Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əliyar
Əliyar — Azərbaycanda daha çox işlədilən ad. Bu adı olan tanınmış insanlar Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; güləşçi; Qarabağ müharibəsi şəhidi. Əliyar bəy Haşımbəyov — Rusiya imperator ordusunda general-mayor Əliyar Səfərli — maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü , Azərbaycanın İrandakı keçmiş səfiri. Əliyar Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbə Əliyar Şahsevən — Şahsevən elinin Pireyvatlı obasının ağsaqqalı Əliyar İsmayılov — Rusiyalı futbolçu Əlyar Məmmədov — Azərbaycan hərbçisi, ehtiyyatda olan polkovnik-leytenant.Kəndlər Əliyar (Şəki) — Azərbaycanın Şəki rayonunda kənd. Əliyar (Dizmar) — Cənubi Azərbaycanın Qaradağ vilayətinin Qərbi Dizmar mahalında kənd. Əliyar (Şot) — Əliyar (Vərziqan) —Digər Əliyar bələdiyyəsi — Azərbaycan Respublikasının Şəki rayonunda bələdiyyə.
Əliyar (Vərziqan)
Əliyar (fars. علي يار‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (45 ailə).
Əliyar (Şot)
Əliyar və ya Əliyara (fars. عليار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Əliyar (Şövt)
Əliyar və ya Əliyara (fars. عليار‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Əliyar (Şəki)
Əliyar — Azərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Əliyar Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Şəxs adı əsasında formalaşmışdır. == Əhalisi == Kəndin əhalisi 531 nəfər təşkil edir ki, onun da 261 nəfəri kişi, 270 nəfəri isə qadındır. .
Əliyar Ağayev
Əliyar Ağayev (17 oktyabr 1987, Bakı) — FİFA kateqoriyalı Azərbaycanlı futbol hakimi. 2013-cü ildən beynəxalq oyunları idarə edir. 2015-ci ilin dekabrında UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Rapid-Dinamo Minsk oyununu idarə edərək, bu turnirin qrup mərhələsində hakimlik etmiş ilk azərbaycanlı kimi tarixə düşmüşdü.2016-cı ildə UEFA-nın I kateqoriyasına keçməklə, Çempionlar Liqasında qrup və pley-off oyunlarına təyinat almaq hüququ qazanıb.UEFA Çempionlar Liqası Ölkə futbolu tarixində daha bir ilkin imzası Əliyar Ağayevə məxsusdur. Belə ki, Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində oyunu idarə etmək üçün təyinat almışdır. 2022/23-cü il futbol mövsümünün Çempionlar Liqasının G qrupunun 6-cı və sonuncu turu çərçivəsində Danimarkanın "Kopenhagen" və Almaniyanın "Borussiya Dortmund FK" klublarının oyununda baş hakim kimi qitənin ən nüfuzlu klub turnirində debüt etdi. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.AVRO-2024-ün seçmə mərhələsinin G qrupunda keçiriləcək Monteneqro — Bolqarıstan ilk tur matçında hakim funksiyasını yerinə yetirəcək. Yan xətt hakimləri rolu yenə Zeynal Zeynalov və Akif Əmirəliyə verilib. == Bioqrafiya == 17 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini 2005–2009-cu illərdə ADBTİA-da almışdır.
Əliyar Səfərli
Səfərli Əliyar Qurbanəli oğlu (28 dekabr 1937, Anabad, Ordubad rayonu – 4 yanvar 2017, Bakı) — ədəbiyyatşünas, mətnşünas, maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru (1983), professor (1998), AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1943–1947-ci illərdə Anabad kənd məktəbində ibtidai təhsilini alan Əliyar Səfərli 1947–1951-ci illərdə Gənzə kənd yediillik məkətbində və Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Daha sonra 1955–1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Əliyar Səfərli 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində dərs demişdir. 1971–1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yenidən Bakı Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatşünas 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonra 1992–1994-cü illərdə Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq bölməsinin sədri vəzifəsini icra etmişdir.Əliyar Səfərli 1998–2002-ci illərdə Bakı Dövlət Universitetində, 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətini davam etdirmişdir.
