Ayağilə ona bir təpik ilişdirdi.
// Şıllaq.
□ Təpik atmaq – ayağı ilə vurmaq, vurmaq üçün ayağını, ya ayaqlarını işə salmaq (at və s. heyvanlar haqqında).
[Nabat:] …Gülsüm bacı, hərdənbir o düyəyə də baxarsan, Allah vurmuş dəlidir, təpik atıb südü dağıdar, arvadı vurar, yıxar.
Təpiyə qalxmaq – hər iki ayağı ilə təpik vurmaq, təpikləmək, təpik atmaq.
[Gülo:] Yaman dəymişi gözlə, yoxsa bu da vəlləyib dərzi dağıdacaq, – dedi və özünü təpiyə qalxan ala cöngəyə tərəf tulladı.
◊ Təpik-təpiyə vermək (gəlmək) – təpikləşmək, yola getməmək. [Qurban Telliyə:] Zarafat deyil, o böyük alim Mudrova zidd gedirik.
Akademiklə təpik-təpiyə vermişik!