Bəhliyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Bəhliyan | |
---|---|
40°40′23″ şm. e. 48°18′03″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İsmayıllı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
[http:// ] | |
Bəhliyan kəndi Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Toponim tat dilindəki bəhli (gilas) və an (yer) sözlərindən ibarət olub, “gilaslı yer” mənasındadır. Kənd salındığı ərazinin adını daşıyır. Bəhliyan kəndinin coğrafi kordinatları 40.671989 en, 48.301708 uzunluğu olan bu dərəcələrdir. İsmayıllı rayonunun Ağsu tərəfində yerləşmişdir. Təbiəti zəngin meşə örtüyü ilə əhatə olunub, çox quru iqlimə malikdir. Rayonla və rayon-ətrafı kəndlərdən fərqli olaraq kəndin havadaki nəmlilik dərəcəsi hiss olunacaq dərəcədə fərq edir. Kənd qara və boz qonur yəni əkinçiliyə yararli torpaq örtüyü ilə əhatə olunub.
Əhalisi 76 nəfərdir ki onunda 39 nəfəri kişi, 37 nəfəri qadındır.
Orta məktəbi 500 m aralıda yerləşən kənddədir.
Bəhliyan kəndinin ərazisində çox qədimdən qalan Alban qəbristanlığı saxlanılır.
İsmayıllı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |