Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adilağa gölü
Adilağa gölü — Azərbaycanın Beyləqan rayonu ərazisində göl.
Əzizağa
Əzizağa — kişi adı. Əzizağa Dadaşov — əsgər Əzizağa Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Əzizağa Məmmədov — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti. Əzizağa Əsədov — Qarabağ müharibəsinin iştirakçısı Əzizağa Qasımov — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982) Əzizağa Əzizbəyov — Azərbaycan Xalq Komissarları Sovetinin sədr. Əzizağa Süleymanov — Milli Qvardiyanın keçmiş komandiri, istefada olan polkovnik. Əzizağa Əzizov — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015).
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Əminağa Sadıqov
Əminağa Sadıqov (18 dekabr 1962, Lerik) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini. Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən universiteti bitirmişdir. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir.
Əmirağa Ağayev
Əzizağa Dadaşov
Əzizağa Elsevər
Əzizağa Elsevər (Ələkbərov) (tam adı: Əzizağa Bəhrəm oğlu Ələkbərov; d.10 sentyabr 1952, Azərbaycan SSR, Cəlilabad rayonu, Sabirabad kəndi) – Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent. Əzizağa Bəhrəm oğlu Ələkbərov 1952-ci il sentyabrın 10-da Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuşdur. 1968-ci ildə Sabirabad kənd 8 illik məktəbini, 1971-ci ildə Cəlilabad şəhər 7 saylı orta məktəbini fərqlənmə ilə bitirmiş və həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunmuşdur. 1975-ci ildə həmin universitetin tarix fakültəsini bitirmişdir. 1975-1984-cü illərdə Sabirabad kənd orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü il sentyabrın 18-dən -1997-ci il aprelin 28-dək Azərbaycan EA “ Elm” nəşriyyatında redaktor, böyük redaktor və 1-ci dərəcəli redaktor vəzifələrində işləmişdir. 1997-ci il aprelin 28-də Azərbaycan EA A.A.Bakıxanov adına Tarix İnstitutunun “ Azərbaycanın Böyük Vətən müharibəsi və müharibədən sonrakı dövr tarixi” şöbəsinə elmi işçi vəzifəsinə köçürülmə yolu ilə qəbul edilmişdir. 2001-ci il oktyabrın 31-də “ Azərbaycan avtomobil nəqliyyatının bərpa və inkişaf etdirilməsi tarixi (1946-1960-cı illər)” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə etmişdir. Əzizağa Ələkbərov akademik nəşr olan çoxcildlik “Azərbaycan tarixi”nin VII cildinin müəlliflərindən biridir. Hazırda o, “Azərbaycan SSR-nin Qazaxıstan və Mərkəzi Asiya respublikaları ilə əlaqələri tarixi (1946-1991-ci illər)” adlı doktorluq dissertasiyasını tamamlamaq üzrədir.
Əzizağa Hüseynov
Əzizağa Məmmədov
Məmmədov Əzizağa Seyfəddin oğlu (26 avqust 1957, Tivi, Ordubad rayonu) — musiqiçi, müğənni, Azərbaycan Respublikasının xalq artisti. Əzizağa Məmmədov 1957-cı ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. Əzizağa Məmmədovun musiqi mədəniyyəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib [1]. O, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti [2], 2008-ci ildə isə Xalq artisti [3] fəxri adlarına layiq görülüb və Prezident mükafatçısı olub [4]. Əzizağa Məmmədovu fərqləndirən bir cəhət də onun repertuarında həmişə Azərbaycan və qədim Naxçıvan, Vətənimiz haqqında mahnıların əsas yer tutmasıdır. “Naxçıvan”, “Batabat”, “Nə gözəldir, Azərbaycan”, “Üçrəngli bayrağım”, “Azərbaycan oğluyam” və başqa mahnılar onun repertuarında həmişə sevilə-sevilə oxunur. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti. Azərbaycan Respublikasının əməkdar artisti[5] Azərbaycan Respublikasının xalq artisti[6]. Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov - Barı Naxçıvan [7]. Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.[8] Naxçıvan Dövlət Filarmoniyasında xalq artisti Əzizağa Məmmədovun 60 illik yubileyi təntənəli şəkildə qeyd olunub [9].