Əliyar Yusifli
Əliyar Yusif oğlu Yusifli (15 oktyabr 1929, Püsyan, Naxçıvan MSSR – 1 sentyabr 1993, Naxçıvan) — şаir, drаmаturq. == Həyatı == Оrdubаd Pеdаqоji Tехnikumunu (1950), Аzərbaycan Dövlət Pеdаqоji In.-tunun (indiki АPU) dil və ədəbiyyаt fаkültəsini (1956), Mоskvаdа M. Qоrki аd. Ədəbiyyаt In-tu nəzdində ikiillik аli ədəbiyyаt kurslаrını (1969) bitirmişdir. Pеdаqоji fəаliyyət göstərmiş, mətbuаtdа çаlışmışdır. 1970-ci ildən Nахçıvan MR Dövlət Tеlеviziyа və Rаdiо Vеrilişləri Kоmitəsinin Bаş rеdаktоru оlmuşdur. "Dаğlаr yаrаşığı" (1964), "Səni хаtırlаyırаm" (1967), "Səni tаpаcаğаm" (1979), "Bənövşə ətri" (1985) və s. şеir tоplulаrı nəşr еdilmişdir. "Vicdаn əzаbı" (1961), "Ürək sеvərsə" (1962), "Səаdət nаminə" (1970), "Gözüm yоllаrdа qаldı" (1975), "Siz хоşbəхt yаşаyın" (1981), "Əlincədən uçаn qаrtаl" (1989) pyеsləri tаmаşаyа qоyulmuşdur. == Əsəri == İllər ömürdən gеdir, B., 1974.
Əliyar bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əliyar İbrahimov
İbrahimov Əliyar Şahmərdan oğlu (25 noyabr 1939, Culfa rayonu) — AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun Bitki sistematikasi şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru, professor. == Həyatı == Əliyar İbrahimov 1939-cu ildə Culfa rayonunun Başkənd kəndində anadan olmuşdur. 1959–1962-ci illərdə hərbi xidmətdə olmuşdur. 1968-ci ildə S. M. Kirov ad. Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin bitirmiş, bioloq, biologiya və kimya müəllimi ixtisası verilmişdir. == Elmi yaradıcılığı == 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyası V. L. Komarov adına Nəbatat İnstitutunun qiyabi aspiranturasına daxil olmuş, 1980-ci ildə akademik Vahid Cəlal oğlu Hacıyevin rəhbərliyi ilə "Naxçıvan MSSR yüksək dağ zonasının bitki örtüyü və onun xalq təsərrüfatı əhəmiyyəti" mözusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və həmin vaxtdan doktorluq dissertasiyası üzrə tədqiqatlara başlamışdır. 1977–1993-illərdə Naxçıvan Regional Elm Mərkəzndə "Biologiya" şöbəsinin müdiri, həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi nəzdnində yaradılmış "Loğman" Dərman Bitkiləri Elmi İstehsalat Kooperativinin sədri vəzifəsində çalışmış, elmi və müəllimlik fəaliyyətini də davam etdirmişdir. Bu müddətdə Naxçıvan MR-ın florası və bitki örtüyünü tədqiq etməklə yanaşı, regionun bitkiliyində yayılmış dərman bitkilərini öyrənməklə, onlardan insanların sağlamlığının qorunmasında elmi əsaslarla istifadə olunmasına nail olmuşdur. "Loğman" кооperativində Bakının "Fармхим" zavodu və Rusiyanın Qus-Xrustal zavodu ilə birgə müqavilə əsasında hazırladığı "Xatun" biokremi və bitki dərman yığıntıları SSRİ Ticarət-Sənaye Palatası və Toksikoloji Mərkəz tərəfindən müsbət qiymətləndirilmiş, bir sıra böyük şəhərlərdə: Moskva, Sankt-Peterburq, Stavropol, Bakı, Naxçıvan və s. ərazilərdə satılmışdır.
