Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xeyri Əmirzadə
Xeyri Osman oğlu Əmirzadə (d. 5 oktyabr 1893, Krım vilayəti, Yalta şəhəri, Dərəgöy kəndi - ö. 17 fevral, 1958, Bakı) — aktyor. == Həyatı == Azərbaycan kino sahəsində özünəməxsus yeri olan Xeyri Osman oğlu Əmirzadə 5 oktyabr 1893-cü ildə Krım vilayətinin Yalta şəhərinin Dərəgöy kəndində baqqal Qara Osmanın ailəsində anadan olub. Milliyyətcə türkdür. Xeyri böyüdükcə onun rəssamlığa meyli görsənirdi. Atasının kənddə kiçik bir dükanı vardı. Ailəsini bu dükandan götürdüyü gəlirlə dolandırırdı. Həm də o, dindar idi. Oğlunun şəkil çəkdiyini görəndə hər dəfə aləmi bir-birinə qatır, əlindəkiləri alıb cırır, “kafir oğlu, kafir” deyib onu döyürdü.Günlərin birində Xeyri yenə də bir tərəfə çəkilib rəsm çəkərkən tanımadığı şəxs ona yaxınlaşaraq əl işlərini nəzərdən keçirir və deyir: “Mən rəssam Mirsayadovam.
Hacı Seyid ağa Əmirzadə
Hacı Seyid ağa Əmirzadə — Azərbaycan şairi "Əkinci" qazetinin fəallarından. == Həyatı == Hacı Seyid Rzanın əsil vətəni Xoy şəhəridir. Bir zaman orada iqamət etdikdən sonra təəhhül ixtiyar edib, İrəvanı özü üçün ikinci vətən ittixaz qılmışdır. Hacı Seyid Rza "Əkinçi"yə İrəvandan əxbarnəvis olub, nəsr ilə yazılmış bəzi məktubatı, onların cümləsindən nəzm ilə yazılmış bir məktubu dəxi "Əkinçi"də dərc olunmuşdur.
Əli Dəmirzadə
Əli Dəmirzadə (d. 7 Fevral, 1997) gənc azərbaycanlı roman və qısa hekayələr yazıçısıdır. Kitablarının süjetləri əsasən öz ölkəsinin mədəni, tarixi və ənənəvi elementlərini əks etdirir. Onun əsərləri Azərbaycan Yazıçılar Birliyi və Azərbaycanda "PEN" Klubu tərəfindən yüksək qiymətləndirilib. == Həyatı == Əli Dəmirzadə 1997-ci il Fevralın 7-də Bakı şəhərində həkimlər ailəsində anadan olub. O, Bakıda yerləşən 20 saylı şəhər məktəb-liseyini bitirib. Hal-hazırda Bilkent Universitetində tələbədir, beləliklə Ankara və Bakı şəhərlərində yaşayır. Əli’nin romanlar, qısa hekayələr və həvəskar şeir yazma dünyasına səyahəti 13 yaşında, Gəncə şəhərində yay tətilində yaşadığı evində başlamışdır. Rus dilində yazılmış “Həyatın Tarixi” (Rusca: «История Жизни») adlı əsəri 18 yaşında nəşr olunan ilk romanı onu ölkənin ən gənc və uğurlu yazıçısı kimi tanıtdı. PEN Klubunun vitse-prezidenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan kinematoqrafçılar İttifaqının üzvü, müasir yazıçı Natiq Rəsulzadə Əli haqqında demişdir: "ilk kitab ilə Əli öz üslubuna malikdir və üslub yazıçının üzüdür".
Mirzadə Eşqi
Mirzağa Əliyev
Mirzəağa Əli (Əmi) oğlu Əliyev (1883, Hövsan – 24 oktyabr 1954, Bakı) — Azərbaycan teatr və kino aktyoru, SSRİ xalq artisti (1949), 2 dəfə "Stalin" mükafatı laureatı (1943, 1948). == Həyatı == Mirzəağa Əliyev 1883-cü ildə kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir. 1901-ci ildə Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi.
Əmirağa Ağayev
Əmirağa Mahir oğlu Ağayev (29 may 2002, Surra, Dəvəçi rayonu – 11 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirağa Ağayev 29 may 2002-ci ildə Şabran rayonu Surra kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra Əmirağa 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əmirağa Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 11 oktyabr tarixində əlaqə saxlayan Əmirağa Füzuli rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət itkin olaraq axtarılan Əmirağa Ağayevin nəşi 10 fevral 2021-ci ildə tapılmış və 11 fevral tarixində Şabran Şəhidlər Xiyabanında dəfn edilmişdir. Onun dəfn mərasimində Şabran Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirağa Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirzağa Əliyev (leytenant)
Mirzağa Məmmədbağır oğlu Əliyev (15 iyun 1996; Neftçala rayonu, Azərbaycan — 7 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirzağa Əliyev 1996-cı il iyunun 15-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2002-2011-ci illərdə Xıllı qəsəbəsində R. Gözəlov adına 1 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Subay idi. == Hərbi xidməti == Mirzağa Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində Taqım Komandiri vəzifəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Mirzağa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzağa Əliyev oktyabrın 7-də Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman Ermənistan Ordusunun canlı qüvvəsini məhv edib, geri qayıdan zaman isə onun və döyüş yoldaşlarının olduğu Piyadanın Döyüş Maşını (PDM) ermənilər tərəfindən vurulub. Mirzağa Əliyev digər 2 döyüş yoldaşını maşından çıxarsa da, özü şəhid olub. Neftçala rayonunda dəfn olunub.