Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şirvanə (Qürvə)
Şirvanə (fars. شيروانه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 412 nəfər yaşayır (91 ailə). Əhalisini kürdlər təşkil edir.
Şirvanədeh (Bostanabad)
Şirvanədeh (fars. شيروانه ده‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1.692 nəfər yaşayır (346 ailə).
Şirvani
Şirvani — təxəllüs. Xaqani Şirvani — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. İzzəddin Şirvani – XII əsr Azərbaycan şairi, Zülfüqar Şirvani (1190-1291) - Azərbaycan şairi, alimi. Fərrux Şirvani —XII əsr Azərbaycan şairi, Zeynəddin Şirvani — XIII əsr memarı Hacı Zeynalabdin Şirvani — Ömər Şirvani — Bədr Şirvani — (1387-1450)—Azərbaycan şairi. Mahmud ibn Məhəmməd Şirvani — XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib Şükrüllah Şirvani — Fətullah Şirvani — Şirvani (Salmas) — Şirvani Ədilli — Seyid Əzim Şirvani — Fazil Şirvani — Məhəmməd Yusif Şirvani — XVII əsrin sonunda, XVIII əsrin əvvəllərində yaşamış Azərbaycanın məşhur alim, həkim və xəttatlarından biri. Məhcur Şirvani — Azərbaycan şairi XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Ağa Məsih Şirvani — XVIII əsr Azərbaycan şairi və maarifpərvəri. Şakir Şirvani — Azərbaycan şairi XVIII əsir Arif Şirvani — Azərbaycanın XVIII əsrdə yaşamış şairlərindən biri. Əbdürrəhim Şirvani — Mənsur Şirvani — Fəthullah Şirvani — Fəthullah b Əbi Yezid b.
Şirvan
Şirvan (tarixi ərazi) — Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvanat — Şirvan bölgəsinin adının ərəbcə cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı dövlətinin tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi. Şirvan (Azərbaycan) — 2008-ci ilədək adı Əli Bayramlı olan Azərbaycan şəhəri. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi.
Fələki Şirvani
Fələki Şirvani — XII əsrin I yarısında yaşamış Azərbaycan şairi, alimi. == Həyatı == Fələki Şirvani 1108-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. XII əsrin I yarısında yazıb yaratmış Fələki Şirvani həm də dövrünün nüfuzlu münəccimlərindən, məşhur alimlərdən biri olmuşdur. Bir sıra mənbələrə əsasən əsl adı Məhəmməddir. Fələki gəncliyindən nücum elmini öyrənməyə başlamışdır. Fitri istedad və qabiliyyəti sayəsində bu elmi mükəmməl şəkildə öyrənmişdir. Nücum və astronomiya elmlərinə dərindən bələd olan şair İxtisasına uyğun olaraq "Fələki" təxəllüsünü qəbul etmişdir. Bir müddət Şirvanşahlar sarayında yaşamış, Şirvanşah Mənuçöhrə mədhiyyələr həsr etmişdir. Buna baxmayaraq F.Şirvani həbsxanaya salınmış və burada "Həbsiyyə" qəsidəsini yazmışdır. Zindan həyatının səhhətində törətdiyi pozuntuların nəticəsi olaraq Fələki cavan yaşlarında, 1146-cı ildə vəfat etmişdir.
Fərrux Şirvani
Fərrux Şirvani1125-1176 12 əsr Azərbaycan şairi. Şirvan şahı III Mənuçöhrə qəsidələr yazmışdır. Dərin fəlsəfi şeirləri vardır. Bir müddət Azərbaycan Atabəylərinin sarayında fəaliyyət göstərmişdir.
Fətullah Şirvani
Fətullah Şirvani (ərəb. فتح الله الشرواني‎; tam adı Fətullah ibn Əbu Yezid ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; 1417, Şamaxı - 1486, Şamaxı) — Şirvanlı astronom, riyaziyyatçı və müəllim. == Həyatı == 1417-ci ildə (I Xəlilullahın hakimiyyət dövrü), Şamaxıda doğulmuşdur. İlk təhsilini atası Əbu Yeziddən (bəzi yerlərdə Molla Şükrullah) almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Şirazda Sədəddin əl-Təftəzaninin qəbrini ziyarət etmişdi. Tus şəhərində Seyyid Şərif Cürcaninin Nəsrəddin Tusinin astronomiya haqqında yazdığı əsərlərinə rəylərini qeyd etdiyi "Şərh əl-Təhkirə fi-elmi Həya" adlı əsərini Seyyid Əbu Talibdən öyrənmişdir. 1435-ci ildə Səmərqəndə yola düşmüş Qadızadədən dərs almış, astronomiya, dilçilik və riyaziyyat haqqında biliklərə yiyələnmişdir. 13 sentyabr 1440-cı ildə məzun olmuş, 5 il Səmərqənd rəsədxanasında da işləmişdir. == Fəaliyyəti == 1440-cı ildə Şirvana qayıtmış, bəzi mədrəsələrdə dərs vermişdir. Bir müddət sonra Qadızadənin məsləhəti ilə Kastamonuya getmiş və orada müəllimlik etməyə davam etmişdir.
Həsənağa Şirvani
Mahmud Şirvani
Mahmud ibn İlyas Şirvani — Azərbaycan xalqının yetirdiyi ən nəhəng təbib-alimlərdən biri. == "Elmi təbabət kitabı" haqqında == XIII əsrdə yaşamış Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" zəmanəmizə qədər gəlib çatmış və XVIII əsrə qədər ondan geniş istifadə edilmişdir. Əsər 1260-cı ildə yazılıb. Əfəndiyevin yazdığına görə, bu, Mahmudun eyniadlı iri həcmli çoxcildlik əsərindən çıxarışdır. Kitab çoxəsrlik Şərq təbabəti təcrübəsinin təhlili və alimin şəxsi elmi və həkimlik praktikası əsasında qələmə alınıb. Əsərin yazılmasında onun müxtəlif ölkələrə çoxsaylı səfərləri zamanı bir çox alimlərlə keçirdiyi görüşlər mühüm rol oynayıb. Belə səfərlərindən birini təsvir edərkən o yazır ki, səyahəti zamanı çox şey "görüb-götürmüş" və vətənə qayıdarkən "doğma ellər haqqında söhbət etmək, Kafi-əd-Dinin vəsiyyətlərini xatırlamaq, bizə həmişə sevinc bəxş edən Şirvan haqda xatirələrə dalmaq" məqsədilə "yolüstü Bağdada dönüb," bir böyük həmyerlisi ilə görüşmüşdür. O yazır: "Nə qəribədir, mən ata yurdum Şirvanı bu qədər sevə-sevə Şirazda yaşayıram". Mahmud ibn İlyasın "Elmi təbabət kitabı" nəzəri və təcrübi təbabətə, sadə və mürəkkəb (tərkibi) dərmanlara həsr olunmuş dörd hissədən ibarətdir. Birinci hissə 17, ikinci isə 59 fəslə bölünmüşdür.
Məhcur Şirvani
Məhcur Şirvani (Şamaxı) — Azərbaycan şairi. XVIII əsrdə yaşamış Şirvan şairlərindəndir. Həyatı haqqında məlumat yoxdur. XVII - XIX əsrlərdə tərtib edilmiş bir çox cünglərdə şairin onlarca qəzəli, müxəmməs və tərkibbəndi, heca vəznli şeirləri saxlanılır. Firidunbəy Köçərli “Azərbaycan ədəbiyyatı materialları” əsərində onun “Gəl, vəqtidir” rədifli tərcibəndini çap etdirib. Ədəbiyyatşünaslıqda “Qisseyi-Şirzad” poemasının Məhcur Şirvaniyə məxsus olması haqqında fikir vardır.
Məhəmməd Şirvani
Şirvani - sufi alimi, mürşid. Böyük vəlilərdən. Adı Məhəmməd Əli, künyəsi Əbu Hikmət, ləqəbi Muhyiddîn Şemâxî'dir. Şirvanda doğulub. 1335 (H.736) tarixində Gəncə şəhərində vəfat etdi. Məhəmməd Şirvani, Təbrizdə elm təhsil etdi. Daha sonra məmləkəti olan Şirvan'a dönüb ticarətlə məşğul oldu. Vəlilik yoluna girişi belə anladılır: Şirvani həzrətləri əvvəllər ipək alıb satardı. Geylan və Laheycan diyarlarına mal göndərərdi. O diyarda bir şəriki var idi.
