Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Almalı (Əcəbşir)
Almalı (fars. المالو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,386 nəfər yaşayır (308 ailə).
Ağacəri (Əcəbşir)
Ağacəri (fars. اقاجري‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Əcəbşir bölgəsinin Düzcərid kəndistanında, Əcəbşir qəsəbəsindən 10,5 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (118 ailə).
Ağcaoba (Əcəbşir)
Ağcaoba (fars. اقچه اوبه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Əcəbşir bölgəsinin Dizəcrud kəndistanında, Əcəbşir qəsəbəsindən 5 km şimal-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 521 nəfər yaşayır (144 ailə).
Barazlı (Əcəbşir)
Barazlı (fars. بارازلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 660 nəfər yaşayır (158 ailə).
Bulalı (Əcəbşir)
Ağacəri (fars. بولالو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Əcəbşir bölgəsinin Düzcərud kəndistanında, Əcəbşir qəsəbəsindən 3,5 km. şimal-şərqdə, Marağa-Azərşəhr avtomobil yolunun kənarındadır. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 406 nəfər yaşayır (66 ailə).
Cavanqala (Əcəbşir)
Çinar (fars. چنار‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. Əcəbşir qəsəbəsindən 9 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 622 nəfər yaşayır (133 ailə).
Danalı (Əcəbşir)
Danalı (fars. دانالو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 521 nəfər yaşayır (137 ailə).
Dizac-i Həsənbəy (Əcəbşir)
Dizac-i Həsənbəy (fars. ديزج حسن بيگ‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 615 nəfər yaşayır (117 ailə).
Gövravan (Əcəbşir)
Gövravan (fars. گوراوان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,288 nəfər yaşayır (306 ailə).
Gültəpə (Əcəbşir)
Gültəpə (fars. گل تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,549 nəfər yaşayır (339 ailə).
Günbəd (Əcəbşir)
Günbəd (fars. گنبد‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 301 nəfər yaşayır (77 ailə).
Huri (Əcəbşir)
Huri (fars. حوري‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,041 nəfər yaşayır (200 ailə).
Mahmudabad (Əcəbşir)
Mahmudabad (fars. محموداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 411 nəfər yaşayır (108 ailə).
Mehmandar (Əcəbşir)
Mehmandar (fars. مهماندار‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,090 nəfər yaşayır (268 ailə).
Mehrabad (Əcəbşir)
Mehrabad (fars. مهراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 642 nəfər yaşayır (157 ailə).
Nanisa (Əcəbşir)
Nansa (fars. نانسا‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 899 nəfər yaşayır (234 ailə). Əhalisi Azərbaycan türkləridir. == Dil == Bu kəndin əhalisi türkcə danışırlar.
Nəbrin (Əcəbşir)
Nəbrin (fars. نبرين‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 974 nəfər yaşayır (225 ailə).
Püsyan (Əcəbşir)
Püsyan (fars. پسيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 556 nəfər yaşayır (131 ailə).
Qozluca (Əcəbşir)
Qozluca (fars. قوزلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,320 nəfər yaşayır (312 ailə).
Qubadlı (Əcəbşir)
Qubadlı (fars. قبادلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 330 nəfər yaşayır (76 ailə).
Raziyan (Əcəbşir)
Raziyan (fars. رازيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 990 nəfər yaşayır (238 ailə).
Rəhmanlı (Əcəbşir)
Rəhmanlı (fars. رحمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 363 nəfər yaşayır (84 ailə).
Sövməə (Əcəbşir)
Sövməə (fars. صومعه‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 374 nəfər yaşayır (71 ailə).
Tacaraq (Əcəbşir)
Tacaraq (fars. تجرق‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 623 nəfər yaşayır (156 ailə).
Təpikdərə (Əcəbşir)
Təpikdərə (fars. تپيك دره‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 242 nəfər yaşayır (36 ailə).