Əzizağa Qasımov
Əzizağa (Ağababa) Qasım oğlu Qasımov (5 iyul 1928, Bakı – 18 fevral 1985, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (1982), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru. Əzizağa Qasımov 1 iyun 1928-ci ildə Bakı şəhərində anadan olub. Əsl adı Ağababa idi, lakin oynadığı tamaşaların əksəriyyətinin afişasında və proqramlarında Əzizağa yazılıb.1936-cı ildə Bakı şəhəri 19 saylı məktəbin birinci sinfinə gedib. Yeddici sinfi bitirəndə ailəsinin ağır güzəranda yaşaması ilə əlaqədar işləyib, həmçini 4 saylı sənət məktəbində oxuyub.1946-cı ildə Bakı Teatr məktəbinə daxil olub. Ancaq Azərbaycan Dövlət Teatr İnstitutunun(indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) açılması ilə əlaqədar olaraq 1948-ci ildə Teatr məktəbi bağlayıb. Əzizağa Qasımov Yüngül Sənaye Texnikumuna daxil olub və oranı 1951-ci ildə bitirib. Tələbə ola-ola Akademik teatrın yardım heyətində çıxış edib, Xalq artisti bəstəkar Cahangir Cahangirovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Radiosunun xorunda çıxış edib (1950–1953) Oxumağa böyük həvəs göstərən Əzizağa Qasımov Bakı Sənaye-Pedaqoji Texnikumunu (indi ki Bakı Sənaye-Pedaqoji Kolleci) bitirən ili sənədlərini Bakı Musiqi Məktəbinin vokal şöbəsinə verib. Müsabiqədən və imtahanlardan uğurla keçib. Buranı uğurlu başa vuraraq 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indi ki Bakı Musiqi Akademiyası) qəbul edilib.1956-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (indi ki Azərbaycan Dövlət Musiqili Teatrı) müəyyən fasilədən sonra yenidən fəaliyyətə başlayanda kollektivin bədii rəhbəri Şəmsi Bədəlbəyli truppaya gənc vokalistləri dəvət edirdi. İkinci kursda oxuyan Əzizağa Qasımov teatrın aktyor truppasına solist dəvət olundu və ömrünün sonuna kimi bu kollektivlə çalışdı.
Əzizağa Qənizadə
Əzizağa Tofiq oğlu Qənizadə — ehtiyatda olan Azərbaycan hərbçisi, I Qarabağ müharibəsi iştirakçısı, "701 saylı Hərbi Hissənin Veteranları" İctimai Birliyinin sədri, polkovnik. Əzizağa Qənizadə Cəmşid Naxçıvnski adına Hərbi liseyi bitirdikdən sonra 1976-ci ilin avqust ayında Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1980-ci ildə oranı bitirdikdən sonra Qırmızı Bayraqlı Türküstan Dayirəsinin 44077 saylı hərbi hissənin taqım komandiri vəzifəsinə təyin olunub. 1981-ci ilin may ayından israrlı xahişi ilə Əfqanıstana göndərilib. 1981-ci ilin sentyabr ayına kimi 51884 saylı hərbi hissədə motoatıcı taqım komandiri vəzifəsində çalışıb. Kabul şəhəri Taborun Qərargəh rəisi mayor Ruslan Auşev olub. Həmin ilin sentyabr ayında sonradan İnquşetiya Respublikasının prezidenti olan Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevın təqdimatı ilə döyüşlərdə qəhrəmanlıq nümunələrini göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni almağa təqdim olunub. 1981-ci ilin sentyabr ayından 1982-ci ilin noyabr ayına kimi 78864 saylı Hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.1982-ci ilin aprel ayında döyüşlərdə fərqləndiyinə görə vaxtından əvvəl baş leytenant hərbi rütbəsini alıb.1982-ci ilin noyabr ayında döyüşlərdə fərqləndiyinə görə yuxarı pilləyə, 39676 saylı hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsinə təyin olunub. 1982-ci ildə fevral aiında SSRİ Ali Sovetinin fərmanı ilə döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 1982-ci ilin mart ayında döyüşlərdə misilsiz şücaət göstərdiyinə görə 39676 saylı hərbi hissənin komandanlığı tərəfindən İkinci “Qırmızı Ulduz” ordeninə təqdim olunub. 1982-ci ilin may ayında Əfqanıstanda xidmətini bitirib.