Mənsur Şirvani
Mənsur Qulam oğlu Şirvani (5 mart 1919, Bakı – 15 iyun 1980, Bakı) — azərbaycanlı sirk ustası, manipulyator, illüzionist, heyvan təlimçisi. Azərbaycan SSR əməkdar artisti (1967). Peşəkar Sirk kollektivi Azərbaycanda 1945-ci ildə yaradılmışdir. İlk Sirk proqramlarında X.Abdullayev, M.Şirvani, Yunis və Yusif Ağayevlər, Rza Əlixan, Q.Abdullayev, Sali Suleyman, S.Xanlarova və b. çıxış etmişlər. 1948-ci ildən estradada çıxış edib. 1950-ci ildə sirkdə işləməyə gəlib, 1952-ci ildən isə uzun müddət Azərbaycan sirk kollektivində işləyib. Mənsur Şirvani bir sıra orijinal fəndlərin müəllifi və ifaçısıdır (boş masanın üstündə çəpişin peyda olması, açılmış ipək örpəyindən beş canlı tutuquşunun çıxarılması və bir çox başqa şeylər). Şirvani tək işləmirdi onun daimi partnyorları var idi. Bunlar arvadı Leyla Şirvani (1919 d) və qızı Cəmilə Şirvani idi (13.07.1941 d), Azərbaycan SSR əməkdar artisti (1988).
Nişat Şirvani
Nişat Şirvani Ağaməsihin müasiri imiş. Şirvan şairlərinin mötəbərlərindən birisi hesab olunur, Nişat həqiqət əhli olduğu üçün zahiri zöhdü təqvanı və riyai ibadəti sevməz imiş və şeirlərinin çoxunda xudbin vaizlərə və müdəmməq abidlərə dolaşarmış. Heyfa ki, Nişatın tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Ağaməsihlə onun həməsr olduğu əşarından görünür. Məlum olduğuna görə, hər iki şair ömürlərinin çoxunu başqa diyar və ölkələrdə səyyahlıqla keçiriblər və səyahət etdikləri vilayətlərin əksəri İran məmləkətində olan vilayətlər olubdur və İran şüəra və ürəfasından təhsili-kəmalat etmişlər. İnsan gərəkdir sirrlərini və fikirlərini sevsin və cani-dil ilə onları ürəyində bəsləyib həddi-kəmala yetirsin və sonra faş etməyi lazım isə, faş eləsin və bundan maəda hər naəhlə və hər bidərdə dərdi-dili izhar etməyin nə faydası? Bir kəs ki, sənin dərd və qəminə şərik olmayacaqdır və sənin xiffət və küdurətini azaltmayacaqdır, ona daha dərdi söyləməkdən nə hasil? Kişi dərdini söyləsə də, gərəkdir dərd əhlinə söyləsin və bilmək istəsin ki, dərd əhli və dusti-həqiqi kimdir. Lazımdır dost adlandırdığı şəxsi yaman günündə, yəni sənə bir yas və müsibət üz verən halda imtahan edəsən. Hər gah dostun yaman günündə dəyanət göstərib öz dostluq və sədaqətində möhkəm və sabitqədəm olsa, o, həqiqi dostdur.
Əbdüllətif Şirvani
Əbdüllətif Şirvani (az-əbcəd. ابدوللتیف شیروانی‎; XVI əsr və ya 1556 – 1602) — XVI əsr Azərbaycan xəttatı. Bəzi mənbələrə görə, 1556-cı ildə anadan olmuşdur, lakin digər mənbələr daha erkən tarixə işarə edir. Nəstəliq xəttinin mahir ustalarından olmuşdur. 1530–1560 illərdə Şamaxıda, 1560 ildən sonra isə İstanbulda fəaliyyət göstərmişdir. Əbdüllətif Şirvani tərəfindən üzü köçürülmüş Sədinin "Bustan" (1539) və "İstanbulda baş vermiş daşqın haqqında hekayə" (1563–1564) əsərlərinin əlyazma nüsxələri Topqapı muzeyində (İstanbul) saxlanılır. 1602-ci ildə vəfat etmişdir.
