-квартирьер. Москва. Военное издательство.1995 səh.
Zenta döyüşü
Zenta döyüşü — Osmanlı İmperiyası ilə Avstriya ordusu arasında 11 iyul 1697-ci ildə Tisa çayı sahilindəki Zentada baş verən və Osmanlıların məğlubiyyəti ilə nəticələnən döyüş. Osmanlı-Müqəddəs İttifaq müharibələrinin son əhəmiyyətli toqquşması olan bu döyüşün ardınca 1699-cu ildə Karlovitsa müqaviləsi imzalanmışdır. 1695–1696-cı illərdə Avstriyaya qarşı iki səfərə çıxan Sultan II Mustafa, bu ölkəyə üçüncü bir səfərlə böyük bir zərbə endirmək istəyirdi. 1697-ci ildə Avstriya uzun müddətdir icra etməkdə olduğu və Fransaya qarşı döyüşdüyü 9 İl Müharibələrini bitirmiş və Osmanlı dövlətinə sülh təklifi göndərişdi. Bu zaman ölən Yan III Sobieskinin yerinə Lehistan taxtına Saksoniya Frederick keçmişdi, onun yerinə, yəni Avstriya ordusunun başına, Fransız əsilli bacarıqlı komandan Prens Eugene gətirilmişdi. II Mustafa sülh təklifini rədd etmiş, Avstriyaya üçüncü yürüş üçün hazırlıqları başlamışdı. 18 apreldə Sultan II Mustafa 100 min nəfərlik bir qüvvəylə üçüncü yürüşünə çıxdı. Yolda olarkən kiçik bir Avstriya dəstəsinin Bihke Qalası önündə məğlubiyyətə uğradığı və və Herseqovinada Venesiyalıların geri çəkildiyi xəbərləri ordunun əhvalını yüksəltdi. 11 avqustda Belqrada gələn padşah ordu komandirlər ilə 12 avqustda bir ali hərbi məclisi topladı. Məclisdə iki əsas məsələ ortaya çıxdı.
Zenta müharibəsi
Zenta döyüşü — Osmanlı İmperiyası ilə Avstriya ordusu arasında 11 iyul 1697-ci ildə Tisa çayı sahilindəki Zentada baş verən və Osmanlıların məğlubiyyəti ilə nəticələnən döyüş. Osmanlı-Müqəddəs İttifaq müharibələrinin son əhəmiyyətli toqquşması olan bu döyüşün ardınca 1699-cu ildə Karlovitsa müqaviləsi imzalanmışdır. 1695–1696-cı illərdə Avstriyaya qarşı iki səfərə çıxan Sultan II Mustafa, bu ölkəyə üçüncü bir səfərlə böyük bir zərbə endirmək istəyirdi. 1697-ci ildə Avstriya uzun müddətdir icra etməkdə olduğu və Fransaya qarşı döyüşdüyü 9 İl Müharibələrini bitirmiş və Osmanlı dövlətinə sülh təklifi göndərişdi. Bu zaman ölən Yan III Sobieskinin yerinə Lehistan taxtına Saksoniya Frederick keçmişdi, onun yerinə, yəni Avstriya ordusunun başına, Fransız əsilli bacarıqlı komandan Prens Eugene gətirilmişdi. II Mustafa sülh təklifini rədd etmiş, Avstriyaya üçüncü yürüş üçün hazırlıqları başlamışdı. 18 apreldə Sultan II Mustafa 100 min nəfərlik bir qüvvəylə üçüncü yürüşünə çıxdı. Yolda olarkən kiçik bir Avstriya dəstəsinin Bihke Qalası önündə məğlubiyyətə uğradığı və və Herseqovinada Venesiyalıların geri çəkildiyi xəbərləri ordunun əhvalını yüksəltdi. 11 avqustda Belqrada gələn padşah ordu komandirlər ilə 12 avqustda bir ali hərbi məclisi topladı. Məclisdə iki əsas məsələ ortaya çıxdı.
