Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ümgülsüm Sadıqzadə
Ümmügülsüm (1899, Novxanı, Bakı qəzası – 1944, Şamaxı) — azərbaycanlı şairə, repressiya qurbanı. Müsavat partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub. == Həyatı == Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub. Evdə atasından ərəb və fars dilini öyrənib. 1908-ci ildən şeir yazmağa başlayıb. Şeir və hekayələri "İqbal", "Yeni iqbal", "Açıq söz", "Qurtuluş", "Dirilik", "Məktəb", "Qardaş köməyi", "Azərbaycan" və digər qəzet və jurnallarda dərc olunub. 1914-cü ildən mətbuatda hekayələri dərc olunmağa başlayır. 1915-ci ildə "Solğun çiçək" adlı hekayəsi "Qurtuluş" jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını münasibətilə "Türk ordusuna", "Ey türk oğlu!", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlər yazıb. Aprel işğalından sonra isə işğala qarşı "Hicran", "Bayrağım enərkən" adlı şeirlərini yazıb.
Ümmügülsüm

Ümmügülsüm Bədəl
Ümmügülsüm Bədəl (8 fevral 1995, Fəthiyə, Muğla ili) — Türkiyəni təmsil edən həndbolçu. Ümmügülsüm Bədəl, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Ümmügülsüm Bədəl, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Gülsüm Nərimanova
Gülsüm Nərimanova (Əliyeva) — İctimai-siyasi, dövlət xadimi, yazıçı, publisist Nəriman Nərimanovun həyat yoldaşı. == Həyatı == 1898-ci ildə Bakı şəhərində əslən Şamaxıdan olan tacir Mirkazım Əliyevin ailəsində anadan olmuşdur. Ev təhsili almışdı və rus dilini yaxşı bilirdi. 1915-ci ildə o, böyük mütəfəkkir, görkəmli dövlət xadimi Nəriman Nərimanovla ailə həyatı qurur və həmin zamandan onun həyatında sözün əsl mənasında yeni dövr başlayır. Gülsüm xanım 1941-ci ildən Sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətində öz taleyi haqqında danışarkən deyirdi: "…Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu…"N. Nərimanovun təsiri ilə ictimai həyata qoşulan Gülsüm xanım öz tərcümeyi-halında yazır ki, o, müsəlman qadınlar arasında siyasi iş aparmış, gizli ədəbiyyat yaymış, onları yeni həyata səsləmişdir. Getdikcə fəallığını artıraraq Bakıda əlillər evi, uşaq baxçası və körpələr evlərinin yaradılması işində böyük səy göstərmişdir. Təhsilini daim artırmağa çalışan Gülsüm xanım 1921-ci ildə Azərbaycan Xalq Maarif Komisarlığmin məktəbəqədər tərbiyə şöbəsinin müsəlman qadınlar üçün açdığı ilk kursu bitirmişdir.1925-ci ildə N. Nərimanovun vəfatından sonra oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər yenə də təhsilini davam etdirmiş, Moskva Pokrovski adına məktəbin fəhlə fakültəsində oxumuşdur.
Qaçaq Gülsüm
Qaçaq Gülsüm — Qaçaq Süleyman adı ilə 200-dən çox qaçağa rəhbərlik edən Gülsüm 1861-ci ildə Şəmkir rayonunun Sarxan kəndində anadan olub. O, təkcə çar məmurlarına, bəylərə, pristavlara qarşı deyil, eyni zamanda, yerlərdə əhalini çapıb-talayan yerli məmurlara, həmçinin azğın quldur dəstələrinə qarşı da amansız mübarizə aparırdı. Süleymanın bu mübarizəsi artıq Qafqaz canişinliyində böyük marağa səbəb olmuşdur. == Həyatı == Gülsüm kəndin ağsaqqallarından sayılan Əmirqulu kişinin böyük qızıydı. Əmirqulu kişinin ondan başqa 6 oğlu, 1 qızı da vardı. Ailə kasıb olduğu üçün Gülsüm imkanlı adamların evində xidmətçi kimi çalışırdı. 18 yaşlı qızı qardaşları işləməyə qoymasalar da, o, ailəsinə dəstək olmaq üçün çalışmağa üstünlük verirdi. Qapıya bir neçə dəfə elçi gəlsə də, cehiz toplamaq imkanları olmadığı üçün imtina etmişdi. Bu həyat belə davam edəcəkdi. Lakin Gülsümün həyatını dəyişən o müdhüş gün olmasaydı.
Ümmü-Gülsüm Sultan
Ümmügülsüm Sultan (d. 1670 - ö. 13 dekabr 1722) — IV Mehmedin qızı. == Həyatı == Ümmügülsüm Sultan 1670-ci ildə Ədirnədə dünyaya gəldi. Atası Osmanlı sultanı IV Mehmed, anası isə onun hasəkilərindən Əmətullah Gülnuş Sultandır. 26 may 1675-ci ildə Ədirnədə qardaşları Şahzadə Mustafa və Əhməd üçün keçirilən möhtəşəm sünnət mərasimi əsnasında hələ 5 yaşı olmasına baxmayaraq Mərzifonlu Mustafa Paşayla evləndirildi. Sufi nikahı olan bu nikah Ümmügülsüm Sultan yetkinlik yaşına çatana qədər tamamlanmadı. 1683-cü ildə keçirilən saray əyləncəsinin ardından paşanın sarayına göndərildi. Ancaq həmin ilin dekabrında Mərzifonlu Mustafa Paşa edam olundu. Ümmügülsüm Sultanın bu nikahdan Mihrişah xanım Sultan adlı bir qızı dünyaya gəldi.
