Nizami Qaraxani

Nizami Qaraxani - şair.

Nizami Qaraxani
Fəaliyyəti şair

Nizami Qaraxani isə XVI əsrdə qurulan Səfəvilər dövlətində saray şairi olub. Çox istedadlı şair kimi tanınan Qaraxani çox gənc ikən – 24 yaşında vəfat edib.[1].

Nizami Qaramanlı 1435-1440-cı illər arasında Türkiyənin Koniya vilayətinin Qaraman adlı məntəqəsində anadan olmuşdur. Onun atası Molla Vəliyəddin Konyanın məşhur müəllimlərindən olmuşdur. Nizami Qaramanlıya ilk təhsili də elə atası vermişdir. Atası oğlu üçün Konyadakı təhsili uyğun görməmiş və onu İrana göndərmişdir. İranın hansı vilayətinə getməsi barədə indiyədək əlimizdə məlumat yoxdur.

Həmin vaxtda İran ərazisində Ağqoyunlu, Qaraqoyunlu və Teymurilər dövlətləri var idi. Onun bu dövlətlərdən hansının ərazisində tələbə olması məlum deyil, hətta İranda kimlərdən dərs alması da indiyədək məlum deyil. Onun İranda nə qədər qalması da məlum deyil.

Təqribən 1462-ci ildə Konyaya qayıdan Nizami Qaramanlı yerli hakim İbrahim bəyə mədhiyyələr yazır. İbrahim bəy 1464-cü ildə vəfat edir və onun yerinə qardaşı Pir Əhməd bəy keçir. Nizami Qaramanlı məhz onun dövründə tanınmış şair olur. Ona həsr etdiyi 53 beytlik qəsidəsində deyir:

Fərzi-əyn oldu bizə həmdi-xudavəndi-əhəd
Ki, oldu şah kişvəri-Keyxosrova, han Pir Əhməd.[2].
  1. "Arxivlənmiş surət". 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-01.
  2. [1]