DİNLƏMƏK

DİNLƏMƏK İstər-istəməz skamyanın arxasına söykənib bu lətif səsi dinləməyə başladı (M.Hüseyn); EŞİTMƏK Eşidin, nə deyir; “İki gün əvvəl; Niyə gecikmişdin? Bundan danış gəl!” (M.Rahim); QULAQ ASMAQ [Şahməmməd:] Mənə qulaq as... (S.Rüstəm); QULAQ TUTMAQ Ol sözə tutma qulaq, mən çəkdiyim əfqanə tut (Füzuli); QULAQ VERMƏK Nisəbəyim xanım: Hətta bir gün mən qapı dalından qulaq verirdim (M.S.Ordubadi); GUŞ ELƏMƏK (köhn.) Kağəz sənə ağ göstərir öz sineyi-safın; Guş eyləmə lafın (M.Ə.Sabir); GUŞ QILMAQ (köhn.) Guş qılginən bir sadələrə... (C.Məmmədquluzadə); MÜLTƏFİT OLMAQ Maral: Mirzə, bir yanını yerə qoy, mənə yaxşı mültəfit ol (S.Rəhman).

DİNGİ
DİNMƏK

Значение слова в других словарях