Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əntiqə Qonaq
Qonaqova Əntiqə Güləmməd qızı (21 yanvar 1959, Maqsudkənd, Xaçmaz rayonu) — Azərbaycanın ilk qadın hərbi jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). == Həyatı == Qonaqova Əntiqə Güləmməd qızı 21 yanvar 1959-cu il tarixində Xaçmaz rayonu Maqsudkənd kəndində anadan olmuşdur. 1974-cü ildə Maqsudkənd 8 illik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirmişdir. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani bölməsini radio-televiziya jurnalistikası ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetin hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərindən başlayaraq Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında "Nəğməli-sözlü gənclik", "Tələbə dünyası" və sair müəllif verilişlərilə dinləyici və tamaşaçıların qarşısına çıxmışdır. 15 ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxbir kimi fəaliyyət göstərmişdir. 1984-cü ildə təyinatla jurnalistlik fəaliyyətinə başlamışdır. Avtomobil Nəqliyyatı Nazirliyinin "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990–1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Ana" müstəqil qadın qəzetində təsisçi və baş redaktor (1993-1996), "Azərbaycan" qəzetində müxbir (1999-2001), 2001-2017-ci illərdə isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və informasiya idarəsinin Mətbuat xidmətində baş məsləhətçi vəzifəsində işləmişdir. Dövlət qulluğu müşaviridir. Hal-hazırda təqaüddədir.
Ətiqə İzmayılova
Ətiqə İzmayılova (19 mart 1932 – 2006) — Azərbaycanın aparıcı etnoqroflarından biri == Həyatı == 1932-ci il martın 19-da Bakı şəhərində anadan olmuşdur. Öz əmək fəaliyyətini Talış mədəniyyəti və sosial həyatının mütəxəssisi kimi başlayaraq, sonradan o Azərbaycan milli geyimləri ilə məşğul olmuşdur. Ali təhsilini 1955-ci ildə Moskva Dövlət Universitetinin Tarix fakültəsində, elmlər namizədi dərəcəsini isə SSRİ EA-nı Mikluxa-Maklay adına Etnoqrafiya İnstitunda almışdır. Uzun illər müddətində Azərbaycan EA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda və Azərbaycan Milli Tarix Muzeyində çalışıb. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya şöbəsinə rəhbərlik edib.
Qala Əntiq Əşyalar Muzeyi
Qala Əntiq Əşyalar Muzeyi — Qala Dövlət Tarix Etnoqrafiya qoruğunun ərazisində Heydər Əliyev Fondu tərəfindən yaradılıb. 2010-cu ilin iyununda muzeyin tikintisinə başlanıb və tikinti 2011-ci ildə başa çatıb. Prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il sentyabrın 7-də Muzeyin açılışında iştirak ediblər. Muzeydə 800 eksponat nümayiş etdirilir. Azərbaycan xalqının əsrlər boyu yaratdığı müxtəlif dekorativ-tətbiqi sənət inciləri üçmərtəbəli binanın birinci və ikinci mərtəbələrində, üçüncü mərtəbədə isə respublikamızın müxtəlif regionlarından yığılmış, Avstriya, ABŞ, Almaniya, İngiltərə, İran, Rusiya, Fransa, Belçika, Özbəkistan, Türkiyə, Polşa və digər ölkələrdə istehsal edilmiş, qədim zamanlardan xalqımızın məişətinə daxil olmuş əşyalar sərgilənir. İnzibati otaqlar, suvenirlər bölməsi və təmir-bərpa emalatxanası, konfrans zalı, binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Aşkar olunan qədim əşyalar məhz bu emalatxanada bərpa edilir. Muzeyin sahəsi 260 kv/m təşkil edir.
