Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ələq Surəsi
96-cı surə əl-Ələq (Laxtalanmış qan) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surə adını 2-ci ayədə işlənən və laxtalanmış qan mənasını verən ələq sözündən götürmüşdür.
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Fələq Surəsi
113-cü surə əl-Fələq (Sübh) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir). Surə adını ilk ayəsində yer alan və sabah aydınlığı mənasını verən fələq sözündən almışdır. Nas surəsi ilə birlikdə bu surə qorunma surələri olaraq qəbul olunur.
Hələq (Culfa)
Hələq (fars. هلق‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 413 nəfər yaşayır (117 ailə).
Mişel Əfləq
Mişel Əfləq (ərəb. ميشيل عفلق‎; 1910[…], 19 yanvar 1912 və ya 1909, Dəməşq – 23 iyun 1989[…], V arondisman (Paris)) — Ərəb əsilli Suriya siyasətçisi. Bəəs sosialist ərəb partiyasının qurucusu. Səddam Hüseynin əməkdaşı olub. Suriyanın Dəməşq şəhərində orta səviyyəli bir ailədə anadan olan Əfləq Sorbonnada oxudu və burada gələcək siyasi yoldaşı Səlahəddin əl-Bitarla görüşdü. 1932-ci ildə Suriyaya qayıtdı və kommunist siyasətində siyasi karyerasına başladı. Əfləq kommunist fəalı oldu, ancaq Suriya-Livan Kommunist Partiyası Fransanın müstəmləkə siyasətini dəstəklədiyi zaman kommunist hərəkatı ilə əlaqələrini kəsdi. Sonralar 1940-cı ildə Əfləq və əl-Bitar Ərəb İhya Hərəkatını qurdular (daha sonra Zəki əl-Ərsuzi qrupundan adını eyni adla alaraq özünü Ərəb Bəəs Hərəkatı adlandırdı). Hərəkat uğurla nəticələndi və 1947-ci ildə Ərəb Bəəs Partiyası yaratmaq üçün Ərəb Arası'nın ərəb Bəəs Təşkilatı ilə birləşdi. Əfləq partiyanın icra komitəsinə üzv seçilmiş və "'Amid" (partiyanın lideri deməkdir) seçilmişdir.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yeni Ələt
Yeni Ələt — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Yuxarı Ələz
Yuxarı Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 154 nəfərdir (2009-cu il).
Ələm (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Ələm Hüseynov
Ələs Rüstəmov
Ələs Rüstəmov (tam adı: Ələs Vidadi oğlu Rüstəmov; 24 noyabr 1998; Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələs Rüstəmov 1998-ci il noyabrın 24-ü Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbini bitirmişdir. Subay idi. Ələs Rüstəmov 2016-2017-ci illərdə Bakıda hərbi xidmət keçmiş, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdən keçən hərbi qulluqçu olaraq işə başlamışdır. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin ələ keçirilməsində iştirak etmişdir. 2020-ci il oktyabrın 2-si şəhid olmuş, doğulduğu tarixdə - noyabrın 24-ü dəfn edilmişdir. Bir yaralı əsgər yoldaşı onun haqqında söyləyir: “Ələs çox hörmət qazanmışdı. Komandirin sağ qolu idi. Bir gün komandir demişdi ki, mənə nəsə olsa, mən şəhid olsam bu taqım Ələsə əmanətdir.
Ələt FK
Ələt FK — Azərbaycanın Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsini təmsil edən futbol klubudur. Futbol klubu 1997-ci il tarixində "Ələt" adı ilə yaradılmışdır. Ələt Futbol Klubu 1997-ci ildən bəri bir çox Bakı kənd və qəsəbə çempionatlarında iştirak etmiş və yaxşı nəticələr əldə etmişdir. Klubun yaranma tarixi 1996–1997-ci illərə təsadüf edir, ancaq rəsmi olaraq 16 mart 2017-ci il tarixində Ayaz Məmmədzadə tərəfindən təsis edilərək dövlət qeydiyyatından keçirilmişdir. Komandanın yaranmasında Zaur Mehdiyev, Coşqun Qarayev, Xudat İsrafilov, Cəfər Həşimov, Mirağa Zamanov və Zaur Kərimov yaxından iştirak etmişdir. Ələt Futbol Klubunun ənənəvi forması ağ və tünd göydür. Futbol klubunun gənclər bölməsi 4 iyun 2017-ci il tarixində yaradılmışdır. U 10–15 və U 17 yaş qrupları üzrə təlimlər keçirilir. Uşaq futbolunda məşqçi vəzifəsində Xudat İsrafilov fəaliyyət göstərir.
Ələt burnu
Ələt burnu — inzibati cəhətdən Qaradağ rayonu Ələt qəsəbəsi ərazisinə daxildir. Burundan cənub-şərqdə Ələt qəsəbəsi yerləşir. Burun Xəzər dənizinin içərilərinə doğru irəliləmiş formadadır. Onun şərqində Bahar palçıq vulkanı yerləşir. Burnun əmələ gəlməsi vulkanın fəailyyəti ilə bağlıdır. Burundan cənubda Ələt buxtası yerləşir. Ələt burnundan cənubda Gil adası, şərqdə isə Daş adalar qövsü və Xərə Zirə adaları yerləşir.
Ələt buxtası
Ələt buxtası — inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonun Ələt qəsəbəsi ərazisinə daxildir. Körfəzə yaxın yaşayış məntəqəsi Ələt qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən 3,5 km-lik məsafədə Gil adası yerləşir. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır. Ada yasaqlıq elan edilmişdir bu səbəbdən burada çoxlu sayda su quşları yumurta qoyur. Körfəz iqtisadi baxımdan əlverişli bölgədə yerləşir. Körfəzin sahilindən Ələt-Astara avtomobil yolu, Biləcəri-Ağstafa dəmir yolu keçir. Üstəlik mühüm neft və qaz kəmərlərinə yaxındır. Buxta şimaldan Ələt burnu, cənubdan isə Pirsaat burnu ilə əhatələnir. Ələt buxtasında Ələt burnu ərazisində Ələt dəniz limanı inşa edilmişdir.
Ələt bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ələt qəsəbəsi
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Ələt silsiləsi
Ələt silsiləsi — Azərbaycanın şərqində nəhəng antiklinal ərazi. Qobustandan cənub-qərbə 40 km məsafədə uzanır. Yaxınlığında neft ehtiyatları zəngindir. Alyat silsiləsi Azərbaycanda ən böyük vulkanlardan olan Torağay, Böyük Kənizdağ, Daşğil, Koturdağ, Ayrantökan və s. kimi çox sayda palçıq vulkanları ilə zəngindir. Azərbaycan coğrafiyası Azərbaycan geologiyası Azərbaycan. Relyef.
Ələt-Culfa dəmiryolu
Ələt-Culfa dəmiryolu — Bakı ilə Azərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu xətti. Culfa istiqamətində dəmir yolu çəkilməsi təklifini ilk dəfə 1898-ci ildə rus sahibkarları F. Y. Yenakiyev və A. M. Qoryainov irəli sürmüşdü. Onların tapşırığı ilə 1900-cü ildə Hacıqabuldan Araz çayı boyunca Culfaya qədər ərazidə texniki-kəşfıyyat işlərinə başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İrana və Türkiyəyə doğru uzatmaq niyyətində idilər. Tərtib olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti"nin rəhbərlərindən olan S. Podqurskiyə verildi. Culfa-Hacıqabul dəmir yolu xəttinin çəkilməsinin zəruriliyi "Birinci Dünya müharibəsi" (1914–1918) başlandıqdan dərhal sonra özünü göstərdi. Rusiya Qafqaz cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz etməkdə ciddi çətinliklərlə üzləşdi. 1914–1916-cı illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən çox artmışdı və Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu vəziyyət Qafqazdakı rus ordusunun komandanı və Qafqaz canişini Nikolay Nikolayeviçi Culfanın "Cənubi Qafqaz" dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə birləşdirilməsini təklif edən layihələrə ciddi diqqət yetirməyə məcbur etdi. Canişin bu layihələr içərisində Culfanın Ələtlə birləşdirilməsi təklif edilən varianta üstünlük verdi və 1916-cı il fevralın 4-də Nazirlər Şurasına müraciət edərək, Ələt-Culfa dəmir yolu xəttinin çəkilməsi məsələsini irəli sürdü.
Cəbəllütariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
Cəbəllüttariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Əl-ələ tutma
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. == Mədəni aspektlər == 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Ələt-Culfa dəmir yolu
Elea məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon Melissus Fəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Elek Benedek
Elek Benedek (mac. Benedek Elek; 30 sentyabr 1859 – 17 avqust 1929) — Macarıstan jurnalisti və yazıçısı. == Həyatı == Transilvaniyanın Betsaniy Miç yaşayış məskənində anadan olmuşdur. İlk olaraq Sekeyudvarxey, daha sonra isə Budapeştdə təhsil almışdır. Şagird olarkən Cob Şebeşi ilə Macarıstan folklor elementlərini toplamağa başlamışdı. Nəticəsə "Transilvaniyanın xalq nağılları" (ing. Transylvanian Folk Tales) adlı kitab toplusunu formalaşdırdı. İlk dəfə Budapeşt qəzetində və daha sonra isə, digər mətbu orqanlarda journalist kimi fəaliyyət göstərməyə başladı. 1887–1892-ci illərdə Budapeştdə Macarıstan Parlamentinin üzvü olmuşdur. Parlamentdəki çıxışlarında gənclərin ədəbiyyata marağı və "Folklor poeziyası", xalq yaradıcılığının dili və ictimai təhsillə bağlı bir sıra məsələlərə toxunmuşdur.
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1974, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. == Həyatı == Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004). Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Oleg Kenzov
Oleg Kenzov (19 avqust 1988, Poltava) — ukraynalı müğənni, reper və teleaparıcı, X-faktor şousunun ikinci mövsümünün iştirakçısı. Oleq Kenzov 19 avqust 1988-ci ildə Ukraynanın Poltava şəhərində anadan olub. O, milliyyətcə ukraynalıdır. Musiqi istedadı uşaqlıqda özünü büruzə verdi, o, ictimaiyyət qarşısında çıxış etməkdən həzz aldı və matinlərin ulduzu oldu. Oleqin başqa bir məşğuliyyəti şeir yazmaq idi, amma musiqi ilə məşğul olduğu üçün məktəb performansı aşağı düşüb. Ana oğlunun davamiyyətinə şəxsən nəzarət etmək məcburiyyətində qaldı, lakin bu, öz təsirini göstərdi və oğlan öz məktəbində yaxşı şagird oldu. Oleq Volodimir Korolenko adına Poltava Milli Pedaqoji Universitetində psixologiya və sosial təhsil ixtisası üzrə təhsil alıb. 16 yaşından etibarən Oleq şəhər klublarında çalışdı, həmçinin dostları ilə 17-ci Region qrupunu yaratdı. 2003-cü ildən bu komanda ilə birlikdə gələcək ulduz gənclərin müxtəlif yarışlarında iştirak edib. Bu hip-hop komandası Poltavada keçirilən nüfuzlu Krasnaya Ruta festivalının seçmə mərhələsinin iştirakçısı oldu 4 ildən Oleg Kenzov 2002-ci ildə yaradılmış Fundamental Change komandasına qoşuldu.
Oleq Anofriyev
Oleq Anofriyev (20 iyul 1930, Qelencik, Şimali Qafqaz diyarı[d] – 28 mart 2018) — SSRİ müğənnisi.
Oleq Antonov
Oleq Konstantinoviç Antonov (7 fevral 1906 - 4 aprel 1984) — məşhur Sovet təyyarə dizayneri, Ukraynada yerləşən dünyaca məşhur olan təyyarə şirkəti Antonovun (sonralar onun şərəfinə adlandırılıb) ilk rəhbəri. Antonov Sovet təyyarələrinin və həm hərbi, həm də mülki istifadə üçün nəzərdə tutulmuş planerlərin çox uğurlu layihələndirilməsinə cavabdeh olan şəxs idi. Antonov 7 fevral 1906-cı ildə Rusiya imperiyasının Troisa kəndində (indi Moskva vilayətinin Podolski rayonu) anadan olub. 1912-ci ildə Antonov Saratova köçüb və burada orta məktəbə gedib. Erkən yaşlarında aviasiya onu çox maraqlandırdığı üçün asudə vaxtının xeyli hissəsi yerli aerodromda keçirirdi. 17 yaşı olanda Antonov "Həvəskar Aviasiya Klubu" yaratdı və sonralar Hərbi Hava Qüvvələrinin Dostları Təşkilatı ilə birləşdi. Daha sonralar o, OKA-1 "Göyərçin" adlı planeri hazırladı və Moskvada keçirilmiş yarışda iştirak etdi. O, bu yarışda iştirak edən digər 12 iştirakçını qabaqlayaraq, birinci yeri tutdu. 1930-cu ildə Antonov Leninqradda yerləşən Kalinin Politexnik İnstitutunu bitirdi. O, planerlər üzərində işlərini davam etdirərək və 1931-ci ildə Moskva Planer Zavodunda rəhbər konustruktor oldu.
Oleq Atkov
Oleq Atkov (rus. Олег Юрьевич Атьков; 9 may 1949) — sovet və rus kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı (1984). Nizamlı hərbi qulluqçu və rus dili və ədəbiyyatı müəlliminin ailəsində anadan olmuşdur. 5-ci sinifdən sonra atasının göndərildiyi ADR-də oxudu. 1966-cı ildə Xerson şəhərinin 20 saylı orta məktəbinin 10 sinifini bitirmişdir (xatırladıb ki, "Mənim valideynlərim Almaniyada yaşayıblar və artıq Sovet İttifaqına qayıtmaq məcburiyyətində oldum, çünki 9-cu və 10-cu siniflərdə xaricdə məktəb yox idi. O, həkimin yoluna ayağa qalxmağı onun böyük xala, nevropatoloqun nümunəsi və Y. P. Germanın "Mənim əziz adamım" kitabının trilogiyası ilə də asanlaşdırdığını xatırladı. Təcrübəli tibb məktəbində oxumuş, həm də Xerson pambıq kombinatı tibb məntəqəsində çalışır. 1967-ci ildə Krım Tibb İnstitutuna (Simferopol) daxil oldu. Valideynlər ADR-dən döndükdən sonra Kiyevə köçdü və orada təhsilini tibb müəssisəsində davam etdirdi. Bir şagird ilə evləndi və həyat yoldaşı ilə birlikdə Moskvaya köçdü, burada 1973-cü ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini bitirdi.
Oleq Babak
Oleq Babak (rus. Олег Яковлевич Бабак; d. 25.02.1967 - ö. 7.04.1991) — SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini, Sovet İttifaqı Qəhrəmanı. Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, orta təhsilini 1974-cü ildən 1982-ci ilə kimi Viktoriya kəndinin kənd məktəbində sonra isə qonşu Teplovsk kəndində alıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi kollecinə daxil olub. 1989-cu ildə kolleci bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib. Xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir.
Oleq Babayev
Oleq Babayev (21 oktyabr 1965, Kursk – 26 iyul 2014, Kremençuk, Poltava vilayəti) — Ukraynalı politoloq, Ukrayna Ali Radasının VI çağırış xalq deputatı; Kremençuk şəhərinin meri (2010-2014), "Vorskla" (Poltava) futbol klubunun prezidenti (2005-2014); Atası azərbaycanlıdır. 26 iyul 2014-cü il tarixində, yerli vaxtla səhər saat 10.00-da evindən bayıra çıxdığı zaman naməlum avtomobildən enən maskalı naməlum şəxslər onu avtomatdan atəşə tutublar. Nəticədə Oleq Babayev yerindəcə dünyasını dəyişib.
Oleq Basilaşvili
Oleq Valerianoviç Basilaşvili (gür. ოლეგ ბასილაშვილი) — Sovet və Gürcüstan aktyoru, SSRİ xalq artisti (1984). Oleq Basilaşvili 26 sentyabr 1934-cü ildə Valerian Noşrevanoviç Basilaşvili (1900-1975) və İrina Sergeyevna İlyinskayanın (1908-1980) ailəsində anadan olmuşdur. Gürcü soyadı olan Basilaşvili yalnız onun atasında rast gəlinir. Belə ki, ona qədərki əcdadlar hamısı Basilov soyadını daşıyırdılar. Oleqin ana babası Sergey Mixayloviç İlyinski (1872-1934) memar, ata babası Noşrevan Keyxosroviç Basilov (1867-1943) isə polis nəzarətçisi olmuşdur. Basilaşvilinin əcdadları Gürcüstana təqribən 400 il əvvəl Basian dağından, hazırkı müasir Türkiyənin ərazisindən gəlmişdilər. 1956-cı ildə MXAT məktəb-studiyasında Pavel Massalskinin kursunu bitirmişdir. Onda Lenin komsomolu adına Leninqrad teatrına göndərilmişdir. 1959-cu ildə Böyük Akademik Dram Teatrının (hazırda Tovstonoqov adına Böyük Akademik Dram Teatrı) truppasına dəvət olunur.
Oleq Bloxin
Oleq Vladimiroviç Bloxin (ukr. Олег Володимирович Блохін, 5 noyabr 1952[…], Kiyev) — əslən ukraynalı, keçmiş sovet futbolçusu, hücumçu və futbol məşqçisi, sovet futbolunun bir çox rekordunun sahibi. Sovet futbolu tarixinin ən yaxşı futbolçulardan biridir. France Football jurnalının UEFA ilə birgə təsis etdiyi Qızıl top mükafatının 1975-ci ildəki laureatı. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası (1972), SSRİ əməkdar idman ustası (1975), Ukraynanın əməkdar məşqçisi (2005). 8 qat SSRİ çempionu, SSRİ Kubokunun 5 qat qalibi, UEFA Kuboklar Kubokunun 2 qat qalibi. 1954–2003-cü illər arasında Ukraynanın ən yaxşı futbolçusu (UEFA-nın 50 illik yubileyi mükafatı). Planète Foot və Voetbal International versiyalarına görə dünyanın ən yaxşı oyunçularının siyahısına daxil edilmişdir. SSRİ milli futbol komandasının heyətində ən çox oyun keçirən və ən çox qol vuran futbolçu kimi rekordçudur. Qızıl top mükafatına layiq görülmüş 3 sovet futbolçusundan biridir (Lev Yaşin və İqor Belanovla birgə).
Oleq Falzer
Oleq Falzer — bəstəkar. 1966-cı ildə ADK-nı (Cövdət Hacıyevin bəstəkarlıq sinfi üzrə) bitirmiş və “Musiqi nəzəriyyəsi” kafedrasında çalışmışdır. Yaradıcılığında kamera janrlarına üstünlük vermiş, solo alətlər — viola, orqan, arfa və fortepiano üçün sonatalar, “Azərbaycan kvarteti”, İ.Takubokunun sözlərinə “5 tanka” və s. əsərləri bəstələmişdir. 1989-cu ildə O.Felzer ABŞ-yə köçmüş və burada fəaliyyətini davam etdirmişdir. Onun “Zabul simfoniyası” 1993-cü ildə bəstələnmişdir. Bəstəkarın Azərbaycana mənəvi bağlılığını ifadə edən bu əsər “Zabul” muğamının mövzuları əsasında müasir bəstəkarlıq texnikası ilə yaradılmışdır. Əsər ilk dəfə 1996-cı ildə ABŞ-də (dirijor J.Sachs), Bakıda isə ölümündən sonra ilk dəfə 2008-ci ildə (dirijor V. Runçak) səsləndirilmişdir.
Oleq Gerasimyuk
Oleq Gerasimyuk (ukr. Олег Герасимюк; doğ. 25 sentyabr 1986, Vladimir-Volınski, Volın vilayəti, Ukrayna SSR, SSRİ) — Ukrayna futbolçusu, "Volın Lutsk" klubunun yarımmüdafiəçisi. Gerasimyuk "Volın Lutsk" klubunun yetirməsidir. 2003-cü ildə "Kovel Volın" komandasına, 2004-cü ildə isə yetirməsi olduğu "Volın Lutsk" komandasına keçib. Lutsk komandasının heyətində ilk görüşünü — 15 iyul 2004-cü ildə Ukrayna çempionatı çərçivəsində "Tavriya Simferopol" komandasına qarşı keçirib. Karyerasının başlanğıcında onu məşhur çex futbolçu Pavel Nedved ilə müqayisə edirdilər. 2005-ci ilin qışında Kiyevin "Dinamo" komandasına keçib. 2005-ci ilin yayında "Volın Lutsk"a icarəyə verilib. 2006-cı ilin yayında icarə əsasında Dnepropetrovskun "Dnepr" komandasına keçmək variantı olsa da, Kiyevin "Arsenal" komandasına keçib.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Dəməq
Dəməq — İranın Həmədan ostanının Rəzən şəhristanının Sərdrud bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,847 nəfər və 757 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Dərəq
Dərəq- İranın Şimali Xorasan ostanının Gərmə şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,594 nəfər və 1,012 ailədən ibarət idi.
Fləş
Fleş və ya Fləş
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.