Əzizağa Süleymanov
Əzizağa Mirpaşa oğlu Süleymanov — Milli Qvardiyanın (Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti) keçmiş komandiri, istefada olan polkovnik. Süleymanov Əzizağa Mirpaşa oğlu 1957-ci ildə Şamaxı rayonunda anadan olub. Ali Hərbi təhsilli hüquqşünasdı və Bakı Dövlət Universitetinin tarix fakultəsini qiyabi bitirib. 3 xarici dövlətdə hərbi kurslarda təhsil alıbdır. 1991-ci ildən Milli Qvardiyanın təməlini qoyan zabitlərdən biridir. 1993-cü il aprel ayının 5 -də Birinci Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə prezident Əbülfəz Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülsə də naməlum səbəbdən bu addan məhrum olub.
Əzizağa Şahverdiyev
Əzizağa Şahverdiyev (azərb. Şahverdiyev Əzizağa Xanbaba oğlu, rus. Шахвердиев Азизага Ханбаба оглы; d. 1951-ci il, 10 yanvar, Əli Bayramlı rayonu, Azərbaycan SSR, SSRİ) - Texnika elmləri doktoru, professor. Moskvada Neft və Qaz Hasilatı Proseslərinin Sistemli Tədqiqi İnstitutunun baş direktoru. Şahverdiyev Əzizağa Xanbaba oğlu 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Əli Bayramlı rayonunun (indiki Şirvan rayonu) Ağaməmmədli kəndində anadan olub. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini “maye və qazın mexanikası” ixtisası üzrə bitirib. Elmi fəaliyyətə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda kiçik elmi işçi kimi başlayıb. SSRİ Elmlər Akademiyasının Yerin Fizikası İnstitutunda və akademik A.P.Krılov adına Ümumittifaq Neft-Qaz Elmi-Tədqiqat İnstitutunda təcrübə keçmək üçün Moskvaya göndərilib. Aspiranturada təhsilini başa vurduqdan sonra namizədlik dissertasiyası müdafiə edib, daha sonra Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib.
Əzizağa Əsədov
Əzizağa Əzizbəyov
Əzizağa Əzizbəyov (tam adı: Əzizağa Məşədi oğlu Əzizbəyov; 14 (27) aprel 1903, Bakı – 24 iyun 1966, Bakı) — Azərbaycan Xalq Komissarları Sovetinin sədr müavini, intendant xidməti general-mayoru. Məşədi Əzizbəyovn oğlu. Püstəxanım Əzizbəyovanın atası. Əzizağa Məşədi oğlu Əzizbəyov 1903-cü il aprelin 3-də Bakı şəhərində inqilabçı Məşədi Əzizbəyovun ailəsində doğulmuşdu. 15 yaşında ikən kommunist gənclər ittifaqı sıralarına daxil olmuş Ə.Əzizbəyov Azərbaycanda sovet hakimiyyəti qurulmazdan əvvəl bolşeviklərin Bakı Komitəsinin tapşırığı ilə partiya təşkilatları arasında rabitəni təmin edirdi. 1920-ci il aprelin 28-də Azərbaycan İnqilab Komitəsi Ə.Əzizbəyovu özünün Bakı qəza təşkilatının yerlərdə komsomol özəklərini yaratmaq üçün göndərmişdi. Sonradan o, həmin işi Quba qəzasında davam etdirmişdi. 1921-ci ildə Ə.Əzizbəyov Moskvaya Şərq zəhmətkeşlərinin Kommunist Universitetinə oxumağa ezam edilmişdir. 1923-cü ildə Bakıya qayıdan Ə.M.Əzizbəyov respublikanın sovet və təsərrüfat orqanlarında məsul vəzifələrdə çalışmışdır. O, vətəgə müdiri, Ümumittifaq Balıq Ticarəti İdarəsi Zaqafqaziya bölməsinin rəisi, Azərbaycan Dövlət Balıqçılıq Trestinin mudiri vəzifələrində işləmişdir.