İnduksiya ( məntiqi nəticə)
İnduksiya (ing. induction) – xüsusidən ümumiyə, ayrı-ayrı müşahidələrdən ümumiləşdirməyə doğru məntiqi nəticə. İnduksiyada toplanmış təcrübə, yaxud eksperimentlərin nəticələrinə görə formalaşdırılmış mülahizələr çoxluğunun əsasında ümumi nəticə çıxarılır; bu zaman nəticənin özünün mütləq bilavasitə mülahizələrdəki informasiyalardan çıxacağı vacib deyil. Faktlardan ibarət olan verilənlər bazasının emalı zamanı ümumi qaydaların, meyllərin və korrelyasiyaların aşkarlanması məqsədilə induksiyadan istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnduksiya (məntiqi nəticə)
İnduksiya (ing. induction) – xüsusidən ümumiyə, ayrı-ayrı müşahidələrdən ümumiləşdirməyə doğru məntiqi nəticə. İnduksiyada toplanmış təcrübə, yaxud eksperimentlərin nəticələrinə görə formalaşdırılmış mülahizələr çoxluğunun əsasında ümumi nəticə çıxarılır; bu zaman nəticənin özünün mütləq bilavasitə mülahizələrdəki informasiyalardan çıxacağı vacib deyil. Faktlardan ibarət olan verilənlər bazasının emalı zamanı ümumi qaydaların, meyllərin və korrelyasiyaların aşkarlanması məqsədilə induksiyadan istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məntiq
Məntiq düzgün düşünmə elmidir. Ona həm formal məntiq həm qeyri formal məntiq daxildir. Formal məntiq deduktiv baxış nöqtəsinə əsaslanmış nəticələrə arxalanaraq məntiqi nəticəyə qəlir. Formal məntiqdə mövzusundan və məzmunundan asılı olmayaraq, fikirdən arqumentlərin necə yaranıdığına nəzərdən baxılır. Qeyri-formal məntiq düşüncədəki səhvləri, tənqidi düşüncə və mübahisə nəzəriyyəsini araşdırır. Qeyri-formal məntiq gündəlik danışdıqımız dili yəni təbii dildə ifadə olunan arqumentlərə baxır və onları araşdırır. Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq. Məntiq bütün elmlərin instrumenti kimi götürülür.
Nəticə
Nəticə — hərəkət və hadisələrin kəmiyyət və keyfiyyət cəhətcə axır variantı.
Əndişə
Əndişə(fars. انديشه‎) — İranın Tehran ostanının Şəhriyar şəhristanının Mərkəzi bəxşində yeni şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 75,596 nəfər və 19,945 ailədən ibarət idi.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. == Yeri == Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.
Kombinasiyalı məntiq
Kombinasiyalı məntiq — Kombinasiyalı məntiqi dövrələrin dizaynı problemlərin ifadəsi ilə başlayıb, məntiqi dövrənin layihələndirilməsi ilə başa çatır. Kombinasiyalı məntiqi dövrələrin dizaynına aid məntiqi addımlar aşağıdakı kimi xülasə edilə bilər: Problem müəyyənləşdirilir. Giriş dəyişkənlərinin və tələb olunan çıxış dəyişkənlərinin sayı müəyyən edilir. Giriş və çıxış kimi istifadə olunan dəyişkənlər adlandırılır. Giriş və çıxış dəyişkənləri arasındakı əlaqəni müəyyən edən bir həqiqət cədvəli qurulur. Hər bir çıxış üçün müvafiq Boolean funksiyasını yazılır. Əldə edilən Boole funksiyaları sadələşdirilir. Məntiqi dövrə tərtib edilir. Dizayn və layihələndimə prosesinin məntiqi addımları içərisində ən çox diqqət edilməsi lazım olan addım sözlərlə çərçivəsini çəkdiyimiz əməliyyatların həqiqilik cədvəli halına gətirilməsidir. Çünki bu mərhələdə ediləcək bir səhv, daha sonrakı bütün addımlarda səhv əməliyyat edilməsi nəticəsini yaradır.
