Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Koqqiqriya sarağanı
Koqqiqriya sarağanı (lat. Cotinus coggygria) - sarağan cinsinə aid bitki növü.
Parabank
Para — 1991–2016-cı illərdə Parabank adı ilə bank, 2016-cı ildən isə Parabokt adı ilə "bank olmayan kredit təşkilatı" (BOKT) kimi Azərbaycanda fəaliyyət göstərən açıq səhmdar cəmiyyəti (ASC). Parabank 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduğu dövrlərdə yaranan ilk banklardandır. 2016-cı ildə Parabank öz strategiyasını yenidən gözdən keçirmiş və "Bank Olmayan Kredit Təşkilatı" lisenziyası ilə fəaliyyətini bərpa etmişdir. "Para" brendi altında PARABOKT adı ilə yenidən xidmət göstərməyə başlamışdır. Bununla da, Azərbaycanda ilk dəfə bankın digər kredit təşkilatına – BOKT-a çevrilməsi prosesi həyata keçirilib. ParaBOKT xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. "Para" ASC 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılaraq sonradan banklara satılan "MilliKart" prosessinq mərkəzi MMC-nin təsisçisidir. Bank 1990-cı illərdə öz şəbəkəsini inkişaf etdirməyə və genişləndirməyə başladı və Kommersiya Bankları Assosiyası ilə İnterbank Valyuta Mübadiləsi təşkilatlarının üzvü seçildi. 2003-cü ildə "PricewaterhouseCoopers" Parabankın illik hesabatını yoxlayaraq onun Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) uyğun olmasını təsdiq etdi. Parabank daha sonra Millikart Prossesinq mərkəzinin yaradıcılarından biri oldu və Visa Beynəlxalq Ödəniş Sistemlərinə üzv seçildi.
Arabaçı
Arabaçı (Gədəbəy) — Gədəbəy rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Arabaçı — Gədəbəy rayonunun Çobankənd inzibati ərazi vahidində kənd.
Baraban
Baraban - iki üzünə dəri çəkilmiş, içiboş, enli, silindrşəkilli, ağacla vurularaq çalınan musiqi aləti.
Afrika tarakanı
Afrika tarakanı (lat. Supella longipalpa) — bədənləri kitin təbəqə ilə örtülüdür. Ümumiyyətlə rəng açıq sarımtıl qəhvəyi, çəhrayı əsmər və bəzən də tünd qəhvəyi, pronotum homogen bir şəkildə açıq qəhvərəngi, ön qanadın qaidəsi və ortasına doğru bir ədəd eninə geniş tünd cızıq mövcuddur, ikinci cızıq bəzən silik ola bilər. Thorax və abdomendə eninə tünd kahverengi bant olur, ancaq, yetkinlərdə qanadlar bu bantları bağlayar. Erkəklərdə bədən silindirikdir, qanadlar abdomenin ucundan çıxar, ön qanadın ucuna doğru olan qisimi açıq sarımsı rəngdə, arxa qanadlar tam inkişaf etmiş və asanlıqla uçmağı təmin edəcək vəziyyətdədir.
Alman tarakanı
Alman yüyrüyü (lat. Blattella germanica), Bu növ digər tarakan növlərinə görə daha kiçik quruluşlu, ümumiyyətlə rəngi açıq sarımtılı qəhvəyi rəngdə, pronotum üzərində uzunluğuna iki ədəd qalın tünd ləkə olması ilə digər növlərdən ayrılmaqdadır. Qanadlar yaxşı inkişaf etmiş, erkəklərdə abdomen uzun və silindr şəklində olur, qanadlar abdomeni tamamilə örtməz, dişilərdə abdomen yumuru və bütünlüklə qanadlar tərəfindən örtülmüşdür. Yetişkinlər 10–15 mm boyundadır və dişilər erkəklərdən daha qısa olur. Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: М.,Москва, 1989, 414с. Белозеров Е.С., Иоанниди Е.А. Курс эпидемиологии: АПП “Джангар”, 2005, 136с. Васильев К., Шляхов Э. Методы исследования в эпиде- миологии: Картя Молдовеняска, 1971, 186с. Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Петер- бург, Фолиант, 2006, 716с. Клименко Е.П., Попов В.П. Эпидемиологический анализ: М., Медицина, 1983, 192с. Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекцион- ные болезни и эпидемиология: М., Москва, 2006, 810с.
Amerikan tarakanı
Amerikan Tarakanı (Lat. Periplaneta americana) — Adına baxdıqda Amerikan tarakanı olmasına baxmayaraq bu növün vətəni Amerika deyil, Afrika olduğu və bu qitədən əsirlərlə birlikdə Amerikaya soxulduğu və daha sonra gəmilərlə edilən ticarət vasitəsiylə dünyanın hər tərəfinə yayıldığı qəbul edilməkdədir. Böyük qırmızımtıl qəhvəyi rəngdə və tam inkişaf etmiş olan qanadlara sahib bir növdür. Başlarının arxasındakı hissə isə sarı rəngdədir. Pronotumun kənarları diqqətə çarpan olmayan açıq rəngli bir lentlə çevrili, erkəklərin qanadları bədəndən 4–8 mm qədər çölə çıxır, dişilərin qanadları abdomenin son halqasına qədər uzanmaqla, abdomenin sonunda və alt tərəfindən və bunun yanında uzunlamasına çuxur tərəfindən bir xətt var. Yetişkinlər, 35–50 mm boyunda olurlar. Dişi Amerikan tarakanları yumurtaları üçün qoruyucu kisələr hazırlayırlar. Bu kisələr kapsul formasındadır. Tarakanlar kapsulu hazırladıqdan sonra isti və nəmli bir yerə qoyurlar. Ortalama hesabla bir kapsulda təxminən 16 yumurta olur.
Asiya tarakanı
Asiya Tarakanı (Periplaneta australasia) — Bədən rəngi qırmızımtı qəhvəyidən tünd qəhvəyi və ya qaraya qədər dəyişən bu növdə qanadlar yaxşı inkişaf etmiş, pronotum tünd qəhvəyi rəngdə olub kənarları diqqətə çarpacaq dərəcədə açıq sarı rəngdə bir lentlə çevrili olur, bu zolağın qalınlığı dəyişə bilər, ön qanadların qaidə qisimində açıq sarı rəngdə bir xətt olur, dişilərdə abdomenin sonunda və alt tərəfində, yanında uzunlamasına yarığa bənzər bir xətt var. Yetişkilər 21–34 mm boyunda olur. Беляков В.Д., Яфаев Р. Х. Эпидемиология: М.,Москва, 1989, 414с. Белозеров Е. С., Иоанниди Е.А. Курс эпидемиологии: АПП "Джангар", 2005, 136с. Васильев К., Шляхов Э. Методы исследования в эпиде- миологии: Картя Молдовеняска, 1971, 186с. Зуева Л.П., Яфаев Р. Х. Эпидемиология: Санкт-Петер- бург, Фолиант, 2006, 716с. Клименко Е.П., Попов В.П. Эпидемиологический анализ: М., Медицина, 1983, 192с. Покровский В.И., Пак С.Г., Брико Н.И. Инфекцион- ные болезни и эпидемиология: М., Москва, 2006, 810с. Попов В.Ф. Руководство по эпидемиологическому ана- лизу: М., Медицина, 1973, 216с. Флетчер Р., Флетчер С., Вагнер Э. Клиническая эпиде- миология: Изд-во Медиа Сфера, Москва, 1998, 346с.
Asta Qarabağı
Asta Qarabağı — Azərbaycanın milli rəqsi. Bu rəqs Qarabağda, Xankəndidə yaranıb. Rəqsin hərəkət düzümləri sabitdir, aram hissədə yerindəcə, sonra isə bir qədər tərpənişlə ifa olunur. Rəqsin tempi aramdır..
Qaramanı-Türkmanan
Türkmən (qədim adı Qaramanı-Türkmanan) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Tarixdə bu yer Qaramanı-Türkmanan adlanmışdır.
Arabaçı (Gədəbəy)
Arabaçı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arabaçı kənd inzibati ərazi dairəsində kənd. Kənd Axınca çayının sağ sahilində, Murğuz silsiləsinin ətəyindədir. Yerli əhali tərəfindən Şınıx Arabaçısı da adlanır. XIX əsrin ortalarında indiki Çobankənd inzibati ərazi vahidindəki Arabaçı kəndindən köçüb gəlmiş ailələr (azanlı, bayramlı, kəlbayılar, culuylu tirələri) tərəfindən salınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 118 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Arabaçı (astronomiya)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı (bürc)
Arabaçı bürcü (Latınca:Auriga) - Göyün şimal yarımkürəsindədir. Azərbaycanda il boyu görünür. Bu Ptolemeyin 48 bürclərindən biridir və 88 müasir bürclərdən biri kimi Beynəlxalq Astronomiya İttifaqı tərəfindən qəbul edilib.
Arabaçı bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ayaz Arabaçı
Ayaz Arabaçı 1967-də Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulmuşdur. 1984-də Arabaçı kənd orta məktəbini bitirmişdir. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir. 1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir. Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur. Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür. 8 şeir kitabının müəllifidir.
Döyüş arabası
Cəng arabası və ya Döyüş arabası - qədim zamanlarda xüsusən hərbidə hərəkət vasitəsi kimi istifadə edilən ikitəkərli və dördtəkərli zirehli qoşqu arabası. Cəng arabası Ur müharibə və sülh ştandartlarına əsasən təxminən e. ə. 2600-cü illərdən müharibələrdə istismar edilməyə başlanılmış ən qədim döyüş texnikası sayılır. Təxminlərə görə ilk dəfə e.ə. III minillikdə şumerlər tərəfindən ağır diskli ikitəkərli və dördtəkərli formada hazırlanmış bu döyüş arabaları sonradan e.ə. II yüzillikdə yüngül mil təkərlərlə əvəz edilərək ikitəkərli çevik araba formasını almış və eramıza qədər geniş tətbiqini tapmışdır. Bu araba vasitəsilə oxatanlar, nizəçilər, qılıncoynadanlar döyüşə atılarmışlar. Zəmanəsinə görə at qoşqulu bu arabalar çox baha başa gəldiyindən, belə arabalar əsasən varlı və adlı-sanlı cəngavərlərə məxsus idi. Homer öz məşhur poeması "İliada"da belə cəngavərlərin təsvirinə geniş yer vermişdir.
Nikolay Arabacı
Nikolay Petrov oğlu Arabacı (20.09.1893, indiki Moldova Respublikası Qaqauz Yeri MV Çadır rayonunun Kiriyet kəndi -1960, Moskva)—Qaqauz şairi. İlk təhsilini doğulduğu kənddə alıb Kom­rat­dakı liseyi bitirdikdən sonra Moskvaya gedərək Güney Doğu Xalqlarının Dilləri İnstitutuna daxil olan N.Arabacını 1930-cu illərdə SSRİ-nin İstanbuldakı Ticarət Nümayəndəliyində işlə­məyə göndərirlər. İstanbul mühiti, Türkiyədə yaşayan qaqauz kökənli insan­larla ünsiyyət onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. Xalqının tarixi və ədəbiyyatını öyrənməyə çalı­şan vətənpərvər fikrini xalqına çatdırmaq üçün ədəbi yaradı­cılığa başlayır. İlk yazılarını da Kırımda tatarca çap olunan qəzet-jurnallara göndərir. SSRİ-i Almaniya üzərində qələbədən sonra Bessarabiyanı yenidən öz ərazisinə qatır. Beləliklə Bucakda toplu halda ya­şayan qaqauzlar yenidən Rusiyanın-Sovetlər Birliyinin tərki­bində yaşamalı olurlar. Bu dəyişiklik yüzlərlə qaqauzun ölü­mü­nə, həbsinə, sürgününə və aclıqdan doğma yerləri tərk et­mə­sinə səbəb olur. Çünki Sovetlər Birliyinə daxil edilənədək hər bir qaqauzun fərdi təsərrüfatı, əkin sahəsi, iş yeri vardı. So­vetlər Birliyinin tərkibinə qatıldıqdan sonra onların torpaqları, iş alət­ləri, mülkləri əllərindən alınaraq kollektiv təsərrüfatlar yaradıldı.