Fazil Şirvani
Fazil Şirvani (tam adı: Fəridəddin Əbülhəsən ibn Əli ibn Əbdülkərim; 1057/1060, Şamaxı ş. – 1146) — Azərbaycan alimi, astronom. == Haqqında == Şirvanın qaynar elm mərkəzində dostu Kafiəddin Ömərlə çiyin-çiyinə çalışmışdır. Bəzi mühakimələrə görə, XI əsrin axırlarında Dədəgünəş astronomiya mərkəzinin başçısı idi. Bu mərkəz Kafiəddin Ömər Şirvaninin başçılıq etdiyi akademiyanın strukturunda mühüm elmi mərkəzlərdən biri idi. 30 il ərzində ulduzların hərəkətini öyrənmək sahəsində tədqiqat aparmışdır. Ulduzların hərəkətinə dair tərtib etdiyi cədvəli 1146-cı ildə tamamlaması və həmin ildə 89 yaşında vəfat etməsi barədə əsaslı məlumat vardır.
Xaqani Şirvani
Xaqani Şirvani (təq. 1121, Şirvan, Şirvanşahlar dövləti – təq. 1199, Təbriz, Eldənizlər dövləti[d]) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir. Xaqani təqribən 1126-cı ildə Şamaxının tat kəndlərindən biri[mənbə göstərin] olan Məlhəm kəndində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır.
Zeynalabdin Şirvani
Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani (16 avqust 1780, Şamaxı – 1838, Qırmızı dəniz) — azərbaycanlı səyyah, coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair. astronomiya elmləri ilə əlaqə yaradıb. Əsl adı isə Hacı Zeynalabdin ibn Axund İskəndər Şirvani-dir Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Onun beş yaşı tamam olanda axund İskəndərin ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini elə burada alır. 1796-cı ildə o, təhsilini başa vurmaqdan ötrü Bağdad şəhərinə gedir. Zeynalabdin Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməkdə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün Şərq dünyasından buraya axışıb gəlmiş alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın nəzərlərində yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir. Zeynalabdin Şirvani yaradıcılığının təhlili ilə məşğul olmuş görkəmli Azərbaycan alimi Nurəddin Kərəmovun da yazdığı kimi, "Bu yol 60 min kilometr uzanmış və 40 il davam etmişdir.
Zeynəddin Şirvani
Zeynəddin Əburəşid oğlu Şirvani — mənşəcə Azərbaycan türklərindən olan, XIII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmış memar 13 əsr Azərbaycan nəqqaşı. Bakı limanında Şirvanşahların “Bayıl qəsri”Bayıl qalası iqamətgahının yaradılmasında rolu olmuşdur. Qəsrin divarında hörülmüş dördbucaqlı daş lövhə üzərindəki kitabədə “Ustad Zeynəddin Əburəşid oğlu Şirvaninin əsəridir” sözləri həkk edilmişdir. Kitabədəki “nəqqaş”, “peşəkar” ifadələrindən abidənin naxış və təsvirlərinin də ona aid olması ehtimal edilir. Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı,1980, s.
Zülfüqar Şirvani
Zülfüqar Şirvani (1190-1291) — Azərbaycan şairi, alimi. Zülfüqar Şirvaninin fəaliyyəti XIII əsrə təsadüf edir. Bu Azərbaycan alimi, şir və mütəfəkkiri poetika, məntiq, fəlsəfə sahələrində məşhur idi. Zülfüqar Şirvaninin fəlsəfi görüşləri onun 10 min beytdən ibarət "Divan"ında əksini tapıb. "Divan"dan məlum olur ki, Zülfüqar Şirvaninin dünyagörüşü gərgin panteist təlimləri təsiri altında formalaşmışdır. Adı Qivamüddin Hüseyn ibni-Sədrəddin Əlidir. Qiymətli bir alim və yüksək dərəcəli bir şair olmuşdur. Şirvanşahın vəziri sədr Səidülmastri haqqında uzun və mükəmməl bir qəsidə yazmışdır. Bunun müqabilində mükafat olaraq yeddi xalvar ipək almışdır. Axırda İraqa gedib, Sultan Məhəmməd Xarəzmşahın tarixini nəzmə çəkmiş və ondan iltifat götürüb, bir çox hədiyyə almışdır.