OpenAI
"OpenAI" — Delaverdə qeydiyyatdan keçmiş qeyri-kommersiya "OpenAI, Inc" və onun kommersiya məqsədli törəmə şirkəti "OpenAI Global MMC"-dən ibarət ABŞ süni intellekt (Sİ) tədqiqat təşkilatı. "OpenAI" təşkilatın "təhlükəsiz və faydalı" süni ümumi intellektin inkişaf etdirilməsi məqsədi ilə süni intellekti tədqiq edir və bunu "iqtisadi cəhətdən ən dəyərli işlərdə insanlardan üstün olan yüksək avtonom sistemlər" kimi müəyyən edir. "OpenAI" həmçinin "ChatGPT" və "GPT-4" kimi bir neçə geniş dil modelləri, eləcə də "DALL-E 3" kimi qabaqcıl təsvir yaratma modelləri və keçmişdə açıq mənbəli modellər hazırlamışdır. Təşkilat 2015-ci ilin dekabrında İlya Sutskever, Qreq Brokman, Trevor Blekvell, Viki Çunq, Andrey Karpati, Durk Kinqma, Cessika Livinqston, Con Şulman, Pamela Vaqata və Voytsex Zaremba tərəfindən təsis edilmişdir, ilkin idarə heyətində Sem Altman və İlon Mask çıxış etmişdilər. "Microsoft" şirkəti "OpenAI Global MMC"-yə 2019-cu ildə 1 milyard dollar, 2023-cü ildə isə 10 milyard dollar sərmayə qoymuşdur. 17 noyabr 2023-cü ildə idarə heyəti Altmanı baş direktor vəzifəsindən, Brokmanı isə sədr vəzifəsindən kənarlaşdırmışdır və Brokman sonra prezident vəzifəsindən istefa vermişdir. Dörd gün sonra hər ikisi idarə heyəti ilə danışıqlardan sonra geri qayıtmış və idarə heyəti üzvlərinin əksəriyyəti istefa vermişdir. Yeni ilkin şuraya keçmiş "Salesforce" baş direktoru Bret Teylor sədr kimi daxil idi. Stiven Hokinq və Stüart Rassell kimi bəzi elm adamları qabaqcıl süni intellektin nə vaxtsa özünü getdikcə artan sürətlə yenidən dizayn etmək qabiliyyətinə sahib olacağı halda qarşısıalınmaz "intellekt partlayışı"nın insanların məhvinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə etmişdilər. Həmtəsisçi İlon Mask süni intellekti bəşəriyyətin "ən böyük ekzistensial təhlükəsi" kimi xarakterizə etmişdir.
Pozantı
Pozantı — Adana ilinin ilçəsi. Tarix boyunca Pozantıya müxtəlif millətlər tərəfindən fərqli adlar verilib. Pozantının ilk dövrlərində, adı Pendonsis və ya Pendosis idi . Ərəblər Əl-Bədəndum, türklər isə Bozantı adlandırıblar. 2018-ci ilin məlumatına görə ilçədə 20.683 nəfər yaşayır.
Uzantı
1.Uzantı – faylın adında: faylın adını tamamlamaq və ya faylı təsvir etmək məqsədilə onun adına artırılan simvollar yığını. Məsələn, MS-DOS əməliyyat sistemində faylın adı səkkizədək simvoldan, sonra nöqtədən (.) və uzunluğu üçədək olan uzantıdan ibarət olur. Uzantını istifadəçi də verə bilər, proqram da (məsələn, MYDATA.NEW); ikinci halda bu uzantı həmin proqram üçün xüsusi anlam daşıyır. Məsələn, uzantısı BAS olan fayllar, adətən, BASIC dilinin proqramları olur, uzantıları COM və EXE olan fayllar isə MS-DOS sisteminin yükləyə və başlada bildiyi icra (çalışdırılabilən) proqramlardır. 2. Genişləndirmə – hesablama texnikasının müxtəlif (çeşidli) sahələrində bu termin fərqli anlamlar daşıya bilər. Məsələn, o, hər hansı konkret yığına əlavə simvollar artırmaq üçün istifadə olunan kodların istifadə olunan kodların genişləndirilmiş yığını ola bilər. Proqramlaşdırmada genişləndirmə, proqramın imkanlarını artıran və ya onun səmərəliliyini yüksəldən proqram və ya proqram modulu ola bilər.