Ot arabası
Ot arabası — Con Konstebl tərəfindən çəkilmiş rəsm əsəri. Əsər 1821-ci ildə tamamlanmışdır. Londonda Milli Qalereyada saxlanılır, "Konstbelın ən məşhur əsəri", ən tanınmış və dahiyanə ingilis rəsm əsərlərindən biri hesab olunur.
Əlil arabası
Əlil arabası — fiziki narahatçılığı olan və ya hansısa maneə səbəbi ilə yeriyə bilməyən və ya asanlıqla hərəkət edə bilməyən insanların mobilizasyası üçün istifadə edilən vasitədir. Təkərləri müxtəlif ölçülərdə olur. Ümumiyyətlə əl ilə istifadə edilir amma xüsusi ehtiyaclara görə bədənin demək olar hər yeri ilə istifadə edilə biləcək çeşidləri də var. Hərəkət baxımından avtomatik və mexanik olaraq iki növü olur. Hər ölçüyə və hər cür ehtiyaca görə xüsusi olaraq hazırlanırlar. Fiziki məhdudiyyətli şəxslərdən əlavə bu arabanın müşayiətçisi üçün də digər variantlar mövcuddur. İstifadəçilər ehtiyaclarına görə böyüklük və güc seçimində istədiklərin seçə bilərlər. Darısqal məkanlarda istifadə ediləcəksə yığcam quruluşda olması bəzən üstün tutulur, hava şərtlərinə görə istifadə ediləcəksə gücü və davamlılığı ön plana çıxmaqdadır. Əlil arabası ilə edilən onlarla idman növü var və hər idman sahəsinin ehtiyacları istiqamətində fərqli dizayn və xüsusiyyətlərdə əlil arabası modelləri inkişaf etdirilib.
Qarabaği
Qarabaği bu mənalarda gələ bilər:
Qaramani
Qaramani — çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Həbib Qaramani Cəbrail b. Molla Məhəmməd əl-Qaramani 1204/1790-cı - Əsəri Fransa Milli Kitabxanasında qorunur.
Qardabani
Qardabani, Qaratəpə, Qarayazı — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında şəhər, Qardabani bələdiyyəsinin inzibati mərkəzi. Paytaxt Tbilisidən 33 km məsafədə yerləşir. Tarixən Qaratəpə həmişə Tbilisinin darvazası rolunu oynayıb, Tbilisiyə hücum edən bütün ordular buradan keçib. 1921-ci ildə Gürcüstana daxil olan Qızıl ordu ilə Gürcüstan ordusu arasında Qaratəpə yaxınlığında Tbilisi uğrunda döyüş baş verib. Şəhərin tarixi adı Qaratəpə olub, 1947-ci ildə Gürcüstan SSR hakimiyyəti şəhərin adını gürcüləşdirmək məqsədilə onu dəyişdirərək Qardabani edib. Bəhanə kimi şəhərin yaxınlığında orta əsrlərə aid gürcülərin tikdiyi Qardabani qəsrinin olması göstərildi. 1969-cu ildə Qarayazı şəhər statusu aldı. 1981-ci ildə Qaratəpəyə Jdanovka kəndi birləşdirildi. Şəhərdə dəmiryolu stansiyası yerləşir. Şəhərdə yerləşən və 1978-ci ildə tikilən Tbilisi DRES-i Tbilisi şəhərini istiliklə təmin edir.
Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Azərbaycan Qarabağı batalyonu
Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi (kiril qraf. Азәрбајҹан Гарабағы көнүллү мүдафиә дәстәси) və yaxud qısaca Qarabağ batalyonu — Qarabağ müharibəsində könüllülərdən təşkil olunmuş müdafiə dəstəsi. Şuşa şəhərinin müdafiəsində iştirak edib. Azərbaycan Müdafiə Nazirliyinin 1 fevral 1992-ci il tarixli 12014 nömrəli əmri ilə şəxsi heyəti 109 nəfərdən ibarət Azərbaycan Qarabağı könüllü müdafiə dəstəsi qeydə alınıb.
Saravan
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Sarayan
Sarayan — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sarayan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,098 nəfər və 2,933 ailədən ibarət idi.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir.
Qarabağı gözəl gördüm (mahnı)
Bahar (Suraxanı)
Bahar – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə adı yaşayış massivi olaraq da keçir.
Cəlal Talabani
Cəlal Talabani (12 noyabr 1933[…] – 3 oktyabr 2017[…], Berlin) — İraq prezidenti (2005–2014). Cəlal Talabani 12 noyabr 1933-cü ildə İraqda anadan olmuşdur. Təhsil həyatına Koyada başlayan Talabani daha sonra liseyi Erbil və Kərkükdə oxudu. 1946-cı ildə hələ 13 yaşındaykən kürd şagirdlərin meydana gətirdiyi gizli bir dərnəyə üzv idi. Ardından Kürdüstan Demokratik Partiyasının şagird birliyinə qoşuldu və 18 yaşına çatdıqda partiyanın mərkəz komitəsinə təyin edildi. Siyasi olaraq aktiv bir mövqedə olduğundan hüquq təhsilinə davam edə bilmədi.
Fəzləlixan Qarabaği
Fəzləli xan Qarabaği, (Əmir Tuman) Bəylərbəyi adıylada tanınan, əslən Qarabağlı, Qacar dövrünün sərdarlarından idi. Fəzləli xan Qarabaği, Məhəmməd şah Qacarın taxta yetişməsinə yardım edib və özündən şücaət göstərdi. 1836-cı ildə Mazandaranın hakimi, 1838-ci ildə İsfahanın hakimi və 1840-cı ildə Kirmanın hakimi oldu. O, Kirman hakimi olanda İbrahim xan Zəhirəddövlənin qızı ilə evləndi. Fəzləli xan İbrahimxəlil xanın qızı Tеlli bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə ailə qurmuşdu. Paşa bəy, Hüsеynqulu bəy adlı oğulları vardı. Hacı Ağalar xan Cavanşirin qardaşıdır. Rüstəm bəy Cavanşirin qardaşıdır. Əli xan Ərşədüddövlənin babasıdır.
Hüseynqulu Sarabski
Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həmdə 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb. Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü — Sarabski də bu güclü təəssüratın əks-sədası oldu. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi.
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
Köhnə Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
Məhəmməd Qarabaği
Məhəmməd Qarabaği – filosof və ilahiyyatçıdır. 15-ci əsrin ikinci yarısında Qarabağda doğulub. O, hənəfilik məzhəbi üzrə hüqüqşünas olduğundan, "hənəfi" adı ilə tanınıb. Sonradan Rum ölkəsinə (Kiçik Asiya) gedib, orda fəaliyyət göstərdiyindən, mənbələrdə Rumi deyə də yad edilir. İstambulun bir çox mədrəsələrində dərs deyib. İznikdə Süleyman Paşa və Orxan Qazi mədrəsəsində işləyib. 1535-ci ildə İznikdə vəfat edib. Qarabağinin fəlsəfəyə dair "Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat"ı və digər şərhləri 1963-cü ildən Qahirənin "Xədiviyyə" kitabxanasında saxlanılır. Türkiyənin Darül Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur. Azərbaycan filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) ilahiyyata dair "İmamların başlanğıcı" əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır.
