Rəcəb Elşən oğlu Qurbanov (1 yanvar 2001, Kələntərli, Bərdə rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəcəb Qurbanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kələntərli, Bərdə rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Rəcəb Qurbanov 1 yanvar 2001-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olmuşdur.[1]
Rəcəb Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb Qurbanov 6 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[4]