Kombinatorial məntiq
Kombinatorial məntiq — formal məntiqi sistemlərin və ya kalkulyasiyanın əsasları (yəni izah edilməli və təhlil edilməməsi lazım olmayan) ilə əlaqəli riyazi məntiqin bir istiqaməti. Diskret riyaziyyatda kombinatorial məntiq hesablama proseslərini izah etdiyi üçün lambda hesablanması ilə sıx əlaqəlidir. Yarandığı gündən bu yana kombinatorial məntiq və lambda hesablamaları qeyri-klassik məntiq kimi təsnif edilmişdir. Məsələ burasındadır ki, kombinatorial məntiq 1920-ci illərdə və lambda hesablamaları — 1940-cı illərdə kifayət qədər müəyyən edilmiş bir məqsədi olan metamatikanın bir qolu kimi — riyaziyyata əsas vermək üçün yaranmışdı. Bu o deməkdir ki, həqiqi xarici mühitdə baş verən prosesləri və hadisələri əks etdirən, tələb olunan "tətbiq olunan" riyazi nəzəriyyə — mövzu nəzəriyyəsi quraraq, "saf" metatoriyasını mövzu nəzəriyyəsindən imkanlarını və xüsusiyyətlərini müəyyənləşdirmək üçün bir qabıq kimi istifadə etmək olar. Tezliklə məlum oldu ki, bu sistemlərin hər ikisini proqramlaşdırma dilləri kimi qəbul etmək olar (bax kombinatorial proqramlaşdırma). İndiyə qədər bu dillərin hər ikisi yalnız kompüter elmləri sahəsində bütün tədqiqat kütləsi üçün əsas olmur, həm də proqramlaşdırma nəzəriyyəsində geniş istifadə olunur. Kompüterlərin hesablama gücünün artması nəzəri (məntiqi və riyazi) biliklərin əhəmiyyətli bir hissəsinin avtomatlaşdırılmasına və lambda hesablamaları ilə birlikdə kombinatorial məntiq obyektlər baxımından düşüncə üçün əsas kimi qəbul edilir. == Əsas anlayış == Kombinatorial məntiqdə tək yerlik bir funksiya və bir funksiyanın bir arqumentə (tətbiqə) tətbiq olunması əsas anlayışlardır. Funksiya ümumiyyətlə başa düşülür və arqumentlər və dəyərlər kimi bərabər səviyyədə olan obyektlərləişləyə bilər.
Məntiq Cəfərov
Məntiq Bahadur oğlu Cəfərov (25 yanvar 1954, Gəncə) — Azərbaycan Texnologiya Universitetinin Tədris işləri üzrə prorektoru, fizika elmləri doktoru, professor. == Həyatı == Məntiq Bahadur oğlu Cəfərov 1979-cu ildən 2004-cü ilədək, 25 il müddətində Azərbaycan Texnologiya Universitetinin fizika kafedrasında laborant, baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim, hazırlıq kursunun rəhbəri və dosent vəzifələrində işləmişdir. 2004-cü ilin noyabr ayından Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, 2012-2013-cü illərdə həmin universitetin fizika və riyaziyyat kafedrasının professoru olmuşdur. 22 iyul 2013-ci il tarixdən Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektorudur. 1985-1989-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında məqsədli aspirant olmuşdur, 1989-cu ildə namizədlik, 2011-ci ildə doktorluk dissertasiyasını müdafiə etmişdir. Fizika üzrə elmlər doktoru, professordur. Azərbaycan Respublikası Prezidentinin 18 may 2010-cu il tarixli, sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Məntiq Cəfərov xarici və yerli jurnallarda dərc edilmiş 97 elmi əsərin, 1 dərs vəsaitinin müəllifidir. 40-dan çox müxtəlif miqyaslı konfranslarda iştirak etmişdir. == Secilmiş elmi əsərləri == Теплополевое гашение экстионной фотопроводности Ga Se(Ge) //Физика и техника полупроводников.
Məntiq elementi
Məntiqi element — Bul funksiyasını yerinə yetirən fiziki qurğudur. O, bir və ya bir neçə məntiqi girişlərdə məntiqi əməliyyatı yerinə yetirir və sadə məntiqi çıxışları göstərir. Məntiq elementləri ilk növbədə elektron açarlar kimi fəaliyyət göstərən tranzistorlar və diodlar istifadə edərək yerinə yetirilir, həmçinin molekullar,optika, elektromaqnit relelər və hətta mexaniki elementlər istifadə edərək qurula bilər. yapışdırıcı məntiq — (ing. glue logic, ru. связующая логика) – kompüterin bir əsas hissəsini başqa bir hissə ilə birləşdirmək üçün zəruri olan nisbətən sadə məntiqi sxemlər. Məsələn, mikroprosessorların bir çoxu mərkəzi prosessor (CPU) ilə yaddaş (MEMORY) arasında yapışdırıcı məntiqin olmasını tələb edir. == Simvollar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Məntiq fəlsəfəsi
Məntiq fəlsəfəsi — məntiq fəlsəfəsinin məqsədi məntiq elminin əsas konsepsiyalarını aydınlaşdırmaq və onun prinsiplərini əsaslandırmaqdır.