Rəcəb
Rəcəb – Hicri təqviminin 7-ci ayı, Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisi və haram aylardan biridir. == Quranda rəcəb ayı == Aşağıdakı ayələr rəcəb ayı haqqındadır: Tövbə surəsi 36-37-ci surələr; == Tarixi günlər == Rəcəbin 1-i İmam Baqirin döğum günü. Rəcəbin 3-ü İmam Hadinin vəfatı. Rəcəbin 5-i İmam Hadinin doğum günü. Rəcəbin 8-i (hicri 20-ci il) – İslam dininin Misirə gəldiyi gündür. Rəcəbin 9-u İmam Hüseynin oğlu Əli Əsgərinin doğum günü. Rəcəbin 10-u (hicri 195-ci il) İmam Təqinin doğum günü. Rəcəbin 12-i (hicri 36-cı il) Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir. Rəcəbin 13-ü İmam Əlinin dögüm günü (hicrətdən 23 il əvvəl). Rəcəbin 15-i (besətin 5-ci ili) müsəlmanların ilk hicrəti – Məkkədən Həbəşistana getmələri baş vermişdir.
Ədəb
"Ədəb" — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Sadiq xan Fərəhani tərəfindən 1898-ci ildə Təbrizdə çap olunmuşdur. O, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur. == Fəaliyyəti == Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Aşıq Rəcəb
Aşıq Rəcəb (XVIII əsrin sonu—XIX əsrin əvvəlləri) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış aşıq. == Həyatı == Aşıq Rəcəb XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşadığı güman edilir. Samurun Əhrak kəndində yaşayıb. Dərdənddə "Haqq aşığı", "Kor aşıq" adları ilə tanınıb. Şeirlərinin əksəriyyəti o vaxtlar toplanmadığı üçün, təəssüflər olsun ki, günümüzə gəlib çatmamışdır.Təkcə bəzi gəraylı, qoşma və divaniləri bizə məlumdur. Onun əlimizdə olan bu şeirlərində aşıq kimi ustalığı dərhal özünə diqqət çəkir. "Kəklik" rədifli şeri belə şerlərdəndir. Yeri kəklik sənin sinən aladı, Görənlərin gözü səndə qaladı, Ayaqların dağda bitən lalada. Yerişin gördüm, get ağa, kəklik. Diğər aşıqlar kimi Aşıq Rəcəbin də yaradıcılığında qəm-kədər, bəxtdən küskünlük, yalnızlıq kimi hisslərin ifadəsi və təbiət təsvirləri üstünlük təşkil edir.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır.Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Rəcəb Aktuğ
Rəcəb Aktuğ (13 may 1954, İzmir – 14 yanvar 2020, İstanbul) — Türkiyə aktyoru və müğənnisi. == Həyatı == 13 may 1954-cü ildə İzmirdə doğulub. Rəcəb Aktuğ 14 yanvar 2020-ci ildə İstanbulda 65 yaşında dünyasını dəyişib.15 yanvar 2020-ci ildə Zəncirliquyu qəbiristanlığında dəfn edilib. === Ailəsi === Qızı Zeynəb Aktuğdur. == Yaradıcılığı == Rəcəb Aktuğ Türkiyənin bir çox məşhur seriallarında əsas rol ifaçılarından biri kimi çıxış edib. Aktyora ən çox məşhurluq qazandıran "Kurtlar Vadisi Pusu" serialında Ender bəy və "Aşk-Memnu" serialında Hilmi bəy obrazı olub.
Rəcəb Baxırcı
Rəcəb Hüseynov
Rəcəb Nazim oğlu Hüseynov (3 yanvar 1994; Aşağı Quşçu, Tovuz rayonu — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Hüseynov 1994-cı il yanvarin 3-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Bayramov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Rəcəb Hüseynov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəcəb Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rəcəb Hüseynov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Hüseynov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəcəb Musayev
Rəcəb Musayev — azərbaycanlı müğənni, aparıcı == Həyatı == 1975-ci il 25 may tarixində anadan olmuşdur. Əslən Yardımlı rayonundan olan sənətçi orta təhsilini Bakı şəhərində yerləşən 88 saylı məktəbdə başa vurmuşdur. İlk ali təhsilini Türkiyənin Anadolu Universitetində almışdır. İkinci təhsilində isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmuşdur. 2004 və 2005-ci illərdə SOY şirkətinin rəhbərliyi ilə ATV kanalında yayımlanan "Yeni Ulduz-2" musiqi müsabiqəsinin qalibi olmuşdur. Daha sonra AzTv kanalında yayımlanan əsgərlər üçün hazırlanan "Əsgər anı" adlı yumoristik verilişin həm aparıcılarından həm də aktyorlarından biri olmuşdur. 2011-cu il yanvarın 8-də axşam saatlarında Sabunçu rayonu ərazisində yol qəzası törətmişdir. Qəzadan sonra onu 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırsalar da, yolda dünyasını dəyişib. Sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan "Tanrım" mahnısının ifaçısıdır.İlk və son klipini də məhz bu mahnı üçün çəkdirmişdir.