Nizami Qaraxani
Nizami Qaraxani - şair. Nizami Qaraxani isə XVI əsrdə qurulan Səfəvilər dövlətində saray şairi olub. Çox istedadlı şair kimi tanınan Qaraxani çox gənc ikən – 24 yaşında vəfat edib.. Nizami Qaramanlı 1435-1440-cı illər arasında Türkiyənin Koniya vilayətinin Qaraman adlı məntəqəsində anadan olmuşdur. Onun atası Molla Vəliyəddin Konyanın məşhur müəllimlərindən olmuşdur. Nizami Qaramanlıya ilk təhsili də elə atası vermişdir. Atası oğlu üçün Konyadakı təhsili uyğun görməmiş və onu İrana göndərmişdir. İranın hansı vilayətinə getməsi barədə indiyədək əlimizdə məlumat yoxdur. Həmin vaxtda İran ərazisində Ağqoyunlu, Qaraqoyunlu və Teymurilər dövlətləri var idi. Onun bu dövlətlərdən hansının ərazisində tələbə olması məlum deyil, hətta İranda kimlərdən dərs alması da indiyədək məlum deyil.
Pərvin Darabadi
Pərvin Darabadi — azərbaycanlı alim, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru. Hərbi-siyasi tarix, geosiyasət və konfliktologiyanın müxtəlif məsələlərinə dair 100-dən çox elmi, akademik-metodoloji və elmi-populyar əsərlərin müəllifidir.
Qardabani bələdiyyəsi
Qardabani bələdiyyəsi, Qarayazı bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir. 1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir. 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə Marneuli və Tetriskaro rayonları ilə həmsərhəddir.
Qardabani rayonu
Qardabani bələdiyyəsi, Qarayazı bələdiyyəsi — Gürcüstan Respublikasının Aşağı Kartli diyarında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Qardabani şəhəridir. 1 yanvar 1926-cı il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Tiflis qəzasının Qarayazı dairəsi (gürcücə: ყარაიაზის თემი—>qaraiazis temi) 356 km² ərazini, bu ərazidə yerləşən 4 kənd sovetliyində daxil olan 17 kəndi və bu kəndlərdə yaşayan 2.176 ailədə 8.895 nəfər əhalini əhatə edirdi. 17 dekabr 1926-cı il Ümumsovet siyahıyaalınmasına əsasən Qarayazı dairəsində qeydə alınmış 8.358 nəfər əhalinin 6.570 nəfərini və ya 78,61 %-ni etnik türklər təşkil etmişdir. 22 dekabr 1932-ci ildə Qaratəpə kəndinin adı dəyişdirilərək Qarayazı kəndi adlandırıldı. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani rayonu 1929-cu ildə Gürcüstan SSR-nin Borçalı qəzası ləğv edildikdən sonra 1930-cu ildə onun ərazisninin bir qismində təşkil edilmişdir, 1947-ci ilədək Qarayazı rayonu adlanmışdır. 1 yanvar 1931-ci il tarixinə olan inzibati-ərazi bölgüsünə görə Qarayazı rayonu 528 km² ərazini, bu ərazidə yerləşən 3 kənd sovetliyində daxil olan 24 kəndi və bu kəndlərdə yaşayan 12.146 nəfər əhalini əhatə edirdi. 18 mart 1947-ci ildə Qarayazı rayonunun adı Qardabani rayonu, Qarayazı rayonunun inzibati mərkəzi olan Qarayazı kəndi isə Qardabani kəndi adlandırıldı. Qardabani cənub-şərqdən Azərbaycan Respublikası, şimal-şərqdən Saqareco rayonu, şimaldan Msxeta rayonu, qərbdən isə Marneuli və Tetriskaro rayonları ilə həmsərhəddir.
Qənbər Qarabaği
Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası. Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib. Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi. Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir. Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir.
