Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlisəfa Azayev
Azayev Əlisəfa Soltan oğlu — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1993). Əlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. O, Qaramahmudlu kəndində ibtidai, Mollakənd kəndində isə orta məktəbi bitirib. Bir il kolxozda işlədikdən sonra 1968–1970-ci illərdə M. Ə. Sabir adına Şamaxı Pedaqoji Məktəbində təhsil alıb. 1971–1973-cü illərdə Kürdəmir rayon Şüşün kənd səkkizillik məktəbində müəllim kimi fəaliyyət göstərib. Daha sonra hərbi ximəti yollanıb. Əlisəfa Azayev 1973–1979-cu illərdə ordudan tərxis olunub Ərəbxana kənd orta məktəbində müəllim kimi çalışıb. O, qiyabi yolla Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1979–1982-ci illərdə Bilik Cəmiyyətinin Kürdəmir Rayon Təşkilatının məsul katibi vəzifəsini icra edib. 1982–1995-ci illərdə orada Xalq Deputatları Soveti İcraiyyə Komitəsi Təşkilat şöbəsinin müdiri işləyib.
Hacı Əlisəfa Yaqubov
Hacı Əlisəfa Yaqubov (1938, Xızı – 24 may 2016, Xızı rayonu) — Sosialist Əməyi qəhrəmanı, iki dəfə Azərbaycan Ali Sovetinin deputatı seçilmiş, hazırda Prezident təqaüdçüsü Hacı Əlisəfa Yaqubov 1938-ci ildə anadan olmuşdur. Əslən Xızının Gimçi kəndindəndir.
Əliyeva
Əliyeva — Azərbaycan qadın soyadı. Arzu Əliyeva (d. 1989) — prodüser, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kiçik qızı Dinarə Əliyeva (d. 1980) — opera ifaçısı, Azərbaycanın xalq artisti Evelina Əliyeva — rəssam Həyat Əliyeva (d. 1969) — kimyaçı Leyla Əliyeva (d. 1984) — Azərbaycanlı ictimai xadim Mahizər Əliyeva Mehriban Əliyeva (d. 1964) — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Sevil Əliyeva (d. 1955) — Azərbaycan Assosiasiyasının fəxri prezidenti Tünzalə Əliyeva (1973–2023) — aktrisa Zərifə Əliyeva (1923–1985) — Azərbaycanın oftalmoloqu, əməkdar elm xadimi Kübra Əliyeva (ssenarist) Kübra Əliyeva (d. 1950) — Azərbaycan teatr və kino aktrisası.
Olivera
Olivera — ad. Olivera Despina Xatun — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Serbiya knyazı Lazar Xrebelyanoviçin qızı. Olivera Yevtiç — Serbiyanı təmsil edən marafonçu. Matias Olivera — Uruqvaylı peşəkar futbolçu.
Böyükxanım Əliyeva
Böyükxanım Həsənbala qızı Əliyeva (28 sentyabr 1945, Xaçmaz) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü(2024). Böyükxanım Həsənbala qızı Əliyeva 1945-ci ildə Xaçmazda anadan olmuşdur. Ə. Hüseynzadə ad. Azərb. Mədəniyyət və İncəsənət Un-tini bitirmişdir (1973). Həmin ildən N. Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrının aktrisasıdır. Rolları: Germiona ("Qış nağılı", U. Şekspir), Amaliya ("Qaçaqlar", F. Şiller), Gültəkin ("Aydın", C. Cabbarlı), Sədayə ("Sən yanmasan", N. Xəzri), Nihal ("Yağışdan sonra", B. Vahabzadə), Sənəm xala ("Yaxşı adam", M. İbrahimov), Anjel, Aynur ("Məhv olmuş gündəliklər", "Büllur sarayda", İ. Əfəndiyev), komissar ("Nikbin faciə", Vs. Vişnevski) və s. 1973-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirərək təyinatla N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərildi.
Dilarə Əliyeva
Dilarə Əliyeva (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Dilarə Əliyeva (aktrisa) — aktrisa.