Rəcəb Məmmədov
Rəcəb Məmmədov (əsgər, 1995) — əsgər, Vətən müharibəsinin şəhidi. Rəcəb Məmmədov (əsgər, 1996) — əsgər, Vətən müharibəsi şəhidi.
Rəcəb Paşa
Kürəkən Rəcəb Paşa (ö. 1726) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən alban olub, saraydakı qohumları vasitəsilə Əndəruna alınmışdır. Ardından saray xəzinədarı olaraq xidmət etdikdən sonra 1707-ci ilin sentyabrında vəzirliklə Diyarbəkir, 1710-cu ildə Van, 1711-ci ildə Sivas, 1712-ci ildə Trabzon valisi təyin edildi. Bu vəzifədə ikən 1712-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1713-cü ildə Təkə, 1714-cü ildə Qüds, 1716-cı ildə Şam, 1717-ci ilin iyulunda Vidin, 1719-cu ilin fevralında Hələb, 1720-ci ildə Misir bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı və çox keçmədən yenidən Hələbə təyin olundu. Daha sonra 1724-cü ilin martında Tiflis, 1725-ci ilin mayında Diyarbəkir, 1726-cı ildə İrəvan bəylərbəyi oldu. Ancaq həmin il vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani IV cild, səh.
Rəcəb Pekər
Mehmet Rəcəb Pekər (5 fevral 1889, Konstantinopol – 2 aprel 1950, İstanbul) — Türk hərbçi və siyasət adamı. 1931–1936 illəri arasında Cümhuriyyət Xalq Partiyası Ümumi katibi qismində, Atatürk və İnönünün yanında rejimin "üçüncü adamı" olaraq seçildi Faşist İtaliya və Nazı Almaniyasına yaxın bir siyasəti müdafiə etdi. 7 Avqust 1946–10 Sentyabr 1947 tarixləri arasında baş nazirlik etdi.Milliyəti ləzgi.
Rəcəb Qulamov
Rəcəb Xaydaroviç Qulamov (31 mart 1996; Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Qulamov 31 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Rəcəb Qulamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 8 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qulamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb Qulamov 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir.
Rəcəb Quliyev
Rəcəb Elşən oğlu Quliyev (5 dekabr 1997, Dəmirçi, Şamaxı rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Quliyev 1997-ci il dekabrın 5-də Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Rəcəb Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəcəb Quliyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18. dekabr 2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24. dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.
