Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əminağa Sadıqov
Əminağa Sadıqov (18 dekabr 1962, Lerik) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, texnika elmləri doktoru, professor. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini. Əminağa Sadıqov 18 dekabr 1962-ci ildə Lerikdə anadan olmuşdur. 1980-ci ildə Bakı şəhərində 1 saylı respublika fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Dnepropetrovsk Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1985-ci ildə adı çəkilən universiteti bitirmişdir. 1992-ci ildə həmin Universitetdə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda "Fövqəladə hallarda idarəetmə məsələlərinin həlli üçün riyazi modellər və informasiya texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2 may 2017-ci ildə "Kompüter elmləri" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1 may 2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi(vitse-prezidenti) və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. 1 dekabr 2020-ci ildə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru təyin edilmişdir.
Mərağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Xanağa
Xanağa (Ordubad) Xanağa — Quba rayonunda mineral bulaq. Xanağa — Culfa rayonu ərazisində dağ.
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Ətağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.
Xanağa (Ordubad)
Xanağa (əvvəlki adı: Çapayevka) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi vahidi tərkibindəki Çapayevka kəndi Xanağa kəndi adlandırılmışdır. Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Araz çayının sol sahilində, Ordubad-Vənənd avtomobil yolunun kənarında yerləşir. Əhalisi 720 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyətini bağçılıq, əkinçilik və heyvandarlıq təşkil edir. Kənddə klub, kənd kitabxanası mövcuddur. Kənddə orta məktəb fəaliyyət göstərir. Kənddə pir var. Kənddə tibb məntəqəsi var.
Xanağa abidəsi
Xanağa abidəsi — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində orta əsrlərə aid arxeoloji abidə. Yaşayış yeri Xanəgah kəndinin tikinti ləri altında qalmış dır. Buradakı binaların və memarlıq abidə lərinin qalıqları müasir dövrədək qalmaqdadır. Mədəni təbəqənin qalınlığı 4 metrdir. Tədqiqatlar nəticəsində toplanmış yerüstü materiallar müxtəlif növ şirsiz və şirli saxsı məmulatından ibarətdir. Şirsiz qablar küp, küpə, qazan, aftafa tipli qab sınıqları ilə təmsil olunmuşdur. Dulus çarxında hazırlan mış bu qablar qazanlar istisna olmaqla yaxşı bişirilmişdir. Qazanlar boz, digər qablar isə çəhrayı rəngdə bişirilmişdir. Şirsiz qabların səthi anqob təbəqəsi ilə örtülmüşdür. Onların xarici səthi cızma həndəsi xətlərlə bəzədilmişdir.
Xanağa dağı
Xanağa dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1916,7 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən qərbə uzanan Qılıncyurd şaxəsinin cənub-qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Əlincəçayın sol sahilində, eyniadlı kənddən 2 km şərqdə zirvə. Şimal-şərq istiqamətli Əlincəçay və Xanəgah-Dəmirlisu dərinlik qırılmaları və onların şaxələrinin nəzarət etdiyi intruziyalar qrupuna daxil olan və Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi massivin ən yüksək nöqtəsi olan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi hissəsinə aid Xanəqah antiklinalının maqmatık kütlə ilə yarılmış tağ hissəsində yerləşir. Cənub- və şimal-şərq yamaclarında fay-yerdəyişmə qırılma pozulmaları izlənilir. XANƏGAH DAĞI – Culfa rayonu ərazisində Xanağa dağının (hünd. 1916,7 m) yerli əhali tərəfindən işlədilən başqa adı.
Xanağa məscidi
Xanağa məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndi ərazisində orta əsrlər zamanı inşa edilmiş məscid. Məscid kəndin mərkəzi meydanında inşa edilmişdir. Məscidə daxil olmaq üçün şərqdən giriş qapısından kiçik otağa (uzunu 3,1 metr, eni 3,5 metr, hündürlüyü 2,5 metr) daxil olduqdan sonra şimal divarda qoyulmuş qapıdan əsas salona daxil olmaq lazım gəlir. Məscidin ölçüləri böyükdür: daxildən uzunu 11,3 metr, eni 10,2 metr, hündürlüyü 4,8 metrdir. Divarların qalınlığı 1,1 metrdir. Çiy kərpicdən hörülmüş, bişmiş kərpiclə üzlənmişdir. Məscidin şərq divarında dörd qapı, hər qapının yuxarı tərəfində başdan iti bucaqla tamamlanan pəncərələr qoyulmuşdur. Qərb divarda da şərq divarda olduğu kimi dörd pəncərə, cənub divarda isə üç pəncərə vardır. Məscidin tavanı iki sırada yerləşdirilmiş 10 dirəyin (5x2) üstündə dayanmışdır. Sütun başlıqları çox yüksək sənətkarlıqla düzəldilmişdir.
Xanağa nekropolu
Xanağa Nekropolu— Culfa rayonunda eyniadlı kəndin qərbində,Əlincəçayın sağ sahilində orta əsrlərə (XIV-XVII) əsrlərə aid arxeoloji abidə. Hazırda ərazisi əkin sahəsinə çevrilmişdir. Kəşfiyyat xarakterli tədqiqqatlar (1991) nəticəsində aşkara çıxarılmış qəbirlərin əksəriyyətinin baş daşları düşmüşdür. Sinə daşları düzbucaqlı prizma şəklində hazırlanmışdır. Bəzi qəbirlər düzbucaqlı əsas üzərindədir; bir qisminin baş tərəfi tacvarı formada tamamlanmışdır. Vaxtilə buradakı qəbirlərin üstündə daşdan qoç heykəllər olmuşdur. Hazırda onların yalnız bir neçəsi qalmışdır. Bəzi qəbirlərin üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır.
Xanağa piri
Xanağa piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Xanağa kəndində ziyarətgah. Kəndin şərq tərəfində iki otaqlı binadan ibarətdir. Böyük otağın mərkəzində üstünə qara örtük çəkilmiş bir qəbir var. Qəbrin üstü daşla təqribən 20 sm hündürlüyündə hörülmüşdür. Üzərində kitabə olmadığından kimin qəbri olduğu müəyyənləşdirilməmişdir. Pirin cənub divarındakı pəncərənin sağ və sol tərəfində, yerdən təqribən 1 metr hündürlüyündəki iki tax çada Ordubad ərazisi üçün səciyyəvi olan yaşılımtıl daşdan baş daşıları qoyulmuşdur. Sağ tərəfdəki başdaşı (70 x 40 sm) üzərindəki ərəbcə kitabə də Quran ayəsi, mərhumun adı və vəfat tarixi həkk olunmuşdur: "Bu qəbir Seyyid Həmidin oğlu mərhum Seyyid Tahirindir. Yeddi yüz yeddi tarix də" (1308). Sol tərəfdəki baş daşının (59 x 37 sm) üzərindəki 7 sətirlik ərəbcə kitabədə onun Şeyx Nurəddinin oğlu Şeyx İslamın qəbri olduğu göstərilir. Baş daşılardan məlum olur ki, üstü hörülüb suvanaraq tək şəklə salınmış qəbir əslində vaxtilə iki qəbirdən ibarət olmuşdur.
Əliağa Alim
Əliağa Alim — şair.Molla Pənah Vaqifin oğlu Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi. Əliağa "Alim" təxəllüsü ilə şerlər də yazmışdır. Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadə "Məcmuə"sində Vaqifin oğlu Əliağa Alimlə şerləşməsini də vermişdir. Hətta Səməd Vurğunun sağlığında Moskvada rusca nəşr olunmuş (1948-ci ildə) seçilmiş əsərlərində Əlibəyin adının qarşısında "Vaqifin birinci arvadından olan oğlu" sözləri yazılmışdır. Bu izahat sonrakı rusca nəşrlərinin hamısında saxlanılmışdır. Amma əsərin Azərbaycan dilində olan nəşrlərində "Əlibəy Vaqifin oğlu" yazmaqla kifayətlənmişlər.
Əliağa Aslan
Əliağa Aslan — Şair. Əliağa Aslan Surxay oğlu 1961-ci il yanvar ayınin 1-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü ota məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında ( Qubadlıda) şeirləri dərc olunmuşdur. 1998-ci ildə ilk kitabı "Ayrılıqlar içində" çapdan şıxmışdır. Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir. Kİtablarından birinə (Bu dünya qonaq saxlamır) tanınmış tənqidçi, filologiya elmləri doktoru, Füzulişünas Vaqif Yusifli ön söz yazmış, haqqında dəyərli sözlər işlətmişdir. Əliağa Aslanın bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Əliağa Ağayev
Əliağa İsmayıl oğlu Ağayev (9 (22) mart 1913, Bakı – 13 noyabr 1983, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1954). Azərbaycan komediya aktyorluğunun parlaq simalarından olan, səhnəyə hər tamaşada ilk gəlişindən milli teatr tariximizdə bir kimsədə görünməmiş duzlu, cəlbedici və qeyri-adi səsi ilə tamaşaçıları ovsunlayan Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda doğulub. Erkən yaşlarından atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. İki il sonra oranı bitirərək zavodun özündə gəmi çilingəri işləyib. Bəm və şirin zümzüməli səslə işdə də dodaqaltı oxuyan Əliağa zavodun dram dərnəyinə yazılıb. İlk rolu Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında Hacı Qaradır. Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb.
Əliağa Bakir
Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev; 1 noyabr 1923, Bakı – 22 may 1998, Bakı) — şair. Məhəmməd Füzuli ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri olan Əliağa Bakir (Əliağa Hacıağa oğlu Rzayev) 1923-cü il noyabrın 1-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. İlk təhsilini Bakının bir neçə məktəbində alsa da (“Bədəlbəyin məktəbi”, 25, 136 və 171 nömrəli məktəblər), 171 nömrəli orta məktəbdən məzun olmuşdur (1941). Ədəbiyyata hələ uşaq illərindən böyük həvəs göstərən şair ilk şeirini 6-cı sinifdə oxuyarkən İspaniyada mübarizə aparan respublikaçılara həsr etmişdir (1937). Əliağa Bakir ilk əmək fəaliyyətinə 1941-ci ildə SSRİ Müdafiə Nazirliyinin 610 nömrəli hərbiləşdirilmiş zavodunda fəhlə olaraq başlamışdır. Daha sonra ikinci dünya müharıbəsinin ən şiddətli günlərində cəbhəyə yola düşmüş və Qudermes yaxınlığında alman qırıcı təyyarələrinin sovet hərbi qatarını bombardman etməsi nəticəsində ağır yaralanmışdır (1943). Şair gənclik çağlarında çox sıxıntılı və iztirablı günlər yaşamışdır. O, 1955-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirərək, inşaat mühəndisi ixtisasına yiyələnmişdir. Qırx ildən artıq bir dövr ərzində respublika Kənd Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq İdarəsində mühəndis vəzifəsində çalışmışdır. Böyük söz ustadı Əliağa Vahidin tələbələrindən olmuş Əliağa Bakir ədəbi fəaliyyətə 1940-cı illərdən başlamışdır.
Əmirağa Ağayev
Əliağa (Türkiyə)
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Əliağa Cəfərli
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur. 1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır.
Əliağa Cəfərov
Əliağa Cəfərov (Tam adı: Əliağa Qafar oğlu Cəfərov; 16 may 1954, Bakı) — nasir, publisist, filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2004), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), Beynəlxalq Ekologiya və Təbii Sərvətlərdən istifadə Akademiyasının həqiqi üzvü (2003). AMEA "Akademkitab" idarəsinin direktoru. Əliağa Cəfərov 1954-cü ildə mayın 16-da Bakı şəhərində anadan olmuşdur. 1970-ci ildə Qubadlı rayonunun Əli-Qulu Uşağı kənd orta məktəbini bitirmişdir. 1970–1973-cü illərdə Sumqayıt Politexnik Tüxnikumunda təhsil almışdır. 1973–1975-ci illərdə Əliağa Cəfərov hərbi xidmətdə olmuşdur. 1975–1979-cu illərdə Sumqayıt Superfosfat zavodunda çalışmışdır. Burada o, 5-ci dərəcəli bənna, komsomol komitəsinin katibi, 1975–1982-ci illərdə isə maddi-texniki təchizat şöbəsində mühəndis işləmişdir. 1980–1982-ci illərdə həmin zavodda böyük mühəndis vəzifəsində çalışmışdır. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetində kitabxanaçılıq fakültəsində təhsil almışdır.