Üzəngi
Üzəngi — atlanmaq üçün və at belində olanda müvazinatı saxlamaq üçün zəruri yəhər ləvazimatı. Köçərilər tərəfindən IV əsrdə icad edilməsi onların döyüş taktika və strategiyasında və silahlanmasında dəyişikliklərə gətirdi. Qılıncla və nizə ilə daha dəqiq və güclü zərbələr endirmək üçün dayaq və ox atmaq üçün at belində ayağa durmaq üçün imkan yaratdı.
Zənci
Zənci (isp. negro "qara (rəng)", — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. Zəncilər Анучин Д. Н. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Phlomis herba-venti
Phlomis herba-venti (lat. Phlomis herba-venti) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin bozaqgülü cinsinə aid bitki növü.
Yeni Zenit Stadionu
Qazprom Arena (rus. Газпром Арена) və ya Krestovski stadionu (rus. стадион «Крестовский») – Krestovski adasının qərbində, Sankt-Peterburqda yerləşən futbol stadionudur. Adından da bəlli olduğu kimi Zenit ev oyunlarını bu stadionda keçirir. Stadion 2017 FİFA Konfederasiyalar Kuboku üçün tikilib başa çatdırıldı.. Stadionun başa çatdırılma vaxtı dəfələrlə gecikdirilmişdir. Belə ki, stadionun 2007-ci ildə təməli qoyulanda tikintisinin 2008-ci ilin dekabrında başa çatdırılacağı planlaşdırılmışdı., Sonralar isə 2011-ci ildə tikilişinin başa çatdırılacağı düşünülsə də müxtəlif səbəblərdən stadionun tikintisi 2017-ci ilə qədər gecikdirildi. Stadion 67000 tamaşaçı tutumuna malikdir. 1,1 milyard dollara tikilən Yeni Zenit Stadionu tarixə ən baha başa gələn stadionlar içinə adını yazdırdı. Stadionun arxitektural layihəsi barədə müsabiqədə qalib Kisyo Kurokavanın "The Spaceship" layihəsi oldu.
Zenit raket kompleksi
Zenit raket kompleksi (ZRK) — funksional olaraq bir-biri ilə əlaqələndirilmiş, hava-kosmik vasitələrinə qarşı döyüşlərdə qarşıya qoyulan məsələni həll etməyə imkan verən hərbi və texniki vasitələrdən ibarət sistemdir.
Könüllü lenti (İsrail)
Könüllü lenti Birinci Dünya Müharibəsi və İkinci Dünya Müharibəsi veteranlarına verilən müəyyən statusu bildir İsrail hərbi lent bəzəyidir. == Mükafat meyarları == Lent aşağıda qeyd olunan insanlara verilir: Birinci Dünya Müharibəsi illərində Birinci Dünya Müharibəsi Batalyonunda könüllü olanların hamısı. İsrail vətəndaşı və ya İsrailin daimi sakini olan və ya Fələstində daimi iqamətgahı zamanı Birinci Dünya Müharibəsi zamanı könüllü olaraq Türk ordusunda Yişuvların (milli yəhudi qurumlarının) ehtiyaclarına uyğun olaraq xidmət etmək üçün könüllü olanlar. 8/11/1944-dən əvvəl II. İkinci Dünya Müharibəsi zamanı Britaniya ordusuna könüllü gələn İsrail vətəndaşları və ya İsrailin daimi sakinləri. Əgər onlar 8/11/1944 tarixində və ya ondan sonra könüllü olmuşlarsa, onlardan ardıcıl altı ay və ya daha çox xidmət göstərmələri tələb olunur. İkinci Dünya Müharibəsi zamanı könüllü olan vətəndaşlar nişan üçün Nasist Döyüşçüsü lentini almaq hüququna malikdirlər. Bu mükafatı alan şəxs vəfat edibsə, ailə üzvü (həyat yoldaşı, oğlu, qızı, ata, ana, qardaş, bacı, nəvə, nəvə) lent tələb etmək üçün müraciət etmək hüququna malikdir və ya itmə və ya köhnəlmə halında lentin ekvivalentini. == Dizayn == Lent - Lentin orta zolağında hər tərəfdə qırmızı, narıncı və yaşıl zolaqlar olan İsrail bayrağı göstərilir.