İzzəddin Şirvani
İzzəddin Şirvani (XII əsr, Şamaxı) – XII əsr Azərbaycan şairi, alimi. Öz əsrinin böyük fəzl və kamal sahiblərindən biridir. O, fazil kimsələrin hamisi və əhli-hal adamların mürəbbisi olub, Xaqani ilə müasir idi. Xaqani əsərlərində adı hörmətlə xatırlanan bu sənətkarın həyatı və şeirləri haqqında məlumat azdır. Şair Xaqani və Fələkinin müasiri olmuş, sənət adamlarına qayğı göstərmişdir. Əsərlərindən müxtəlif təzkirə və cünglərdə bir sıra nümunələr qalmışdır.İzəddin Şirvani səmimi və əlvan təbiət təsvirləri verməklə daha çox məşhurdur. O, saraylarda təşkil edilən məclislərin təsvirini məharətlə yaradır.
Şükrüllah Şirvani
Şükrüllah Şirvani — II Mehmedin şəxsi həkimi, Mahmud Şirvaninin oğludur. Əslən Şamaxıdan olan bu həkim Qahirədə Şəmsəddin Səxavidən hədis dərsləri almışdı. Həmçinin II Mehmedin müəllimi mövlana Şəmsəddin Güranidən İstanbulda hədis dərsləri almışdı. O, xəstələri təmənnasız müalicə etdiyinə görə "Kasıbların həkimi" ləqəbini qazanmışdı. Fütuhat fil-Cifr Risalətüs-Sultaniyyə fit Tibb Risalə fil-Qulunc vəl-İxtibas Lətaifül-Cəlilə Rəvzətül-İtr fit Tibb Müxtəsəri-Tibb İxtiyarati-Bədi Mürşid fit-Tibb əl-İlyasiyyə fit-Tibb Kamalnamə Riyazül-Ülum — II Bəyazidə həsr etmişdi.
Şəhriyar Şirvani
Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani (1852-?) — XIX əsr Azərbaycan şairi. Məşədi Mirzə Qəni Məhəmmədsadıq oğlu Şəhriyar Şirvani 1852-ci ildə Şamaxıda anadan olmuşdur. Köhnə üsul ilə mükəmməl təhsil almışdır. Cavan vaxtlarında altı il Teymurxanşurada yaşamış, sonra İrana getmiş, Raşt, Qum, Qəzvin şəhərlərinə səyahət etdikdən sonra Tehrana qayıdaraq orada tibb elmini öyrənmişdir. Mirzə Qəni on səkkiz il İranda qalmışdır. Vətəninə qayıtdıqda Şamaxıya getməyib, əvvəl Gəncədə, sonra isə Ağdaş va Göyçayda "Hacı Həkim" ləqəbilə təbiblik etmişdir. 1915-ci ildə Göyçayda vəfat etmiş, vaxtilə Göyçay- Ucar yolunun üstündə olan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ağdaş ədəbi dərnəyinin iştirakçılarındandır. Bəzi cünglərdə bir neçə şeiri qalmışdır.
Əliş Şirvani
Silvanə
Silvana (fars. سیلوانه‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Silvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,350 nəfər və 243 ailədən ibarət idi.
Ömər Şirvani
Şeyxi Ömər Şirvani — Azərbaycan da doğulmuş məşhur sufi,övliya Xəlvətiyə şeyxi. Ömər, ləqəbi Səracüddin, künyəsi Əbu Əlidir. Doğum tarixi bilinmir. Şirvanda doğulub. 1427-ci ildə (hicri 831) vəfat edib. Şirvan ətrafında Sərhab dağı ətəyində dəfn edilmişdir. Ömər Şirvani olduğu yerin alimlərindən elm öyrəndi. Sonra Allahü təalanın sevimli qullarından İzzəddin Türkmani həzrətlərinin söhbətlərinə iştirak etdi. Mənəvi elmlərdə üstün bir dərəcəyə yüksəldi. İcazət, diplom alıb, Təbrizdə haqq yolun bilgilərini təbliğ etməsi üçün məmur edildi.
Şirvani (Salmas)
Şirvani (fars. شيرواني‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,199 nəfər. yaşayır (190 ailə).
Şirvani Basayev
Şirvani Basayev (11 iyun 1968 və ya 11 iyun 1969, Dışne-Vedeno[d], Çeçen-İnquş MSSR – Qroznı) — Çeçen hərbçi və dövlət xadimi. İçkeriyanın yanacaq və energetika naziri, Çeçenistanın müstəqilliyi uğrunda hər iki Çeçenistan müharibəsinin iştirakçısı. Briqada generalı və İçkeriya ordusunun qərargah rəisi. Şamil Basayevin kiçik qardaşı. Şirvani Basayev 1968-ci il iyunun 11-də Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Vedeno rayonunun Dışne-Vedeno kəndində anadan olmuşdur. Atası Salman Basayev rus qoşunları ilə döyüşdə həlak olmuşdur. Anası isə Nura Basayeva idi. Şirvaninin özü istisna olmaqla, bütün Basayevlər ailəsi hər iki Çeçenistan müharibəsində həlak olur. O, ÇİR-nın ən məşhur komandirlərindən biri idi və briqada generalı rütbəsinə qədər yüksəlmişdir. Çağırış adları - Berkut, Rəsul, ləqəbi - Qumral Şirvani.