Məntiqi analizator
Məntiqi analizator (en. logic analyzer) – aşağı səviyyəli proqramlaşdırma dilində yazılmış proqramın çox çətin sazlanmasını asanlaşdıran qurğu. Məntiqi analizatorun səciyyəvi xüsusiyyətləri: çalışma zamanı şinin siqnallarına nəzarət, yaddaşın verilmiş sahəsinə oxuma və yazma zamanı çalışmanın dayandırılması, çalışmanın istənilən dayanması zamanı bir neçə komandanın geriyə izlənməsi (TRACE BACK). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məntiqi fayl
Məntiqi fayl (en. logical file) – konseptual baxımdan: yaddaşda və ya saxlama qurğusunda fiziki gerçəkləşdirilməsindən asılı olmayan fayl. Məsələn, məntiqi fayl, yazıların kəsilməz sırasından ibarət ola bilər, baxmayaraq ki, fiziki olaraq o, disk boyunca və ya hətta bir neçə diskə paylanmış ayrı-ayrı kiçik fraqmentlərdə saxlanıla bilər. Eləcə də, məntiqi fayl verilənlər bazasından götürülmüş sütunların (sahələrin) və sətirlərin (yazıların) müəyyən altçoxluğundan ibarət ola bilər. Bu halda məntiqi fayl (baxılan verilənlər), yalnız müəyyən tətbiqi proqrama və ya istifadəçiyə gərəkli olan informasiyadır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Məntiqi kateqoriyalar
Məntiqi kateqoriyalar — məntiqi kateqoriyalar, adlandırılması mümkün olan müxtəlif varlıqlar haqqında əsaslı olaraq təsdiq edilə bilən ən ümumi anlayışdır. Bu səbəblə bunları ancaq nümunələr və onların xüsusiyyətlərindən hər hansı biri ilə təsvir etmək mümkündür.
Məntiqi modelləşdirmə
Məntiqi-Riyazi Model ilə Nəzəriyyənin Münasibəti Haqqında Məlum olduğu kimi, klassik riyaziyyat gerçək aləmin fəza formaları və kəmiyyət münasibətləri haqqında elmdir. Riyazi modellər isə obyektlər arasındakı müəyyən əlaqə və asılılıqları formal cəhətdən təsvir edir. Bu isə bir riyazi nəzəriyyəyə bəzən başqa bir nəzəriyyənin modeli kimi baxmağa əsas verir. Model özlüyündə yeni nəzəriyyə ilə köhnə nəzəriyyə arasında əlaqə forması olmaqla, bir nəzəriyyədən başqa nəzəriyyəyə keçid vasitəsi kimi çıxış edə bilir. Riyazi nəzəriyyələrin özü də riyazi model kimi başa düşülə bilər. Hər hansı bir riyazi nəzəriyyədən o zaman istifadə oluna bilər ki, bu nəzəriyyə müəyyən obyektlər sisteminin öyrənilməsində həmin sistemin riyazi modeli olsun. Əgər riyazi nəzəriyyə verilmiş sistem üçün riyazi model ola bilməzsə, onda o, həmin sistemi öyrənməkdə istifadə oluna bilməz. Məsələn, müasir riyazi nəzəriyyələr bir çox biyoloji hadisələrin modelləşdirilməsi üçün yararsızdır. Ona görə də biyoloji hadisələrin modelləşdirilməsi üçün yeni riyazi nəzəriyyələr yaradılmalıdır. İxtiyari prosesin riyazi modelləşdirmə metodu ilə öyrənilməsi üçün onun riyazi təsvirini vermək vacib və ilkin şərtdir.
Məntiqi səfsətə
Fəlsəfədə formal səfsətə, deduktiv səhv, məntiqi səfsətə və ya non sequitur ( Latınca "təqib etmir" mənasını verir ) məntiqi quruluşundakı bir qüsur ilə etibarsız göstərilən bir standartda səliqəli şəkildə ifadə edilə bilən düşüncə nümunəsidir. məntiq sistemi, məsələn təklifi məntiqi . Belə arqument etibarsız olan deduktiv arqument kimi təyin olunur. Mübahisənin özü həqiqi əsaslara sahib ola bilər, lakin yenə də yalan bir nəticəyə malikdir . Beləliklə, formal səfsətə deduksiyanın yanlış olduğu üçün məntiqi bir proses deyil. Bu, nəticənin həqiqətinə təsir göstərə bilməz, çünki rəsmi məntiqdə etibarlılıq və həqiqət ayrıdır.