Van Zeni
Van Zeni (24 iyun 1983) — Polşanı təmsil edən stolüstü tennisçi. Van Zeni Polşanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Van Zeni Polşanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Qarant Sığorta Agenti MMC
Elephantulus rozeti
Şimali Afrika atlanqaçı (lat. Elephantulus rozeti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Üzəngi sümükcüyü
Üzəngi sümükcüyü (lat. stapellos) — daxili qulağa aid eşitmə sümüklərindən biri. Əsasdan, ön və arxa ayaqcıqlaradn, boyuncuqdan və başcıqdan ibarət bu sümük at üzəngisinə bənzədiyindən belə adlandırılmışdır. Üzənginin başı-lat. caput stapedis (capitulum stapedis-BNA) və iki ın (düz) ayaqcığı-lat. crus antcrius və dal (əyləşmiş) ayaqcığı-lat. crus posterius vardır. Bu ayaqcıqlar bir-biriilə oval səfhə-üzəngi əsası-lat. basis stapedis vasitəsilə birləşmişdir. Üzənginin əsası təbil boşluğunun içəri divarında olan dəhliz pəncərəsini qapayır.
Üzəngi əzələsi
Üzəngi əzələsi (lat. m. stapedius) təbil boşluğunun dal divarında yerləşir və lat. eminentia pyramidalis adlanan hündürlüyün içəri tərəfindən başlayaraq üzəngi sümükcüyünün dal ayaqcığına bağlanır. Vəzifəsi üzəngini dartmaqla daxili qulağı şiddətli vurğulardan mühafizə etməkdir.
İmpuls momenti
İmpuls momenti — maddi nöqtənin O fırlanma mərkəzinə nəzərən impuls momentinin modulu, onun impulsunun modulu ilə çevrənin radiusu hasilinə bərabərdir, L=pr=mυr. BS-də impuls momentinin ölçü vahidi-1kqm2/san-dir. İmpuls momenti vektotrial kəmiyyətdir və onun istiqaməti sağ yivli burğu qaydasıilə təyin olunur:Burğunun dəstəyini zərrəciyin hərəkəti istiqamətində fırrlatdıqda,onun irəliləmə istiqaməti impuls momenti vektorunun istiqamətini göstərir. Fırlanma hərəkətinin tənliyi ΔL/Δt=M şəklində yazırlar. Burada M zərrəciyə təsir edən qüvvə momentidir. Həmin tənliyə görə,zərrəciyin impuls momentinin vahid zamanda dəyişməsiona təsir edən qüvvə momentinə bərabərdir. M=0 -dırsa ΔL/Δt=0 və L=const. Bu,İmpuls momentinin saxlanma qanunu-dur: Qapalı sistemdə baş verən istənilən proses zamanı onun impuls momenti sabit qalır. İmpuls momentinin saxlanma qanunu fəzanın izotropluğu ilə əlaqədardır. Yəni qapalı sistemi fəzada müəyyən bucaq qədər fırlatdıqda onun fiziki xassələri dəyişmir.
