Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hikmət Şıxməmmədov
Natiq Şıxməmmədov
Əvəz Şıxməmmədov
Əvəz Hafizlinin qətli — Azərbaycan jurnalisti və blogeri, LGBTİ+ icma üzvü Əvəz Hafizlinin (rəsmi soyadı Şıxməmmədov) qətlə yetirilməsi hadisəsi. Qətl hadisəsi 22 fevral 2022-ci il tarixində, Bakı şəhərində, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində baş vermişdir. Cinayəti Hafizlinin əmisioğlu Əmrulla Gülalıyev törətmişdir. 29 iyulda Bakı Ağır Cinayətlər Məhkəməsində Əmrulla Gülalıyevə hökm oxunmuşdur. Hökmə əsasən, Əmrulla Güləliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsilə təqsirli bilinmiş və 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Əvəz Hafizlinin ölümü Azərbaycanda ictimai rezonansa səbəb olmuşdur. LGBTİ+ hüquqları tərəfdarları sosial mediada Hafizlinin xatirəsini yad etmiş və gey icmasına qarşı zorakılıqla bağlı tədbir görülməməsindən şikayətlənmişdir. Bundan başqa, ABŞ-nin Azərbaycandakı səfirliyi Hafizlinin ailəsinə və yaxınlarına başsağlığı vermişdir. Əvəz Hafiz oğlu Şıxməmmədov 5 mart 1998-ci ildə anadan olmuşdur. O, daha çox "Əvəz Hafizli" təxəllüsü ilə tanınır.
Cahangir bəy Şıxməmmədbəyov
Cahangir bəy Şıxməmmədbəyov (1898-?) — Tiflis Kommersiya məktəbinin məzunu, pedaqoq. == Həyatı == Cahangir Şıxməmmədbəyov 1898-ci ildə Qutqaşen rayonunun Bum kəndində ziyali ailəsində dünyaya göz açmışdır. İlk təhsilini Bum məktəbində almışdır. Bum məktəbi "rus-tatar" məktəbi olub təhsil müddəti 5 il idi. Məktəbi 1911-ci ildə qurtaran gənc Cahangir həmin ildə Tiflis şəhərinə getmiş və orda "Коммерские училише"də oxumuş, 1916-cı ildə Nuxa gimnaziyasına dəyişmiş, 1919-cu ildə gimnaziyani başa vuraraq Bakıya qayıtmışdır. Bir müddət dəmir yol stansiyasında dispetçer işləmiş və 1922-1925-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) oxumuşdur. Təhsil illərində Bakı şəhərindəki 6, 29 və 19 №-li məktəblərdə işləyən Cahangir Şıxməmmədbəyov 1925-ci ildə ali məktəbi bitirdikdən sonra müəllim Rza Talıblının məsləhəti ilə Türkmənistana getmişdir. Cahangir müəllim onunla bərabər Türkmənistana gəlmiş Əli Axundovla birgə Aşqabad pedaqoji texnikumunun, ikiillik qızlar üçün texnikumun və Türkmənistan Partiya Məktəbinin açılışında yaxından iştirak etmiş və həmin təhsil ocaqlarında işləmişlər. Əslində onlar Türkmənistanın ilk ali təhsilli müəəllimləri olmuşlar. Türkmənistan təhsili kənardan gələrək burada ziyalıları birləşdirmiş və onlar respublikanın maarif həyatının canlanmasında əsas qüvvəyə çevrilmişdir.
Şirməmməd Hüseynov
Şirməmməd Ağaməmməd oğlu Hüseynov (17 dekabr 1924, Nuxa – 24 iyun 2019, Bakı) — Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru. Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1940-cı ildə orta məktəbi bitirib. 1941–1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatalada və Şəkidə müəllim işləyib. 1945–1950-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. 1950–1954-cü illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954–1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962–1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini, 1961–1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971–1976-cı illərdə isə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb.
Şirməmməd Nəzərli
Şirməmməd Nəzərli (31 may 1948, Lənkəran) ― yazıçı, jurnalist, fotoqraf. HUMAY mükafatı laureatı. Azərbaycan Jurnalistlər, Yazıçılar və Fotoqraflar Birliklərinin üzvü. Azərbaycan sovet dövrü teatr həyatında ilk dəfə yaradılmış dini məzmunlu ZAMAN teatrı dramaturq Ş. Nəzərlinin "Müctəhidin yuxusu" birpərdəli pyesi ilə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində fəaliyyətə başlayıb. Teatr sonra onun müştərək yazdığı daha iki pyesini səhnəyə qoyub. Şirməmməd Dadaş oğlu Nəzərli 1948-ci il may ayının 31-də Lənkəran rayonunda doğulub. Orta məktəbi bitirdikdən sonra Lənkəran Pedaqoji Texnikimunda təhsil alıb (1965–1967). Təyinatla indiki Biləsuvar rayonundakı A. S. Puşkin adına beynəlmiləl orta məktəbdə müəllim işləyib. Sovet ordusu sıralarında xidmət edib (1967–1969). 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olub.