Məntiqi əməliyyat
Məntiqdə məntiqi əməliyyatlara hərəkət deyilir, bunun nəticəsində mövcud olanlardan istifadə edərək yeni anlayışlar yaranır. Dar mənada məntiqi əməliyyat anlayışı riyazi məntiq və proqramlaşdırmada istifadə olunur. == Formal məntiq == Anlayışlarla məntiqi əməliyyatlar — nəticəsi anlayışların tərkibində və ya həcmində dəyişiklik, habelə yeni konsepsiyaların formalaşması ilə nəticələnən belə zehni hərəkətlər. İlk növbədə konsepsiyaların dəyişməsi ilə əlaqəli olan əməliyyatlar daxildir: inkar; məhdudiyyət; ümumiləşdirmə; İlk növbədə anlayışların əhatə dairəsinə aid olan əməliyyatlar daxildir: məntiqi üstəgəlmə; məntiqi vurma; məntiqi çıxma. Bu əməliyyatlar dəst nəzəriyyəsini istifadə edərək riyazi olaraq yazıla bilər. Riyazi məntiqə keçid mülahizələr anlayışı və mürəkkəb mülahizələr əldə etmək üçün onların üzərində əməliyyatlar qurulması ilə əlaqələndirilir. == Riyazi məntiq == Məntiqi bir əməliyyat (məntiqi bir operator, məntiqi bir bağlayıcı, təklif bağlayıcı) daha sadə olanları birləşdirərək yeni ifadələr tərtib etməyə imkan verən ifadələr üzərində işdir. Əsas olanlar ümumiyyətlə birləşmə ( ∧ {\displaystyle \land } və ya &), dizyunksiya ( ∨ {\displaystyle \lor } ), implikasiya ( → {\displaystyle \to } ), inkar ( ¬ {\displaystyle \neg } ). Klassik məntiq mənasında, məntiq cəbri ilə məntiqi bağlayıcıları müəyyən etmək olar. Asinxron ardıcıl məntiq bir əmri əməliyyatı şəklində bir məntiqi-dinamik bir bağlayıcı təyin edir ( ∠ {\displaystyle \angle } ).
Arqument (məntiq)
Arqument ― yönəldilmə və nəticəçıxarmadan ibarət bir sıra təsdiq cümlələr (mühakimələr). Məişət dilində arqument (sübut) — məntiq mühakiməsi, hansı ki ya ayrıca, ya da digərləri ilə birlikdə müəyyən bir ifadənin (tezisin) həqiqiliyini sübut etmək məqsədilə istifadə olunur. Bir tezisin doğru hesab edilməsi üçün, düzgün məntiqi hökmlərin köməyi ilə tezisi sübut etmək üçün kifayət edən bütün arqumentlər özündə həqiqi məlumatları ehtiva etməlidir.
Bulanıq məntiq
Qeyri-səlis məntiq, həmçinin bax bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi — dəyişənlərin həqiqət dəyərinin 0 və 1 arasında istənilən həqiqi ədəd ola biləcəyi çoxqiymətli məntiq forması. Qismən həqiqət anlayışını idarə etmək üçün istifadə olunur. Burada həqiqət dəyəri tamamilə doğru və tamamilə yalan arasında dəyişə bilər. Bunun əksinə olaraq, Bul məntiqində dəyişənlərin həqiqət dəyərləri yalnız 0 və ya 1 tam ədədlər ola bilər. Qeyri-səlis məntiq termini 1965-ci ildə Azərbaycan riyaziyyatçısı Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklifi ilə təqdim edilmişdir. Qeyri-səlis məntiq 1920-ci illərdən, xüsusilə Lukaseviç və Tarski tərəfindən sonsuz qiymətli məntiq kimi öyrənilmişdir. Qeyri-səlis məntiq insanların qeyri-dəqiq və rəqəmi olmayan məlumatlara əsaslanaraq qərarlar qəbul etməsinin müşahidəsinə əsaslanır. Qeyri-səlis modellər və ya qeyri-səlis çoxluqlar qeyri-müəyyənliyi və qeyri-dəqiq məlumatı təmsil edən riyazi vasitələrdir. Bu modellər qeyri-müəyyən olan məlumatları tanımaq, təmsil etmək, manipulyasiya etmək, şərh etmək və istifadə etmək qabiliyyətinə malikdir. Qeyri-səlis məntiq idarəetmə nəzəriyyəsindən süni intellektə qədər bir çox sahəyə tətbiq edilmişdir.