Gepard zenit-raket kompleksi
35 mm-lik "Gepard" zenit-raket kompleksi
Osa (zenit raket kompleksi)
9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir. "Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir.
Zenit Sankt-Peterburq FK
Zenit (Sankt-Peterburq) — Rusiyanın futbol klubu. Sankt-Peterburq şəhərini təmsil edir. Ev oyunlarını 69501 insan tutumlu Yeni Zenit Stadionunda oynayır Ən böyük uğuru 2008-ci ildəki UEFA Kuboku və UEFA Super Kuboku çempionluğudur. Son illərdə Qazprom şirkətinin maddi dəstəyilə Avropada güclülər sırasına düşən Zenit 2005–06 mövsümündə UEFA Kubokunda 1/4 Final oynamışdır.
Zenit raket kompleksi "OSA"
9К33 Osa (NATO təsnifatına görə: SA-8 Gecko (Gekkon)) — özüyeriyən zenit raket kompleksi. Kompleks motoatıcı diviziyanı və başqa qüvvələri aşağıdan uçan hava hücum silahlarından qorumaq üçün tətbiq edilir. SSRİ istehsalıdır, Belorusiya istehsalı olan yeni modifikasiyaları mövcuddur. 27 oktyabr 1960-cı ildə layihə işlərinə başlanmış və 4 oktyabr 1971-ci ildə orduda istifadəyə götürülmüşdür. Bu sistem indi də bir çox ölkələrdə tətbiq olunur və dəqiq vurma qabiliyyətinə malik olduğu bildirilir. "Osa" sistemində bərk yanacaq əsasında işləyən bir pilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km məsafə qət edilə bilir. Raketin başlanğıc çəkisi 130 kq-dır. Raketin daşıdığı mərmi başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal əməliyyat hündürlüyü 5000 m-dir.
Zenit raket kompleksi S125
S-125 zenit raket kompleksi (ZRK) – Sovet istehsalı yer-hava tipli, yaxın təsir dairəsinə malik olan silah sistemidir. 1961-ci ildən SSRİ silahlı qüvvələrində istifadəyə qəbul edilmişdir. Zenit raket kompleksi S-125 "Peçora" aşağıdan uçan pilotlu və ya pilotsuz aparatların 20 – 18 000 m hündürlükdə və 3,5 – 25 km uzaqlıqda vurulması üçün nəzərdə tutulmuşdur. Hədəfin dəqiq nişan alınması da əsas məqsədlərdəndir. Bunun üçün bir-birinə perpendikulyar olan iki müstəvi arasındakı boşluğun skanerlənməsi lazım idi ki, hədəfdən və raketdən gələn siqnalların uzlaşdırılması mümkün olsun. Hədəfin tutulması üçün əlavə antenadan buraxılan nazik şüadan istifadə edilir. S-125 ZRK üçün "Fakel" konstruktor bürosunda işləib hazırlanmış 2 pilləli, sürətləndirici və marş bərk yanacaqla işləyən mühərriklərdən istifadə edilir. 1961-ci ildə orduya qəbul edilən "Peçora" V=560 m/san sürətlə uçan hədəfi iki raketlə 0,98 ehtimalı ilə vurmaq imkanına malikdir. İstifadə olunduğu müddətdə dəfələrlə təkmilləşdirilmişdir. S-300 raket komplekslərinin yaranması ilə bir çox köhnə modelli S-125 sistemləri istifadədən çıxarılır.