Ümmü Gülsüm binti Məhəmməd
Ümmü Gülsüm binti Məhəmməd (ərəb. ‎, 603 və ya 604, Məkkə – 10 dekabr 630, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı. == Bioqrafiyası == O, Məkkədə anadan olmuşdur. O, Əbu Ləhəbin ikinci oğlu Uteybə ilə nişanlanmışdır. Lakin Məhəmməd peyğəmbərlə əmisi Əbu Ləhəb arasında münasibətlər pisləşdiyindən, Əbu Ləhəb nikah münasibəti başlamamışdan əvvəl nikahın ləğvinə təşəbbüs göstərir. Ümmü Gülsüm ilk müsəlmanlardan idi. O, digər müsəlmanlarla birlikdə Məkkədən Mədinəyə hicrət etmişdir. 624-cü ildə bacısı Rüqəyya binti Məhəmməd vəfat etdikdən sonra Osman ibn Əffanın həyat yoldaşı olur. Ümmü Gülsüm və Osmanın övladları olmamışdır. Ümmü Gülsüm atasının ölümündən iki il əvvəl 630-cu ildə vəfat etmişdir.
Ümmü Gülsüm binti Əli
Ümmü Gülsüm binti Əli (ərəb. أمّ كلثوم بنت علي‎; 627, Mədinə) — Məhəmməd peyğəmbərin nəvəsi, Əli və Fatimənin qızı. Sünni və bəzi şiə mənbələrinə görə o, Ömər ibn Xəttabın həyat yoldaşıdır. == Həyat == 627-ci ildə anadan olub. Əlinin Ümmü Gülsüm adlı iki qızının böyüyüdür. Onun Ömərlə evliliyi sünni mənbələrində qeyd edilsə də, şiə mənbələri arasında mübahisəlidir. Şiə mənbələrində bu barədə müxtəlif ixtilaflar vardır. Sünni mənbələrinə görə, Ömər Məhəmmədlə qohumluğunu gücləndirmək üçün Ümmü Gülsümlə evlənmək istədiyini Əliyə bəyan edir. Əli isə qızının həddi-büluğa çatmadığı və qardaşı Cəfər ibn Əbu Talibin oğlu ilə evlənmək istədiyi üçün bu tələbə etiraz edir, lakin Ömərin təkidi ilə Əli razı olur. 638-ci ilin son aylarında Ümmü Gülsüm Ömərlə evlənir.
Ümmügülsüm Sultan (III Mehmedın qızı)
Ümmügülsüm Sultan (d. 1596 - ö. ?) — Osmanlı sultanı III Mehmedın qızı. Ümmügülsüm Sultan III Mehmedin və Handanın qızı idi. 1622-ci ildə onun subay olduğu və yaşı iyirmidən çox olduğu qeyd edildiyi kimi, o, artıq bir dəfə evlənmiş olmalıdır; ilk evliliyi Buda valisi Kadızadə Əli Paşa (vəfatı 1616) ilə olmuşdur. Səfirlər Paşanın təxminən 50 yaşında olduğunu və Sultan Əhmədin özündən kiçik olan öz bacısı ilə evli olduğunu qeyd ediblər. Sultan İbrahimın dövründə 1648-ci ilin ortalarında vəfat edən Murad Paşa Herceqoviç ilə evləndi. 1649-cu ilin fevralından etibarən hərəm dəftərlərində onun artıq müəyyən bir Xəlil paşa ilə yenidən evləndiyi qeyd olunur. 1650-cı illərdə öldü.
Ümmügülsüm Sultan (III Əhmədin qızı)
Ümmügülsüm Sultan (Osmanlıca: أم كلثوم بن أحمد ط ساليس) (d. 7 fevral 1708 - ö. noyabr 1732) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. == Həyatı == Ümmügülsüm Sultan 1708-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə Əminə Mihrişah Sultandır. Əkizi olan Zeynəb Sultan 7 aylıq ikən vəfat etmişdir. 2 yaşı olanda yaşlı vəzirlərdən Əbdürrəhman Paşayla nişanlandı. Bu hadisə isə paşa üçün baha başa gəldi. Topqapı sarayında baş tutan nişan mərasimi əsnasında bütün saray əhalisinə, o cümlədən Sultan Əhmədə, baş qadınəfəndisi Əmətullah Sultana, bütün şahzadə və sultanlara hədiyyələr göndərildi. Ancaq nişandan sonra Əbdürrəhman Paşa Rumeliyə göndərildi və sultanla evlənmədən 1715-ci ildə burada vəfat etdi.
Ümmügülsüm Sultan (Sultan İbrahimin qızı)
Ümmügülsüm Sultan (d. yanvar 1642 - ö. 1655) — Osmanlı sultanı Sultan İbrahimin qızı. == Həyatı == Ümmügülsüm Sultan 1642-cü ilin yanvarında Topqapı sarayında doğuldu. Anası Dilaşub Sultandır. Uşaqlıq illəri Topqapı sarayında keçdi. Hələ 5 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, yerinə özündən bir yaş böyük ögey qardaşı IV Mehmed taxta çıxarıldı. Nənəsi Validə Kösəm Sultanın himayəsində Topqapı sarayında yaşamağa davam etsələr də, 1651-ci ildə nənəsi saray üsyanı nəticəsində öldürüldü və o, bacısı Ayşə Sultan və anası Dilaşub Sultan mərhum padşahın digər xanımları və qızlarıyla birlikdə Köhnə saraya sürgün edildi. Çox keçmədən Validə Turhan Sultan tərəfindən 1653-cü ildə vəzir Əhməd Paşayla nigahlandırıldı. Tamamilə formal olan nigahın ardından Əhməd Paşa Bozca adanın mühafizəsiylə vəzifələndirilib paytaxtdan uzaqlaşdırıldı.
Ümmü-Gülsüm Sultan (IV Mehmedin qızı)