Qəsrik (Silvanə)
Qəsrik (fars. ‎‎‎قصريك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (40 ailə).
Nirvana
Nirvana (sanskr. निर्वाण nirvāṇaIAST, «sönmə, dayandırma, rahatlıq») ya da Nirvan (Əski Türkcə: Nirvan) — hinduizm dini fəlsəfəsində bütün canlıların ali məqsədini ifadə edən anlayışdır, həmçinin buddizmdə də mühüm rola malikdir. Nirvana anlayışının çoxlu mənaları olsa da, adətən istirablardan azad olma ilə əlaqələndirilir.
Pircanə
Pircana — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Masallı rayonunun Pircana kəndi Musakücə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Lürən kəndi mərkəz olmaqla Lürən kənd inzibati ərazi dairəsi yaradılmışdır. Pircana Lürən kəndinin yanında yerləşən bir məhəllədir. Kənddə Cənubi Azərbaycandan gəlmə seyidlər məskunlaşmışlar. Oykonim kəndin ərazisindəki eyni adlı pirin adı ilə bağlıdır. Əhalinin sayı 521 nəfərdir.
Pərvanə
Pərvanə — qadın adı; təxəllüs.
Şirvanat
Şirvanat — ərəbcə şirvanın cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. “Qarabağnamə” müəllifi olan tarixçi Mir Mehdi Xəzani bu barədə belə yazır: “Şul vaxtda ki, Nadir şah Gəncə və Tiflis və İrəvan və Naxçıvan və Şirvanat vilayətlərini osmanlı sultanının qoşunlarının təsəllütlərindən çıxardıb Abdulla paşa Köprülü oğlu vəziri-əzəmi-Rum yüz min qoşun və çox top və tədarükat ilə sultani-Rum tərəfindən məmur olub gəlmişdi ki, Nadir şah ilə cəng edə. Nadir şah Gəncə mühasirəsinə məşğul ikən Abdulla paşanın şul əzim əsagirləri ilə İrəvana gəlməyini eşidib, Gəncə üstə qoşun qoyub, özü əlli min qoşun ilə Abdulla paşaya müqabil gedib Naxçıvan və İrəvanın Arpa çayında davaları vaqe olub, Rum qoşununu basıb və Abdulla paşa vəziri-əzəmi Rüstəm bəy Qaraçorlu öldürüb başını Nadir şah hüzuruna gətirmişdi”. (“Qarabağnamələr”, 2-ci kitab, Bakı, “Şərq-Qərb”, 2006, səh. 123-124). Şah Təhmasibin 1549-cu ilin yanvarında Mazandaran hakimimə göndərdiyi Fəthnamədən məlum olur ki, qızılbaşlar sözgedən problemi Şəki hakimliyini talamaq yolu ilə həll etməyə çalışıblar. Həmin mənbədə Şah Təhmasib bəyan edir ki, "Azərbaycan və Şirvanat ləşgəri ilə Qarabağa rəvan olduq ki Bərdə ölkəsində qışlaq edib ərzaq və ləşgərə zəruri olan şeyləri bu il Şəki və Gürcüstan ölkəsi və o hüduddan əldə edək və sözgedənin (Dərvişməhəmməd xanın) hörmətli oğlu Cahan müta hökm üzrə tez layiqli peşkəşlərlə yüksək dərgaha gəlib Zəfər təsirli ordugaha qatıldı və Cəlaləddin Sunduk bəy qorçibaşını əmirlərin qorçilərindən və ləşgərlərindən on min kəsi rəvanəye-Şəki edib özünə Bərdə ölkəsində dayanmağı buyurduq. (Digər bir mənbədə isə Şəkiyə göndərilmiş qurçilərin sayı 2500 kimi göstərilir və həm də qeyd edilir ki, "Dərvişməhəmməd xan qazilərin xofundan Kiş qalasına pənah apardı".) və adı çəkilən (Sunduk bəy) Şanlı nüsrət əsgərlərlə qeyd edilən ölkəyə (Şəkiyə) üz tutub 200 min qoyun və 50 min qaramal və beş min at və 3 min xərvar buğda və düyü və sairə qədər qeyd edilən ölkədən götürüb və qarət edib Yüksək orduya gətirdilər və qeyd edilən qənimət əmirlərə və ləşgərlərə paylandı. On gündən sonra ki sözgedən (qənimət) orduya gətirilmişdi, xəbər gətirildi ki Əlqas mirzə Həmədana yetişib...".