Şirməmməd Əli
Şirməmməd Əli (1 iyul 1997; Hotan, Çin) hazırda Çin Super Liqasında "Henan Cianye" komandasında oynayan Uyğur-Çinli yarımmüdafiəçi futbolçudur. Şirməmməd 1 iyul 1997-ci ildə Çinin Hotan şəhərində anadan olmuşdur. Əslən uyğurdur. Şirməmməd karyerasına 1 yanvar 2015-ci ildə "Henan Reserves" komandasına transfer olunmaqla başlamışdır. 1 iyul 2016-cı ildə komandadan ayrılan Şirməmməd tam 1 il ərzində sərbəst futbolçu olaraq fəaliyyət göstərmiş, heç bir komandada oynamamışdır. Peşəkar karyerasına isə 1 iyul 2017-ci ildə Portuqaliyanın "Qondomar" klubunun ilk komandasına yüksəldikdən sonra başladı. 27 fevral 2018-ci ildə Çin Super Liqasının təmsilçisi "Henan Cianye" komandasına qayıtdı. 2 mart 2018-ci ildə Şirməmməd klubdakı debütünü 89-cu dəqiqədə Qu Caonun əvəzedicisi olaraq "Tyancin Quancian"-a qarşı 4:0 hesabı ilə qalibiyyətində etdi. Həmin mövsümdə 1 sarı kart almışdır. Ona yeganə sarı kart 19 may 2018-ci ildə keçirilən "Henan Cianye" və "Quanju RF" oyununda verilmişdir.
Şahməmməd Şahməmmədov
Şahməmməd Gülməmməd oğlu Şahməmmədov (d. 6 avqust 1947, Ləngəbiz kəndi, Ağsu rayonu, Azərbaycan SSR SSRİ) — Azərbaycanlı hərbçi; Qarabağ müharibəsi iştirakçısı, polis polkovniki, şair və yazıçı. Şahməmməd Şahməmmədov 6 avqust 1947-ci ildə Azərbaycan Respublikası, Ağsu rayonu, Ləngəbiz kəndində anadan olmuşdur. 5 yaşında I sinfə getmişdir. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji texnikumuna daxil olmuşdur. Texnikumu bitirib, Ağsu rayonunun Səfərli və Ərəbuşağı kəndlərində 2 il müəllim işləmişdir. Sonra Uzaq Şərqə əsgəri xidmətinə getmişdir. Əsəgəri xidməti başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlmişdir. ADU-nun hüquq fakültəsinə daxil olmuşdur. Eyni zamanda fəaliyyətini respublikanın hüquq-mühafizə orqanları ilə bağlamışdır.
Ağamməd Şixməmmədov
Mirməmməd Cavadzadə
Cavadzadə Mirməmməd Cavad oğlu (18 may 1927, Lənkəran, Lənkəran qəzası – 7 avqust 2008, Bakı) — Görkəmli uroloq-alim və pedaqoq, dövlət mükafatları laureatı, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru. SSRİ məkanında ilk ən güclü uroloji məktəbin yaradıcısı olub. O, həm də Azərbaycanda uroloji məktəbin yaradıcısı idi. Mirməmməd Cavadzadə 1927-ci il mayın 18-də Lənkəran şəhərində anadan olmuşdur. 1943-cü ildə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbini, 1948-ci ildə ADTI-nin müalicə-profilaktika fakültəsini bitirmişdir. 1951-ci ildə II Moskva Tibb İnstitutundakı urologiya kafedrası aspiranturasında oxumuş, 1954-cü ildə "Sidik axarının daşları" mövzusunda namizədlik dissertsiyası müdafiə etmişdir. 1954-cü ildən 1957-ci ilə qədər Krım Tibb Institutunda assistent, sonra urologiya üzrə dosent olmaqla, Krım Vilayətinin baş uroloqu işləmişdir. 1962-ci ildə "Böyrəklərin polikistozu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru adı almışdır. 1963-cü ildə Bakıya dəvət olunmuş və müsabiqə yolu ilə Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya və operativ nefrologiya kafedrasına müdir seçilmişdir. Doğma Azərbaycana qayıtdıqdan sonra o, yüksək səviyyəli elmi-klinik müəssisə yaratmış və bununla da müasir klinika məktəbinin və urologiya elmində yeni istiqamətin təməlini qoymuşdur.
Usta Baba Pirməmməd
Usta Baba Pirməmməd (1898, Balaxanı, Bakı qəzası – 26 mart 1957, Bakı) — Azərbaycan neft və qaz istehsalı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1948), "Stalin" mükafatı laureatı (1950). Usta Baba Pirməmməd 1898-ci ildə Bakı qəzasının Balaxanı kəndində neftçi fəhlə anadan olmuşdur. Üçsinifli məktəb bitirmiş və 1916-cı ildə qazmaçılar dəstəsində fəhləliyə başlamışdır. 1923-cü ildə qazmaçı, 1928-ci ildə qazma ustası vəzifələrində işləmişdir. Sonrakı illərdə Usta Baba Pirməmməd quyuların təmiri, izolyasiyası kontorunda və qazma kontorunda bir sıra inzibati-texniki vəzifələrdə işləmiş və Azərbaycan Sənaye İnstitutu yanındakı təsərrüfatçı kurslarında oxumuşdur. Bir müddət "Leninneft" qazma kontorunun katibi, 1938-ci ilin dekabrında isə quyuların əsaslı təmiri kontorunun direktoru vəzifəsinə təyin edilmişdir. O, 1940-cı ildən "Leninneft"in qazma kontorunda, 1945-ci ildən isə "Kirovneft"in qazma kontorunda direktor vəzifəsində çalışmışdır. 1945-ci Buzovnaya göndərilən Usta Baba Pirməmməd "Buzovnaneft" qazma kontorunun rəhbəri olmuşdur. O, yeni Buzovna–Maştağa neft sahəsinin kəşfində fəal iştirak etmişdir. Usta Baba Pirməmməd 1930-cu ildən ildən Sov.İKP üzvü, 1937-ci ildən Bakı Şəhər Zəhmətkeş Deputatlar Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı (4-cü çağırış) olmuşdur.