Əzizağa Əzizov
Əzizağa Ağayar oğlu Əzizov (20 oktyabr 1960, Hacıqabul, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı aktyor, Azərbaycanın əməkdar artisti (2015). 20 oktyabr 1960-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Hərbi dənizçilik sahəsinə üz tutmaq istəsə də, təsadüf nəticəsində incəsənət sahəsinə gəlmişdir. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyoru fakültəsini bitirib. İş fəaliyyətinə 1985-ci ildə Gəncə Dövlət Dram teatrına II kateqoriyalı aktyor kimi başlayıb. 1986-cı ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyib. 1999-cu ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor vəzifəsində çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlarla yadda qalan surətlər yaradıb. "O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah və s.
Əliağa Alim
Əliağa Alim — şair.Molla Pənah Vaqifin oğlu Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi. Əliağa "Alim" təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə "Məcmuə"sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında "Vaqifin birinci arvadından olan oğlu" sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində "Əlibəy Vaqifin oğlu" yazmaqla kifayətlənmişlər.
Əliağa Aslan
Əliağa Aslan — Şair. Əliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında ( Qubadlıda) şeirləri dərc olunmuşdur. 1998-ci ildə ilk kitabı "Ayrılıqlar içində" çapdan şıxmışdır. Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir. Kİtablarından birinə (Bu dünya qonaq saxlamır) tanınmış tənqidçi, filologiya elmləri doktoru, Füzulişünas Vaqif Yusifli ön söz yazmış, haqqında dəyərli sözlər işlətmişdir. Əliağa Aslanın bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Əliağa Ağayev
Əliağa İsmayıl oğlu Ağayev (9 (22) mart 1913, Bakı – 13 noyabr 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1954). Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır. Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb.
Əliağa Bakir
Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev; 1 noyabr 1923, Bakı – 22 may 1998, Bakı) — şair. Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İlk təhsilini Bakının bir neçə məktəbində alsa da (“Bədəlbəyin məktəbi”, 25, 136 və 171 nömrəli məktəblər), 171 nömrəli orta məktəbdən məzun olmuşdur (1941). Ədəbiyyata hələ uşaq illərindən böyük həvəs göstərən şair ilk şeirini 6-cı sinifdə oxuyarkən İspaniyada mübarizə aparan respublikaçılara həsr etmişdir (1937). Əliağa Bakir ilk əmək fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş zavodunda fəhlə olaraq başlamışdır. Daha sonra ikinci dünya müharıbəsinin ən şiddətli günlərində cəbhəyə yola düşmüş və Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman etməsi nəticəsində ağır yaralanmışdır (1943). Şair gənclik çağlarında çox sıxıntılı və iztirablı günlər yaşamışdır. O, 1955-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnmişdir. Qırx ildən artıq bir dövr ərzində respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsində mühəndis vəzifəsində çalışmışdır. Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır.
Əliağa Cəfərli
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur. 1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır.
Əliağa Cəfərov
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur. 1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır.
Əliağa Hüseynov
Əliağa Hüseynov (tam adı: Əliağa İzzət oğlu Hüseynov; 16 dekabr 1946, Salyan, Salyan rayonu) — azərbaycanlı hərbçi, ictimai-siyasi xadim, ehtiyyatda olan general-leytenant; Azərbaycan Respublikasının Hərbi Komissarı (1998–2009); Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2009–2010); Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı (2010–2020). Əliağa İzzət oğlu Hüseynov 1946-cı il dekabrın 16-da Salyan rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1975-ci ildə isə Baş Ştabın Mərkəzi Kursunu bitirmişdir. 1970–1972-ci illərdə Bakı şəhər Tramvay-Trolleybus İdarəsində çalışmışdır. 1972-ci ildə Sovet ordusu sıralarına çağırılmışdır. 1972–1976-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayon (indiki Səbail rayonu) Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1976–1978-ci illərdə İmişli rayon Hərbi komissarının müavini, 1978–1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) Hərbi Komissarlığında ikinci şöbənin rəisi, 1983–1988-ci illərdə Əzizbəyov rayonunun Hərbi komissarı, 1988–1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun Hərbi komissarı işləmişdir. 1998–2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə General-leytenant Əliağa İzzət oğlu Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir.
Əliağa Həsənov
Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri. Ə. Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə. Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S. Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə. Həsənov olmuşdu.
Əliağa (Türkiyə)
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.