Əliyar İsmayılov
Əliyar İsmayılov — Rusiyalı futbolçu == Həyatı == 10 yaşında ikən Kaspiysk şəhərindəki uşaq-gənclər futbol məktəbində Anatoli Kiryanovun rəhbərliyi ilə futbolda ilk addımlarını atıb. 1993-cü ildə "Kaspi" (Kaspiysk, Rusiya, 2-ci liqa) komandasında oynayıb. 1994-cü ildə "Arqo" (Kaspiysk, 2-ci liqa), 1995-97-ci illərdə "Anji" (Mahaçqala, 2-ci və 1-ci dəstələr, Rusiya) komandalarında çıxış edib. 1998-ci ildə Mineralnıe Vodı şəhərinin "Lokomotiv-Taym" (Rusiya, 2-ci liqa) klubunun şərəfini qoruyub. 1998-99-cu il mövsümündə "Turan"da oynayıb (1 oyun). 1999-2000-ci il mövsümündə "Qarabağ"ın heyətində 13 dəfə meydana çıxıb və 2 qol vurub. 2000-2001-ci il mövsümündə yenidən "Turan"a dönüb və 9 oyunda 1 dəfə fərqlənib. Sonrakı 5 ildə Mahaçqala "Dinamo"sunun formasını geyinib. 2005-2006 mövsümünün 2-ci dövrəsindən İnter Bakı klubunda çıxış edib. 2010-cu ilin yanvarında İnter Bakı klubunu tərk edib.
Əliyar Əliyev
Əliyar Yusif oğlu Əliyev (14 dekabr 1957, Qəzyan, Qubadlı rayonu – 3 oktyabr 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qazyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.Hərbi xidməti başa vurduqdan sonra Saransk Dövlət Universiteti onu idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir və Əliyar Əliyev həmin universitetdə iki il müəllim işləyir. Atasının ölümü ilə əlaqədar o, Qazyana qayıdır, qəsəbə orta məktəbində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətində rayon şöbəsinin məşqçisi vəzifəsində çalışır. 1985-ci ildən isə Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti rayon Şurasının sədri seçilib. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır. Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir.1988-ci ilin fevral ayında Xankəndidəki ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiyası başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qovulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılılar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror-təxribatlar törətməyə çalışırdılar.
Əliyar Əmircan
Əliyar Hacı bəy oğlu Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1-ci Bakı kişi realnı məktəbini bitirmiş (1915), müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsinə daxil olmuş, 5 semestr orada təhsil almışdır. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra geri qayıtmağa məcbur olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Əliyar Əmirov
Əmirov Əliyar Həsənalı oğlu — azərbaycanlı xanəndə.[mənbə göstərin] == Həyatı == Əliyar Əmirov 1925-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1941-ci ildə həmin rayonun Ağalıkənd yeddi illik məktəbini bitirmişdir. II dünya müharibəsi zamanı 416-cı Taqanroq diviziyasında xidmət etmişdir. 1949-cu ildən ömrünün sonuna kimi o, M.Maqomayev adına Dövlət Filarmoniyasının solisti olmuşdur. Əliyar Əmirov 1994-cü ildə vəfat etmişdir. Məzarı Biləsuvar şəhər qəbirstanlığındadır. Onlarla muğam onun ifasında Qızıl fondda saxlanılır.
Əliyar Əlimirzəyev
Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021). == Həyatı == Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. == Yaradıcılığı == Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır.2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür. Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur. Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı", 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.
Əliyar bəy Haşımbəyov
Əliyar bəy Haşımbəyov (8 mart 1856, Bakı – 29 may 1920, Nargin adası, Abşeron rayonu) — Rusiya imperator ordusunda general-mayor (6.12.1908), Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu illərdə daxili işlər nazirinin müavini, Zaqatalanın 1-ci qubernatoru (1918–1919). Qars vilayəti qubernatorunun köməkçisi. == Həyatı == Ailəsi XIX əsrin əvvəllərində Dərbənddən Bakıya köçmüşdür. 1856-cı il, 8 mart tarixində Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini ədadiyə (realnı) məktəbində alan Əliyar bəy 1871-ci ildə Tiflisdəki hərbi-piyada məktəbinə daxil olmuşdur. == Rus orudusunda xidməti == 1918-ci ildən artilleriya qoşunlarının piyada hissələrində xidmətə başlamışdır. Hərbi xidmətinin otuzuncu ilində — 1908-ci il dekabrın 6-da general-mayor kimi yüksək rütbəyə layiq görülmüşdür. Həmin il Qars vilayətinin hərbi rəisi təyin olunmuşdur. === Birinci dünya müharibəsində === Əliyar bəy Birinci dünya müharibəsində üçüncü Qafqaz araba-kravan briqadasının komandiri olmuşdur. 1917-ci ildə istefaya çıxmışdır.
Bəhliyan
Bəhliyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Bəhliyan kəndi Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Toponim tat dilindəki bəhli (gilas) və an (yer) sözlərindən ibarət olub, “gilaslı yer” mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır. Bəhliyan kəndinin coğrafi kordinatları 40.671989 en, 48.301708 uzunluğu olan bu dərəcələrdir. İsmayıllı rayonunun Ağsu tərəfində yerləşmişdir. Təbiəti zəngin meşə örtüyü ilə əhatə olunub, çox quru iqlimə malikdir. Rayonla və rayon-ətrafı kəndlərdən fərqli olaraq kəndin havadaki nəmlilik dərəcəsi hiss olunacaq dərəcədə fərq edir. Kənd qara və boz qonur yəni əkinçiliyə yararli torpaq örtüyü ilə əhatə olunub. == Əhalisi == Əhalisi 76 nəfərdir ki onunda 39 nəfəri kişi, 37 nəfəri qadındır.
Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə türk olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam edirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişabura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Əlişar
Əlişar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 18-20 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk dilində <<alçaq dağ>> mənasında işlənən alaşar sözünün fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 214 nəfər azərbaycanlı yaşamışdır.1918 –ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926–cı ildə 104 nəfər, 1931 –ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır. 1930–cu illərin sonlarında kəndin sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Aşıq Əhliman
Aşıq Əhliman (9 mart 1955, Bərgüşad, Ucar rayonu) — aşıq. == Həyatı == Əhliman Rəhim oğlu Rəhimov 9 mart 1955-ci ildə Ucar rayonunun Bərgüşad kəndində dünyaya göz açıb. Hələ uşaqlıqdan şeir, sənət və ustadlar haqqında söhbətlərə saatlarla qulaq asmaqdan doymazdı. Ətraf kəndlərin hansında Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Fərhad, Aşıq Pənah, Məhəmmədağa çalıb-oxuyurdusa, Əhliman özünü o məclisə yetirirdi. Ustad sənətçilərin söylədikləri sirli-sehrli nağıl və dastanları yaddaşına köçürməyə çalışar, saz havasını nəfəs kimi udardı. Əhlimanın duyğuları böyük Füzulinin ustad hesab etdiyi Həbibinin doğulduğu Bərgüşad kəndinin gözəl təbiətindən qidalanıb. Şirin nəğmələri ilə qəlbləri fəth edən Aşıq Əhliman Rəhimovun sənətinin gücü həm də sadə, təvazökar və təbii danışığında, səmimi insani münasibətindədir. Aşıq Əhliman özünün açdığı cığırla gedən el sənətkarıdır. Oxuduğu qoşmalar, gəraylılar, müxəmməslər, təcnislər… hamısı sazın qəlbləri ovsunlayan cingiltisi ilə gözəl səsin sehrinə qarışır. Əslində haray qoparan, cansız taxta parçası və yaxud ona bənd edilmiş simlər deyil, aşığın yanar qəlbinin səsidir.
Böyük Şəhriyar
Böyük Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km məsafədə, Arazdan axan arxın kənarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim böyük fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XX əsrin 30-cu illərində kənd Şəhriyar-Mets adlandırılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19. IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Nalbandyan (erməni şairi) qoyulmuşdur. == Əhalisi == 1828–1830-cu illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və gəlmə ermənilər yerləşdirilmişdir.
Hacı Əhliman
Hacı Əhliman və ya əsil adı ilə Əhliman Rüstəmov (tam adı: Əhliman Fidatxan oğlu Rüstəmov) — azərbaycanlı ilahiyyatçı-alim, din xadimi, Hacı Cavad məscidinin sabiq axundu. == Həyatı == Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.1974–1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb.Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.2021-ci ilin oktyabrın 25-də hüquq mühafizə orqanları tərəfindən Bakıda evində axtarış keçirilib. Nəticədə saxlanılsa da, elə həmin gün də sərbəst buraxılıb.İndiyə qədər kimi onlarla kitabı və yüzlərlə məqaləsi çıxıb. Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub. == Fəaliyyəti == === Kitabları === "Quranşünaslıq dərsləri" "Kiçik surələrdə böyük təfsirlər" "Əqidə dərsləri" "Kamillik Zirvəsi" "Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşunaslıq" === Məqalələri === Hacı Əhliman Rüstəmov. "Qurаndа və lüğətdə "imаm" kəlməsi" ( (az.)).
Kiçik Şəhriyar
Kiçik Şəhriyar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə, Araz çayından axan arxın sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim kiçik fərqləndirici əlamət bildirən sözlə Şəhriyar şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.VII.1968-ci il fərmanı ilə adı dəyişdirilib Nor Artaqes qoyulmuşdur.
Məhəmmədhüseyin Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar (tam adı: Seyid Məhəmmədhüseyn Behcəti Təbrizi) (1906, Təbriz – 18 sentyabr 1988, Tehran) — daha çox Şəhriyar təxəllüsü ilə tanınan və milliyətcə türk olan şair. == Həyatı == Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan almışdır. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınmış ziyalısı Hacı Mirağa öyrətmişdir. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam edirmiş, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olmuşdur. O, Sürəyya adlı bir qıza aşiq olmuş və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkmiş, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişabura sürgün edilməsinə müvəffəq olurlar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olur. O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışmış, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlimişdir. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənmişdir. == Yaradıcılığı == Şairin ədəbiyyata olan marağı uşaqlıqdan var idi. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazmışdı.
Məhəmmədhüseyn Şəhriyar

Məmmədhüseyn Şəhriyar

Ehtikar
Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq. == İslamda möhtəkirlik == İslam peyğəmbərindən nəql olunan hədislərdən aydın olur ki, möhtəkirliyi yalnız xəyanətkarlar və günahkarlar edə bilərlər: "Xəyanətkarlardan başqa heç kəs möhtəkirlik etməz.""Günahkardan başqa kimsə möhtəkirliyə əl atmaz."Nəhcül-bəlağədə Əli ibn Əbu Talib Malik Əştəri Misirə vali təyin etdiyi fərmanında Möhtəkirliyin qarşısının alınmasının zəruriliyi haqda qeyd olunur: "Bütün bunlarla yanaşı bil ki, onların çoxu – tacirlər və sənətkarlar – alverdə həddindən artıq amansızdırlar və xoşagəlməz xəsislikləri var. Onlar daha çox xeyir götürmək məqsədilə möhtəkirlik edər və onlara öz istədikləri kimi baha qiymət qoyarlar. Bu da xalq kütləsi üçün zərərli, rəhbərlər üçünsə eyb və rüsvayçılıqdır.
Ehtiyat fondu
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Elkiyar Məmmədov
Elkiyar Məmmədov (Elkiyar Abdulla oğlu Məmmədov; 7 avqust, 1992, Ərçivan, Astara rayonu – 1 noyabr, 2020, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi․ == Həyatı == Elkiyar Məmmədov 1992-ci ildə 7 avqust Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur․ 1998-ci ildə həmin qəsəbədə 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2009-cu ildə məktəbi bitirmişdir․ Ailəli idi․ 2 qızı və 1 oğlu yadigar qaldı․ == Hərbi xidməti == Elkiyar Məmmədov 2010-cu ildə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etmiş və 2012-ci ildə hərbi xidmətini başa vurmuşdur․ 2013-cu ildən Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissədə MAXE rütbəsində sürücü kimi xidmətə başlamışdır․ 2015-ci ildə Füzuliyə ezam olunmuşdur və 5 il idi ki, Füzulidə yerləşən “N” saylı hərbi hissədə qüsursuz xidmət edirdi․ === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Elkiyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd uğrunda gedən döyüşlərdə savaşıb. Elkiyar Məmmədov oktyabrın 30-da Hadrutun azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elkiyar Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elkiyar Məmmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == – (15.12.2020) "Vətən uğrunda" medalı (ölümündən sonra). – (25.12.2020) "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra).
Estiyar (Təbriz)
Estiyar (fars. استيار‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 508 nəfər yaşayır (89 ailə).