Xəzər sarıbaşı
Xəzər sarıbaşı (lat. Kalidium caspicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü. İranda, Qafqazda, Avropada və Orta Asiyada yayılmışdır. Xəzər dənizin Qafqaz sahillərində təsvir edilmişdir. 15-75 sm hündürlüyündə kolcuqdur. Çılpaq, əksər hallarda birillik, ağımtıl zoğlu, çox asan qırılan, oduncaqlaşmış gövdə və budaqlara malikdir. Yarpaqları növbəli düzülüşlü, çılpaq, zəif inkişaf etmiş, ətli, şirəli və ya kiçik yarpaqaltlığa malikdir. Pulcuqşəkilli çiçəkaltlıqlarının qoltuğunda üç-üç yerləşən çiçəkləri vardır. Meyvələrdə çiçəkyanlığı 4-5 künclüdür. Aprel ayında çiçəkləyir.
Yeni Suraxanı
Yeni Suraxanı (əvvəlki adı: Kirov) — Bakının Suraxanı rayonunda qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Bakı şəhərinin Suraxanı rayonundakı Kirov qəsəbəsi Yeni Suraxanı qəsəbəsi adlandırılmışdır. 1930-cu ildə Suraxanı kəndinin əhalisi dövlət tərəfindən kəndin əkin sahələrində tikilmiş yeni, qəsəbə tipli kəndə köçürüldü. Səbəb kimi Suraxanı kəndinin ərazisində neft mədənlərinin olması və bunun əhali üçün çətinliklər törətməsi göstərildi. Kənd sakinləri arasında yeni yaşayış məskəni "Nuqədi" (Yeni kənd) adlandı. 29 dekabr 1992-ci il tarixinə qədər Suraxanı rayonundakı bu qəsəbə Kirov qəsəbəsi adlanırdı. Bu ad kənd əhalisi tərəfindən qəbul edilməmiş və Yeni Suraxanı adından istifadə edilmişdir. Suraxanı sözünün mənası Bakılıların eynilə də suraxanılıların və balaxanılıların danışdığı tat dilində sura — "qırmızı", xanı — "ev", əslində isə, sörx — "qırmızı", xonə — "ev" deməkdir.
Bahadırzadə Arabaçı Əli Paşa
Bahadırzadə Arabaçı Əli Paşa (d. 1620 - ö. 1693) — II Əhməd dövründə ümumilikdə 7 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. 1620-ci ildə Ohridə dünyaya gəlmişdir. Mədrəsə təhsilindən sonra bəzi dövlət adamlarına imamlıq, bəzi əyalətlərdə isə qazı və naib oldu. Daha sonra Körpülü Fazil Mustafa Paşanın himayəsinə girərək əvvəlcə sədarət kəndxudası, 1690-cı ildə yeniçəri ağası, ardından vəzir və riqabdar ağa oldu. Şeyxülislam Əbusəidzadə Feyzullah Əfəndi və başqazı Yəhya Əfəndinin himayəsi və dəstəyi ilə 1691-ci ildə Fazil Mustafa Paşanın yerinə sədarətə gətirildi. O əsnada davam edən Osmanlı-Avstriya müharibəsində ordunun başında cəbhəyə getmək əvəzinə, mərkəzdə qalaraq özünə rəqib gördüyü bəzi dövlət adamlarını müxtəlif bəhanələrlə edam və ya sürgün etməyə başladı. Belqrad istiqamətindəki ordu isə bərbad vəziyyətdə idi. Ölkənin daxili problemləri də dərinləşmiş, siyasi vəziyyət gərginləşmişdi.
Uşaq arabası (film, 1969)
Ailədə uşaq doğulmuşdur. Xoşbəxt ata uşaq arabası alır. Zaman keçir, uşaq böyüyür, daha araba lazım olmur, lazımsız bir şey kimi onu küçəyə atırlar. Məktəbli uşaqlar arabanı aparırlar. Uşaq dəniz kənarında oynayır, bu vaxt öz arabasını görüb, tanıyır, məktəblilərdən almaq istəyir. Qısa mübahisədən sonra məktəblilər arabanın bir təkərini çıxarıb ona verirlər.
Alnımızın Qarabağı. Amerikadan oxunanlar (film, 2012)