Qaraağac (məntəqə)
Qaraağac nahiyəsi — Qarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib. == Tarixi == F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi. Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi" Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı". Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi. Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi. 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə 1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi: Ağca kənd Tuğullat Qutni Səralan Xatunabad Əlki Köratuz Sarımusa Kələbəddin Cüneydi Qarabağ-Yekəcik Bənövşəliabad Mübarəkabad Həsən Əgrə Nəhri Mübarəki Arazbun Miyanəci Hacıbəy Murad Öpməcə Usunçayı Ataşa Xuraman Qızqala Mustafa Mustafa Molla Məhəmməd Baban Abdal Xaçıqan 1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi.
Riyazi məntiq
Riyazi məntiq — formal məntiqin əsas qanunlarına istinad edərək, riyazi dil və riyazi metodların tətbiqi ilə məntiqi proseslərin, mühakimələrin qanunauyğunluqlarını araşdırır. Riyazi məntiqin əsasını qoyan ingilis riyaziyyatçısı Corc Bul olmuşdur. Riyazi məntiqin əsasını Deduktiv nəzəriyyə təşkil edir.
Əndizə (Piranşəhr)
Əndizə (fars. انديزه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 876 nəfər yaşayır (139 ailə).
İnformatikada məntiq
İnformatikada məntiq (ing. Logic in computer science) — proqramlaşdırma, alqoritmlərin təhlili və süni intellekt kimi sahələrdə təfəkkür proseslərini riyazi dəqiqliklə formalaşdırmaq üçün istifadə edilən riyazi məntiqdir. Məntiq informatikada daha çox kompüterlərə verilən əmrlərin, alqoritmlərin və məlumatların dəqiq və ardıcıl şəkildə işlənməsi üçün nəzəri əsas yaradır. İnformatikada məntiqin əsas mövzuları aşağıdakılardır. == Əsas mövzuları == Propozisional məntiq (Bəyannamə məntiqi) Propozisional məntiq sadə bəyannamələr və ya cümlələr üzərində qurulur və onların bir-biri ilə əlaqələrini təhlil edir. Bu məntiqdə və, və ya, deyil, implikasiya kimi əlaqələr istifadə edilir. Məsələn, p və q kimi ifadələr, harada ki, p və q hər biri doğru və ya yalan ola bilər. Bu ifadələrin dəyəri xüsusi həqiqət cədvəlləri vasitəsilə təhlil edilə bilər. Predikat məntiqi Predikat məntiqi, daha mürəkkəb ifadələri təhlil etmək üçün istifadə edilir. Bu məntiq növü dəyişənlərdən, kəmiyyətlərdən və əlaqələrdən istifadə edir.
Antigen
Antigenlər (yunan dilindən “anti” - əks + “genes” – doğan) - orqanizm üçün yad cisim olub, özünə qarşı spesifik immun reaksiyası yaradan maddələrdir. Bu reaksiyanın nəticəsi kimi orqanizm tərəfindən anticimlər sintez olunur. Antigenlər və antitellər həm in vitro, həm də in vivo daxilində bir-birinə qarşılıqlı təsir etmək qabiliyyətinə malikdirlər. Canlı orqanizmlərin bütün makromolekulyar komponentləri antigen xüsusiyyətinə malikdir. Antigenlər müəyyən bir növün bütün fərdləri, yaxud bu növün müəyyən bir qrupunun bəzi fərdləri üçün ümumi ola bilər. İmmun reaksiyası yaratmaq qabiliyyəti və yaratdığı reaksiyaların forması (antitel yaratmaq, hüceyrə immuniteti, allergiya və s.) fərqli ola bilər. Antigenlər yalnız, onların öz təsiri altında yaranmış anticisimlərlə birləşə bilir. == Xassələri == Antigenlər yad cismlik dərəcəsindən, kimyəvi təbiətindən (zülal, yaxud polisaxarid), dozasından və orqanizmə hansı formada daxil olmasından və s.-dən asılıdır. Antigenlər antitelllərlə və hüceyrə ilə öz molekullarının bir-birinə toxunan müəyyən bir hissəsi vasitəsilə qarşılıqlı təsirə məruz qalırlar. Antigenlərin yad cisim təbiətinin təyini, onun “özününkü”, yaxud “özgəninki” olmasını müəyyənləşdirmək canlı orqanizmlərə məxsus universal xüsusiyyətlərdən biridir.
