Hikmət Azər oğlu Şıxməmmədov (6 dekabr 1995; Dağ Kəsəmən, Ağstafa rayonu — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Hikmət Şıxməmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dağ Kəsəmən, Ağstafa rayonu, Azərbaycan |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Dəfn yeri | Dağ Kəsəmən |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017—2018; 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Hikmət Şıxməmmədov 1995-ci il dekabrın 6-da Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub.[1] 2002–2013-cü illərdə 2 saylı Dağ Kəsəmən kənd tam orta məktəbində, 2013–2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin idarəedilməsi" fakültəsində təhsil alıb. Ailəli idi.
Hikmət Şıxməmmədov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Hikmət Şıxməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Hikmət Şıxməmmədov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunun Dağ Kəsəmən kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Şıxməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Şıxməmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Şıxməmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]