Zenit raket kompleksi S200
S-200 zenit raket kompleksi – NATO kod adı SA-5 Gammon, uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdiir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Rusiya istehsalıdır, 1967-ci ildə hazırlanmışdır. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziyona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər. S-200 zenit raket kompleksi – uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemidir. Böyük sahəni bombardmançı təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilir. Sovet/Rusiya istehsalıdır, 1967-ci ildə istehsal olunmuşdur. Hər bir S-200 divizionunda 6 start qurğusu və atəşi idarə etmək üçün radiolokator sistemi olur. Diviziona uzaq məsafələrə işləyən digər radiolokasiya sistemləri də qoşula bilər.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Oleni adaları
Oleni adaları — Şimal Torpağının mərkəzi hissəsində (Rusiya) yerləşən adalar qrupu. Adalar Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. İnzibati cəhətdən isə Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. Arxipelaq dörd adadan ibarətdir. Oktyabr İnqilabı adasında yerləşən Kurçavaya çayı mənsəbindən cənubda yerləşir. Oleni adalarının ən şimal nöqtəsini təşkil edən ada Oktyabr İnqilabı adasından 800 m aralıda yerləşir. Ən cənubda yerləşən ada isə 4 km aralıdadır. Qrupa daxil olan adalar qərbdən şərqə doğru uzanır. Adalar 1,4/2,5/2,1/2,4 km uzunluqlara sahibdir. Üç adanın eni 600–700 m arasında dəyişdiyi halda biri 400 metrdən bir qədər yüksəkdir.
Oleni adası
Oleni adası — Minin şxeri arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Rusiya Federasiyası, Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Ada Şimal Buzlu okeana daxil olan Kara dənizi suları ilə əhatələnir. Ada Minin şxerinə daxil olan digər adalar kimi 1740-cı ildə kəşf edilmişdir. Adalar şturman Fyodr Alekseyeviç Mininin şərəfinə adlandırmışdır. O, Böyük Şimal Espedisiyasının Ob-Yenisey dəstəsinə rəhbərlik etmişdir. Ərazisi Böyük Arktik qoruğu ərazisinə daxildir. Oleni adasından şimalda Ploski və Mısovıy adaları, şərq və şimal-şərqdə Şkolnikov boğazı arxasında Sirkul adası və materik yarımadası olan Minin yarımadası, cənub-şərqdə Xmıznikov boğazı arxasında Skalistiy adası, cənubda isə Plavnikovıye adaları yerləşir. Yaxınlığında yerləşən nisbətən iri ada Sirkul adasıdır. Ada ilə Rusiyanın materik hissəsi ilə arasında məsafə 4 km-dir.
Əcəl zəngi
Əcəl zəngi — 1940-cı ildə yazıçı Ernest Heminquey tərəfindən yazılmış müharibə romanıdır. Əsər əsasında eyni adlı film də çəkilmişdir. O, zamanı respublikaçı partizan dəstəsinə qoşulmuş gənc amerikalı könüllü, sosialist Robert Cordanın hekayəsindən danışılır. Dinamitçi olaraq Seqoviya şəhərinə hücum zamanı körpünü partlatmaq tapşırılıb. Süjet İspaniyada Vətəndaş Müharibəsi zamanı baş verir və respublikaçılar tərəfində partlayıcı maddələr üzrə mütəxəssis, dinamitçi kimi döyüşən Montanadan olan ispan müəllimi Robert Jordanın hekayəsi ətrafında cərəyan edir . General Qolz ona Seqoviya Hücumunda üsyançı tərəfin əks hücumundan qaçmaq üçün vacib olan körpünün dağıdılmasını tapşırır . Robert, düşmən xəttinin arxasında yerləşən bölgəyə qoca Anselmonun rəhbərliyi ilə gəlir. Orada körpünü partlatmaqda ona kömək etməli olan dəstənin başçısı Pablonun sərxoş olduğunu görür. Lakin o, dərhal aşiq olduğu gənc qız Mariya və Pablonun arvadı Pilar ilə də tanış olur. Pilar kobud və çirkin qadındır, lakin cəsur və böyük iradəlidir, eyni zamanda qaraçı qanına malikdir; yüksək respublika sədaqətinə malikdir və həm körpü missiyasında, həm də şəxsən Mariya ilə Robertin bir yerdə olmasəna çox kömək edir.