Antiqel
Antigel (fr.antigel — donmayan, donmadan qoruyan, soyuğa davamlılığı artıran aşqar) — dizel yanacaqlarına depressor aşqarlarının ümumi qəbul olunmuş adıdır. Antigel dizel yanacağının aşağı temperaturlu xassələrini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. 1965–1969-cu illərdə dizel yanacağı üçün depressor aşqarlarına cəmi 10 patent alınmışdı, 1975–1984-cü illərdə isə bu göstərici 110-u ötdü. Patentlərin 90%-də depressor aşqarları kimi polimerlər göstərilir. == Tarix == Müxtəlif neft məhsullarına, əsasən, yağlara depressor aşqarlarının inkişafı 1931-ci ilə gedib çıxır, bu ildə yağlara sintetik aşqar — paraflou alınmışdı. Dizel yanacaqlarına depressor aşqarlarının yaradılması istiqamətində işlər XX əsrin 60-cı illərinin ortasından başlamışdı. Bu problemə belə gec fikir verilməsi onunla izah olunur ki, depressor aşqarları donma temperaturunu yetərincə azaltdığı halda onun bulanma temperaturuna təsir etmir. Məhz bu göstəırici uzun müddət yanacaqların qış mövsümündə yararlı olduğunu göstərən meyar idi. Sonralar məlum oldu ki, bu meyar bulanma temperaturu deyil, yanacağın axma temperaturu — onun axıcılığıdır. Yalnız bundan sonra depressor aşqarlarının sintezinə başlanıldı.
Enrike
Enrike — ad. Enrike Mateos — hücumçu mövqeyində oynamış İspaniya futbolçusu. Enrike Pinti — Argentina aktyoru və komediyaçı. Enrike Melo — İspaniya üzgüçüsü. Enriko Enriko Fermi — müasir nəzəri və eksperimental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki. Enriko Barone — görkəmli italyalı erkən riyazi iqtisadçısı.
Engie
GDF Suez — böyük fransız energetika və qaz şirkəti. Şirkətin qərargahı Parisdə yerləşir. 22 iyul 2008-ci il Gaz de France və Suez şirkətlərinin birləşməsi yolu ilə yaradılmışdır. Əsas şirkət sahibi — Fransanın hökumətidir (35,7 %), aksiyaların 57 % azad müraciətdədir. Direktorlar şurasının sədri və şirkətin baş müdiri - Gérard Mestrallet. Şirkət generasiya, ötürülmə və elektrik enerjisinin, çıxartmanın, nəql etmənin və təbii qazın çatdırılmasının çatdırılması sahəsində, həmçinin alternativ enerji mənbələri sahəsində fəaliyyəti həyata keçirir. Şirkətin personalının sayı — 234,7 min insan (2008-ci il). 2008-ci il ərzində şirkətin gəliri 83,1 milyard avro təşkil etdi, təmiz gəlir — 6,5 milyard avro. Həmçinin GDF Suez Parisdə hər il keçirilən Open GDF Suez nüfuzlu qadın tennis yarışının sponsorudur.
Luis Enrike
Luis Enrike ( 8 may 1970 ) — İspaniyalı keçmiş futbolçu və futbol məşqçisi.
Pedro Enrike
Pedro Enrike Konzen Medina da Silva (16 iyun 1990) — Braziliyalı peşəkar futbolçu. Azərbaycan klublarının heyətində "UEFA Çempionlar Liqası"nın qrup mərhələsində ilk qol vurmuş futbolçu.