Dinarə Əliyeva
Dinarə Əliyeva (17 dekabr 1980, Bakı) – Azərbaycan və Rusiya opera ifaçısı (soprano), Azərbaycanın xalq artisti (2018). Dinarə Əliyeva 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbini 1998-ci ildə bitirmişdi. 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını magistr pilləsi üzrə bitirmişdir. Hazırda Musiqi Akademiyasının aspiranturasında təhsil alır. Hələ 1998-ci ildə Bülbül adına məktəbin şagirdi ikən D. Əliyeva Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdu. 2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet teatırın solistı olub. 2004-cü ilin əvvəllərində, Dinara Əliyeva Puççininin "Boqema" operasının tamaşasında ifa etdiyi Mimi partiyası müğənnin simasında milli opera səhnəmizdə yeni bir ulduzun parladığını xəbər verdi. 2005-ci ildə C. Verdinin "Trubadur" operasının tamaşasında Leonora partiyası ilə Dinarə öz sənət bioqrafiyasına daha bir uğur yazmışdır. Hazırda isə D. Əliyeva "Traviata" operasında əsas partiyalardan biri Violetta partiyası üzərində çalışır.
Dünyaxanım Əliyeva
Dunyaxanım Əliyeva (Tam adı: Dünyaxanıım Yunus qızı Əliyeva; d. 1 iyun 1961, Azərbaycan, Lerik) — Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və "Dünya Ana və Uşaq" ictimai birliyinin sədri, Dunyaxeber.org saytının baş redaktoru. Dünyaxanım Əliyeva 1961-ci ildə 1 iyun tarixində Lerik rayonunda anadan olmuşdur. 1963-cu ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 70 nömrəli məktəbdə oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademyasına daxil olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və "Dünya Ana və Uşaq" ictimai birliyinin sədridir. Dunyaxeber.org saytının baş redaktorudur. Dünyaxanım Əliyeva 90-ci illərdən ölkənin ictimai həyatında fəallığı ilə seçilmiş, 1992–2003-cü illərdə "AMAY" MMC-nin sədr müavini olmuşdur. Qarabağ döyüşlərində tez-tez əsgər və zabitlərimizlə görüşmüş, hərbi hissələrə yardımlar aparmışdır. Dünyaxanım Əliyeva Mərdəkan qəsəbəsində və "Qızılqum" sanatoriyasında məskunlaşmış məcburi köçkün və qaçqınlara yardım etmiş, 1992-ci ildən 2003-cü ilə qədər Pirşağıda yerləşdirilmiş Xocalıdan olan 48 ailəyə maddi və mənəvi dəstək göstərmişdir.
Elmira Əliyeva
Elmira Hacımurad qızı Əliyeva (12 sentyabr 1960, Bakı) — Geologiya-mineralogiya elmləri doktoru, 2014-cü ildən AMEA-nın müxbir üzvü. Elmira Hacımurad qızı Əliyeva 1960-cı il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlər Universitetinin (indiki BDU) geoloji-coğrafi fakültəsini bitirmiş, 1990-ci ildə "Cənubi-Xəzər çökəkliyinin qərb yamacının antropogen Didakna mollyuskaların filogenya, sistematika və paleoekoloqo-biogeokimyəvi xarakteristikası" mövzusunda namizədlik, 2005-ci ildə "Orta və Cənubi-Xəzər çökəkliyinin qərb yamacının mezokaynozoy çöküntülərinin sedimentasiya tsiklliliyi və fasiyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Elmira Əliyeva 1991-ci ildən AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) işləyir. O hazırda GGİ-də Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin rəhbəri kimi məsul elmi vəzifə daşıyır. Alim 2014-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Elmira Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri çoxsahəli olmaqla: "Müasir və qədim terrigen çöküntü sistemlərinin toplanması şəraitləri və tsiklləri; Mezokaynozoy çöküntülərinin sekvens və xemostratiqrafiyası; məhsuldar qatın karbohidrogen rezervuarlarının stratiqrafik arxitekturası; iqlim, dəniz səviyyəsinin dəyişməsi və çöküntü toplanması; Mezokaynozoyda Xəzər ərazisinin paleocoğrafiyası; ətraf mühit dəyişmələrinə qarşı geokimyəvi və biokimyəvi reaksiyalar" kimi mövzuları əhatə edir. Elmira Əliyevanın rəhbərlik etdiyi şöbə "Cənubi Xəzər və Orta Kür hövzələrinin Kaynozoyda paleocoğrafiyası, Miosen - Pliosen çöküntülərinin kollektor xüsusiyyətləri və üçölçülü modelləşdirilməsi; diatomeyaların öyrənilməsi nəticəsində Maykop və Pleystosen-Holosendə Cənubi Xəzər hövzəsinin qərb bortunun paleoekologiyası və s" kimi mühüm elmi-tədqiqat layihələrini və dissertasiya mövzularını reallaşdırır. Alimin əsas elmi nailiyyətləri "Orta və Cənubi Xəzər hövzələrinin qərb bortunda mezo- kaynozoy çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi, neftli ana və kollektor süxurların toplanmasının fasial kontrolu və siklliliyinin müəyyən olunması", "Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması", "Cənubi Xəzər hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu", "Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin pliosen ərzində dəqiq paleocoğrafik rayonlaşdırılması və kollektorların keyfiyyətinin dərəcələrə bölünməsi", "Qırmakı dərəsində məhsuldar qatın alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi", "Palçıq vulkanlarının tullantılarına görə Cənubi Xəzər hövzəsi Qərb yamacının eosen-miosen çöküntülərinin palecoğrafiyası" sahələrini əhatə edir. Elmira Əliyeva həmçinin “Neft-qaz hövzələrinin stratiqrafiyası və sedimentologiyası” beynəlxalq elmi jurnalı redaktorunun müavini vəzifəsini daşıyır.
Evelina Əliyeva
Evelina Əliyeva 1969-cu ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Respublikada keçirilən bir çox sərgilərin və müsabiqələrin iştirakçısıdır. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2007-ci ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin üzvüdür.
Fatmaxanım Əliyeva
Fatmaxanım Xeybər qızı Əliyeva — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasının baş elmi işçisi, kimya elmləri doktoru. Əliyeva Fatmaxanım Xeybər qızı 1959-cu il fevral ayının 1-də Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhəri 176 saylı məktəbin 1-ci sinfinə daxil olmuş, 1976-cı ildə həmən məktəbi fərqlənmə ilə bitirmişdir. Həmən ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra təyinatla Azərbayca MEA-nın Neft-Kimya Prosesləri İnstitutunun "Sintetik yağlar" laboratoriyasına göndərilmişdir və hal-hazıra qədər bu laboratoriyada çalışır. Bu illər ərzində "alı təhsilli baş laborant" vəzifəsindən "baş elmi işçi" vəzifəsinə qədər yüksəlmışdir. 1986-cı ildə aspiranturaya daxıl olmuş və 1992-ci ildə "Neftkimyası" ixtisası üzrə "Alkenilkəhrəba turşularının efirləri — yeni sintetik sürtkü yağlarının əsası kimi" mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2002-ci ildə "Neft kimyası" ixtisası üzrə "baş elmi işçi" elmi adını almışdır. 2013-cü ildə "Neft kimyası" ixtisası üzrə "(C6 — C10) vitsinal quruluşlu dikarbon turşularının efirləri və heteroatomlu törəmələri — sürtkü yağlarının əsası və komponenti kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 2014-cü ildə kimya elmləri üzrə elmlər doktoru adına layiq görülmüşdür.
Fazu Əliyeva
Fazu Əliyeva (5 dekabr 1932, Xunzax rayonu, SSRİ – 1 yanvar 2016, Mahaçqala, Dağıstan, Rusiya) — Sovet, rus və avar şairəsi, Dağıstan Respublikasının Xalq şairəsi (1969), nasir və publisist. Dağıstan və rus ədəbiyyatının inkişafına əhəmiyyətli töhfə vermiş şəxsdir. Bundan əlavə insan hüquqları fəaliyyəti ilə məşğul olmuşdur. İki Şərəf Nişanı və iki Xalqlar Dostluğu Ordenləri ilə təltif olunmuşdur, habelə bir sıra xarici ölkələrin fəxri mükafatlarına layiq görülmüşdür. Kiçik yaşlarından şeir yazmağa başlayır və artıq məktəb illərində əsl şair sayılır. Fazu əsərlərini avar və rus dilində yazır. On yeddi yaşlı Fazunun şeirləri ilk dəfə 1949-cu ildə Bolşevik Qori qəzetində, daha sonra "Komsomolets Daqestana" qəzetində və avar dilində nəşr olunan "Drujba" jurnalında nəşr edilmişdir. O dövrdə tənqidçilər parlaqlığı və qeyri-adi istedadı ilə istedadlı şairə və yazıçıya artıq heyran qalmışdılar. Fazu Əliyeva səmimiyyətlə inanırdı ki, şeir insanı təmizləyir, onu daha parlaq, daha mehriban və daha ülvi edir. 1954–1955-ci illərdə Fazu Əliyeva Dağıstan Qadın Pedaqoji İnstitutunda təhsil alır.
Fəridə Əliyeva
Fərəh Əliyeva
Fərəh Şirməmməd qızı Əliyeva (7 sentyabr 1961, Bakı) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru (2014–2018), sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2017). Fərəh Şirməmməd qızı Əliyeva 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən bu ali məktəbdə çalışıb, dərs deyib, Bakı Musiqi Akademiyasının elmi katibi, ixtisasartırma fakültəsinin dekanı olub. 1986–1991-ci illərdə aspiranturada oxuyub. 1994-cü ildən 2006-cı ilə kimi Bakı Musiqi Akademiyasında Elmi katib vəzifəsində çalışıb. 1994-cü ildə "XX əsrin 60–70-ci illərin I yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında bəzi üslub təmayülləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsi alıb. 1995-ci ildən dosent, 2005-ci ildən professor adına layiq görülüb. 2008-ci ildə isə "XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi alıb. Fərəh Əliyeva həm də Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının musiqişünaslıq və incəsənət bölməsinin üzvü və elmi katibidir.
Gülarə Əliyeva
Gülarə Əziz qızı Əliyeva (17 noyabr 1933, Bakı – 27 iyul 1991, Bakı) — Azərbaycan musiqiçisi, pianoçu, sənətşünaslıq elmləri namizədi (1966), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1977). Əliyeva Gülarə Əziz qızı 17 noyabr 1933-cü ildə Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Səid Rüstəmov adına xalq çalğı alətləri orkestrində, eləcə də Ə. Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışmışdır. 1966-cı ildən özünün təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblının rəhbəri idi. Eyniadlı muğamlar əsasında "Şüştər" rapsodiyası, "Humayun" süitası, "Bayatı-kürd", "Şur" fantaziyalarının müəllifidir; ansambl üçün bir sıra xalq mahnısını aranje etmişdir. Ansambl ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və s. xarici ölkələrdə çıxış etmişdir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmiş, 1966–1988 illərdə musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur. "Dan ulduzu" ansamblına onun adı verilmişdir.
Gülüstan Əliyeva
Gülüstan Həsən qızı Əliyeva (8 aprel 1967, Yevlax) — Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti Gülüstan Əliyeva 8 aprel 1967-ci ildə Yevlaxda doğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. Yevlaxda orta məktəbdə oxuyanda atası onu və bacılarını musiqiyə cəlb etmişdir, Pionerlər evində musiqi ilə məğul olmağa başlamış, musiqi məktəbində bunu davam etdirmişdir. 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə keçirilən Gənc İstedadların Respublika Müsabiqəsinin qalibi olmuş və üç turun üçündən də əla qiymət alaraq müsabiqənin qalibi olmuşdur. Elə həmin ildə Bakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qəbul olmuşdur. Burada Xalq artisti İslam Rzayevin sinfində muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbi fərqlənmə ilə bitirərək elə həmin il Üzeyir Hacıbəyli adına Dövlət Konservatoriyasının tarixində ilk dəfə açılan muğam sinfinin ilk tələbəsi olub və 1990-cı ildə həmən sinfin ilk məzunu olmuşdur. Müəllimi Xalq artisti, professor Arif Babayevdir. Hələ tələbəlik illərində (1986) Gürcüstanda keçirilən beynəlxalq tələbə gənclər festivalının iştirakçısı və qalibi olmuşdur. Həyat yoldaşı — Əhmədov Zahid Fərrux oğlu (1960, Cəbrayıl) Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1988).
Həlimə Əliyeva
Həlimə Əliyeva (1952, Kələki, Ordubad rayonu – 14 iyun 2019, İstanbul) — Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı. Əbülfəz Elçibəy Həlimə xanımla 1979-cu ildə ailə həyatı qurub. Onların bir qızı, bir oğlu var. Həlimə Əliyeva Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü. Səbəb həmin vaxt Həlimə Əliyevanın azyaşlı uşaqlarına baxması ilə bağlı olub. Həlimə Əliyeva 2019-cu il iyunun 14-ü 67 yaşında Türkiyədə vəfat edib. Kələki kəndində dəfn olunub.
Həyat Əliyeva
Həyat Şmidt qızı Əliyeva (26 fevral 1969, Bakı) – kimyaçı alim, Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent. Həyat Şmidt qızı Əliyeva 1969-cu fervalın 26-da Bakı şəhərində anadan olub. Orta təhsilini 1986-cı ildə Xırdalan qəsəbə 3 saylı orta məktəbdə aldıqdan sonra, həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Unversitesinin kimya fakültəsinə qəbul olunub. 1991-ci ildə institutda təhsilini başa vurduqdan sonra o, təyinatla AMEA- ın Ə. M. Quliyeva adına Aşqarlar Kimyası İnstitutuna 8 saylı “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasına mühəndis kimi əmək fəaliyyətinə başlamış 1991-ci ildə isə aspiranturaya (əyani) daxil olmuşdur. (1998-2009) kiçik elmi işçi, (2009-2010) elmi işçi, (2010-2014) böyük elmi işçi vəzifəsində çalışmışdır. 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir. 2005-ci ildə “Funksional-əvəzli asetilen, etilen törəmələrinin sintezi və reaksiya məhsullarının yağ, yanacaq və yağlayıcı-soyuducu mayelərdə aşqar kimi tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 sentyabr 2013-cü il tarixli qərarı ilə H.Ş.Əliyevaya “Neft kimyası” ixtisası üzrə dosent adı verilmişdir. H.Ş.Əliyeva fəaliyyətə başladığı vaxtdan yağ, yanacaq və yağlayıcı-soyuducu mayelər (YSM) üçün yüksək effektliyə malik birləşmələrin (aşqarların) sintezi, tədqiqi və tətbiqi istiqamətində elmi-tədqiqat işlərini davam etdirir. Onun tərəfindən sürtkü yağları və YSM üçün oksidləşməyə, korroziyaya, yeyilməyə və mikroblara qarşı tərkibində S, N, Me saxlayan yeni üzvi birləşmələr - aromatik aldehidlərin müxtəlif törəmələri (efirlər, asetallar, Şiff əsasları və onların kompleks duzları), etilenqlikol, 1,3-butandiolun allil və butil efirləri və onun bir sıra aminometil törəmələri sintez edilmiş, alınmış birləşmələrin quruluşlarından asılı olaraq reaksiyayagirmə qabiliyyətlərinin dəyişməsi və birləşmələrin quruluşları ilə funksional effektliyi arasındakı asılılıq öyrənilmişdir.
Jalə Əliyeva
Jalə Əliyeva (5 oktyabr 1966, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı. Əliyeva Jalə Fazil qızı 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Şairə Nurəngiz Günün yeganə övladıdır. 1 övladı var. 1983-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1988-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu illərdə, dövrün ən ali təqaüdü olan Lenin təqaüdünə layiq görülmüşdür. Eyni zamanda universitetin ictimai və elmi həyatında yaxından iştirak etmiş, universitet elmi şurasının üzvü, fakültə komsomol komitəsinin katibi olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirmişdir. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirərək, ikinci ali təhsilə yiyələnmişdir.
Kamilə Əliyeva
Kamilə Əli ağa qızı Əliyeva (8 iyun 1967, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VI çağırış deputatı Kamilə Əliyeva 1967-ci il iyunun 8-də anadan olub. Kamilə Əliyeva ali təhsilini S. Kirov adına Azərbaycan Dövlət Universitetində alıb. Kamilə Əliyeva ailəlidir. Kamilə Əliyeva 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinin IV çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala-Balakən dairəsindən Milli Məclisdə mandat aldı. Kamilə Əliyeva 2015-ci il noyabrın 1-də Azərbaycan Milli Məclisinin V çağırış üzvü seçildi. Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Əliyeva 111 saylı Zaqatala dairəsindən Milli Məclisdə mandat aldı.
Kökəb Əliyeva
Kökəb Əliyeva (tam adı: Əliyeva Kökəb Miri qızı; d. 1935, Məşhəd, İran) — Azərbaycan əsilli Özbəkistan rəqqası. Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının əməkdar artisti. Kökəb Əliyeva 1935-ci ildə İranın Məşhəd şəhərində anadan olmuşdur. Özbəkistana köçmüş Kökəb Əliyeva Daşkənd Dövlət Xoreoqrafiya məktəbini bitirmişdir. Daha sonra Özbəkistanda tanınmış Batır Zakirovun Estrada Orkestrində işləmişdir. O, Oleq Lundstremin estrada orkestrində rəqqasə vəzifəsində çalışmışdır. 2002-ci və 2005-ci illərdə keçirilmiş "Özbəkistan – bizim ümumi evimizdir" festivallarının laureatı olmuşdur. Özbəkistanda fəaliyyət göstərən "Mexrijon" xeyriyyə fondunun həmsədri idi. 30 sentyabr 2021-ci ildə Özbəkistanın Daşkənd şəhərində vəfat edib.
Könül Əliyeva
Könül Əliyeva (Könül Cəfərova; 5 fevral 1986, Füzuli rayonu) — teatrşünas, Teatr Xadimləri İttifaqının üzvü Könül Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalvar (2003-2007) və magistr (2007-2009) pilləsində təhsil alıb. 2006-cı ildən YUĞ Dövlət Teatrının Mətbuat katibi vəzifəsində çalışır. 2010-cu ildən bu günə qədər AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçisi vəzifəsində çalışır. Universitetdə təhsil aldığı zamandan etibarən mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Tənqid.net", "Musiqi dünyası", "Mədəni həyat" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Kaspi" qəzetləri və s.) məqalə və resenziyalarla çıxış edir. 2005-ci il 14-21 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Boş məkanın dolğunluğu" teatr festivalında gənc ekspert kimi iştirak etmiş, tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə, fəxri diplomla təltif olunmuşdur. 2007-ci ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Yeni Teatr" Gənc rejissorların Respublika festivalında ekspert qrupunun üzvü olmuş, fəal iştirakına görə fəxri diplomla təltif edilmişdir. 2009-cu ildə Teatr Xadimləri İttifaqının üzvlüyünə qəbul edilib. Həmçinin Alternativ Teatr Araşdırmaları Mərkəzinin üzvüdür. 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin katibidir. 2-8 oktyabr 2014-cü ildə Tbilisi Beynəlxalq Teatr Festivalında (Tbilisi, Gürcüstan), 19-26 noyabr 2015-ci il tarixlərində Gənclərin II Beynəlxalq Teatr Forumunda (Minsk, Belarus Respublikası) teatrşünas kimi çıxış etmişdir.
Kübra Əliyeva
Kübrabəyim Əliyeva (tam adı: Kübrabəyim Ağa qızı Əliyeva; 5 yanvar 1950, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. Azərbaycanın əməkdar artisti. Əliyeva Kubrabəyim Ağa qızı Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s. Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq).
Kübrabəyim Əliyeva
Kübrabəyim Əliyeva (tam adı: Kübrabəyim Ağa qızı Əliyeva; 5 yanvar 1950, Kirovabad) — Azərbaycan teatr və kino aktrisası. Azərbaycanın əməkdar artisti. Əliyeva Kubrabəyim Ağa qızı Gəncə şəhərində anadan olmuşdur. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Dram Teatrında yaratdığı obrazlar bunlardır. Rasimə ("Anam gəldi" Ş.Xusainov), Gülbadam ("Elbrus evlənir" G.Xuqayev), Gülnisə ("Solğun çiçəklər" C.Cabbarlı), Adilə ("Ana məhəbbəti"Y.Məmmədov), Pəri xala ("Sən nə üçün yaşayırsan"İ.Qasımov, H.Seyidbəyli) və s. Gövhər xala ("Gözün aydın" M.Əlizadə), Balı ("Qızıl toy" R.Heydər), Gülbadam ("Sevgilimin anası" G.Xuqayev), Sənəm ("Məşədi İbad" H.Hacıbəyov), Balaxanım ("Sonqulunun sərgüzəştləri" R. Əhmədzadə) və s. Kubrabəyim Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb. Ponsiya ("Dişi canavar " F.Lorka), Nazilə ("Dəlilər və ağıllılar" İ.Əfəndiyev), Hayqanuş ("Hökmdar və qızı" İ.Əfəndiyev), Qaraqoyunlu ana (" Ağqounlular və Qaraqoyunlular" Ə.Əmirli), Firəngiz ("Ah,Paris… Paris!.." Elçin), Ana ("Eloğlu" A.Şaiq).
Leyla Əliyeva
Leyla İlham qızı Əliyeva (3 iyul 1984, Moskva) — azərbaycanlı ictimai xadim, şairə, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2007-ci ildən Baku jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvü, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qızı. Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1989–2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006–2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb. 30 aprel 2006-cı ildə Crocus Group kampaniyasının vitse-prezidenti və musiqiçi Emin Ağalarov ilə ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyət ilə məşğul olmaqa başlayıb. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007-ci ildə Rusiyada Baku jurnalını təsis edir və həmin jurnalında baş redaktoru olur.