Rəcəb Qurbanov
Rəcəb Elşən oğlu Qurbanov (1 yanvar 2001, Kələntərli, Bərdə rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Qurbanov 1 yanvar 2001-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olmuşdur. == Hərbi xidməti == Rəcəb Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb Qurbanov 6 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rəcəb İsmayılov
Rəcəb Nəcəf oğlu İsmayılov (16 sentyabr 2000, Əliqullar, İmişli rayonu – 30 oktyabr 2020, Güləbird, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəcəb İsmayılov 2000-ci il sentyabrın 17-da İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəcəb İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb İsmayılov 30 oktyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Rəcəb İsmayılovun uzun müddət tapıla bilməyən nəşi 3 fevral 2021-ci ildə İmişli rayonunun Əliqulular kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəcəb Əfəndizadə
Rəcəb Əfəndizadə (1893, Nuxa – 20 dekabr 1956) – maarif xadimi, pedaqoq-alim, yazıçı, tərcüməçi, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasın məzunu. == Həyatı == Rəcəb Əsədulla oğlu Əfəndizadə 1893-cü ildə Nuxa şəhərində sənətkar ailəsində anadan olmuşdur.Şəkidə mollaxanada (1900–1901), altısinifli şəhər məktəbində (1902–1910), Qori Müəllimlər Seminariyasında (1910–1914) təhsil almışdır. Ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültəsini bitirmişdir (1930). Göyçay ikinci dərəcəli şəhər məktəbində (1914–1915), Şəki kişi-qadın gimnaziyasında müəllim (1915–1922), Şəki Pedaqoji Texnikumunda (1922–1927), Tiflis Pedaqoji Texnikumunda (1928-1929) direktor, Ali Pedaqoji İnstitutda müəllim ve dosent (1929–1934), Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri (1945–1949) işləmişdir. Rəcəb bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxa qəzasında Hökumətin xalq maarifi sahəsində təd-birlərini həyata keçirmiş, "Türk qiraəti" (1918) dərsliyini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixtisasını artırma işinin təşkili" (1934), "Xalq maarifi üzrə məlumat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi konsultasiya" (1936), "İzahlı pedaqoji lüğət" (1939), "Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı" (1942), "Uşaqlarda səhiyyə vərdişləri tərbiyəsi" (1947) və s. əsərləri Azərbaycanda xalq maarifi və tərbiyə işlərinin elmi-metodik əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski ("Didaktik prinsiplər"), İ.H.Pestalotsi ("Seçilmiş pedaqoji əsərləri") və K.D.Uşinskinin ("Məktəbdə təlim-tərbiyə işləri haqqında") irsi Azərbaycan pedaqoji fikrinə ilk dəfə Əfəndizadənin tərcümələri vasitəsilə daxil olmuşdur. Əfəndizadə ali və orta məktəblər üçün Moskvada nəşr olunmuş "Psixologiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcüməçisidir. Əfəndizadə bədii yaradıcılıqla da məşğul olmuş, uşaqlar üçün "İnsanlar bir-birinə möhtacdır" (1911), "Gimnazist Vahid" (1911), "Kimdir o", "Namus" (1915), "İntiqam" (1915) hekayələrini, "Axır çərşənbə" (1913) pyesini və s.
Səbuhi Rəcəb
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ülvi Rəcəb
Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə (9 yanvar 1903, Batum vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1933). == Həyatı == Ülvi Şaşıqzadə 1903-cü ilin yanvarında Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Milliyyətcə acar olan Ülvi Rəcəbin babası Əhməd bəy keçmiş Suxumi knyazları nəslindən idi. Belə ki, Əhməd bəy evlənənədən sonra ailəsini də götürüb Batumiyə köçür və o, Canivri kəndində yaşamağa başlayır. Əhməd bəyin beş oğlu vardı. Onlardan dördü fanatik idi, lakin Ülvi Şaşıqzadənin atası Rəcəb bəy digər qardaşlarından fərqli olaraq, Avropa mədəniyyəti ilə tanışlığa can atırdı. Rəcəb bəy bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynamışdı.Rəcəb Şaşıqzadənin beş övladı vardi: Naziyə, İzzət, Altun, Ülvi və Nevrestan. Naziyə atasının istəyi ilə qız gimnaziyasına qəbul olur. O, gimnaziyada oxuyan ilk acar idi, buna görə də təhsil həyatında çətinliklərlə qarşılaşırdı. Naziyə gimnaziyada ancaq 3-cü sinfə kimi oxuya bilir.
İhrək Rəcəb
İhrək Rəcəb (1680, İxrək[d], Dağıstan MSSR – 1760) — XVIII əsr rutul əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olub. O, İhrək təxəlüssü ilə əsasən sevgi şeirləri yazıbdır. == Həyatı == İhrək Rəcəbin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun adının Rəcəb olduğu və Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olduğu məlumdur. Buna görə İhrək sözünü özünə təxəssül götürübdür. Onun XVIII əsrdə Səfəvilər Dövləti, Əfşar imperiyası və Quba xanlığı dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == İhrək Rəcəbin yaradıcılığında aparıcı yeri məhəbbət lirikası tutur. Bu lirikanın fərqləndirici xüsusiyyəti onun Huri adlı qıza həsr olunmasıdır. Xalq rəvayətlərinə görə, şair Şinaz kəndindən olan Huri adlı qızı sevirmiş.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎ - Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎ - Ərvənd çayı) — Dəclə və Fərat çaylarının Fars körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Əcəm (qrup)
Əcəm — İngiltərə fəaliyyət göstərən İran musiqi qrupu. Musiqi qrupu əsasən Azərbaycan, fars, bəluc və digər İran xalqlarının musiqisini ifa edir.
Əcəm Ocağı
Əcəm Ocağı – digər bir adı Gənc Oğlanlar Ocağı Osmanlı İmperiyasında ordu üçün əsgərləri və başqa piyada qismi olmaq üzrə qapıqulu ordusunun ehtiyac duyduğu əsgərləri öyrətmək üçün qurulmuş olan ocaqdır. Osmanlı dövlətinin öz təbəsi olan xalqların qeyri müsəlman olanların və xüsusən Balkanlardan 8–18 yaş arasında uşaq və gənclərin yığılması ilə tətbiq olunan dəyişdirmə sistemi ilə mənbəni təmin edən Əcəm Ocağında əksəriyyəti əsgər bəzən də saray üçün işçilər yetişdirilirdi. Osmanlı Dövlətinin sərhədləri içərisində olan ailələrin birdən artıq uşağı olsa uşaqlardan biri alınıb Əcəm ocağına göndərilirdi. Əgər o uşaq Xristian ailələrdən olmuş olurdusa əvvəl (bəzən Bəktaşi) bir türk ailəsinə verilirdi. Beləliklə türkcə öyrənmələri və Türk-İslam ənənələrinə görə tərbiyə edilmələri təmin olunur, ondan sonra Əcəm Ocağına göndərirdilər. Sonra Əcəm Ocağında müəyyən bir müddət ərzində uşaqların zəkaları və istedadları kəşf edilirdi. İstedadlılar Yeniçəri ocağına, zəkası üstün gələn uşaqlar isə təhsillərinə davam etmək üçün saray məktəbinə gedirdilər. Qayda-qanununa görə müharibələrdə alınan əsirlərin beşdə birinin dövlət hesabına yetişdirilməsi üçün Əcəm Ocağına verilənlərə Əcəm oğlanı deyirdilər. Burada aldıqları təhsillərinin sonunda uğurlarına görə ya Endurun və digər saraylara gedirlər, ya da başda Yeniçəri Ocağı olmaqla Qapıqulu ocaqlarına aparılırdılar və Əcəm ocağındakı şəxslərin osmanlı xalqından olması qadağan idi. Bu əsgərlər yığım sistemi ilə yaranır və bu uşaqlardan ağıllı və zəkalı olanlar masa başı işləri görər, komandanlıq edirdilər.
Ecey
Ecey - türk və altay mifologiyasında yer üzündəki ilk qadın, Həvva. Ece, Ece, Eje də deyilir. Törüngəyin yoldaşıdır. Şumerlerdeki Ecem (Kraliça Tanrıçası) ilə də əlaqəlidir. Adəm isə Əlley (və ya Törüngəy) olaraq bilinir. İlk insan (ilk kişi və ilk qadın) anlayışlarına bütün mədəniyyətlərdə maraq eşidilmişdir, çünki insanın yer üzündə nə vaxt və necə var olduğu sualı daim maraq edilmişdir. == Etimologiya == (Ec/Eç/Eş) kökündən törəmişdir. Şumer mənşəli olduğu deyilməkdədir. Türkcədə böyük bacı, kraliça mənaları vardır. Türkcədə "Eş" kökünü də işarə edər.
Ereb
Ereb (yun. Ἔρεβος; lat. Erebus, mənası zülmət, qaranlıq deməkdir.) qədim yunan mifologiyasında və Hesiod teoqoniyasına görə daimi zülməti tərənnüm edən Xaosdan sonra törənmiş ilk tanrılardan biri, Niksin qardaşı və ondan dünyaya gətirmiş olduğu Efir və Hemeranın atasıdır. Mifologiyaya görə, yeraltında qalan mağaralar və digər qaranlıqlar Erebin hökmündədir.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.