Zerti — Azərbaycan Respublikasının Laçın rayonu Zerti kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun ləğv edilərək Laçın şəhərinə birləşdirilmiş Qarıkaha kənd Sovetinin mərkəzi Zerti kəndinə keçirilmiş, bu kənd soveti Zerti kənd Soveti adlandırılmışdır.[1]
Zerti | |
---|---|
39°40′16″ şm. e. 46°32′44″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonimin kürd mənşəli zertuyi tayfasının adını daşıdığı güman edilir.[2] Orta əsrlərdə bu tayfa İran-Türkiyə sərhəd zonasında yaşamışdir. Yaşayış məntəqəsi Abdallar (indiki Laçın şəhərinin keçmiş adı) kəndindən çıxmış zertuyi nəslinin indiki ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Bəzi tədqiqatçılara görə, toponim kürd dilindəki zerlzdr (qırmızı) və ti (kənd) sözlərindən düzəlib, "qırmızı kənd" mənasındadır.[2]
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zerti kəndi mahalın bir hissəsi olmuşdur.[3] Kürdüstan qəzası ləğv edildikdən sonra Zerti Laçın rayonunun tərkibinə daxil edilmişdir.[4]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[5] Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[6]
1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kəndin sakinlərini özlərini azərbaycan türkləri kimi identifikasiya etmişdilər.[7]
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |