Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələq Surəsi
96-cı surə əl-Ələq (Laxtalanmış qan) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surə adını 2-ci ayədə işlənən və laxtalanmış qan mənasını verən ələq sözündən götürmüşdür.
Ələk
Ələk — unun kəpək və qeyri-yad əşyalardan təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alətdir. Ələk dairəvi qutu şəklində olur. Əlәklər yastı olmaqla, vibrasiyalı, yırğalanan, barabanlı olmaqla, fırlanan kimi növlәrә ayrılır. Əsasәn, un, kombinә olunmuş yem vә yarma istehsalında, әrzaq vә yem mәhsullarının hazırlanması üçün dәnin xәlbirlәnmәsindә, hәmçinin faydalı qazıntıların saflaşdırılmasında istifadә edilir. Ələk unun ələnməsində istifadə edilən əsas alətdir. Ələklərin alı və qaraçı növləri mövcuddur. Ələk hazırlama peşəsi Azərbaycanda geniş yayılmışdır.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. == Tarixi == Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Fələq Surəsi
113-cü surə əl-Fələq (Sübh) surəsi (Məkkədə nazil olmuşdur, 5 ayədir). Surə adını ilk ayəsində yer alan və sabah aydınlığı mənasını verən fələq sözündən almışdır. Nas surəsi ilə birlikdə bu surə qorunma surələri olaraq qəbul olunur.
Hələq (Culfa)
Hələq (fars. هلق‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 413 nəfər yaşayır (117 ailə).
Mişel Əfləq
Mişel Əfləq (ərəb. ميشيل عفلق‎; 1910[…], 19 yanvar 1912 və ya 1909, Dəməşq – 23 iyun 1989[…], V arondisman (Paris)) — Ərəb əsilli Suriya siyasətçisi. Bəəs sosialist ərəb partiyasının qurucusu. Səddam Hüseynin əməkdaşı olub. == Həyatı == Suriyanın Dəməşq şəhərində orta səviyyəli bir ailədə anadan olan Əfləq Sorbonnada oxudu və burada gələcək siyasi yoldaşı Səlahəddin əl-Bitarla görüşdü. 1932-ci ildə Suriyaya qayıtdı və kommunist siyasətində siyasi karyerasına başladı. Əfləq kommunist fəalı oldu, ancaq Suriya-Livan Kommunist Partiyası Fransanın müstəmləkə siyasətini dəstəklədiyi zaman kommunist hərəkatı ilə əlaqələrini kəsdi. Sonralar 1940-cı ildə Əfləq və əl-Bitar Ərəb İhya Hərəkatını qurdular (daha sonra Zəki əl-Ərsuzi qrupundan adını eyni adla alaraq özünü Ərəb Bəəs Hərəkatı adlandırdı). Hərəkat uğurla nəticələndi və 1947-ci ildə Ərəb Bəəs Partiyası yaratmaq üçün Ərəb Arası'nın ərəb Bəəs Təşkilatı ilə birləşdi. Əfləq partiyanın icra komitəsinə üzv seçilmiş və "'Amid" (partiyanın lideri deməkdir) seçilmişdir.
Yanıq Ələz
Yanıq Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 48 nəfərdir (2009-cu il). == Toponimikası == Yanıq Alayaz Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Ələz çayı sahilində, dağlıq ərazidədir. Yerli əhali kəndi Yanıq Ələz də adlandırır. Yaşayış məntəqəsini XIX əsrdə Yuxarı Alayaz kəndindən çıxmış ailələr Yanıq (quru, bitkisiz) adlanan ərazidə salmışlar. Oykonim “yanıq (quru, bitkisiz) ərazisində salınmış Alayaz kəndi” mənasın­dadır.
Yeni Ələt
Yeni Ələt — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Yuxarı Ələz
Yuxarı Ələz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 154 nəfərdir (2009-cu il).
Ələm (xalça)
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Ələm Hüseynov
Ələm Hüseynov (3 yanvar 1996, Saatlı rayonu – 31 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ələm Hüseynov 3 yanvar 1996-cı ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub. == Hərbi xidməti == 31 oktyabr 2020-ci il tarixdə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Ələs Rüstəmov
Ələs Rüstəmov (tam adı: Ələs Vidadi oğlu Rüstəmov; 24 noyabr 1998; Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ələs Rüstəmov 1998-ci il noyabrın 24-ü Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbini bitirmişdir. Subay idi. == Hərbi xidməti == Ələs Rüstəmov 2016-2017-ci illərdə Bakıda hərbi xidmət keçmiş, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdən keçən hərbi qulluqçu olaraq işə başlamışdır. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin ələ keçirilməsində iştirak etmişdir. 2020-ci il oktyabrın 2-si şəhid olmuş, doğulduğu tarixdə - noyabrın 24-ü dəfn edilmişdir. Bir yaralı əsgər yoldaşı onun haqqında söyləyir: “Ələs çox hörmət qazanmışdı. Komandirin sağ qolu idi. Bir gün komandir demişdi ki, mənə nəsə olsa, mən şəhid olsam bu taqım Ələsə əmanətdir.
Ələt FK
Ələt FK — Azərbaycanın Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsini təmsil edən futbol klubudur. Futbol klubu 1997-ci il tarixində "Ələt" adı ilə yaradılmışdır. Ələt Futbol Klubu 1997-ci ildən bəri bir çox Bakı kənd və qəsəbə çempionatlarında iştirak etmiş və yaxşı nəticələr əldə etmişdir. == Tarixi == Klubun yaranma tarixi 1996–1997-ci illərə təsadüf edir, ancaq rəsmi olaraq 16 mart 2017-ci il tarixində Ayaz Məmmədzadə tərəfindən təsis edilərək dövlət qeydiyyatından keçirilmişdir. Komandanın yaranmasında Zaur Mehdiyev, Coşqun Qarayev, Xudat İsrafilov, Cəfər Həşimov, Mirağa Zamanov və Zaur Kərimov yaxından iştirak etmişdir. == Forma == Ələt Futbol Klubunun ənənəvi forması ağ və tünd göydür. == Gənclər klubu == Futbol klubunun gənclər bölməsi 4 iyun 2017-ci il tarixində yaradılmışdır. U 10–15 və U 17 yaş qrupları üzrə təlimlər keçirilir. Uşaq futbolunda məşqçi vəzifəsində Xudat İsrafilov fəaliyyət göstərir.
Ələt burnu
Ələt burnu — inzibati cəhətdən Qaradağ rayonu Ələt qəsəbəsi ərazisinə daxildir. Burundan cənub-şərqdə Ələt qəsəbəsi yerləşir. Burun Xəzər dənizinin içərilərinə doğru irəliləmiş formadadır. Onun şərqində Bahar palçıq vulkanı yerləşir. Burnun əmələ gəlməsi vulkanın fəailyyəti ilə bağlıdır. Burundan cənubda Ələt buxtası yerləşir. Ələt burnundan cənubda Gil adası, şərqdə isə Daş adalar qövsü və Xərə Zirə adaları yerləşir.
Ələt buxtası
Ələt buxtası — inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonun Ələt qəsəbəsi ərazisinə daxildir. Körfəzə yaxın yaşayış məntəqəsi Ələt qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən 3,5 km-lik məsafədə Gil adası yerləşir. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır. Ada yasaqlıq elan edilmişdir bu səbəbdən burada çoxlu sayda su quşları yumurta qoyur. Körfəz iqtisadi baxımdan əlverişli bölgədə yerləşir. Körfəzin sahilindən Ələt-Astara avtomobil yolu, Biləcəri-Ağstafa dəmir yolu keçir. Üstəlik mühüm neft və qaz kəmərlərinə yaxındır. Buxta şimaldan Ələt burnu, cənubdan isə Pirsaat burnu ilə əhatələnir. Ələt buxtasında Ələt burnu ərazisində Ələt dəniz limanı inşa edilmişdir.
Ələt bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ələt qəsəbəsi
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. == Tarixi == Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Ələt silsiləsi
Ələt silsiləsi — Azərbaycanın şərqində nəhəng antiklinal ərazi. Qobustandan cənub-qərbə 40 km məsafədə uzanır. Yaxınlığında neft ehtiyatları zəngindir. Alyat silsiləsi Azərbaycanda ən böyük vulkanlardan olan Torağay, Böyük Kənizdağ, Daşğil, Koturdağ, Ayrantökan və s. kimi çox sayda palçıq vulkanları ilə zəngindir. == Həmçinin bax == Azərbaycan coğrafiyası Azərbaycan geologiyası == Xarici keçidlər == Azərbaycan. Relyef.
Ələt-Culfa dəmiryolu
Ələt-Culfa dəmiryolu — Bakı ilə Azərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu xətti. == Yaranması ideyası == Culfa istiqamətində dəmir yolu çəkilməsi təklifini ilk dəfə 1898-ci ildə rus sahibkarları F. Y. Yenakiyev və A. M. Qoryainov irəli sürmüşdü. Onların tapşırığı ilə 1900-cü ildə Hacıqabuldan Araz çayı boyunca Culfaya qədər ərazidə texniki-kəşfıyyat işlərinə başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İrana və Türkiyəyə doğru uzatmaq niyyətində idilər. Tərtib olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti"nin rəhbərlərindən olan S. Podqurskiyə verildi. Culfa-Hacıqabul dəmir yolu xəttinin çəkilməsinin zəruriliyi "Birinci Dünya müharibəsi" (1914–1918) başlandıqdan dərhal sonra özünü göstərdi. Rusiya Qafqaz cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz etməkdə ciddi çətinliklərlə üzləşdi. 1914–1916-cı illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən çox artmışdı və Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu vəziyyət Qafqazdakı rus ordusunun komandanı və Qafqaz canişini Nikolay Nikolayeviçi Culfanın "Cənubi Qafqaz" dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə birləşdirilməsini təklif edən layihələrə ciddi diqqət yetirməyə məcbur etdi. == İnşası tarixindən == Canişin bu layihələr içərisində Culfanın Ələtlə birləşdirilməsi təklif edilən varianta üstünlük verdi və 1916-cı il fevralın 4-də Nazirlər Şurasına müraciət edərək, Ələt-Culfa dəmir yolu xəttinin çəkilməsi məsələsini irəli sürdü.
Cəbəllütariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
Cəbəllüttariqin ələ keçirilməsi
Cəbəllüttariqin ələ keçirilməsi — 31 iyul - 4 avqust 1704-cü il tarixlərində İspaniya mirası uğrunda müharibə zamanı İspaniyanın Cəbəllüttariq qalasının ələ keçirilməsi ilə bitən müttəfiq İngiltərə-Hollandiya donnanmasının əməliyyatı. Bu əməliyyatdan sonra İspaniya birdəfəlik Cəbəllüttariqi itirdi. İspaniya mirası uğrunda müharibənin əvvəlindən ingilis-holland ittifaqı Cəbəllüttariq boğazına nəzarət etmək və Aralıq dənizinin qərbindəki Fransız donanmasına qarşı dəniz əməliyyatlarını asanlaşdırmaq üçün Pireney yarımadasında uyğun bir liman axtarırdı. Kadisi ələ keçirmək cəhdi 1702-ci ilin sentyabrında uğursuzluqla sona çatdı. Lakin ittifaq donanmasının həmin il oktyabr ayında Viqo körfəzindəki müvəffəqiyyətli dəniz basqınından sonra iki dəniz ölkəsi Hollandiya və İngiltərənin birləşmiş donanmaları bölgədə mühüm qüvvə oldular. Bu qələbə Portuqaliya Kralı II Pedronun Fransa və Burbonların nəzarətində olan İspaniya ilə mütəffiqliyini kəsməsinə və 1703-cü ildə Böyük İttifaqa daxil olmasına səbəb oldu. Bu ittifaqın mənafeyinə uyğun gəlirdi. Çünki İttifaq donanması Lissabon limanına girişdən istifadə edərək Aralıq dənizində rahat hərbi kampaniya aparırdı. İspaniya taxtına yiyələnmək uğrunda Avstriya Habsburqlarını namizədi VI Karl da mübarizə aparırdı. Hesse-Darmştat şahzadəsi Georq Hessen bölgədə Habsburq sülaləsinin maraqlarını təmsil edirdi.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Bahar (Ələt) palçıq vulkanı
Ələt-Culfa dəmir yolu
Ələt-Culfa dəmiryolu — Bakı ilə Azərbaycanın cənub-qərb bölgələrini birləşdirən dəmir yolu xətti. == Yaranması ideyası == Culfa istiqamətində dəmir yolu çəkilməsi təklifini ilk dəfə 1898-ci ildə rus sahibkarları F. Y. Yenakiyev və A. M. Qoryainov irəli sürmüşdü. Onların tapşırığı ilə 1900-cü ildə Hacıqabuldan Araz çayı boyunca Culfaya qədər ərazidə texniki-kəşfıyyat işlərinə başlandı. Rus sənayeçiləri həmin dəmir yolu xəttini gələcəkdə İrana və Türkiyəyə doğru uzatmaq niyyətində idilər. Tərtib olunmuş layihə sonradan "Təbriz dəmir yolu cəmiyyəti"nin rəhbərlərindən olan S. Podqurskiyə verildi. Culfa-Hacıqabul dəmir yolu xəttinin çəkilməsinin zəruriliyi "Birinci Dünya müharibəsi" (1914–1918) başlandıqdan dərhal sonra özünü göstərdi. Rusiya Qafqaz cəbhəsindəki qoşunlarını ərzaq və döyüş sursatı ilə təchiz etməkdə ciddi çətinliklərlə üzləşdi. 1914–1916-cı illərdə Qafqazın cənubuna doğru daşınan yüklərin həcmi 2 dəfədən çox artmışdı və Aleksandropol-Culfa xətti bu qədər yükü daşımağa qadir deyildi. Bu vəziyyət Qafqazdakı rus ordusunun komandanı və Qafqaz canişini Nikolay Nikolayeviçi Culfanın "Cənubi Qafqaz" dəmir yolunun şərq hissəsindəki stansiyalardan biri ilə birləşdirilməsini təklif edən layihələrə ciddi diqqət yetirməyə məcbur etdi. == İnşası tarixindən == Canişin bu layihələr içərisində Culfanın Ələtlə birləşdirilməsi təklif edilən varianta üstünlük verdi və 1916-cı il fevralın 4-də Nazirlər Şurasına müraciət edərək, Ələt-Culfa dəmir yolu xəttinin çəkilməsi məsələsini irəli sürdü.
Ələt Azad İqtisadi Zonası
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (abr. BDTL; ing. Port of Baku) — 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. == Tarixi == 1998-ci ildə Bakı şəhərində qədim ticarət marşrutunu yenidən bərpa etmək və cəlb olunan ölkələr ilə gələcək əməkdaşlıq imkanlarının əsaslarını qoymaq üçün "Qədim İpək Yolu" adlı beynəlxalq konfransı keçirilmişdir. Qədim İpək Yolundan istifadə edən tacirlərin Avropa ilə Asiya arasında səyahəti aylar və bəzən illər boyu davam edirdi və Mərkəzi Avrasiya mərkəzləri kritik regional logistika və paylama mərkəzləri rolunu oynayırdı. Bunların hər birində tacirlərin mal və fikirləri mübadilə etdikləri, müxtəlif mədəniyyətdən olan insanların görüşmək imkanı qazandıqları bir neçə karvansara olurdu. Bu cür ticarət mərkəzləri Avrasiya və Yaxın Şərqdən keçən geniş ticarət dəhlizləri şəbəkəsi vasitəsilə digər regional qovşaq və böyük şəhərlərlə əlaqəli idi. 1994-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının nizamnaməsi təsdiq edilmişdir. Bu nizamnaməyə əsasən liman, hüquqi şəxs olaraq tam təsərrüfat hesablı və özünümaliyyələdirmə prinsipləri əsasında fəaliyyət göstərir.
Elea məktəbi
Elea məktəbi — Miladdan öncə VI və V yüzilliklərdə güney İtaliyanın Elea (yun. Έλέα, lat. Velia) şəhərində fəaliyyət göstərən fəlsəfi məktəb. Elea filosofları varlıq haqqında düşünmüş, onun nə olduğunu bilmək istəmişdilər. Bu problemi çözərkən onlar məntiqi düşüncənin real duyğularla ziddiyyətdə olması ehtimalını irəli sürmüşdürlər. Elealılar həm də bütün dünyanın vahidliyini iddia etmişdilər. Eyni zamanda, Elea filosofları yunan dininin bir çox aspektlərinin tənqidçiləri kimi də tanınmışdılar. Elea məktəbinin əsas təmsilçiləri: Ksenofan Parmenid Eleyalı Zenon Melissus Fəlsəfi təlimləri onlara aid olan məqalələrdə verilmişdir. == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF).
Elek Benedek
Elek Benedek (mac. Benedek Elek; 30 sentyabr 1859 – 17 avqust 1929) — Macarıstan jurnalisti və yazıçısı. == Həyatı == Transilvaniyanın Betsaniy Miç yaşayış məskənində anadan olmuşdur. İlk olaraq Sekeyudvarxey, daha sonra isə Budapeştdə təhsil almışdır. Şagird olarkən Cob Şebeşi ilə Macarıstan folklor elementlərini toplamağa başlamışdı. Nəticəsə "Transilvaniyanın xalq nağılları" (ing. Transylvanian Folk Tales) adlı kitab toplusunu formalaşdırdı. İlk dəfə Budapeşt qəzetində və daha sonra isə, digər mətbu orqanlarda journalist kimi fəaliyyət göstərməyə başladı. 1887–1892-ci illərdə Budapeştdə Macarıstan Parlamentinin üzvü olmuşdur. Parlamentdəki çıxışlarında gənclərin ədəbiyyata marağı və "Folklor poeziyası", xalq yaradıcılığının dili və ictimai təhsillə bağlı bir sıra məsələlərə toxunmuşdur.
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1974, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. == Həyatı == Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004). Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. == Karyerası == Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Oleq Anofriyev
Oleq Anofriyev (20 iyul 1930, Qelencik, Şimali Qafqaz diyarı[d] – 28 mart 2018) — SSRİ müğənnisi.
Oleq Antonov
Oleq Konstantinoviç Antonov (7 fevral 1906 - 4 aprel 1984) — məşhur Sovet təyyarə dizayneri, Ukraynada yerləşən dünyaca məşhur olan təyyarə şirkəti Antonovun (sonralar onun şərəfinə adlandırılıb) ilk rəhbəri. Antonov Sovet təyyarələrinin və həm hərbi, həm də mülki istifadə üçün nəzərdə tutulmuş planerlərin çox uğurlu layihələndirilməsinə cavabdeh olan şəxs idi. == Erkən həyatı və mühəndislik karyerası == Antonov 7 fevral 1906-cı ildə Rusiya imperiyasının Troisa kəndində (indi Moskva vilayətinin Podolski rayonu) anadan olub. 1912-ci ildə Antonov Saratova köçüb və burada orta məktəbə gedib. Erkən yaşlarında aviasiya onu çox maraqlandırdığı üçün asudə vaxtının xeyli hissəsi yerli aerodromda keçirirdi. 17 yaşı olanda Antonov "Həvəskar Aviasiya Klubu" yaratdı və sonralar Hərbi Hava Qüvvələrinin Dostları Təşkilatı ilə birləşdi. Daha sonralar o, OKA-1 "Göyərçin" adlı planeri hazırladı və Moskvada keçirilmiş yarışda iştirak etdi. O, bu yarışda iştirak edən digər 12 iştirakçını qabaqlayaraq, birinci yeri tutdu. 1930-cu ildə Antonov Leninqradda yerləşən Kalinin Politexnik İnstitutunu bitirdi. O, planerlər üzərində işlərini davam etdirərək və 1931-ci ildə Moskva Planer Zavodunda rəhbər konustruktor oldu.
Oleq Atkov
Oleq Atkov (rus. Олег Юрьевич Атьков; 9 may 1949) — sovet və rus kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı (1984). == Həyatı == Nizamlı hərbi qulluqçu və rus dili və ədəbiyyatı müəlliminin ailəsində anadan olmuşdur. 5-ci sinifdən sonra atasının göndərildiyi ADR-də oxudu. 1966-cı ildə Xerson şəhərinin 20 saylı orta məktəbinin 10 sinifini bitirmişdir (xatırladıb ki, "Mənim valideynlərim Almaniyada yaşayıblar və artıq Sovet İttifaqına qayıtmaq məcburiyyətində oldum, çünki 9-cu və 10-cu siniflərdə xaricdə məktəb yox idi. O, həkimin yoluna ayağa qalxmağı onun böyük xala, nevropatoloqun nümunəsi və Y. P. Germanın "Mənim əziz adamım" kitabının trilogiyası ilə də asanlaşdırdığını xatırladı. Təcrübəli tibb məktəbində oxumuş, həm də Xerson pambıq kombinatı tibb məntəqəsində çalışır. 1967-ci ildə Krım Tibb İnstitutuna (Simferopol) daxil oldu. Valideynlər ADR-dən döndükdən sonra Kiyevə köçdü və orada təhsilini tibb müəssisəsində davam etdirdi. Bir şagird ilə evləndi və həyat yoldaşı ilə birlikdə Moskvaya köçdü, burada 1973-cü ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini bitirdi.
Oleq Yankovski
Oleq İvanoviç Yankovski (rus. Олег Иванович Янковский; 23 fevral 1944 — 20 may 2009) — rus sovet aktyor və kinorejissoru. SSRİ xalq artisti (1991). SSRİ Dövlət mükafatı laureatı (1987). == Həyatı == Oleq Yankovski 1944-cü ildə Qazaxıstan SSR-in Cezqazqan şəhərində anadan olmuşdur. Əvvəlcə teatr aktyoru kimi fəaliyyət göstərmişdir. Kino fəaliyyətinə 1968-ci ildə çəkilmiş "Qalxan və qılınc" (rol: Henrix Şvarskopf) filmi ilə başlamışdır. 100-ə yaxın filmdə rol almışdır. Kino sənətində göstərdiyi xidmətlərə görə 1991-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüşdür. Oleq Yankovski 2009-cu ilin mayın 20-də Moskva şəhərində vəfat etmişdir.
Oleq Yefremov
Oleq Nikolayeviç Yefremov (rus. Олег Николаевич Ефремов; 1 oktyabr 1927, Moskva, SSRİ — 24 may 2000, Moskva, Rusiya) — Sovet və Rusiya teatr rejissoru, kinorejissor, aktyor, pedaqoq və teatr xadimi, SSRİ xalq artisti (1976), Sosialist Əməyi Qəhrəmanı (1987), üç dəfə SSRİ dövlət mükafatı laureatı (1969, 1974, 1983) və Rusiya Federasiyasının dövlət mükafatı laureatı (1997, 2003), SSRİ Teatr Xadimləri İttifaqının yaradıcılarından biri və birinci katibi, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü, 1955-ci ildən Sov.İKP-nin üzvü. == Həyatı == Oleq Yefremov 1 oktyabr 1927-ci ildə anadan olmuşdur. O, 1949-cu ildə MXAT məktəb-studiyasını bitirir və Mərkəzi Uşaq teatrında aktyor və rejissor olur. 1956-cı ildə Oleq Yefremov "Həməsr" ("Современник") teatrını yaradır və özü də ora başçılıq edir. Daha sonra 1970-ci ildən etibarən M. Qorki adına Moskva teatrında çalışır. 1976-cı ildən MXAT-ın professoru olmuşdur. 1987-cı ildə rejissor Marina Qoldovskaya Oleq Yefremov haqqında sənədli film çəkmişdir. Oleq Nikolayeviç Yefremov 24 may 2000-ci ildə Moskvada vəfat etmişdir. == Filmoqrafiya == == İstinadlar == .
Oleq Yusupov
Oleq Yusupov (azərb. Yusupov Oleq Kərim oğlu‎) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Oleq Yusupov 1944-cü ilin 28 fevral tarixində Bakı şəhərində anadan olub. 1 nömrəli hərbiləşdirilmiş yanğın dəstəsində sürücü işləyib. Bir oğlu var. Yanvarın 20-də 00:38 dəqiqədə Azərbaycan nəşriyyatına çağırışa gediblər. Onunla birlikdə qarovul rəisi A. Eyvazov, bölmə komandiri Y. Nikanov, yanğınsöndürənlər Ələsgərov və Burov da olub, 01:10 dəqiqədə rabitə kanalı ilə xəbər veriblər ki, maşın atəşə tutulub. Yanğınsöndürmə maşını 53-31-AQA Naxçıvan mehmanxanasının yanından keçəndə maşın atəşə tutulmuş, Yusupov sinəsindən ağır güllə yarası almışdır. Şəhidlər xiyabanında dəfn edilib.
Oleq Şelayev
Oleq Şelayev (Oleq Mykolayovych Shelayev)(Ukrayna dili:Олег Шелаєв) Ukraynanın güclü futbolçularından olan Oleq Şelayev 1976-cı il noyabrın 5-də Luqanskda anadan olub. Karyerası ərzində "Zarya", Donetskin "Şaxtyor", "Metallurq" və "Dnepr" klublarında çıxış edib. "Dnepr"də baş məşqçi Vladimir Bessonovla 2008/2009 mövsümündə yola getmədiyi üçün qış fasiləsində "Krivbass"a icarəyə verilib. Boyu 181 sm olan futbolçunun çəkisi 74 kq-dır. Təcrübəli yarımmüdafiəçi "Dnepr"də kapitan sarğısıyla 209 oyunda 27 qol vurub. Ümumiyyətlə, yüksək liqada 326 matçda 33 dəfə fərqlənib. 2004-cü ildə Ukrayna millisində debüt edən Şelayev 35 oyunda 1 qol vurub. 2006-cı il Dünya Kubokunun 1/4 finalçısı olub. Ukrayna Kubokunun qalibidir. Həmçinin, çempionatın gümüş və bürünc mükafatçısıdır.
Oleq Şulbayev
Oleq Petroviç Şulbayev(xakasca:Олег Петрович Шулбаев,21 avqust 1954 – 31 dekabr 2018, Abakan) — xakas yazıçısı və jurnalisti, Rusiya Yazıçılar Birliyinin üzvü (1999), Rusiya Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Oleq Petroviç Şulbaev 1954-cü ildə Xakasiya Respublikasının Taştıp rayonunun Nijnnie Sira kəndində müəllim ailəsində doğulmuşdur. Atası Pyotr Andreyeviç Şulbayev ixtisasca tarix, anası mariya Qriqoryevna Şulbayeva rus dili və ədəbiyyatı müəllimi olmuşdur. 1961–1970-ci illərdə o, Ançul 8 illik və Yuxarı-Taştıp orta məktəblərində təhsil almışdır. 1970–1975-ci illərdə Oleq Şulbayev Abakan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin Xakas dili və ədəbiyyatı şöbəsində oxumuşdur. Məzun olduqdan sonra Taştıp orta məktəbində rus dili və ədəbiyyatı, xakas dili və ədəbiyyatı müəllimi işləmişdir. 1976–1977-ci illərdə Oleq Şulbayev "Lenin yolu" ("Ленин чолы") qəzetinin müxbiri işləmişdir. SSRİ Silahlı Qüvvələrinin tərkibində Yakutiyada hərbi xidmət keçdikdən sonra həmin qəzetin redaksiyasına qayıtmış, əvvəlcə şöbə müdiri, daha sonra məsul katib vəzifələrində çalışmışdır. 1984–1986-cı ildə Novosibirsk Ali Partiya Məktəbinin jurnalistika şöbəsində dinləyici kimi təhsil almışdır. Xakasiya radiosunun və "Selskaya Jizn" qəzetinin müxbiri işləmişdir.
Oleq Əmirbəyov
Oleq Əmirbəyov (tam adı: Oleq Arnoldoviç Əmirbəyov ; d. 16 dekabr 1986, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan teatr və kino aktyoru, televiziya aparıcısı, jurnalist, Azərbaycanın əməkdar artisti (2021). == Həyatı == Oleq Arnoldoviç Əmirbəyov 16 dekabr 1986-cı ildə Bakı şəhərində Azərbaycanın əməkdar artistləri Arnold Xarçenko və Rita Əmirbəyovanın ailəsində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram rejissorluğu ixtisası ilə bitirmişdir. 2010-cu ildən bəri Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. O, həmçinin «AzTv» və «Mədəniyyət» kanallarında televiziya aparıcısı olaraq çalışmışdır. Buna əlavə olaraq, Əmirbəyov 2008-2009-cu illərdə «Mir» telekanalının müxbiri vəzifəsində çalışmışdır. === Şəxsi həyatı === Evlidir. Cəmil adlı bir oğlu var. == Mükafatları == 17 mart 2021-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Alaq
Alaq – becərilən bitkilər arasında özbaşına bitən bitki. Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. Alaq əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; Alaqlı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Bloq
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Bələk
Bələk (türk. Belek) — Aralıq dənizi sahillərində, Antalya şəhərində yerləşən Türkiyənin kurort qəsəbəsi. Bələk, Türkiyə Cümhuriyyətinin ən yeni kurortlarından biridir. Turizm və istirahət infrastrukturunun inkişafı 1984-cü ildə başlamışdır. Coğrafi mövqeyinə görə Bələk şəhəri bütün Antalya vilayətinin görməli yerlərinə ekskursiyalar etməyə imkan verir. Şəhərin inkişafının cəhətlərindən biri də qolfun populyarlaşmasıdır. Bələk golf mərkəzlərindən biridir. Bələkdə bir çox futbol sahəsi var. Qışda Avropa və Asiyadan futbol komandaları bu sahələrdə məşq etmək üçün Bələkə gəlirlər. Şəhərin mərkəzində məscid heykəllərin yanında və ağaclarla bəzədilmiş bulvarlarda geniş alış-verişə aparan şəlalənin yanında dayanır.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.