Əliağa Hüseynov
Əliağa Hüseynov (tam adı: Əliağa İzzət oğlu Hüseynov; 16 dekabr 1946, Salyan, Salyan rayonu) — azərbaycanlı hərbçi, ictimai-siyasi xadim, ehtiyyatda olan general-leytenant; Azərbaycan Respublikasının Hərbi Komissarı (1998–2009); Salyan Rayon İcra Hakimiyyətinin başçısı (2009–2010); Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı (2010–2020). Əliağa İzzət oğlu Hüseynov 1946-cı il dekabrın 16-da Salyan rayonunda anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1974-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1975-ci ildə isə Baş Ştabın Mərkəzi Kursunu bitirmişdir. 1970–1972-ci illərdə Bakı şəhər Tramvay-Trolleybus İdarəsində çalışmışdır. 1972-ci ildə Sovet ordusu sıralarına çağırılmışdır. 1972–1976-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayon (indiki Səbail rayonu) Hərbi Komissarlığında şöbə rəisinin köməkçisi, 1976–1978-ci illərdə İmişli rayon Hərbi komissarının müavini, 1978–1983-cü illərdə Bakı şəhəri Əzizbəyov rayon (indiki Xəzər rayonu) Hərbi Komissarlığında ikinci şöbənin rəisi, 1983–1988-ci illərdə Əzizbəyov rayonunun Hərbi komissarı, 1988–1997-ci illərdə Bakı şəhəri Yasamal rayonunun Hərbi komissarı işləmişdir. 1998–2009-cu illərdə Azərbaycan Respublikasının Hərbi Komissarı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə General-leytenant Əliağa İzzət oğlu Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. 11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilmişdir.
Əliağa Həsənov
Əlağa Hacı Süleyman oğlu Həsənov (1871, Bakı – 18 mart 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə naziri. Ə. Həsənov 1871-ci ildə Bakıda anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirmişdir. Təhsil illərində Əliağa Həsənov türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənmişdir. Bakının ictimai həyatında fəal iştirak edən Ə. Həsənov şəhər Dumasının üzvü seçilmişdir. O, "Nəşri-maarif" cəmiyyətinin yaradılmasında və fəaliyyətində yaxından köməklik etmişdir. Bundan başqa Bakıya Şollar su kəmərinin, kanalizasiya şəbəkəsinin çəkilməsində, Dənizkənarı parkın salınmasında onun da böyük xidmətləri olmuşdur. 1918-ci il martın 18-dən 22-dək Bakıda və Azərbaycanın digər yerlərində cəbhədən qayıdan nizami erməni qoşun birlikləri 30 minə yaxın azərbaycanlını qırdı. Onlar S. Şaumyanın göstərişi ilə Bakı Sovetinin qoşunhissələri tərkibinə daxil edilmişdilər. Şəhərdə bu qırğının qarşısını almağa çalışanlardan biri də Ə. Həsənov olmuşdu.
Əliağa Kürçaylı
Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) (20 fevral 1928, Kür Qaraqaşlı – 11 fevral 1980) — şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979) Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan qəzasının Kür Qaraqaşlı kəndində doğulmuşdur. Orta məktəbin 9-cu sinfindən təhsilini yarımçıq qoyub 1944–1946-cı illərdə Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlamışdır. Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuduqdan sonra baş mühasib olmuş, Salyan Dram Teatrında eyni vəzifəyə dəyişilmişdir (1946–1947). Bu dövrdə onda poeziyaya güclü maraq oyanmışdır. "Sənin gözlərin" adlı ilk şeiri ilə ("Azərbaycan gəncləri", 1946) ədəbiyyata gəlişi uğurlu olmuş, mərkəzi və respublika dövri mətbuatda müntəzəm çıxış etmişdir. Salyan radio qovşağında redaktor işləmiş, gənc yazıçıların I Respublika müşavirəsində iştirak etmişdir (1947). Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirib ADU-nun Filologiya fakültəsinə daxil olmuşdur. Onu M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərmişlər, ab-havası düşmədiyindən geri qayıdıb universitetdə təhsili davam etdirmişdir (1949–1954), eyni zamanda "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri (1953–1955) işləmişdir. Moskvada ali ədəbiyyat kursunun dinləyicisi (1955–1957), "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri (1959–1965), "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi (1965–1966), "Literaturnıy Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor (1966–1967) işləmiş, sonra bir müddət yaradıcılıq fəaliyyəti ilə məşğul olmuş, Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya bölməsinə rəhbərlik etmiş (1975), "Yazıçı" nəşriyyatında (1978-ci ilin mayından ömrünün axırınadək) baş redaktor olmuşdur. Əliağa Kürçaylı böyük xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanım ilə ailə qurmuşdur.
Əliağa Məmmədov
Əliağa Quliyev
Əliağa Eyvaz oğlu Quliyev (9 may 1917, Bakı – 11 yanvar 1998, Bakı) — Azərbaycanın xalq artisti, tarzən. Əliağa Quliyev 1917-ci il may ayının 9-da Xəzərin sahilində, Bakı şəhərində dünyaya göz açmışdır. Quliyevlər ailəsi əslən Şamaxının Sarıtorpaq məhəlləsindən idi. 1934-cü ildə isə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul edilir. 1936-cı ildə opera teatrında və radionun orkestrində daimi işləməyə başladı. 1937-ci ildə "Koroğlu" operasının böyük uğurla keçən ilk premyerasında simfonik orkestrin tərkibində Əliağa Quliyev tar çalırdı. 1939-cu ildə Əliağa Quliyev Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olunur, lakin ali təhsilini heç yarıya çatdırmamış İkinci Dünya müharibəsi başlanır. Əliağa Quliyevin cəbhə həyatı müharibənin əvvəlindən — 1941-ci ildən başlamışdı. Hələ Belarusun Qomel vilayətinin Çausı şəhərində qatıldığı döyüşlərdən hünər, qeyrət sahibi olduğu özünü büruzə vermişdi. O, cəmi bir neçə ay ərzində rabitəçi peşəsinə yiyələnmişdi, halbuki başqaları buna bir ilə ancaq nail ola bilirdilər.
Əliağa Süleymanzadə
Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası – 26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar. Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır.
Tanaqa
Tanaqa adası (ing. Tanaga, aleut. Tanax̂ax) — Andreyanov adaları qrupuna daxil olan ada. Adada daimi yaşayış yoxdur. Tanaqa 530 km² əraziyə malikdir. Bu göstərici ilə ABŞ-də 34-cü ən böyük ada hesab edilir. Adanın uzunluğu təqribən 43 km, eni isə 38 km-dir. Ada dağlıqdır, tundra bitkiləri, mamırlar, şibyə və qıjılarla örtülüdür. Maksimum hündürlüyü 1806 m olan Tanaqa vulkanıdır. Adada Tanaqa vulkanından başqa sönmüş Sajaka və Takavanqxa vulkanları da vardır.
MaNga
MaNga — 2002-ci ildə İstanbulda yaradılan Türkiyə rep-rok musiqi qrupu. == Haqqında == Qrupun musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən — Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən "İlin ən yaxşı artisti" nominasiyasının qalibi seçilib. Türkiyəni 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etdi və ikinci oldu.
Manqa
Manqa (漫画, マンガ) və ya kommiku (コミック) — Yaponiyada və ya yapon dilində istehsal olunan komikslər. Müasir manqaların stili XIX əsrin sonlarında ortaya çıxmışdır. Manqaların uzun və mürəkkəb tarixi var. Yaponiyada "manqa" termini (kanci: yap. 漫画; hiraqana: yap. まんが; katakana: yap. マンガ; ) həm komiksləri, həm də karikaturaları bildirmək üçün işlədilir. Yaponiyadan xaricdə isə bu termindən Yaponiyada istehsal olunan komikslər üçün istifadə olunur. Yaponiyada hər yaşdan insan manqa oxuyur. Buna görə manqalar müxtəlif janrlarda və mövzularda ola bilər: döyüş-macəra, biznes və maliyyə, komediya, detektiv, tarixi, qorxu, romantika, elmi fantastika və fentezi, cinsəllik, idman və s.
Akihiro İenaqa
Akihiro İenaqa (13 iyun 1986[…], Hyoqo prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kameciro Senaqa
Kameciro Senaqa (瀬長 亀次郎, Senaqa Kameciro, 10 iyun 1907, Tomiqusuku[d], Okinava prefekturası – 5 oktyabr 2001, Naha) – Yaponiya siyasətçisi və Okinavada sosial hərəkat lideri. Yaponiya Kommunist Partiyasının vitse-sədri olmuşdur. == Həyatı == Kameciro Senaqa 1907-ci ildə Yaponiyanın Okinava prefekturasında doğulmuşdur. Kaqoşimada yerləşən Yeddinci liseydə təhsil alarkən marksizm-leninizm ilə tanış olmuşdur. Solçu fəaliyyətlərinə görə liseydən xaric edilmiş və bir neçə fabrikdə işləmişdir. İşçi tətillərinin birindəki iştirakına görə saxlanılmış və üç il həbsdə olmuşdur. 1935-ci ildə azadlığa çıxdıqdan sonra hərbi xidmət üçün Çinə göndərilmiş və 1940-cı ildə Okinavaya qayıtmışdır. İkinci dünya müharibəsindən sonra Okinavada başlayan ABŞ rejimi dövründə Senaqa aktiv siyasətçi olmuşdur. O, Okinava Xalq Partiyasının lideri olmuş və sədri seçilmişdir. Okinavada ABŞ hərbi bazalarının yaradılmasına qarşı çıxmışdır.
Kanaqa adası
Kanaqa adası (ing. Kanaga Island, aleut. Канага) — Aleut adaları qrupuna, Andreyanov adalarına daxil olan ada. İnzibati baxımından Alyaska ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Adada daimi yaşayış yoxdur. == Coğrafiya == 50 km uzunluğa, 6,5 – 13 km arası enə malikdir. Sahəsi 369 km² təşkil edir. Sahəsinə görə ABŞ-nin 42-ci ən böyük adasıdır. Vulkanın son püskürməsi 1995-ci ilə təsadüf edir.
Liza menada
Liza haematocheila (lat. Liza haematocheila) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Saburo İenaqa
Saburo İenaqa (家永 三郎, İenaqa Saburo, 3 sentyabr 1913, Naqoya – 29 noyabr 2002 və ya 1 dekabr 2002) – Yaponiya tarixçisi, Yaponiya imperializminin tənqidçisi. İenaqa Yaponiyanı İkinci Dünya müharibəsindəki aqressiyası üçün məsuliyyət götürməyə səsləmişdir. 1960–1970-ci illərdə Yaponiya Təhsil Nazirliyi tərəfindən nəzarət olunan dərslik təsdiqi sisteminə qarşı gəlməsinə görə tanınmışdır. 1999-cu ildə sülh üzrə Nobel mükafatına namizəd göstərilmişdir. == İlk illəri == 3 sentyabr 1913-cü ildə Yaponiyanın Ayçi prefekturasında doğulmuşdur. 1937-ci ildə Tokio Universitetinin ədəbiyyat fakültəsindən məzun olmuşdur. 1941-ci ildə Niiqatada lisey müəllimi kimi işləmişdir. Müharibəyə qarşı olsa da, müxalifət sıxışdırıldığı üçün hökumətə qarşı gəlməkdən çəkinmişdir. 1949–1977-ci ilərdə Tokio Təhsil Universitetinin professoru olmuşdur. == Fəaliyyəti == İenaqa İkinci Dünya müharibəsindən sonra Nankin qətliamı və 731-ci dəstə haqqında ətraflı məlumatlar yazmağa başlamışdır.