Şirvanlı
Şirvanlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Mustafa xan Şirvanlı — sonuncu Şirvan xanı. Həmzət bəy Qəbulov-Şirvanlı — publisist Vahid Şirvanlı — şair Əhliman Şirvanlı — şair, aşıq Kəndlər Şirvanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Qusar) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Şirvanlı (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Bələdiyyələr Şirvanlı bələdiyyəsi (Bərdə) — Azərbaycan Respublikasının Bərdə rayonunda bələdiyyə. Şirvanlı bələdiyyəsi (Neftçala) — Azərbaycan Respublikasının Neftçala rayonunda bələdiyyə.
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Silvana
Silvana (fars. سیلوانه‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Silvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,350 nəfər və 243 ailədən ibarət idi.
Silvanes
Silvanes (fr. Sylvanès, oks. Silvanés) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kamares kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12274. Kommuna təxminən Parisdən 560 km cənubda, Tuluza şəhərindən 125 km şərqdə, Rodezdən isə 65 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 93 nəfər təşkil edirdi. 2007-ci ildə 58 yaşdan yuxarı (15-64 yaş arasında) 44 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.9%, 1999-cu ildə 71.6%).
Sıravan
Sıravan (fars. سیراوند‎, (az-əbcəd. سێراوان‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. Sıravan kəndinin yolu Əsədabad - Sonqur yolunun 8-ci kilometrində ayrılaraq Dehnuş kəndindən keçir.Hündürlüyünə görə kəndin iqlimi Əsədabaddan daha soyuqdur.Kəndin qışları soyuq və kəskin qarlı keçərək, yayları isə mötədil olur.Sıravanın üç yanında dağlar, başqa tərəfində isə sulu bulaqlar və geniş bağlar var.Kənd quzeydən Sıyar dağı, şərqdən Çıqçığa dağı, qərbdən Yekədağ(Böyük güney dağı) və güneydən bol ağaclı geniş bağlar ilə əhatə olunub. Lavcı bulağı, Xorxora, Bağ Türkiyə, Kövsər bulağı, Neyqələm, Pışpış, Əlibulağı, Cühüdbaulağı, Leysanbulağı və Göl. 2016-cı ilin məlumatına görə kənddə 531 nəfər yaşayır (163 ailə). Burada yaşayan insanların hamısı Azərbaycan türklərinin, Əfşar, Bayat və Ustaclı boylarının törəmələridir. Kənddə Bəşirlilər tayfası üstünlük təşkil edir ki Türk kökənli Əfşar boyunun törəmələsidirlər.Adı çəkilən tayfa kəndin Əmir məhəlləsi adlanan hissəsində yerləşib.Bəşirlilərdən başqa Sıravanda Bayat boyunun törəmələri olan Şiri tayfası kəndin qərbində, Bəyli tayfası isə kəndin Bəy məhəlləsində yaşayırlar. Şıxlar tayfası Ustaclı boyunun törəməsi olub ki vaxtıilə Fəridən bölgəsindən bu kəndə köçüblər.Bundan başqa Sıravanda Tahirlilər (Bayatların qolu), Küranilər (Əfşarların qolu) və vaxtıilə indiki Azərbaycan Respublikasından bu kəndə köçən insanlar da yaşamaqdadır. Sıravanlıların gəliri əsasən bağçılıq və əkinçilikdən əldə edilən gəlirdir.Kənddə yetişdirilən ən önəmli bağ məhsulu qozdur.Eləcə kənddə çox sayda ərik, badam, alma, alça, gavalı, göyəm, gilas, şaftalı, nar, üzüm, tut, əncir, sumaq, zirinc və armud ağacları var.